[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DYP-dən sürücülərə hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

İdarədən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında eləcə də, Respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və buda sürücülərə ciddi çətinliklər yaradır.

"Qeyd olunanları nəzərə alaraq bütün sürücülərdən sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik", - DYP-nin müraciətində bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nurlana Əliyeva yenə məhkəməyə gəlmədi


Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda iki nəfər şahidin zərərçəkmiş qismində tanınmasına dair qərar qəbul edilib. Bunlardan biri BSU-nun müəllimi, digəri isə universitetdə ikinci təhsil almaq istəyən xanım olub.


Bundan başqa, məhkəmədə elan olunub ki, BSU-nun sabiq rektoru Nurlana Əliyevanın iş üzrə dindirilməsi üçün dəfələrlə çağırış göndərilməsinə, hətta barəsində məcburi gətirilmə qərarı çıxarılmasına baxmayaraq, onun prosesdə iştirakı mümkün olmayıb.

“Düzdür, polisdən məhkəməyə məlumat daxil olub ki, Nurlana Əliyeva səhhəti ilə bağlı olaraq ölkə xaricində müalicədədir və buna görə məcburi gətirilməsi mümkün olmayıb. Lakin sonradan rektor özü mediaya açıqlamasında Azərbaycanda olduğunu, ona məhkəmədən hər hansı çağırış göndərilmədiyini deyib. Məhkəmə onun ibtidai istintaqa verdiyi ifadəsinin elan olunmasını təklif edir”, - deyə hakim Əli Məmmədov bildirib.

Lakin Dürdanə Əliyeva buna etiraz edib və N.Əliyevanın şəxsən məhkəməyə gələrək ifadə verməsini istəyib: “Bu adam 3 ildir məhkəməni saymır. Təkidlə onun bura gəlməsini, dindirilməsini tələb edirəm”.

Daha sonra məhkəmə məcburi gətirilmə qərarının qüvvədə olduğunu, sabiq rektorun iştirakının təmin edilməsi ilə bağlı daha bir cəhd edilməsini məqbul sayıb.

Məlumat üçün bildirək ki, N.Əliyeva bir neçə gün öncə mətbuata açıqlamasında ölkədən qaçması ilə bağlı iddiaları yalanlamışdı: "Deyilənlər yalandır. Mən aydan arı, sudan duruyam, hazırda evimdə oturmuşam. Məhkəməyə də ona görə getməmişəm ki, bu barədə mənə hər hansı rəsmi bildiriş gəlməyib”.

Qeyd edək ki, Dürdanə Əliyeva Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə ittiham olunur. O, BSU-nun 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsil haqqı ödənişləri adı altında 226 min manat pul almaqda təqsirli bilinir. O, bu işləri Nurlana Əliyevanın göstərişi ilə etdiyini deyir. Buna görə də sabiq rektorun məhkəmədə dindirilməsini istəyir.Xatırladaq ki, Nurlana Əliyeva 2021-ci ildə Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağstafa sakini icra başçısından Prezidentə şikayət etdi – Mərkəzi bazarda yolu bağlayıb obyekt tikdirir


Ağstafa şəhər sakini Elçin Əlisgəndərov Rayon İcra Hakimiyyətinin başçısının rayonda abadlıq-quruculuq işləri adı altında yerli infrastruktura xələl gətirən yeni tucarət obyektlərinin tikintisinə rəvac verməsindən şikayətlidir. Dəryaz qəzetinin redaksiyasına müraciət edən Elçin Əlisgəndərov Prezident İlham Əliyevə ünvanladığı şikayət məktubunu acıq dərc edilərək ictimailəşdirilməsini xahiş etmişdir:

“Cənab Prezident, Sizə məktubu təkcə öz adımdan deyil, bir kücənin sakinləri adından yazıram və bu məktub vasitəsilə bir sıra iaşə obyektləri və dövlət müəssisələrinin harayını çatdırıram.

Yazıb bildirmək istəyirəm ki, Sizin Ali Baş Komandan olaraq fədakarcasına yuxusuz gecələriniz və siyasətiniz nəticəsində 44 gündə sarsılmaz ordumuza rəhbərliyinizlə işğal altındakı inləyən torpaqlarımız düşmən tapdağından azad edildi. Bu, Sizin necə əzmkar siyasətci olduğunuzun, güclü ordu qurmağınızın bariz nümunəsidir.

Bəllidir, torpaq azad ediriksə, torpağı öz qanı bilib azadlığımız ücün canından kecən şəhidlərimiz də olacaqdı. Oldu da. Onlar da torpağın bir parcasına cevrildilər, baş tacımızdırlar. Rayonlarda vətəndaşları ən cox narahat edən məsələlərdən biri də Sizin rayonlara təyin etdiyiniz icra başcılarının “abadlıq işləri”dir. Maraqlıdır, əgər icra başcısı hər hansı kücədə və ərazidə abadlıq işi görürsə, o ərazidə “nişangahın”a gələn bir iaşə obyekti olur ki, onu da bələdiyyənin əli ilə satmaq və ya icarəyə vermək ücün ücün abadlıq işlərini qabardır. Ağstafa rayonunun Mərkəzi Bazarının sol tərəfində illərdir salınmış yol və sağ və sol tərəfində olan ticarət dükanları da illərdir faliyyət göstərir. Lakin birdən — birə rayon rəhbərinin yadına düşür ki, sən demə, həmin ərazidən kecən yolun elə ortasında bir obyekt yeri qurmaq olar. Tez — bazar qolbəyilərə göstəriş verilir ki, yol avtomobil ücün tamamən bağlansın, ancaq piyada yolu olsun, adı da “ticarət yolu” olsun və nəticədə həmin ərazidə bir neçə yeni ticarət obyekti də inşa edilsin. Düzü, ilk əvvəl bünövrə qazılanda hamının fikrini azdırmaq üçün həmin yerdə fəvvarəli hovuz inşa olunacağı deyilsə də, çox keçmədən əsl niyyət bəlli oldu. Nə yazıq ki, bu işi hər kəs görməzdən gəldi. Hərçənd, yaxın obyekt sahibləri narazılıq etsələr də, hərəsi bir üsulla sakitləşdirildi. Onu da qeyd edim ki, sözügedən ərazidən magistral su və kanalizasiya xətləri keçir, amma “kimdir tələb edən, kimdir sayan” deyib xeyir — dua ilə işə start verildi.

Cənab Prezident, Sizin köməyinizə ağstafalıların ehtiyacı var. Yol bağlamaq bu qədərmi asandır, anlamıram?!

Sizdən xahişim regiona səfəriniz zamanı 100 metrə yaxın uzunluğu olan bu kücəni ziyarətiniz planına daxil etməniz olacaq. Bu, tək mənim yox, demək olar ki, bütün agstafalıların xahişidir. Ərazidə obyekt inşa edilib yekunlaşana qədər bütün aidiyyəti qurumlara müraciət ünvanlayıram, amma müharibədə dəmir iradə nümayiş etdirdiyiniz kimi, bu kimi məsələlərdədə Sizə arxalanırıq.

Hörmətlə, Elçin Əlisgəndərov”. //deryaz.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident bir qrup qadını təltif etdi - Siyahı


Prezident İlham Əliyev Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abdurahmanova Neva Sabir qızı

Baba-zadə Könül Elçin qızı

Həsənova Afət Sadıq qızı

Hüseynova Nübarək Kamran qızı

İbrahimova Aida Ziyad qızı

İsmayıl Şəhla Rafiq qızı

İsmayılova Nəsibə İsrafil qızı

İsmayılova Zərintac İsmayıl qızı

Qəhrəmanova Məlahət Cəmil qızı

Quliyeva Ədalət Abid qızı

Mahmudova Ramilə Rasim qızı

Manafova Qalina Yakovlevna

Mehtiyeva Rahilə İbrahim qızı

Məmmədova Nərgiz Həkim qızı

Məmmədova Nəzakət Salah qızı

Məmmədova Zümrüd Musa qızı

Mirhadiyeva Zəminə Rza qızı

Muradova Zəhra Bilal qızı

Rizazadə İradə Bağır qızı

Vəliyeva Tünzalə Vəli qızı

Yedadayeva Yafo Ariilovna.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev ABŞ Dövlət Departamentinin rəsmisini qəbul etdi - Yenilənib


Prezident İlham Əliyev martın 6-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Dövlət başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirib və bu istiqamətdə göstərdiyi davamlı səylərinə görə ABŞ Dövlət katibi Antoni Blinkenə təşəkkürünü ifadə edib.

Qonaq ABŞ Dövlət katibinin salamlarını Prezident İlham Əliyevə çatdıraraq vurğulayıb ki, Antoni Blinken də Münxen görüşünün səmərəli keçdiyi qənaətindədir.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antoni Blinkenə çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhid baş leytenant dəfn edildi - FOTOLAR


Ötən gün səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu II Şəhidlər xiyabanında dəfn edilib.

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Ş.Əlibəyli subay olub, ailənin yeganə övladı idi. O, 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub.

Daha sonra ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Badamdar qəsəbəsinə köçüblər. 2012-ci ildə 236 saylı tam orta məktəbi bitirib. Heydər Əliyev adına Hərbi İnstitutun məzunu olan baş-leytenant Ş.Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub.

Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid baş leytenant dəfn edildi - FOTOLAR
Şəhid baş leytenant dəfn edildi - FOTOLAR
Şəhid baş leytenant dəfn edildi - FOTOLAR
Şəhid baş leytenant dəfn edildi - FOTOLAR

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu gecə də mövqelərimiz atəşə tutulub - Rəsmi


Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan fasilələrlə atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda bu məktəbdə ŞIDIRĞI PUL YIĞILIR... - İTTİHAM VAR!


Paytaxtın Nərimanov rayonundakı “Ankara Məktəbi” məktəb-liseyi (keçmiş 77 nömrəli tam orta məktəb) həmişə müəllim və şagirdlərinin Bakı və respublika üzrə yaxşı göstəriciləri ilə seçilib. Uzun illərdir ki, bu təhsil müəssisəsinə rəhbərlik edən Səmayə Eynullayeva əlinə düşən hər fürsətdə, yuxarı rəhbərliyə hesabatlarında, ictimai tədbirlərdəki çıxışlarında, KİV-ə verdiyi müsahibələrdə liseyin məzunlarının ali məktəblərə qəbul göstəricilərinin yuxarı olması ilə öyünür.
Amma məktəbin vəzifəsi təkcə savad deyil, həm də tərbiyə vermək, yalnız ali məktəblərə qəbul olunan məzunlar deyil, eləcə də dövlətə layiqli vətəndaşlar yetişdirməkdir. Əvvəlcə gəlin görək, direktorun üstündə möhkəm dayandığı bu “əsas” nailiyyət nəyin hesabına əldə olunur: Bəri başdan qeyd edək ki, əsla məktəbin özündə keçirilən dərslərin keyfiyyətinə görə yox! Liseydə IX – XI sinif şagirdləri dərsə gəlmir, repetitor yanına gedirlər.
Redaksiyamıza verilən məlumatlarda qeyd olunur ki, Elm və Təhsil Nazirliyi məktəb-liseyi yalnız maye sabun və xlorla təchiz edir. Qalan ləvazimatları uşaqlara aldırırlar. Sinif otaqlarının pəncərələrinə pərdələri sinif rəhbərləri alırlar
Dərs yükünün bölüşdürülməsi də pulludur. Meyar kimi rüşvətə önəm verilməsi hesabına məktəb-liseydə pensiya yaşını keçmiş müəllimlərə dərs yükü verilir. Yaş senzini keçənlər direktorla “dil taparaq” müqavilə müddətini uzatmağa nail olurlar.
Qeyd olunur ki, məktəb-lisey rəhbərliyi ibtidai sinif şagirdlərindən hər birindən ildə 1 dəfə 100 manat ödəniş alır. İbtidai siniflərdə fənn müəllimlərinin hər birindən 50 manat, sinif rəhbərlərindən isə 100 manat yığılır.
Hal-hazırda isə 8 mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar pul yığımına start verilib və şagirdlərdən pul toplanılması ilə valideyn komitələri məşğul olurlar. Az pul verən uşaqların valideynləri sinif rəhbərləri tərəfindən vatsapda “qara siyahı”ya salınırlar.
İndi özünüz fikirləşin, erkən yaşlarından rüşvətə öyrəşdirilən, valideyninin pulu olmadıqda məktəbdə utanan uşaq nə qədər mükəmməl təlim alsa da, tərbiyəsi necə naqis olmaya bilər? Dərsi repetitordan öyrənirsə, məktəbdəki müəlliminə necə hörmət bəsləyər?
Saytımızın oxucuları ilə növbəti görüşlərimizdə “Ankara məktəbi” məktəb-liseyinin valideyn komitələri rəhbərlərinin vatsap qruplarında paylaşdıqları ilginc səsli mesajları təqdim edəcəyik.

Nyus.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həkimin reklamına inandı, pulundan oldu... - MÜRACİƏT


Ucar rayonu 28 May küçəsi ev 8-A sakini Mustafayeva Məryəm İbrahim qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bu şikayət ərizəmdə yazıb Sizə bildirəm ki, “Medera” hospitalda fəaliyyət göstərən Əliosman Qədimbəyli vəzifəsindən və mənim savadsızlığımdan sui-istifadə edərək aladadıb 1000 manat pulumu ələ keçirib mənə qarşı dələduzluq edib.
Belə ki, ayaqlarım ağrayırdı yeriməkdə çətinlik çəkirdim.Televiziya verlişində Əliosman Qədimbəylinin reklamın gördüm və 19.01.2023-cü il tarixdə ona müraciət etdim.Məni dediyi müayinələrdən pul xərcləyib keçdim qan analizi MRT-müayinə, şəkər analizi ümumilikdə 450 manat xərcləyib bir çox müayinələrdən keçdikdən sonra mənə müalicə yazdı. Müalicəm üçün yazılan dərmanlar ancaq Əliosman Qədimbəylinin özünə məxsus “Zəm-Zəm” adlı aptekdə satıldığı üçün 550 manat pul verib aldım. Evdə ambulator müalicələr keçdim.Qeyd edim ki, Medeyra hospitala daxil olmaq üçün isə ilik 50 manat pul ödəmişəm.6 gün müalicə aldığım vaxtda gördüm ki, səhətim əvvəlkindən də pis vəziyətə düşdüyü üçün müalicəni saxlayıb həkimlə əlaqə saxladım. Əliosman həkim mənə bildirdi ki, mən düz müalicə yazmışam başqa heç nə edə bilmərəm gedin hara istəyirsiniz şikayət edin.
Beləcə Əliosman Qədimbəyli məni aldadıb 1000 manat maddi və küllü miqdarda mənəvi ziyanlar vurdu.Mən hazırda türkəçarə vasitəsi ilə müalicə olunub yaxşılaşmaq üzrəyəm. Əliosman həkimin mənə qarşı etdiyi bu hərəkət dələduzluq cinayəti hesab edilir.Bu adam televiziya verlişlərinə çıxıb saxra yalan reklamlara mənim kimi insanları aldadıb pulunu ələ keçirir.Nəticə isə onun müalicələri təsir göstərmir əksinə ağrılar dahada şiddətlənir.Mən Əliosman Qədimbəylinin dələduz əməlləri barədə orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm.
Müvafiq orqanlardan xahiş edirəm şikayətimi obyektiv araşdırıb etibarımdan və vəzifəsindən sui-istifadə edərək məni aldadıb pulumu ələ keçirmiş səhhətimə dahada ziyanlar vurmuş Əliosman Qədimbəylinin barəsində qanunu tədbirlər görəsiniz.Azərbaycan cəmiyyətinə üz tutub deyirəm Əliosman Qədimbəyliyə inanmayın onun məqsədi xəstələri sağaltmaq deyil onların pulunu ələ keçirməkdir".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Həkimin reklamına inandı, pulundan oldu... - MÜRACİƏT
Həkimin reklamına inandı, pulundan oldu... - MÜRACİƏT
Həkimin reklamına inandı, pulundan oldu... - MÜRACİƏT

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO