[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Özünü riskə atan Röya həyatını sığortalayır


Xalq artisti Röya Ayxan həyatını sığortalatmaq qərarına gəlib.

Estrada ulduzunu buna vadar edən səbəb üçgünlük solo konsertində riskli performans göstərməyi planlaşdırmasıdır.

Belə ki, Röya 27, 28, 29 yanvar tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq konsertində həyati təhlükəsi olan xoreoqrafik hərəkətlərlə tamaşaçıları təəccübləndirməyi hədəf alıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Maxi.az` və Texnoservis Şəhid ailəsini süründürür... - GİLEY


1995-ci il sentyabrın 19-da Azərbaycanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun qəbul olunub. Qanuna görə, hər bir istehlakçı malın keyfiyyəti, təhlükəsizliyi barədə düzgün məlumat almaq, saxta məhsula görə düşdüyü ziyanın ödənilməsini tələb etmək, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Ancaq çox təəssüf ki, Azərbaycanda istehlakçı hüquqları tez-tez pozulur.

Həm də kifayət qədər prestijli şirkətlər tərəfindən. Daha acınacaqlı hal budur ki, belə hüquqpozmalara cəmiyyətin həssas təbəqəsinə aid imtiyazlı şəxslər də məruz qalırlar.

Tribunainfo.az-ın redaksiyasına müraciət edən şəhid ailəsinin üzvü Arzu Kərimova “İNTEQRAL” QSC-nə məxsus olan “Texnoservis” texniki dəstək mərkəzi tərəfindən süründürməçiliyə məruz qaldığından bəhs edir. Paytaxtın Nizami rayonu ərazisində yerləşən “MAXİ. az” satış mərkəzindən zəmanətlə aldığı “İPhone” (“Ayfon”) mobil telefonunun defekt çıxdığını qeyd edən Arzu Kərimovaya bu barədə zəmanətlə bağlı müraciət etdiyi “Texnoservis”in əməkdaşı Vüsal adlı şəxs bildirib. O, cihazın təmirinin mümkün olmadığı səbəbindən yenisi ilə əvəz olunacağını deyib. Müştərinin sözlərinə görə, Vüsal bəy cihazın “İPhone” şirkətinə sifariş verildiyini və 25 dekabr 2022-ci il tarixədək çatdırılacağını bildirmişdir. Lakin nasaz cihazı təhvil aldıqlarından iki ay keçməsinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək telefonu təhvil verməkdən yayınırlar: “Son günlər “İPhone” şirkətinə verilən sifarişlərin gəldiyini və cihazın mənə çatdırılacağını desələr də, sonda şirkət tərəfindən göndərilən 3 ədəd mobil cihazların da defekt çıxdığı bildirilmişlər. Son olaraq, servisin əməkdaşının təklifinə görə, köhnə defekt cihazı götürmək və yenisinin gəlməyini gözləmək məcburiyyətində qaldım”.

Şirkət tərəfindən zəmanət verilməsinə baxmayaraq, müştəri aldadıldığını, bununla bağlı müvafiq qurumlara müraciət edəcəyini bildirib. Qeyd edək ki, internet resurslarında “Texnoservis” barəsində Azad İstehlakçılar Birliyinə və başqa aidiyyəti qurumlara edilmiş şikayətlər haqda yetərincə məlumatlar vardır.

Tribunainfo.az
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NATO Azərbaycan üçün nə etsin? - ŞƏRH


NATO baş katibi Yens Stoltenberqlə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə görüşüblər.

NATO hərbi-siyasi alyans kimi Cənubi Qafqazda irəliləyiş əldə etmək üçün region dövlətləri ilə əlaqələrini inkişaf etdirir.

Stoltenberqlə Mirzoyanın danışıqlarında NATO-nun irəliləmə planlarına əngəl olan maneələrin aradan qaldırılması üçün müzakirələr üstünlük təşkil edə bilər.

NATO qavrayır ki, Cənubi Qafqazdakı addımlarını itiləşdirməyin yolunda Azərbaycanla anlaşmaq, Türkiyəni bu razılaşmanın mayasında saxlamaq və Rusiyanın təcridini sürətləndirmək lazımdır.

Strateji vizyondakı tənliklərin həllini tapması üçün isə situativ problemlərin yoluna qoyulması vacibdir.

Ona görə də NATO Laçın yolundakı vəziyyətin tənzimlənməsində maraqlıdır.

Hərçənd ki, bəzən reallıqlar arzulara şapalaq ilişdirir, məsələn, NATO digər problemlərin öhdəsindən gəlməmiş, Rusiya Ermənistanı caynağında tutmaq, Gürcüstana hərbi müdaxilə imkanlarını genişləndirmək üçün tutarlı alətlər qazanır.

NATO belə həyəcanlı mənzərədə Rusiya və Qərb arasında nazik pərdəni saxlayan Azərbaycana dəstək verməklə proseslərdə önə çıxmaq potensialını artıra bilər.

Alyans Azərbaycanı vacib tərəfdaş kimi görür, beynəlxalq terrorizmə qarşı mübarizədən tutmuş kibertəhlükəsizlik sahəsinə qədər geniş spektrli əməkdaşlıq mövcuddur.

NATO sülh və təhlükəsizlik istəyirsə, bu əməkdaşlığı Ermənistanın revanşist meyillərinə dəstəklə paralel saxlamamalıdır.

Əks təqdirdə, NATO-nun özü üçün vakuum yaranacaq və boşluğu Rusiyanın ambisiyaları dolduracaq.

NATO Qərbin Azərbaycana qarşı cəbhəsində qərarlaşan Avropa Parlamentinin qərəzli bəyanat və qətnamələrinə heyranlıq duymaqdan çəkinməlidir. NATO əgər AP-nin qətnamələri üzərindən tezislər qursa, burada onun Azərbaycana münasibətində neqativ çalarlar ərsəyə gələr.

NATO özünü Avropa İttifaqının Ermənistan ərazisində fəaliyyətə başlayacaq missiyasına töhfə verməyə kökləyə bilər, burada təəccüblü bir şey yoxdur.

Amma bu, anti-Azərbaycan reaksiyasını gücləndirmək vasitəsinə çevrilməməlidir. NATO, sadəcə, elementar bitərəflilik prinsipinə sadiq qalaraq töhfəverici xüsusiyyətini inkişaf etdirə bilər.

NATO Ermənistanın silahlanmasını və öz himayədarlarına arxalanaraq Azərbaycana qarşı sistematik hücum planı risklərini düzgün hesablamalıdır.

NATO Azərbaycan-Ermənistan münasibətlərindəki mübahisələrin həllinə yanaşmasını regionu poliqon olmaqdan kənar tutan alqoritmlər üzərində qurmalıdır.

NATO öz üzvü olan Fransanın Azərbaycana qarşı sxemdə yer aldığına görə Parisi düzgün istiqamətdə təlimatlandırmağı da bacarmalıdır. Hərçənd ki, Fransa NATO-nun sözünə baxmaqdan imtina edir və bunu Ukraynadakı müharibənin ştrixlərində görmək olur.

Oxu.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Alimpaşa Məmmədov əhalinin siyahıya alınmasına görə mənimsədiyi məbləği AÇIQLADI


Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda 16 nəfər şahid - icra nümayəndələri, bələdiyyə sədrləri, bağça müəllimləri və s. dindirilib.

Bütün şahidlər ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq edərək qısa danışmaqla kifayətləniblər.

İş üzrə epizodlardan biri əhalinin siyahıya alınması zamanı mənimsəmə ilə bağlıdır. Prosesdə ifadə verən icra nümayəndələrinin dediklərinə görə, siyahıya alınma zamanı toplanan pulu Şəmkir Statistika Komitəsinin müdiri Pərvin Gözəlova veriblər. Pərvin Gözəlov isə toplanmış vəsaiti rayon icra başçısının köməkçisi Qüdrət Əliyevin vasitəsi ilə Alimpaşa Məmmədova çatdırıb.

Alimpaşa Məmmədov özü də siyahıya alınma zamanı toplanmış pulların ona çatdığını deyib:

“Bu məsələdə birbaşa günahkar mənəm, toplanmış 40 min manatı mən mənimsəmişəm”.

Bağça müəllimi işləyən şahidlər də prosesdə eyni epizod üzrə ifadə veriblər.

Proses yanvarın 31-də davam etdiriləcək.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193.1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azəriqaz” abonentləri “qaz” kimi soymaqda davam edir, Ruslan Əliyevin “Açıq mikrofon”larının gizli tərəfləri - Faktlar


Ruslan Əliyevin “Azəriqaz” İstehsalat Birliyinə rəhbər təyin olunmasından sonra ümid edirdik ki, nəhayət rastlaşdığımız problemlər mərhələli şəkildə öz həllini tapacaqdır. Ölkədə həyata keçirilən geniş miqyaslı islahatların fonunda Texnika üzrə Fəlsəfə doktoru olan Baş direktorun strateji əhəmiyyət daşıyan sektora rəhbərlik etməsi ilk baxışda uğurlu görünsə də sonradan baş verənlər onun digərlərindən fərqlənmədiyi barədə neqativ rəyin ortaya çıxmasına səbəb oldu. Ruslan Əliyev və komandası şəffaf işlədiklərini ictimai rəyə sırımaq üçün bir çox kreativ layihələrə start verməklə bu sahədə yeniliklərə imza atdıqlarını sübut etməyə cəhd etdilər. Məsələn, ”Açıq mikrofon” adı altında aksiyalar, bölgələrdə istehlakçılarla mənasız görüşlər, ”Qaynar xətt” bölməsində çalışan xanımların yerində əyləşərək “poz”vermək və s... Bu yaxınlarda rastlaşdığımız mənzərə “Azəriqaz”da əslində nələrin baş verdiyini tam çılpaqlığı ilə ortaya qoydu. 04.01.2023-cü il tarixində smart kart vasitəsilə sayğaca pu ödənişi edərkən aydın oldu ki, ödədiyimiz məbləğdən borc adı ilə vəsait silinib. Məlumat üçün bildiririk ki, smart tipli sayğaclarda məbləğ bitərsə avtomatik olaraq mavi yanacağın verilişi dayanır. Yalnız əlavə vəsait yüklənəndən sonra qazın verilişi bərpa olunur. Mexaniki sayğaclardan fərqli olaraq smart tipli sayğaclarda borc yaranması mümkün deyil. Anlaşılmazlıq yarandığını güman edərək, ”Azəriqaz”a müraciət etmək qərarına gəldik. İlkin olaraq qaynar xəttı yığmağa cəhd etdik. Bir neçə saat ərzində telefon zənglərimizə cavab verən tapılmadı. Məcburiyyət qarşısında qalaraq Whatsapp üzərindən problem barəsində məlumat verdim. Bir neçə saatdan sonra bizə cavab olaraq bildirildi ki, yerli qaz təchizatı idarəsinə müraciət edin. Abşeron Qaz İstismarı İdarəsində görüb müşahidə etdiyimiz acınacaqlı mənzərədən dəhşətə gəldik. Onlarla abonent müxtəlif problemlərlə bağlı sözün həqiqi mənasında etiraz aksiyası keçirirdi. İdarənin əməkdaşları isə şikayətçilərin əlində aciz qalmışdı. Nə şikayətçilərin haqlı narazılıqlarına cavab verə nə də, əsəbləri tarıma çəkilmiş insanları sakitləşdirə bilirdilər. Ən acınacaqlısı o idi ki, hər kəs yüksək səslə soruşurdu - “Dövlət hara baxır???” Bəli, vətəndaş “Dövləti “ köməyə çağırırdı. Anladıq ki, bu idarədə bizi qəbul edib dinləyəcək kimsə tapılmayacaq. Ona gorə də “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Eldəniz Vəliyevə telefon açaraq rastlaşdığımız problem barədə ətraflı məlumat verdik. Nəhayət, bu qurumda şikayətçini dinləyəcək bir nəfərin olduğuna sevinsək də aldığımız cavab bizi məyus etdi. Eldəniz Vəliyev bildirdi ki, smart tipli sayğaclarda klapanların tutulması nəticəsində bəzən itkilər olduğu üçün istehlakçiya əlavə vəsait hesablanır. Məhz bu səbəbdən sizdən əlavə vəsait tutulur. Sayğacda yaranmış xətaya görə istehlakçı nəyə görə cərimə ödəməlidir deyə verdiyimiz suala isə E.Vəliyev bu barədə məhkəməyə müraciət edə bilərsiniz cavabını verdi. Baş verənləri təhlil edərək gəldiyimiz qənaəti oxucularımızın və müvafiq dövlət qurumlarımızın diqqətinə çatdırırıq.
1. Ruslan Əliyev rəhbərlik etdiyi qurumu korrupsiya yuvasına çevirməkdədir
2. Sayğaca kənar müdaxilə olmadığı ,dövlət möhürü pozulmadığı halda nəyə gorə istehlakçıya əlavə vəsait yazılmalıdır?
3. Sayğacda yaranmış texniki nasazlığa görə məsuliyyəti kim daşıyır?
4. Abonentin xəbəri olmadan küçədə quraşdırılmış sayğaca müdaxilə edərək cərimə yazmaq nə dərəcədə qanunidir?
5. Nəzərə alsaq ki,ölkədə milyonlarla abonent var onda,bu metodlarla yığılan milyonlarla vəsait kimlərin ciblərinə axır?
Göründüyü kimi rastlaşdığımız mənzərə R.Əliyevin tətbiq etdiyi qanunsuz gəlir mənbələrindən sadəcə biridir. Mavi yanacağa tətbiq edilən limitdən və mövcud baha qiymətdən əziyyət çəkən əhalini bu yollarla dövlətdən narazı salmaq kimin ağlının məhsuludur? Havaya sovrulan və mənimsənilən milyonların yerini doldurmaq üçün gizli şəkildə vətədaşların ödənişindən əlavə pullar tutaraq onları məhkəmələrə istiqamətləndirməyin adı nədir?Belə çıxır ki, Prezidentin etimad edərək vəzifələrə təyin etdiyi kadrlar onun tapşırıqlarını və tövsiyyələrini qulaqardına vururlar. İndi aydın olur ki, dünyaya qaz satan olkənin vətəndaşları nəyə görə hələ də mavi yanacaqsız qalıb. Mövcud qiymətlərlə gəlirlə işləməli olan “Azəriqaz”da yeyintilər o həddə çatıb ki, artıq abonentləri şərləyərək pu toplamağa başlayıblar. Bunun adı CİNAYƏTDİR! Psixoloji və emosinal durumu yerində olmayan insanları dövlətə qarşı qaldırmaqdır. Ruslan Əliyevin törətdiyi qanunsuz əməllərdən birini “Açıq mikrofonsuz” yuxarı qurumların diqqətinə çatdırdıq. Neçə ki gec deyil, hüquq-mühafizə orqanları Ruslan Əliyevin fəaliyyətini araşdırmalıdırlar. Təcrübə göstərir ki, sonradan itirilmiş milyonları geri qaytarmaq çox çətin olur.

Adekvat.az
Araşdırma qrupu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın olimpiya çempionu HƏBS EDİLDİ

Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya mükafatçısı Elman Muxtarov həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin quldurluq və qəsdən sağlamlığa yüngül zərər vurma maddələri ittiham irəli sürülüb.

İstintaq materialında qeyd edilib ki, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Günay Əliyevanın (ad, soyadı şərti) həyat yoldaşı Zamiq Əliyevin (ad, soyadı şərti) üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da Z.Əliyevin oğlu Dadaş Əliyevi (ad, soyadı şərtidir) yaşadığı binanın qarşısında izləyib. D.Əliyev evə daxil olan zaman Elman da mənzilə soxulub. Bu zaman Z.Əliyev də evdə olub. İttiham aktına görə, evə basqın edən idmançı Z.Əliyevə yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərəçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.

E.Muxtarov istintaq zamanı özünü təqsirli bilməyib. Onun sözlərinə görə, uzun müddətdir ki, G.Əliyeva ilə yaxın münasibətdə olub, tez-tez onunla görüşüb.

O ifadəsində deyib ki, Z.Əliyev ona qarşı nalayiq ifadələr işlətdiyi üçün kişini yaxınlıqda işlədiyi bazarda tutaraq bıçaqla vurub. Bildirib ki, bir müddət sonra Günayla parkda görüşən E.Muxtarov qadının mobil telefonunu lombarda girov qoyaraq pul götürüb. Həmin pulu isə mərc oyununda uduzub.

Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

"Report"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Neftçalanın da öz `Boz kardinal`ı var... - İDDİA


Neftçala rayonunda narazlıq bitib tükənmək bilmir. Bir neçə il bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin sözügedən rayonda uğurlu əməliyyatı digərlərinə dərs olmur, heç nəticə belə çıxarmaq istəmirlər. Sözügedən əməliyyatlardan müəyyən əlaqələr hesabına canını qurtaran Neftçala rayonunda 20 ildən artıq maliyyə şöbəsinin sədri işləmiş Rəşid Manafov yenidən baş qaldırıb.

"Azərbaycan Reallığı"na məlumat verən mənbənin sözlərinə görə xarici görkəmindən Ramiz Mehtiyevə oxşayan bu yaşlı qoca rayonda artıq boz kardinal adında qazanıb. 70 dən çox yaşı olan agsaqqal rayonun məzarlıqlarında yer axtarmaq əvəzinə vəzifədə işləyib vəzifəsindən su istfadə edərək rayonun mərkəzində qeyri qanunu yollarla sahibləndiyi obyeklərin yenidən inkişaf etdirmək arzusuna düşüb. Hələ bu azmış kimi sözügedən rayonun gənc icra başçsı Mirhəsən Seyidovunda yerinə göz dikib.

Bir sözlə rayonu çapib-talayan qoca korrupsioner rayonda icra başçısı olmağ arzusundadır.

Rəşid Manafov Rayonun maliyyə şöbəsinin sədri işlədiyi dövrdə rayonda xeyli sayda mülkləri, obyektləri özünün yaxın qohumları - qızı, yeznəsi, oğlu və həyat yoldaşının adına rəsmiləşdirərək əldə edib. Bunlardan biri də rayonun mərkəzində yerləşən məişət evidir. Manafov sözü gedən nəhəng obyekti həyat yoldaşının adına qeyri-qanunu yollarla özəlləşdirib.

Demək olar ki, sözügedən idarə adiyyatı üzrə faliyyət göstərmir. Manafov sözügedən idarənin bir hissəsinə özünüz şəxsi biznesi üçüb böyük bir "pekarnı" istifadəyə verib. Bundan əlavə rayonun mərkəzində keçmiş Neftçala rayon icra hakimiyyəti ilə üz-üzə qeyri qanunu yollarla əldə etdiyi bir çox obyektlər, iri ticarət mərkəzə açaraq hüquq-mühafizə orqanlarına da "burada mən, bağdata kor xəlifə" kimi mesajlar ötürür.

Bir neçə gün bundan əvvəl rayon prokurorluğunun keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun bələdiyyə sədri Rövşən Quliyevin həbsi Rəşid Manafovu artıq narahat etməyə başlayıb. Özünün dediyinə görə onun canını bir neçə il bundan əvvəl həbsdən qızı Rəşidə vasitəsi ilə qutarmışdısa bu dəfə artıq arıq çirkli hay harayına kimsə çata bilməyəcək.

Rayonun 50 % ərazisini işğal etmiş bu boz kardinal bu dəfə həbsdən sığortalana bilməyəcək. Bütün xəstəliklərini evdə yox kürdəxanı istintaq təcridxanasında mualicə edəcək Rayonda mülklərə, var- dövlətə sahib olmağ üçün dağıtmadığı ailələr yıxmadıqı evlər qalmayıb.

Sonda biz yazdıq söz artıq hüquq-mühafizə orqanlarınındır. Ümidvarıq ki, güc strukturları bu şəxsi də yaddan çıxarmayıb barəsində araşdırma aparıb ölçü götürəcəklər.

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Texpasport”-a 190 manat rüşvət aldılar – FOTO


1 ay bundan öncə dostumun maşınını idarə edəndə onun “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini”(Texpasport dediyimizi) itirmişdim. Alınma prosedurunu və çıxan xərci olduğu kimi yazıram.

21 yanvar 2023-cü il tarixində Baş Dövlət Yol Polis İdarəsinə(bundan sonra BDYPİ) yaxınlaşdıq. 4-cü otaqda Nicat adlı kapitan 500 manat qarşılığında 1 günə verə biləcəyini dedi. Rüşvətsiz olsun deyən kimi qanunlar işə düşdü.

Rayon qeydiyyatısınız burda ala bilməzsiniz, 15 gündən tez mümkün deyil, belə asan veriləcək sənəd deyil və s. Həmin gün 4 dəfə get-gələ saldılar.
Bütün oyunların 500 manatın başında olduğunu bildim. Təklif etdim ki, indi 500 manatı verirəm sabah sənəd hazır olsun. Yaxın durmadı. Məsələ necə olubsa, BDYPİ-də bir neçə rəhbər şəxsə bildirdim. Hörmətlə dinlədilər və yanvarın 23-ü sənədi gedib götürməyimi bildirdilər.
Bu gün dostum maşını aparıb BDYPİ-yə və uzun süründürməçilikdən sonra müxtəlif otaqlarda toplam 190 manat almaqla sənədi veriblər. 1-ci otaqda 20 manat, 2-ci otaqda 10 manat, 3-cü otaqda 10 manat, 5-ci otaqda da 150 manat alıblar.
Bu da dosta verdiyim xeyir.

Açıq deyim ki, təmiz bezmişəm. Ən gözəli rədd olub getməkdir.

P.S. 2-ci və 3-cü otağın qabağında bir nəfər qışqırırmış ki, rüşvət verib özünüzü loxlatmayın.sarkazm.az
“Texpasport”-a 190 manat rüşvət aldılar – FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fərhan Əliyevin TİKİNTİ MONOPOLİYASI... - İTTİHAM VAR!


Məlum olduğu kimi, dövlət başçısının Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması, sonradan isə əlahiddə olaraq bu işlərin davam etdirilməsi haqqında sərəncamlarına əsasən, bu məqsədlə Təhsil Nazirliyinə on milyonlarla manat vəsait ayrılmışdır.

Lakin Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən “respublika ərazisində modul tipli məktəblərin quraşdırılması işlərinə dair” təkliflər sorğusu proseduru üzrə elanlar verilsə də, profili uyğun gələn sahibkarlıq fəaliyyəti ilə məşğul olan heç də bütün hüquqi şəxslər satınalma prosedurlarında iştirak edə bilməmiş, bu məqsədlə tender komissiyasına edilən müraciətlərin heç də hamısına baxılmamışdır. Hətta müsabiqələrdə iştirak etmək istəyi cavablandırılmayan bəzi şəxslər məsələni məhkəmə müstəvisində də mübahisələndirmişlər. Hətta olub ki, iddialı namizədlərə maneə yaratmaq üçün şərtlər daha da sərtləşdirilmişdir. Xidmət göstərmək və qazanc əldə etmək hüququndan məhrum edilmiş sahibkarlar arasında elələri olmuşdur ki, modul tipli məktəblərin quraşdırılmasını qiymətləndirmək məqsədi ilə saytda göstərilən ərazilərdəki məktəblərə baxış keçirmiş və aşkar etmişlər ki, satınalma oyunu başlamamış məktəblərin bəziləri 50%, bəziləri isə 70%-i quraşdırılmışdır. İş adamları haqlı olaraq qeyd edirlər ki, heç bir sahibkar satınalmada qalib olmamış, müqavilə bağlamamış öz vəsaiti hesabına bu işləri heç bir vaxt görməzdi. Təxmin olunur ki, bu işlər Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyevin qohumlarının və “centlmen sövdələşməsi” apardıqları digər şəxslərin adlarına təsis edilmiş müəssisələr tərəfindən qeyri-qanuni yollarla, qeyri-leqal işçiləri əməyə cəlb etməklə və nəğd hesablaşmalar üsulu ilə aparılmışdır (Az öncə rəis vəzifəsinə təyin olunan Valeh Mirzalıyevin adı sələflərindən fərqli olaraq hələ ki, neqativ hallanmır). Qanunsuzluqlardan şikayət edən sahibkarlara hətta rüşvət kimi xırda-para təmir işlərinin təklif olunduğu barədə də söhbətlər dolaşmaqdadır. Aydın məsələdir ki, idarə rəhbərliyinin və tender komissiyasının burada marağı qiymətlərin dəfələrlə şişirdiləcəyi qabaqcadan bəlli işlərin artıq qalan pulunun qalib gələcəyi qabaqcadan bəlli şirkət sahibləri ilə bölüşdürülməsidir. Məktəblərin quraşdırılmasında istifadə edilən materiallar çox ucuz və keyfiyyətsizdir.

«Dəryaz»-a daxil olan məlumata görə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində təkcə modul tipli məktəblərin quraşdırılması deyil, digər əsaslı və cari təmir işləri, mövcud məktəblərə əlavə korpusların tikilməsi də belə həll olunur. Çünki İdarə rəhbərliyinin məqsədi həqiqi real dövlət satınalması keçirtmək yox, gözdən pərdə asaraq işləri öz müəsisələrinə ötürməkdir. Buna inanmayanlar arşdırıb müəyyən etsinlər ki, Fərhan Əliyev Mərdəkan qəsəbəsində milyonluq villaya, paytaxtın Nərimanov və Xətai rayonlarında bahalı evlərə hansı maaşla yiyələnib.

Mövzuya qayıdacağıq.

Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzinin işçiləri də ZƏRBƏ ALDI - MAAŞLARI KƏSİLDİ


Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzinin işçilərinə verilən əlavə məvacib və gecə növbəsinin pulu kəsilib. Əlavə məvacib, onların yerin altında işləməsinə görə nəzərdə tutulub. Mərkəz, yerin 300 metr dərinliyində yerləşir.
Bundan əlavə, işçilərin Naxçıvan şəhərindən mərkəzə daşınması üçün nəzərdə tutulan, dövlət balansında olan avtobusun da satıldığı bildirilir. DİA.AZ bildirir ki, bunlar haqda "Gündəlik Naxçıvan"a mərkəzdə çalışan bir qrup əməkdaş məlumat verib. 1173 metr hündürlükdə yerləşən Mərkəzəi Naxçıvan şəhərindən 14 kilometr məsafə ayırır.
Mərkəzdə çalışan M. Əliyev deyir ki, əlavə məvacibin kəsilməsi, onların ailə büdcəsinə ciddi təsir edir:
“Əvvəl işdən asılı olaraq 700-800 manat, bəzən daha artıq maaş alırdıq. Birtəhər keçinirdik. Bir müddət öncə gecə növbəsinə görə verilən, daha sonra yer altında işlədiyimizə görə verilən əlavə məvacibi kəsdilər. İndi əvvəlkindən 250- 300 manat az maaş alırıq. Əvvəl aldığımızla ayı gücnən, borc-xərclə başa vururduq. İndi isə, lap sürünürük. Mərkəz çox yaxşı pul qazanır. O pullara gözləri doymur, bizim maaşa da göz tikirlər. Mərkəzin rəhbəriyi məvacibləri kəsməklə bizim maaşımızı mənimsəyir. Özlərinə deyəndə, deyirlər ki, Ali Məclisdən tapşırıq gəlib, biz də kəsmişik. Deyirlər ki, sizdən kəsilən pullar da ora gedir. Biz həyatımızı riskə qoyub, yerin altında işləyirik. Dünyanın hər yerində bu cür işlərdə işləyənlərə güzəştlər edilir. Bizim isə maaşları azaldıblar.”
Digər şikayətçi S. Quliyev deyir ki, avtobus satıldığından, hər dəfə işə taksi ilə gedib-gəlməli olur. O deyir ki, buna görə, maaşının bir qismini yollara xərcləməli olur:
"Mən gecə növbəsində işləyirəm. İki il öncəyə kimi atobusumuz var iid. Hər gün növbə dəyişəndə işçiləri aparıb-gətirirdi. Avtobusu satıb, ciblərinə qoydular. Indi qalmışıq yollarda. İş yerimiz elə yerdədir ki, ora heç bir marşrut işləmir. Ya gərək, 10 kilometrə kimi yolu piyada gedəsən, ya da taksi tutasan. Bu da maaşımızı üçdən biri deməkdir".
Mərkəz, “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəznindədir. 20 çeşid məhsul istehsal edən bu MMC, il ərzində 6-8 min ton duz satır. Bundan başqa bu sahəyə turizmdən də xeyli vəsait daxil olur.

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar