[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məşhur zavodun dövlətə vergi borcu üzə çıxdı


Azərbaycan Respublikasında balıq ehtiyatlarının bərpası və qorunması "Balıqartırma" idarəsinin Çaykənd qızılbalıq artırma zavodunun dövlətə borcu üzə çıxıb.

Sözügedən zavodun hazırki vergi borcu 50 min manatda çoxdur (51122.10 AZN)

Bildirək ki, zavodun direktoru İlham Məmmədov Müseyib oğludur.

"Balıqartırma" idarəsinin Çaykənd qızılbalıq artırma zavodu 29.12.1994-cü il tarixində dövlət qeyiyyatına alınıb.32gun.az
Məşhur zavodun dövlətə vergi borcu üzə çıxdı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Apelyasiya məhkəməsinin hakimi rüşvət tələbində İTTİHAM edildi - ŞƏHİD STATUSUNA GÖRƏ 2000 MANAT?


Gəncə şəhər sakini Rəhimov Asif İsa oğlu tərəfindən Hurriyyət.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi şəhid olan qardaşının 10 il sonra şəhidlik statusunun ləğv olunduğunu bildirir. Onun məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:

“Mən, Rəhimov Asif İsa oğlu, qardaşım Rəhimov Yusif Asif oğlunun 10 ildən sonra şəhidlik statusunun ləğv olunmasına görə sizə müraciət edirəm. Qardaşım Rəhimov Yusif Asif oğlu 1994-cu ildə Fizuli rayonu, Yuxarı Veysəlli kəndinin ərazisində döyüş vaxtı 4 güllə yarası alır və ağır yaralanaraq, Bakı şəhərindəki 5 saylı xəstəxanaya gətirilir. Orada böyrəyi amputasiya olunur, bağırsaqları çölə çıxardılır.

Beləliklə, əməliyyatdan 28 gün sonra qardaşıma II qrup əlillik dərəcəsi verilir. Vəziyyəti ağır olaraq dəyərləndirilir. Hətta beyin pozuntusu da yaşayır. Özünə xəsarətlr yetirir, olmayan ifadələr səsləndirir. Nəticədə, Gəncə şəhərində yerləşən psixiatriya xəstəxanasına köçürülür və az müddət sonra elə orada da vəfat edir.

Qardaşım rəhmətə gedəndən sonra Gəncənin icra başçısı Rasim Daşdəmirov və digər rəsmi nümayəndələr dəfn mərasimində iştirak etdilər, qardaşımın şəhidlik statusunu atama təqdim etdilər.

2009-cu ilə qədər dövlət qardaşım Rəhimov Yusif Asif oğlunu şəhid kimi tanıyıb. 2009-cu ildən sonra Gəncənin Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Mursəl Mürşüdov Gəncə Apellyasiya Məhkəməsinə şikayt ərizəsi göndərib ki, şəhidin sənədində şizofreniya xəstəliyi yazılıb. Yəni, onun fikrincə, qardaşım müharibə zamanı aldığı güllələrdən rəhmətə getməyib, məhz “dəli” olduğu üçün rəhmətə gedib. Mənim sizlərə sualım var, hansı dəli öz canına qıymadığı halda ölə bilər?

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Fikrət Əliyev təsdiq edib ki, bu şəhid deyil, “dəlilik”dən ölüb. Həmin hakim Fikrət Əliyev atamdan o vaxt 2000 dollar pul istəyib ki, şəhidliyi təsdiq etsin. Biz kasıb ailənin övladlarıyıq, boş-boşuna kimlərəsə verməyə pulumuz yoxdur. Atam həmin hakimin sözlərindən 6 ay sonra rəhmətə getdi. Heç özünə gələ bilmirdi ki, oğlum şəhid olduğu halda məndən pul istənilir.

Bir çox orqanlara müraciət etmişik, kimlərsə bu işlə bağlı tapşırıqlar verir, yekunda işimizə baxılmır. Hətta o vaxt dövlət telekanallarının birindən də gəlib çəkliş etdilər, amma efirə vermədilər. Səbəbini soruşduqda isə mənə dedilər ki, tapşırıq var, efirə verə bilmərik.

10 ildir məhkəmələrdəyik. YAP-ın Gəncə şəhər şöbəsindən deputat seçilən Muşviq Cəfərova mürda aciət etmişik. O da söz verib ki, əlindən gələni edəcək. Cavab gözləyirik.

Sizin redaksiyanız vasitəsilə cənab Prezidentə və Birinci vitse-prezident Mehriban xanıma müraciət edirik, xahiş edirəm, tapşırıq verin, bu iş araşdırılsın. Qoca anam var, öz dərdi özünə bəsdir, xahiş edirəm nəzərə alın”.

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyət.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO


Kürdəmirin Muğanlı kəndinə gedən yol kənd camaatını artıq təngə gətirib. Düz 40 ildir ki, bu yola əncam çəkən tapılmır. Problemlər sovetdən qalıb, amma müstəqilliyimizin də günəşi bu yol probleminə işıq sala bilməyib.

Muğanlı kəndi rayon mərkəzindən 15 km uzaqlıqda yerləşir. Həmin yolun 11 km-lik hissəsi Bakı-Qazax yoluna düşür, qalan 4 km-lik hissəsi isə əndə dönən hissədir və bərbad gündədir.

Kənddə 200 evdə 1100 nəfər sakin yaşayır. Amma kənddə olan yol problemi onların gündəlik həyatını kabusa çevrib. Belə ki, Muğanlı kəndinə gedən yol təqribən 50-55 il bundan əvvəl sovetlər dönəmində çəkilib, 5-10 il sonra tamamilə sıradan çıxıb. istismar müddətini başa vurmuş kənd yolu 40 ildir ki, heç kim tərəfindən təmir edilmir.

Bizim.Media-ya danışan kənd sakinləri bildirilər ki, qışda palçıqdan, yayda tozdan bu yolda hərəkət etmək mümkün deyil:

“Bu yoldan bir dəfə keçdinsə, maşını aparıb ustaya göstərməlisən. Çala var ki, dərinliyi yarım metrdir. Əsaslı təmirə ehtiyacı var bu yolun, bir-iki maşın daş-qum tökməklə əmələ gəlməz”.

Sakinlər deyir ki, dəfələrlə aidiyyatı orqanlara müraciət ediblər, məktub yollayıblar, amma heç kimdən səs-səmir çıxmır.

Məsələni həll etməkdə Kürdəmir rayon icra hakimiyyəti də acizdir. İllərdir həll olunacaq desələr də ortada bir iş yoxdur.

Bizim.Media-ya problemlə bağlı məlumat verən icra hakimiyyətinin memarlıq şöbəsinin baş məsləhətçisi Şəfaət İsmayılov bildirdi ki, adı çəkilən yolun layihəsi hazırdır. Növbəti illərdə rayonun bir neçə kəndinə, o cümlədən Muğanlı kəndinin 4 km-lik hissəsinə asfalt örtüyünün salınması işləri həyata keçriləcək.

Bizim.Media
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmrullayevin əmrindəki təhsilimiz... - BELƏ HARA GEDİRİK?


Məktəbin bərbad vəziyyətindən gileylənəndə sosial şəbəkələrdə bəzi yaşlı təhsil işçiləri o dəqiqə başlayır uşaqlıq tarixçəsini danışmağa ki, "Heç biz oxuyan vaxtı indiki kimi gözəl şəraitli məktəblər yox idi. Amma, oxuyurduq. Min bir əziyyətlə oxumuşuq".

Bəli, ağsaqqallar doğru deyir. Onların böyüdüyü SSR dövründə, məktəblərin çox bərbad gündə olması, o dövr üçün başadüşüləndir.
O zamanlar nə başımız öz əlimizdə idi, nə dilimiz istədiyini tələb edə bilirdi. Çünki, müstəqil Azərbaycan deyildik. Həm də dünya, elm, texnologiya bu qədər inkişaf etməmişdi.

Bundan əlavə o zamanlar bilet 3-5 çəkilirdi, tam keçirilən dərslərdən hazırlanmış sual oxunurdu, cavabı verən, Ali məktəblərə qəbul olurdu.

İndi 120 suallıq qəbul imtahanlarına qədər - taa birinci sinifdən hər il, hətta ildə bir neçə dəfə imtahanlar verirlər. Bir sözlə dövrümüzün təhsilində ömrümüz imtahanlarla keçir. O qədər zülmlərin sonunda bari ona layiq bir işimiz olsa bəlkə də gileylənmərik ki, bu da ayrı bir mövzudur.

Əlqərəz, mövzudan çox uzaqlaşmayaq, dərslərdən danışırdıq.
Madam ki, ağsaqqal müəllimlər "çörəklərinin xatirinə" hazırkı Azərbaycan təhsilini güya inkişaf etdiyi fikrini ağlımıza sırımaq üçün, özlərinin sovet hakimiyyəti illərində aldıqları təhsil ilə müqayisə edirlər, elə biz də müqayisə edək, dedik.

O zamanlar min bir əziyyətlə qonşu kəndə məktəbə gedən uşaqların yükü bir dəftər idi, bir də qələm. Amma, indi valideynlər uşağın gücü çatmadığı üçün bir kitab dolu çantanı kürəyinə alır, çantaya yerləşməyən qalan kitabları da bir poketə yığıb, əlində götürür. Üstəlik də hər uşaq üçün ya kompüter, ya da planşet alınmalıdır, çünki müəllim çox zaman internetdən də tapşırıqlar verir.
Amma, yenə yetmir...
Valideyin əlavə müəllim - repetitor tutmaq məcburiyyətində qalır. Özü də bu müəllimlər də həmin məktəbin müəllimləri.

Nə fərq edir?

Dərsliklər desək, ibtidai sinif dərsliyindəki misalların, məsələlərin tez-tez sosial şəbəkələrdə paylaşılan nümunələrini də az görmədik.

Daha bir nümunəsi aşağıda fotolarda:

Əmrullayevin əmrindəki təhsilimiz... - BELƏ HARA GEDİRİK?

Əmrullayevin əmrindəki təhsilimiz... - BELƏ HARA GEDİRİK?

Əmrullayevin əmrindəki təhsilimiz... - BELƏ HARA GEDİRİK?


Yəni, bu da valideyinin yüklədiyi, övladlarımızın ağ vərəqi andıran beyninə yüklənən lazımsız bilgilər.

Qaldı ki, şəraitli məktəb binalarına, onun da pulunu çox məktəblərdə, əsasən də paytaxt məktəblərində valideyin az qala 11 il "fond pulu" adı ilə ödəyir.

Nə yazıq ki, 21-ci yüzillikdə - texnologiya əsrində də müstəmləkəsində olduğumuz və inkişaf etməyimizi ümumiyyətlə istəməyən sovet hakimiyyəti dövrünün məktəblərini andıran məktəblər də az deyil. Hansı ki, dəfələrlə "DogruXeber.az"da onların bir neçəsini cəmiyyətimizə təqdim etmişik.

Daha bir nümunəsini isə indi təqdim edirik.



Sabirabad rayonunun Şəhriyar kəndinin sakinləri tərəfindən göntərilən bu görüntülərdə çöldən ön tərəfi gözdən pərdə asmaq üçün ağardılan 630 şagirdlik bu məktəbin şəraitini özünüz gördünüz. Hətta, vətəndaş orda qeyd edir ki, "istilik sisteminin boruları kəsilib satılıb, akt zalının polu sökülüb satılıb". Akt zalının görüntülərini, həmçinin məktəbin tualetlərinin görüntülərini belə izlərkən, adamın özündən biixtiyar buruna üfunətli qoxu gəlir ki, bunu da beynimizdə yaradan həmin gördüyümüz anti-sanitar vəziyyətdir.

Üstəlik, bitlərin və digər həşəratların tüğyan etdiyi deyilən, eyni zamanda məktəb kimi nəzərdə tutulan binanın hər uçma təhlükəsi də aşkar görünür və valideyinləri haqlı olaraq, çox narahat edir.

Əmrullayevin əmrindəki təhsilimiz... - BELƏ HARA GEDİRİK?

Məktəbin yolları desək, bəlgəsəl proqramlardan izlədiyimiz Afrikanın ucqar yerlərindəki məktəb yollarının birə-bir eynisi. Çaqqal-tülkü oylağı olan bu "cəngəllik" böyükləri belə vahiməyə salır, nəinki, azyaşlı məktəblilər.

Əmrullayevin əmrindəki təhsilimiz... - BELƏ HARA GEDİRİK?

Əmrullayevin əmrindəki təhsilimiz... - BELƏ HARA GEDİRİK?

Məlumdur ki, hər il dövlət büdcəsindən yüz minlərlə, milyonlarla pul vəsaiti ayrılan təhsil sahəsindən narazı camaatın da sayı artır. Sosial şəbəkələrdə və mətbuatda yayımlanan bu qədər narazılıqların olduğu bir vaxtda Təhsil nazirliyində - daha doğrusu adında dəyişiklik edildi. Qarşısına sadəcə "Elm" sözü artırılmaqla, yalnız adında dəyişiklik edilən nazirliyin fəaliyyəti hazırkı durumu ilə övladlarımıza elm verməkdən daha çox xəstəlik, valideynlərə əsəb, stress, həyəcan və sair verir. Çoxsaylı şikayətlərdən isə belə görünür ki, daha çox inkişaf edən sadəcə qeyri-qanuni yığılan pulların, alınan rüşvətin məbləğidir.

Mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
DogruXeber.az

Əmrullayevin əmrindəki təhsilimiz... - BELƏ HARA GEDİRİK?

Əmrullayevin əmrindəki təhsilimiz... - BELƏ HARA GEDİRİK?

Əmrullayevin əmrindəki təhsilimiz... - BELƏ HARA GEDİRİK?

Əmrullayevin əmrindəki təhsilimiz... - BELƏ HARA GEDİRİK?

Əmrullayevin əmrindəki təhsilimiz... - BELƏ HARA GEDİRİK?

Əmrullayevin əmrindəki təhsilimiz... - BELƏ HARA GEDİRİK?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Hakim dedi ki, Naxçıvanda yalnız Kərəm Mustafayevin dediyi ola bilər" - Acı Naxçıvan REALLIĞI...


Naxçıvandakı hərbi hissələrdən Azərbaycanın digər bölgələrinə dəyişilmək istəyən hərbçilər təzyiqlə üzləşdiklərini deyirlər. Fikrindən daşınmayan hərbçilər isə həbsə və yaxud psixoloji dispanserə göndərilməklə hədələnirlər.

Bu barədə “Gündəlik Naxçıvan”ın yaydığı məlumatda deyilir.

Naxçıvandakı N saylı hərbi hissədə xidmət etmiş zabit Şamxal Əliyev bildirir ki, xidmət yerini dəyişmək fikrinə düşdüyü üçün o da təhdid və təzyiqlərə məruz qalıb. Geri çəkilmədikdə isə, Hərbi Xidmətkeçmə Əsasnaməsinin "xidməti uyğunsuzluğu görə" bəndinə əsasən, bir il öncə ordudan məcburi təxris olunub:

"Mən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda 10 il xidmət etdikdən sonra Azərbaycanın başqa bölgələrində xidmət etmək üçün müraciət etdim. Qanunla, 6 il xidmətdən sonra belə müraciət etmək olar. Raportda yazmışdım ki, Naxçıvanda 10 il xidmət etdiyimə görə başqa yerə rotasiya etsinlər. Məqsədim xidmətimi Azərbaycanin digər bölgələrində, məsələn, Kəlbəcərdə, Şuşada, Füzulidə davam etdirmək idi. Başqa yerə göndərmədilər, əksinə, mənim qara günlərim başladı”.
Şikayətçi deyib ki, bundan sonra hərbi hissə komandiri tərəfindən ona qarşı mənəvi və psixoloji basqılar başlayıb. O, hüququnu qorumaq üçün məhkəməyə müraciət etdiyini bildirir:
"Məhkəmə də mənim əleyhimə qərar çıxardı. Hakim dedi ki, Naxçıvandakı hərbi hissələrdə yalnız Əlahiddə Ümumqoşun Ordusunun komandiri general-polkovnik Kərəm Mustafayevin dediyi ola bilər. Daha sonra məni dəlixanaya salacaqları ilə hədələdilər. Geri çəkilmədiyimi görüb, məni məcburi ordu sıralarından tərxis etdilər".
“Əslində rotasiya haqda (yerdəyişmə haqqında) qərarda nəzərdə tutulub ki, 6 il bir birlikdə xidmət edən hərbi qulluqçunun yeri dəyişdirilə bilər. 2017-ci ildə mənim yerim dəyişdirilməli idi. Mən əlavə dörd il də səbr etdim. Bu baş vermədiyinə görə, raport yazıb yerimi dəyişmələrini istədim. Mənə təzyiqlər, hədə-qorxu o qədər oldu ki, yuxarılara rabitə rəisi kimi intihar edəcəyimi bildirdim. Cavabında məni dəlixanaya salacaqları ilə hədələdilər”- şikayətçi deyib.
O bildirir ki, Əsasnamənin bu bəndi ilə tərxis olunduğu üçün bir daha orduda çalışa bilməz:
"Mən tək deyiləm, xidmətdə olduğum müddətdə çoxlu sayda belə halların şahidi olmuşam. Uzun illər hərbi xidmət keçmiş zabitlər yerlərini dəyişmək istədikləri üçün, bu cür yollarla hərbidən kənarlaşdırılıblar. Bu işin başında şəxsən Kərəm Mustafayevin özü dayanır".

“Gündəlik Naxçıvan”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Verdiyi rüşvəti geri tələb edən vətəndaş intihara əl atdı - UCARDA DƏHŞƏT

Ucar rayon Koroğlu küçəsi ev 24 -yaşayan Ələkbərov Oktay Qüddəsər oğlu bu gün Ucar rayon Mərkəzi Xəstəxanasında intihara cəhd edib.
Bu barədə Gununsesi.info-ya rayon sakinləri bildirib. Məlumata görə, ancaq vətəndaşın qarşısını kəsən polislər onu özünü yandırmasına imkan verməyib.

Olaya səbəb isə Ələkbərov Oktay Qüddəsər oğlunun Ucar rayon Xəstəxanasının direktoru Zeynal Bayramlı ilə arasındakı qalmaqaldır.
Vətəndaş iddia edir ki, oğlunu operator vəzifəsinə qoymaq adı ilə direktor ondan 3500 manat pul alıb:
“Oğlum Ceyhunu Ucar rayon xəstəxanasına operator vəzifəsinə qoymaq üçün Zeynal Bayramlıya 3500 manat pul verdim.Bir neçə aydan sonra oğlumun vəzifəsini dəyişdi həm də dərəcəsini aşağı saldı.
Buna görə mən dəfələrlə Zeynal Bayramlının qəbulunda oldum axırda məni otağından qovdu.
Zeynal Bayramlı ya oğlumu əvvəlki işinə qaytarmalıdır, ya da pulumu verməlidir”. //Gununsesi.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi


Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il ötür.

Dekabrın 12-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda sabiq məmurların təqaüdləri ilə bağlı hansı maxinasiyalar edilib? - İLGİNC İDDİALAR...


Uzun müddət Naxçıvanda yüksək vəzifələrdə çalışmış Məmməd Abbasov Muxtar Respublikada dövlət qulluqcusu olan təqaüdçülərin başına açılan oyunlarla bağlı maraqlı yazı ilə çıxış edib.

Gundem.media Azinforum.az-a istinadla Məmməd Abbasov şəxsən özünün də rastlaşdığı bu vəziyyətlə bağlı qeydlərini təqdim edir:

“DOSTLAR! Bu yazını yazmaga mən çox tərəddüd edirdim. Sonunda qərara aldım ki, yazmaq lazımdır, gənc dövlət məmurlarının tərbiyəsi baxımdan bunu məqbul saydım.
Dövlətimizin büdcəsi sosial yönümlüdür. Yəni insan amili dövlətin prioritet vəzifələrindən biridir. Bu mühüm dövlət siyasətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən analoji dövlət qurumları vardır. Bəs onlar qocalara, əlillərə, ailə başçılarənı itirənlərə, şəhid ailələrinə, qazilərə necə xidmət edirlər? Bir faktı qeyd etməklə onların fəaliyyətinə qiymət vermək kifayətdir.

Keçən ilin iyul ayından qeyd olunan qurumlar və Maliyyə Nazirliyi xüsusi əməliyyat aparmışlar. Muxtar Respublika üzrə xüsisi təyinatlı pensiyaçıların ( dövlət qulluqçularının, hüquq mühafizə orqanları işçilərinin) pensiyalarını dayandırıb , qanunsuz olaraq yenidən hesablama aparıblar. Nəticədə təqaüdləri yendiriblər. Bu azmış kimi, bütün qeyd olunan təqaüdçülərə borc hesablayıb, hər ay azaldılmış pensiyalarının 50 faizini tutmaga başlayıblar. Ümumi söz olmasın deyə konkret fakt göstərmək istəyirəm.

Mənə 2012-ci ilin avqust ayında qocalıga görə pensiya təyin etdilər. Fevral 2013-cü ildə tutdugum vəzifədən azad olunduqdan sonra, dövlət qulluqçusu kimi pensiya təyinatı ilə əvəzləndi. Keçən ilin iyul ayına qədər, yəni 9 il müavinətimi alırdım, düzdür o müddət ərzində dövlət qulluqçularının zəhmət haqqıları artdıqça mənim də müavinətim 4 dəfə yenidən hesablanmışdı. Günlərin birində, heç bir məlumat vermədən, pensiya kartını bagladılar. Bir müddətdən sonra 25 faiz müavinəti azaldaraq, karta pul köçürtdülər. Əlavə olaraq bildirdilər ki, güya mənim pensiyam səhv hesanlanıb və 40 min manat artıq pul almışam. Fondun şəhər şöbəsinin müdürü Anar( ona nə müəllim , nə də bəy demək olar) bildirdi ki, təcili mən o pulu ödəməliyəm əks təqdirdə mənimlə hüquq mühafizə orqanları məşqul olacaq. Mən rəsmi sürətdə ona bildirdim ki (məktubla) siz qanunsuz hərəkət edirsiniz və sizin bu əməliniz insanları dövlətə qarşı inamını itirir, sizin vəzifəniz qocalara xidmət etməkdir, hədələmək deyil.

Yuxarıda qeyd olunan dövlət qurumlarınından ibarət güya komissiya bu qərara gəlib. Muxtar Respublika Nazirlər Kabineti də bir qərar qəbul edib. Heç bir əsas gətirmədən , Anar bildirdi ki, pensiyam 25 faiz azaldılmalıdır.
Mən məcbur olub MR Baş nazirinə müraciət etdim, ancaq heç bir cavab almadım. MR Ali Məclisinin Sədrinə müraciət etdim, keçmiş bir iş yoldaşı kimi, də mənə heç bir cavab verilmədi. Etika xatirinə heç olmasa telefonla bildirə bilərdilər ki, müraciyətinizə baxılacaq. Məcbur olub, sentyabr ayında Bakı şəhərinə yaşayış uçotuna düşdüm və Sosial Müdafiə Fondunun vasitəsi ilə pensiya işimin Bakı şəhərinə göndərilməsini xahiş etdim. 3 ay ərzində sogruya cavab vermədilər. Dekabr ayında Anar mənə bildirdi ki , “borcumun” 20 mini silindi, heç olmasa gəlin 20-sini ödəyin. Sanki atasının mülkü kimi, mənimlə alver edirdi. Cavabında dedim ki, əgər qanunudursa, hamısını ödəməliyəm, qanunsuzdursa heç nə ödəməyəcəm. Bir aydan sonra bildirdi ki , 20 min də silindi, onda dedim pensiya sənədlərini göndərin. Dedi ki, göndərə bilməz. “Borcların” silinməsini də hesab edirəm ki, Ali Məclisdən ona deyiblər. Sizi yorsam da bu idarələrin dərəbəyliyini, məmurların qocalara münasibətini bilməlisiniz. Onu da biləsiniz ki, Anar bütün qeyd olunan pensiyaçıları məcbur edib belə məzminda ərizələr alıb: “Xahiş edirik, artıq aldıgımız təqaüdün hər ay 50 faizini tutasınız”. Mən ona bildirdim ki, heç ayıb deyil. Deyir, özləri ərizəni veriblər. Təəssüf ki, mənim həmkarlarım qorxudan o cür məzmunda ərizə vermişlər. Anara İdarənin işçilərinə bidirdim ki , Səlim Müslümov Ülu Öndəmizin qızıldan olan imzasını yaxasına vurdu, fondun vəsaitinini dagıtdı, indi həbsdədi , sizi də o aqibət gözləyir.

Bir sözlə, 8 aydan sonra mənim pensiya sənədlərim Bakı şəhərinə aidiyyatı idarəyə daxil oldu. Ərizə ilə müraciət etdim yenidən hesablanma aparıldı, məlum oldu ki , Anar sənədlərdə saxtakarlıq edib, mənim zəhməthaqqımı səhv göstərib. Hər ehtimala qarşı , mən dövlət arxivindən çıxarış almışdım , onu təqdim etdim , pensiyam bərpa olundu. Məndən qanunsuz olaraq 8 min manatdan artıq pul tutmuşdular. Onun da geri qaytarılması təmin ediləcək. Fürsətdən istifadə edib Bakıda DOST mərkəzinin , Sosial Müsfafiə Fondunun işçilərinə dərin minnətdarlıgımı bildirirəm.
İndi məlum olur ki, Anar pensiyaçılara zəng edib deyir bunları deyir: “Pesiyalarınızı bərpa edəcəyik, tutquları da qaytaracagıq” . Yəni səs küy salmayın. Axı bununla iş bitmir. Sizin onlara verdiyiniz mənəvi əzabı, sarsıntını kim ödəyəcək?

Dostlar, mən təqaüdə çıxdıqdan sonra söz vermişdim istirahətimlə, müalicəmlə ailə qaygılarımla yaşayacagam. Ona da əsasən bu 10 il ərzində əməl etmişəm. Amma görürsünüz ki, mərdi qova – qova namərd edirlər. Əgər mənə belə münasibət göstərirlərsə, indi görün mübariz olmayan insanların başı nələr çəkir. Düzdür, əsil günahkar olanlar məlumdur amma icraçı məmurların da bir vicdanı olmalıdır. Rasim Bagırov, Anar Eynalov, Nicat Babayev siz bundan sonra yaddan çıxarmayın ki , QOCLARA HÖRMƏT ALLAHA HÖRMƏTDİR . Peygəmbərimizin bu məsləhəti qulagınızda sırga olsun. Siz də qocalacaqsınız.
Tanrı hər şeyi görür, və hər şeyi yerbəyer edir. Mənim xeyli məmur dostlarım olub. Onların inkişafına da köməkliyim dəyib , çox təəssüf ki, əksəriyyəti dönük çıxdı. Amma dostlar, mən sizi tapdım , siz təmənnasiz dostlarsınız, ətrafım o çirkablardan təmizləndi. Allah amanında. Bagışlayın yordum Sizi, amma buna da ehtiyac var idi”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vətəndaşla bələdiyyə arasında rüşvət borca necə çevrildi? - TƏFƏRRÜAT


Qazax rayonu Ağköynək kənd sakini Murad Mustafayev 2022-ci ildə torpaq sahəsi almaq qərarına gəlib.

Murad Mustafayev deyir ki, Ona təklif etdiyi torpaq sahəsi qarşılığında Ağköynək-Qarapapaq kəndinin bələdiyyə sədri Nəzakət Mənsurovaya ümumilikdə 3700 manat məbləğində pul ödəyib.

Murad Mustafayev Nəzakət Mənsurovaya pul verərkən lentə aldığını dediyi səs yazılarını Toplum TV-yə təqdim edib.

Murad Mustafayev aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına müraciət edib. Nəzakət Mənsurova ifadə verərkən deyib ki, çilingər sözügedən məbləği qızı Ləman Musazadəyə borc kimi verib.

Bundan sonra polis müstəntiqi işə xitam verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov işə xitam verildiyini təsdiqləyib.

«Araşdırmalar zamanı N. Mansurova izahatında bildirib ki, 2021-i ilin sentyabr ayında övladının müalicə və əməliyyatı üçün həmkəndlisindən 3700 manat borc aldığını borcu qaytara bilmədiyi üçün Ağköynək kənd bələdiyyəsinə məxsus 0.6 ha torpaq sahəsini həmin borcun əvəzində Murad Mustafayevə vermək istəmişdir. Araşdırmaların nəticəsi olaraq cinayət işinin başlanması Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə rədd edilmişdir»

Nəzakət Mənsurova Toplum TV-yə açıqlamasında ondan şikayətçi olan Murad Mustafayev haqqında sərt ifadələr işlədərək, aldığı məbləğin borc olduğunu, borcu da qaytardığını deyib.

Bələdiyyə sədri şikayətçini məhkəməyə də verdiyini deyir.

Murad Mustafayevin polisə də təqdim etdiyi səs yazılarında söhbətin borcdan getmədiyi aydın olur.

Polis bələdiyyə sədrini cinayət məsuliyyətindən niyə qoruyur, bəlli deyil.

Toplum TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçayda vətəndaşı incidən kimdir? - GİLEY


Göyçay rayonu Heydər Əliyev pr. 2-ci Ərəbcəbirli kənd sakini Xasıyev Əziz Səadətdin oğlu tərəfindən ölkər rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, təxminən 2015-ci ildə şiddətli şaxtalar zamanı donvurma nəticəsində istifadəmizdə olan su sayğacı xarab olmuşdur. Mən problemin həlli ilə bağlı "Azərsu" ASC Göyçay Su Kanal İdarəsinə müraciət etdim. Mənə bildirdilər ki, sayğacını özün öz vəsaitin hesabına təmir etməlisən, ondan sonra biz gəlib sayğacı yenidən möhürləyərik. Beləliklə mən onların dediyi kimi etdim. Yenicə təmir olunmuş smart-kart su sayğacımıza 2 manat dəyərində su yüklədim. Lakin 15 gündən daha artıq müddət keçməsinə baxmayaraq kartda olan suyun qurtarmadığını görüb, sayğacın düzgün işləmədiyini anladım və yenidən Göyçay Su Kanal İdarəsinə getdim. Mənə "Sən get, biz gəlib tezliklə maraqlanarıq" dedilər və bir də nə az, nə çox, düz 3 ildən sonra "xəbərdarlıq" bildirişi göndərdilər. Bildirişə əsasən, 342 (üç yüz qırx iki) manat borcumuz var idi. Sən demə smart kart tipli su sayğacında verilən su mexaniki qaydada hesablanıbmış. Onlar bu müddət ərzində kanalizasiya sisteminə qoşulmadığımız halda, qoşulmuş kimi qeyd etmişdilər. Bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsinə əsas verir. Çünki “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı maddə 5.1.5. -də: "Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək" istehlakçıların hüquqlarındandır. Öz qaydalarına uyğun hərəkət edən Göyçay Su Kanal İdarəsinin yazdığı qanunsuz borc səbəbilə suyumuzu kəsdilər. Qohum-aqrabadan xahiş-minnətlə pul alıb suya olan borcun bir hissəsini ödəməklə, suyumuzu bərpa etdirdim. Əlimdə pul olduqca vaxtaşırı suya olan borcumdan ödəyirdim. Xarab olmuş smart kart tipli su sayğacımız mexaniki qaydaya keçdiyi üçün onlar mənə "çek" təqdim etməli idilər. "Çek" verilmədiyinə görə isə qanunsuz olduğunu bilib qalıq borcu ödəməkdən imtina etdim. Mən öz etirazımı bildirdikdə, müxtəlif əsassız bəhanələr gətirirdilər. Beləliklə onlar da 186 (yüz səksən altı) manat borca görə yenidən içməli suyumuzu kəsdilər. Halbuki bu hesablamalar qeyri-dəqiq idi. İşləməyən və eyni zamanda "çek" vermədikləri sayğacın borcunun düzgün bilmək mümkün deyil. Ancaq suya olan zəruri ehtiyacımız səbəbilə çarəsiz vəziyyətdə borcdan 100 (yüz) ödəməklə bir daha suyumuzu bərpa etdirdim. Artıq 3 gündür ki, yenə də bizi içməli suya məhrum qoyublar. Göyçay Su Kanal İdarəsi açıq-aşkar vətəndaşlarla oyun oynayır. Gah qanunsuz cərimə yazırlar, gah yalnış hesablamalar aparırlar, gah da "çek" verməməklə, şəxsi maraqlarına uyğun qaydada pul tələb edirlər, hər dəfə suyumuzu bərpa etmək məqsədilə isə ən azından 15 (on beş) manat pul alırlar. Neçə illərdir ki, onların özbaşınlıqlarından təngə gəlmişəm. Lazım gəldikdə pul alırlar, kefləri istəyəndə suyumuzu kəsirlər. Ailəmin, qohum-aqrabalarımın, qonşularımın yanında rüsvay olmuşam. Bu idarə heç kimdən qorxmadan qanunsuzluqlar edir. Satış müdiri Kazıma da narazılığımı bildirmişəm. O, "get kimə şikayət edirsən, et" deyir. Onlar məni sözün həqiqi mənasında intihar həddinə çatdırıbdır. Dəfələrlə üzərimə benzin tökərək Göyçay Su Kanal İdarəsinin qarşısında özümü yandırmaq fikrində olmuşam, lakin qorxuram ki, iki körpə balam atasız qalar.
Sizdən çox xahiş edirəm, adı çəkilən idarənin özbaşınalıqlarına son qoyasınız və içməli su problemimizi qanuna müvafiq qaydada həll edəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO