[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yüksək vəzifəli məmurların ən böyük mənimsəmə FAKTLARI - ARAŞDIRMA


Ölkəmizdə zaman-zaman xüsusi xidmət orqanları tərəfindən yüksək ranqlı məmur həbslərinə şahidlik edirik. Ələxsus da, son dövrlərdə mənimsəmə, rüşvətalma kimi fəaliyyətlərdə ittiham olunan məmurlar bu əməllərinə görə cəzalandırırlar.

Müvafiq araşdırmaların nəticəsində bir sıra hallarda külli miqdarda vəsaitin mənimsəniləməsi halları üzə çıxır.

DİA.AZ bildirir ki, Bizim.Media bu günə qədər ölkəmizdə üzə çıxmış ən böyük mənimsəmə hallarını araşdırıb.

1. Eldar Həsənov

Keçmiş Baş prokuror və səfir Eldar Həsənov 2022-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib. Eldar Həsənova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı kimi ittihamlarla cinayət işi qaldırılıb. Sabiq Baş prokurorun məhkəmə işində ümumilikdə 30 milyon manatdan artıq vəsaitin tək və qrup halında məniməsənilməsi aşkar olunub.

2. Nizami Məmmədov

Bu il martın 2-də xüsusi əməliyyatla saxlanılan Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nizami Məmmədov 80 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur.

3. Mənsur Əsgərov

Noyabrın 25-də Bakı şəhəri Səbail rayon məhkəməsi xüsusi xidmət orqanları tərəfindən aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxıb. Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən M. Əsgərov 132 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunur.

4. Rafael Əliyev

Naxçıvan MR-in maliyyə naziri Rafael Əliyev xüsusi xidmət orqanları tərəfindən Naxçıvan Gömrük Komitəsində həyata keçirilən əməliyyatlarda həbs olunub. Həbs Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə başlanmış işin gedişi üzrə icra edilib.

Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. R.Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

5. Səlim Müslümov

2021-ci ilin ən səs-küylü və ilk həbslərindən biri keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi olub. Sabiq nazir ötən ilin fevralında vəzifə səlahiyyətlərini aşma və təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq 4 ay müddətinə azadlıqdan məhrum edilib. Sonrakı aylarda onun həbs müddəti 2 dəfə uzadılıb və Səlim Müslümov bu ilin mayında ev dustaqlığına buraxılıb. Keçmiş nazir 27 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunub.

6. Vilyam Hacıyev

İmişlinin sabiq icra başçısının mənimsəməkdə ittiham olunduğun məbləğ isə 8 milyon manatdır. Sabiq məmur külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma kimi qanunazidd əməllərdə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.

7. Alimpaşa Məmmədov

Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 7 milyon manata yaxın vəsaiti mənimsəmədə və rüşvətalmada ittiham olunub.

8. Əhməd Əhmədov

Naxçıvan MR-in keçmiş daxili işlər naziri Əhməd Əhmədov ötən il martın 8-də saxlanılıb. İyunun 17-də barəsində hökm oxunan sabiq nazir külli miqdarda mənimsəmədə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. O, 9 milyon manata yaxın vəsaiti mənimsəməkdə şübhəli bilinib. Bir neçə gün öncə isə sabiq nazirin səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxıldığı ilə bağlı xəbərlər yayılıb.

9. Vüqar Səfərli

KİVDF-nin sabiq sədri Vüqar Səfərli 5,7 milyon manatı vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. Dekabrın 21-də barəsində hökm oxunan Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, “KİVDF” işində PA-nın sabiq şöbə müdiri Əli Həsənov və onun ailə üzvlərinin də adı hallanıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İrşad Electronics” müştəriləri ALDADIR? - GİLEY


Göründüyü kimi, "Azərmetal" Topdansatış-Ticarət Birliyinin baş mütəxəssisi Tamara İbrahimova bütün qanunsuz faktları bir-bir sadaladı. Bundan əlavə, T.İbrahimova Güləddin Dadaşovun daha bir qanunsuz əməlini sübut edən sənədi bizə təqdim etdi. Deməli, işçilərə əmək haqqı kimi nəzərdə tutulan 84 min manat pulun yalnız 34 min manatı paylanıb. Yerdə qalan 50 min manat pulun taleyi məlum deyil. Özü də G.Dadaşov bu pulu içşilərə iş yerində yox, "Azərkontrakt ASC"-də olan öz kabinetində qol çəkdirib verib. Bizə təqdim olunan cədvəldə G.Dadaşov T.İbrahimovaya 9226 manat 70 qəpik əmək haqqı yazsa da, ona cəmi 3.000 manata qədər pul verib. Ona görə də, T.İbrahimova əmək haqqı cədvəlinə qol çəkməyib. Bu gün də T.İbrahimova haqlı olaraq bildirir ki, G.Dadaşovun nəinki yol verdiyi əməllər, hətta onun müavin kimi fəaliyyəti də qanunsuzdur.

"Azərmetal" Topdansatış Ticarət Birliyinin baş direktoru Şahin Abbasovu da dinlədik. Ş.Abbasov bunları dedi:

-Mən dəfələrlə rəhmətlik Miri Qəmbərova baş verən qanunsuzluqlar barədə sual verəndə, o belə deyirdi: "Mənim bir prezidentim var, o da Kərəm Həsənovdur!». O vaxt Əmlak Komitəsinin sədri Kərəm Həsənov olduğundan Miri Qəmbərov və qanunsuz fəaliyyət göstərən, həmçinin heç bir səlahiyyəti olmayan Güləddin Dadaşov bütün qanunsuzluqlara gedə bilirdilər. Bu işlərin arxasında Kərəm Həsənov dayanırdı. Bu gün Miri Qəmbərov bu dünyada yoxdur, amma Kərəm Həsənov yaşayır və özü də prezidentin müşaviridir. Bu şəxsdən sorğu-sual edilməlidir ki, Əmlak Komitəsinin sədri işləyəndə dövlətə məxsus torpaqların, mal-materialların və avadanlıqların qeyri-rəsmi satılmasına niyə yardım edib? Axı bu müəssisələrdə orada işləyən işçilərin səhmləri var ki, bu satışlardan onlara da pay düşməli idi. Amma çox təəssüf ki, Kərəm Həsənov, Miri Qəmbərov və Güləddin Dadaşov üçlüyü dövlətə məxsus "Azərkontrakt"ın bütün ərazisini sataraq, darmadağın ediblər. Hazırda eşidirik ki, Naxçıvanda bir çox dövlət vəzifəsi daşıyan məmurları milyonlarla manat dövlətə ziyan vurduqlarına görə həbs edib, Bakıya gətirirlər. Yoxlasalar onlardan da çox dövlətə ziyan vuran Kərəm Həsənov və Güləddin Dadaşov Bakıdadır, amma onları heç bir sorğu-sual edən yoxdur. 2021-ci ildə Prezident Cənab İlham Əliyev "Azkontrakt"ın bazası əsasında Azərbaycan Dövlət Material Ehtiyatları Agenliyinin yaradılması haqqında fərman verdi. Lakin buna baxmayaraq, bu gün də "Azərkontrakt"ın Güləddin Dadaşovu at oynadır, amma qapıları bağlıdır və heç bir fəaliyyət göstərmir. Agentlik isə gözə dəymir… Yenə də Güləddin Dadaşov heç bir səlahiyyət sahibi olmadan Agentliyin adından işlər görür. Təzəlikcə hissə-hissə satılaraq "Azərmetal Topdansatış Birliyi"nin 0.87 hektar qalmış ərazisini də Güləddin Dadaşov kiməsə artıq satıb. Bundan ötrü akt tərtib edib ki, o akta mən və digər müavinlərin heç biri qol çəkməmişik. Hüquq mühafizə orqanları, həmçinin Baş Prokorluq inanıram ki, bu məsələni araşdıracaqlar. Onda məlum olacaq ki, Güləddin Dadaşov qeyri-rəsmi şəxs olaraq dövlətə necə milyonlarla manat ziyan vurub".

Bütün bu deyilən ittihamlara aydınlıq gətirmək üçün, həmçinin əks tərəf kimi Güləddin Dadaşovla da əlaqə saxladıq və bu məsələlərə münasibətini soruşduq. Telefonda G.Dadaşovla aramızda belə bir dialoq alındı:

-Güləddin müəllim, "Azərmetal Topdansatış Birliyi"nin baş direktoru Şahin Abbasovun və baş mütəxəssis Tamara İbrahimovanın ittihamlarına münasibətinizi bilmək istərdik.

G.Dadaşov:

-Mən prezidentin 2021-ci ildə imzaladığı fərmanın həyata keçirilməsini təmin edirəm və heç bir qanunsuz fəaliyyətlə məşğul olmuram.

-Güləddin müəllim, bilmək olarmı siz prezidentin fərmanını hansı səlahiyyət sahibi kimi icra edirsiniz?

-Xahiş edirəm, mövzudan kənar sual verməyin. Prezidentin fərmanında açıq göstərilib ki, bu fərmandan irəli gələn vəzifələri "Azərkontrakt"ın bazasında yaradılmış Dövlət Agentliyi həyata keçirir.

-Çox gözəl, Güləddin müəllim, deyə bilərsinizmi siz bu Agentlikdə hansı səlahiyyətin sahibisiniz ki, prezidentin fərmanından irəli ələn vəzifələri yerinə yetirirsiniz?

-Hər şey fərmanda açıq-aydın yazılıb.

-Axı orada sizin müavin kimi və ya hər hansı səlahiyyətli şəxs kimi vəzifənizin təsdiq olunması barədə heç nə yoxdur.

-Siz yenə də mövzudan kənara çıxırsınız və Şahin Abbasovun mövqeyindən çıxış edirsiniz.

-Mən Şahin Abbasovun mövqeyindən çıxış etsəydim heç sizinlə əlaqə saxlamazdım. Əgər siz, Şahin Abbasovun və Tamara İbrahimovanın səsləndirdiyi ittihamlara cavab vermək istəyirsinizsə, buyurun redaksiyamıza gəlin. Təzadlar TV-nin canlı efirinə çıxaq və sözünüzü deyin, mövqeyinizi bildirin.

-Mənim ora gəlməyə vaxtım yoxdur. Sizinlə də danışmaq istəmirəm. İstəyirəm daha sual verməyəsiniz, çünki "otboy" verib, mədəniyyətsizlik etmək istəmirəm.

-Güləddin müəllim, siz bizim bircə sualımıza cavab verin, ondan sonra sizə heç bir sual verməyəcəyəm. Siz əvvəl "Azərkontakt"ASC olmuş, indi isə "Azərkontrakt Dövlət Agentliyi" adlanan dövlət qurumunda hansı səlahiyət sahibisiniz?

Bu sualdan sonra Güləddin Dadaşov qulağımıza "otboy" verib telefonu qapatdı... İndi özünüz nəticə çıxarın…

***

Əlbəttə, Miri Qəmbərov dünyasını dəyişdiyindən baş vermiş bütün qanunsuzluqlara, rəhmətliyin yanında qeyri-qanuni müavin kimi fəaliyyət göstərən Güləddin Dadaşov çox suallara cavab verə bilərdi. Amma görünür səlahiyyətsiz Güləddin Dadaşov səlahiyyətli orqanlar qarşısında cavab vermək niyyətindədir. Respublikanın Baş Prokorluğu, Daxili İşlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətli nümayəndələri Güləddin Dadaşovu sorğu-sual etməyə borcludurlar. Çünki söhbət dövlətə vurulan milyonlarla manat ziyandan gedir.

Mövzunu diqqətdə saxlayacağıq.

P.S Bu yazıdan sonra Güləddin Dadaşov hər hansı münasibət bildirmək istəsə, onu dinləyib, mövqeyini olduğu kimi dərc etməyə hazırıq… //tezadlar.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Biləsuvar Quşçuluq"da qanunlarımız işləmir... - Baş Prokurora MÜRACİƏT



Bir müddət əvvəl Bakı şəhər sakini Mübariz Quluzadənin "Biləsuvar-Quşçuluq" ASC rəhbərliyinin 30-a yaxın insanı əmək müqaviləsiz işlətməsi və əmək haqlarını ödəməməsi barədə şikayətini dərc etmişdik.

Xatırladaq ki, şikayəti araşdırarkən əldə etdiyimiz "BİLƏSUVAR QUŞÇULUQ" ASC (VÖEN: 4100040141) İdarə Heyətinin sədri Nihad Ağayevin imzası ilə olan bir Etibatnamədə göstərilən (050)-207-44-05 telefon nömrəsinə zəng etdik. Ancaq zəngimizə cavab verən şəxs Nihad Ağayev deyil, şikayətdə adı çəkilən Seyran adlı şəxs olduğunu dedi. Belə olan halda, barəsində yazılan sözügedən şikayət barədə onu məlumatlandırdıq. O, isə sahibkara yaraşmayan bir tərzdə dedi ki, danışmağa vaxtı yoxdur və guya şikayətçi Mübariz Quluzadəni tanımır və s. Halbuki şikayətçi M.Quluzadə onunla dəfələrlə danışdığını, bir yerdə görüşdüklərini, iş yerində dəfələrlə ünsiyyətdə olduğunu və s. bildirir.

Eyni zamanda, o, məsələ ilə bağlı heç bir açıqlama vermək istəmədiyini söylədi: "Mən elə bir adamı işlətməmişəm, tanımıram da. Yaxşı, respublikada 50 min adam məndən şikayət edəcək, siz də mənə zəng edəcəksiniz? Çox danışmağa vaxtım yoxdu. Kim hara şikayət edib, özü bilər. Getsin şikayət eləsin".

M.Quluzadənin redaksiyamıza verdiyi məlumata görə, yazının dərcindən sonra ilk günlər qarşı tərəf problemi həll etmək üçün ortaq razılığın əldə edilməsi ilə bağlı onlara təkliflər etsə də, amma sonradan fikirindən dönüb... Bu səbəbdən də M.Quluzadə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə müraciət etmək məcburiyyətində qalıb.

Redaksiyamıza daxil olan Baş prokuror K.Əliyevə ünvanlı həmin müraciəti oxucularımıza təqdim edirik:

"Hörmətli cənab Baş Prokuror!

Bildirirəm ki, biz – bir qrup şəxs Bakıda və bölgələrdə briqada şəklində təmir və tikinti işləri ilə məşğul oluruq. Bu ilin avqust ayında özünü "Biləsuvar-Quşçuluq" ASC-nin rəhbəri kimi təqdim edən, Bakı şəhərində yaşayan Seyran adlı şəxs bizimlə görüşərək, Biləsuvar rayonunun Səmədabad kəndində yerləşən quşçuluq fermasının təmirə ehtiyacı olduğunu bildirdi. O, görəcəyimiz işlər barədə ətraflı məlumat verdi və hər həftənin sonunda görülən işin müqabilində müəyyən edilmiş əmək haqqını nağd şəkildə ödəyəcəyini dedi. Biz Biləsuvar rayonunun Səmədabad kəndində gedib görəcəyimiz işlə ətdaflı tanış olduqdan sonra Seyran müəllimlə həmin işləri görmək üçün müvafiq qiymətə şifahi razılaşdıq və 2022-ci il avqust ayının 8-dən fermada təmir işlərinə başladıq. Belə ki, bir neçə briqada birlikdə eyni vaxtda fermanın döşəməsində, divarlarında və tavanında təmir işləri görürdük. Mənim rəhbərlik etdiyim briqadanın əsas işi fermanın döşəməsində dolğu işləri aparmaqla torpağı kipləşdirmək və beton işləri görmək idi. 10 gün ərzində dolğu işləri görüldü. Dolğu işlərindən sonra 4 gün gecə-gündüz çalışaraq beton işlərini də yerinə yetirdik. Hər gün icarəyə götürdüyümüz texnikaların sayəsində 1000 kvadratmetr beton işləri aparırdıq. Ümumilikdə, 4000 kvadratmetrlik beton işləri gördük. Bütün material və texnika isə öz hesabımıza təmin edilmişdir.

Beton işləri başa çatdıqdan sonra Seyran müəllim görülən işi bəyənmədiyini deyərək, əmək haqqımızı (49 min manat) verməkdən imtina etdi. Bəhanəsi də bu oldu ki, guya o, beton döşəmənin üzünün parlaq olmasını istəyib, biz "matıvıy" etmişik. Ona görə də əmək haqqımız olan 49 min manatı vermədi. Mən yenidən öz cibimdən 6 min manat xərc çəkərək aparat gətirib betonun üzünü Seyran müəllimin istədiyi kimi parlaq etdim. Sonra dedi ki, beton döşəmənin içində kanallar çəkilməlidir. Biz onu da həll etdik. Halbuki bu işləri əvvəldən sifariş veriləndə deməli idi. Başa düşürdük ki, bunların hamısı bəhanələrdir. Demək olar ki, o, pulumuzu verməmək üçün işimizdə nə bəhanə gətirirdisə, onu kəsirsiz yerinə yetirdik. Təki onun bəhanəsi kəsilsin. Beləcə, bizə əziyyətlər verir, bezdirirdi. Bundan sonra Seyran müəllimə dedim ki, gəlin, işi təhvil alın, pulumuzu verin gedək. Bu dəfə isə dedi ki, betonun markası aşağıdır, ona görə bizə pul verməyəcək. Mən məcbur olub S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutundan aparat gətirib yoxlatdıq. Mütəxəssislər bildirdilər ki, betonun markası "M-250"dir. Seyran müəllim yenə də müxtəlif bəhanələrlə bizim əmək haqqımızı vermək istəmir.

Hörmətli Kamran müəllim!

Ona görə də biz aldadılmış insanlar mətbuat vasitəsi ilə Sizə - Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə müraciət edərək, bildiririk ki, özünü "Biləsuvar-Quşçuluq" ASC-nin rəhbəri kimi təqdim edən, Bakı şəhərində yaşayan Seyran adlı şəxs bizi əmək müqaviləsiz qul kimi işlədərək halal əmək haqqımızı vermir.

Hörmətli cənab Baş prokuror!

Xahiş edirik, bizim əmək haqımızı mənimsəyən, özünü "Biləsuvar-Quşçuluq" ASC-nin rəhbəri kimi təqdim edən Seyran adlı şəxsin barəsində qanunu tədbirlər görəsiniz".

Qeyd edək ki, 30-a yaxın şikayətçi fəhlənin imzası ilə həm də Əmək və Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Vəli Quliyevə də müraciət edilib. Əminik ki, Baş Prokurorluğun, eləcə də Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi məsələyə həssas yanaşacaq, aldadılmış fəhlələrin TEZADLAR TV-yə gələrək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etmələrinə imkan verilməyəcək. Həmçinin, insanların əmək müqaviləsiz işlədilməsinə və "BİLƏSUVAR QUŞÇULUQ" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətindəki digər qaranlıq məqamlara aydınlıq gətiriləcək...

Şikayətlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

"Təzadlar"ın Araşdırma Qrupu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cavid Qurbanovun daha bir GİZLİ BİZNESİ... - Hələ VERGİDƏN DƏ YAYINIR...


Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətlərdə ikili mühasibatlığın olması cəmiyyətə aydın olan məsələdir. Aidiyyatı qurumların da xəbərdar olduqları bu hal vergilər sistemində son illər aparılan çoxşaxəli islahatlara rəğmən hələ də aradan qalxmayıb.

Hələ 2019-cu ilin yanvar ayının 23-də o zaman Vergilər naziri vəzifəsində çalışan Mikayıl Cabbarov ticarət fəaliyyəti ilə məşğul olan iri şirkətlərin nümayəndələri ilə keçirdiyi görüşdə "qara mühasibatlıq"ın ləğv olunacağını, "kölgə iqtisadiyyatı"nın tamamilə aradan qaldırılacağını vurğulamışdı.

Lakin hazırda yenə də ölkənin vergi siyasətinə nəzarət edən Mikayıl Cabbarovun sözügedən çıxışından 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də Azərbaycanda "qara mühasibatlıq"dan "bəhrələnən" xeyli sayda şirkətlər var.
Cavid Qurbanovun daha bir GİZLİ BİZNESİ... - Hələ VERGİDƏN DƏ YAYINIR...

Vergi sistemində tam şəffaflığın əldə olunmaması, "qara mühasibat"lığın, vergidən yayınma hallarının hələ də mövcud olmasına səbəb işbazlara bu cür məsələlərdə aidiyyatı qurumların nümayəndələrinin göz yumması, daha doğrusu işbazların vergilər xidmətinin işçiləri ilə əlbir olmasıdır.

CivilAzerbaijan.com xəbər portalının əldə etdiyi məlumata görə, vergidən yayınan, ikili mühasibatlıq olan özəl müəssisələrdən biri də Gəncə şəhərində yerləşən "Premium Hotel"dir.
Cavid Qurbanovun daha bir GİZLİ BİZNESİ... - Hələ VERGİDƏN DƏ YAYINIR...

Qeyd edək ki, "Premium Hotel" Məhdud Məsuliyyətli Cəmiyyət olaraq 2021-ci ildə dövlət qeydiyyatına alınıb. "Premium Hotel" MMC-nin qanuni təmsilçisi Məmmədov Rasim Eldar oğludur.

Əldə etdiyimiz məlumata görə Rasim Məmmədov 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəhbərliyi ilə çox sıx dostluq münasibətindədir. "Premium Hotel"in müdiri Rasim Məmmədovun 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəhbərliyi ilə dost olmasından sui-istifadə etdiyi, müəssisənin dövriyyəsini real göstərmədiyi, rüblük gəlirin mühüm hissəsini gizlətdiyi iddia edilir.

Məlumatda Rasim Məmmədovun vergidən təkcə "Premium Hotel"də yox, digər obyektlərində də yayındığı qeyd olunur.

Digər bir iddia isə "Akkord" sementin Gəncəbasar zonasında rəsmi distrübutoru olan Rasim Məmmədovun bu biznesdə də vergidən ciddi yayınmasıdır. "Akkord" sement zavodunun Qazax rayonunda yerləşən zavodundan aldığı sementlərin ümumi dövriyyəsini gizlədən Rasim Məmmədovun eyni zamanda ödəmələrin bir hissəsini köçürmə ilə deyil, nağdlaşdırma ilə apardığı, bu zaman isə vergidən külli miqdarda vəsait gizlətdiyi vurğulanır.

Xatırladaq ki, Rasim Məmmədov Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanovla həmyerli və qohumdur. Rasim Məmmədovun idarə etdiyi biznesin mühüm hissəsinin Cavid Qurbanova məxsus olduğu deyilir.
Cavid Qurbanovun daha bir GİZLİ BİZNESİ... - Hələ VERGİDƏN DƏ YAYINIR...

Cavid Qurbanovun sürücüsü də Rasim Məmmədovla çox yaxın qohumdur. Onların Bakının mərkəzində keçmiş Hüsü Hacıyev küçəsində (Daxili İşlər nazirliyinin yanı) dəyəri milyonlarla ölçülən əmlakları da var.

Bu barədə növbəti sayımızda daha geniş məlumat verəcəyik.

Civilazerbaijan.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dələduzların toruna düşən ev alanlar nə etməlidir? - ARAŞDIRMA


Yeni binalardan mənzil alanlar hələ onun sevincini yaşamamış, xəbər çıxır ki, evin başqa bir sahibi var. Artıq bu şikayətlər illərdir eşidilir.

Azər Talıbov Bərdədəki dam-daşını satıb, üz-tutub Bakıya. Bir müddət işləyib 2020-ci ildə özünə ev alıb. Elə problemlər də bundan sonra başlayıb.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qanunvericiliyə diqqət çəkir. Deyir, boşluqlar aradan qaldırılsa, ev alanlar da dələduzluqla məşğul olan tikinti şirkətlərinin toruna düşməz.

Azər Talıbov və həmin MTK-dan mənzil alan zərərçəkənlər apardıqları mübarizədə qalib gəlib. “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir. Amma belə hallar çox deyil. Yüzlərlə aldadılan vətəndaşların aqibəti bəlli deyil. Məsələn, "PROQRESS 2016" Mtkdan mənzil alan vətəndaşlar illərdir qapı-qapı qurumları gəzib, haqlarını istəyirlər, hələki səslərinə səs verən yoxdur.

Baş Prokurorluq mütamadi mətbuatda vətəndaşların verdikləri şikayətlər əsasında MTK rəhbərlərinin həbs olunması xəbərlərini paylaşır. Amma heç də tələyə düşmüş ev alanların hüquqları həmişə təmin olunmur.

Vəkil Elçin Sadıqov deyir ki, praktikada barələrində cinayət işi açılmış MTK rəhbərlərinin qeyri qanuni yollarla işdən sıyrılmalarının şahidi olub. Deyir, cinayət işi açılmış ŞƏRUR mtk sədri təsis sənədlərini “ Qlobal Azəri” MTK-nın balansına keçdiyinə görə, yerli məhkəmə də həbs qərarını geri götürüb, zərərçəkən vətəndaşın işi isə havada qalır:

Mənzil fırıldaqçılığı ilə bağlı işlər Avropa insan haqları məhkəməsinə qədər gedib çıxıb. Məhkəmə Şərur MTK-dan qalmaqallı ev alan Fikrət Paşayevin işinə baxıb.

Vətəndaşlar Prezident Administrasiyasına külli miqdarda əmlaklarını dələduzluq yolu ilə ələ keçirmiş tikinti şirkətləri haqqında müraciətlər ediblər. Qalmaqallı şəkildə gündəmə gələn bir sıra tikinti şirkətlərinin adları prezident administrasiyasının səlahiyyətli şəxsləri tərəfindən vaxtilə mətbuatda da açıqlanıb.

İllərdir kirayədə yaşayan, kreditlə ev alan vətəndaşlar, necə deyərlər, yağışdan çıxıb, yağmura düşüb. Nə evlərini ala bilirlər, nə pullarını.

Toplum TV

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO