[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Belə bir xəstənin də pensiyasını kəsdilər... - GİLEY


Şəki sakini Dərya Davudzadə 2010-cu ildən üçüncü qrup əlillik pensiyası alır.

O, ağır epilepsiya xəstəliyindən əziyyət çəkir. Uşaq yaşlarından müxtəlif xəstəxanalarda müalicə alsa da, nəticəsi olmayıb.
Belə bir xəstənin də pensiyasını kəsdilər... - GİLEY

“1999-cu ildən qıcolma tutmaları olurdu. Dəfələrlə ambulator müalicə olunub. 2009-cu ildə tutmalar tezləşdiyi üçün fevral və may aylarında Uşaq Nevroloji Xəstəxanasında ambulator müalicə götürüb”.

“Gözətçi” xəbər verir ki, bunları Dərya Davudzadənin atası Natiq Davudov bildirib. Onun sözlərinə görə, oğlunun başında 4 şiş var və əməliyyatı risklidir.

“2021-ci ilin mart ayında əlillik pensiyası dayandırıldı. Pensiyasının təkrar təyin edilməsi üçün müraciət etdik, bildirdilər ki, ambulator müalicə olmalıdır. Oğlumun işləmək qabiliyyəti yoxdur, tez –tez qıcolmalar baş verdiyi üçün bir işdə bir aydan artıq qala bilmir. Belə bir xəstənin tək, kömək olmadan xəstəxanada qalıb, müalicə alması mümkünsüzdür. Bunu bildirsəm də, yenə də “ambulator müalicə lazımdır” dedilər. Hətta Respublika Klinik Xəstəxanasında növbə gözləyərkən qıcolma tutdu. Həkimlər gözləri ilə görsələr də, xəstəliyinin ağır olduğunu qeyd etmədilər”.
Belə bir xəstənin də pensiyasını kəsdilər... - GİLEY

Natiq Davudov bildirir ki, oğlu Dərya Davudzadə hər il mütamadi olaraq Medera Hopitalın Epileptoloq Nevroloqu doktor Ehtiram Alişanovdan müalicə götürür.

“Gözətçi” olaraq məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dözülməz vəziyyət - HAKİMLƏR MƏSULİYYƏTİNİ İTİRİB


Artıq xeyli zamandır ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dözülməz vəziyyət hökm sürür.

Ölkə büdcəsinin on milyonlarla vəsaiti hesabına başa gələn Sumqayıt Məhkəmə Kompleksində yerləşən Sumqayıt Ağır Cinayətlər Məhkəməsində proseslər aylarla ertələnir.

Kifayyət qədər məhkəmə iclas salonları, innovasiyalar və digər avadanlıqlarla təchiz olunmaqla yaradılan müasir şəraitli bu bina təxminən 1 milyon 460 min əhaliyə keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsi üçün inşa olunub.

Amma nə baş verirsə, adi 3-4 cildlik cinayət işlərinin baxılması az qala 2 ilə başa çatır. Burada səbəb hakimlərin tərəflərlə razılaşdırmadığı hallarda məhkəmə proseslərinin vaxtını ürəkləri istəyən tarixə salmaları, məhkəməyə 1 gün qalmış tərəflərə xəbər vermədən prosesləri ertələrmələridir.

Bu məhkəmələrdə iclas təyin olunan gün prosesin ertələnməsi adi hala çevrilib.

Təsəvvür edin ki, məhkəməyə Sumqayıta ətraf rayonlardan və Bakıdan gedən insanlar hansı duruma düşür.

Azərbaycanda elektron məhkəmə portalı üçün büdcədən milyonlarla vəsait xərclənib.

Amma Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin aparatı yerində olmadığı üçün məhkəmələrin vaxtını portala yerləşdirmir.

Adıçəkilən məhkəmənin telefonları belə vətəndaşların üzünə bağlıdır.

Maraqlıdır ki, məhkəmə binasının dəhlizlərində belə bu süründürməçiliyə etiraz edən insanların səs-küyünü məhkəmənin sədri Rəşad Əliyev eşitsə də buna əhəmiyyət vermir.

Gununsesi.info olaraq, ölkənin Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun bu biabırçılığa reksiya verməsini və Sumqayıt Ağır Cinayətlər Məhkəməsində nizam-intizam yaratmasına ümid edirik.

Gununsesi.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Hidro Construction" MMC bir məktəbi təmir edib qurtara bilmir... - Yenə də milyonlar ayrılır...


"Bakı Şəhər Əsaslı Tikinti Və Təmir" MMC “"Xətai rayonu, 263 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yerinin və ətrafının abadlaşdırılması"nın satınalınması” tenderlərinin nəticələrini açıqlayıb.

Tenderin qalibi "Hidro Construction" MMC şirkəti olub. Şirkətlə 1 milyon 096 min 838 manat məbləğində müqavilə imzlanıb.

Onu da qeyd edək ki, "Bakı Şəhər Əsaslı Tikinti Və Təmir" MMC “ ilk dəfə deyil ki, "Hidro Construction" MMC-yə belə qucaq açır. DİA.AZ xatırladır ki, elə təkcə keçən il eyni vaxtda sözügedən şirkətə 5 tender "qazandırıldı" ki, bu da nəticədə 30 milyon manatlıq İŞ HƏVALƏSİ İDİ...

Həmin dönəmdə yayılan informasiyada qeyd olunurdu ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC 5 tenderin nəticəsini açıqlayıb və burada da "Hidro Construction" MMC-nin adı keçirdi.

DİA.AZ bildirir ki, burada diqqətçəkəni odur ki, "Bakı Şəhər Əsaslı Tikinti Və Təmir" MMC “ eyni məqsədlə keçən ilin dekabr ayında Xətai rayonunun Səməd bəy Mehmandarov küçəsindəki 263 saylı tam orta məktəbin ikimərtəbəli korpusunun və birmərtəbəli keçidlərinin sökülərək yeni korpuslarının inşası üzrə 11 643 milyon manatlıq tenderin qalibi kimi "Hidro Construction” şirkətini elan etmişdi. Yəni son açıqlamadan aydın olur ki, "Hidro Construction" MMC bir məktəb üçün artıq 13 milyonluq vəsaiti xərf edib və iş hələ bitməyib.

Hər halda, gərəkən dövlət qurumlarının bu işi araşdırması zərurəti mövcuddur.

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rauf Orucovun MALİYYƏ İŞLƏKLƏRİ... - Adamlar belə yeyir...


“Son illər Təhsil naziri vəzifəsini daşıyan şəxslər bir neçə dəfə dəyişsə də, ondan aşağı vəzifədə olan «köhnə qurdlar» uzun illərdir ki, dəyişməz olaraq qalır və məktəblərdə rəhbər vəzifələrə özlərinin qohumlarını yerləşdirir, sonra isə onlardan casus kimi istifadə edərək, öz planları yolunda maneə hesab etdikləri dürüst adamların quyusunu qazır, şərləyir, vəzifədən kənarlaşdırırlar ki, digər qohumlarını da yerləşdirsinlər. Təhsil Nazirliyində yüksək vəzifədə olan Rauf Orucov və keçmiş 1 sayli Ərazi Maliyyə İdarəsinin rəisi Elxan Süleymanov Masazır 4 N-li tam orta məktəbin yuxari siniflər üzrə direktor müavini vəzifəsinə təyin etdirdiyi səriştəsiz şəxsin məktəbi nə vəziyyətə salmağından ya xəbəri yoxdur, ya da bilə-bilə dəstəkləyir. Layiq olmadıqları mühüm vəzifələri zəbt eləmiş bu şəxslər cənab nazir Emin Əmrullayevin təhsildə həyata keçirdiyi inkişafa yönəlik islahatların gedişinə, tədris prosesinin pozulmağına şərait yaradırlar”.

Etibarlı mənbədən Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumata görə, yuxarı siniflər üzrə direktor müavini Həlimova Cəhanə və təşkilatçı Zəminə İbrahimova dərsə gəlməyən şagirdlərə “qayıb” yazdığına görə şagirdləri və valideynləri hərbi rəhbər Əliyev Adil müəllimin üzünə qaldırır, məktəbdə təxribat törədir, tədrisə maneə olurlar: “Qayıblərə görə birbaşa hər iki müavin cavabdeh olduğuna görə məsuliyyəti boyunlarından atmaq üçün Adil müəllimi şərləyib, aktlaşdırıb ona töhmət veriblər. Cəhanənin nazirlikdəki qohumu Maliyyə Şöbəsinin müdiri Rauf Orucov direktor əvəzi Fəxriyyə Hüseynovaya təzyiq göstərdiyindən, məktəbi birbaşa Cəhanə Həlimova öz bildiyi kimi idarə edir. Direktor əvəzi üçün Cəhanə Həlimovanın sözü qanundur. Heç yerdə müəllim işləməyən, tədrisdən başı çıxmayan Cəhanə, Əmək Məcəlləsinin tələblərini pozaraq, bir günə müəllimlərə maksimum 8 saatdan artıq dərs verilməsi mümkün olmadığı halda, onlara 9-10 saat dərs vermişdir. Bu yolla Cəhanə müəllimlərin “hörmətini” qazanıb direktor olmaq istəyir. Həftədə II gün Sübhi İlyasov 9 saat ingilis dili, IV gün yenə Sübhi müəllim 9 saat, III gün A.Gülər müəllimə 10 saat, VI gün Ramil müəllim 9 saat və s”.
Rauf Orucovun MALİYYƏ İŞLƏKLƏRİ... - Adamlar belə yeyir...
Rauf Orucovun MALİYYƏ İŞLƏKLƏRİ... - Adamlar belə yeyir...

Mənbənin redaksiyaya təqdim etdiyi cədvəllər maraq doğurur: “Cəhanə Həlimova tərəfindən direktor əvəzi Fəxriyyə müəlliməyə təqdim olunmuş orijinal “excell” proqramı ilə yazılmış cədvəldir. Stolunun üstündəki kağız cədvəl isə pozanlı qələmlə yazılmış, yoxlama gələndən gələnə dəyişilən cədvəldir. Azərbaycan bölməsi müəllimlərindən Ətirnaz və Məmmədova Günelə rus bölməsinin ingilis dili dərslərini vermişdir. İbtidai azərbaycan bölməsində xarici dil bölünmə dərslərini ləğv edib, rus bölməsində isə saxlayıblar. Sentyabr və oktyabr ayları həmin müəllimlər dərs keçmiş, oların əmək haqqlarını ödəməmislər və rus bolməsində ingilis dili bölünməsini ləğv etmişlər. Ancaq öz xeyrinə işləyən müavin müəllimlərin cədvəlini maksimum saatlarla və həddi aşan saatlarla yığdığından bütün ibtidai siniflərdə ləğv edib, əksinə, davamiyyəti cox aşağı olan 9-10-11-ci siniflərdə saxlamısdır. Məktəbin müəllimləri bu məsələyə görə bir neçə dəfə regional idarəyə müraciət etmişlər. Buna bəhanə olaraq bölünmə otaqlarının balaca olduğunu gostərir. Lakin cədvəli qanunla düzgün formada qursayd, siniflərdə bölünmə dərsləri keçilərdi. Dövlətin məktəbə verdiyi linqafon otağının isə bəxti açılmır, daima qapısı qıfıldadır, Onu gəlin cehizi kimi qoruyub saxlayırlar. Halbuki, dövlətimiz xarici dil dərslərini linqafonlarla dinləmə dərslərinin tədrisi üçün əyani vəsait kimi təmənnasız vermişdir.

Cəhanə Həlimovanı dəstəkləyən təşkilatçı İbrahimova Zəminə rayon məktəblərinin birində staj hesablanmaqdan ötrü adını yazdırmış, hətta keçmiş məktəbinin sistemində adı belə yoxdur, əmək tarixçəsində 9 il fasiləsi var. Hər iki müavinin 2 ədəd töhməti var. Həlimova Cəhanə Masazır 4N-li məktəbə gəlməkdən ötrü məktəbdə bir sıra problemlər yaratmış, onun gəlişi bir il ləngisə də, gəldikdən sonra əsl tufan-qasırğa qoparmışdır. Direktor vəzifəsinə keçməkdən ötrü məktəbin əvvəlki direktoru Roza Məmmədovaya qarşı plan quraraq, onu “peşəkarlıqla” yola salmışdır”.

Mənbə həmçinin bildirir ki, hər dəfə adları çəkilən şəxslərin vəzifədən kənarlaşdırılması məsələsi aktuallaşanda Nazirliyin Maliyyə Şöbəsinin müdiri Rauf Orucov direktor əvəzlərinə təzyiq göstərərək, qohumlarını işdə saxlamağa nail olur: “Hətta direktor əvəzi vəzifəsini Elşən Qurbanov icra etdiyi vaxtda hər iki direktor müavininin işdən çıxarılması əmri gəlibmiş, amma Elşən Qurbanovu onların barəsində müsbət rəy yazmağa vadar etdilər. Rus sektoru üzrə direktor müavini Ofeliya Balakən məktəbindən Əmək Məcəlləsinin “70 ç” maddəsi ilə qovulan adamdır, onun iki əmək kitabçası var. Bu məsələlər ciddi araşdırılmalıdır”.

Mövzuya qayıdacağıq.

P.S. Faktların nə dərəcədə doğru olub olmadığını öyrənmək üçün məktəbin rəhbərliyinə müraciət etsək də, bildirdilər ki, suallarınızı ancaq Regional Təhsil İdarəsinə verə bilərsiniz. Bu idarənin rəhbərliyinə ünvanladığımız rəsmi sorğu məktubuna isə aylardır cavab verən yoxdur

Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əli Əsədov Fuat Oktayı Füzuli Beynəlxalq Hava Limanında qarşıladı


Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb.

Nazirlər kabinetindən verilən xəbərə görə, Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olduqdan sonra Azərbaycanın Baş naziri və Türkiyənin Vitse-prezidenti Şuşa şəhərinə yola düşüblər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fahrettin Altun: “Bu təkcə Azərbaycan və Türkiyənin deyil, bütün Türk dünyasının qələbəsi idi”


İstanbulda Azərbaycanın şanlı Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə “Bir millət, iki dövlət” şüarı altında tədbir keçirilib.

Bayram tədbiri ölkəmizin İstanbuldakı Baş konsulluğu və İstanbulun Tuzla Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəl iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, Tuzla Bələdiyyəsinin sədri Sadi Yazıcı Azərbaycanın qazandığı Qələbənin 30 illik həsrətə son qoyduğunu bildirib, böyük Zəfərin türk dünyası üçün müstəsna əhəmiyyətindən söz açıblar.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib ki, 30 il erməni işğalı altında olan torpaqların Azərbaycan Ordusu tərəfindən azad edilməsi Türk dünyası tarixinə qızıl hərflərlə yazılıb:
“Mən xoşbəxtəm ki, qardaş Azərbaycanın 30 il erməni işğalı altında olan torpaqlarının azad edildiyi tarixi yaşamışam. Bu 44 günlük savaşın həyəcanını günbəgün, anbaan biz də yaşadıq. Son anadək qardaş Azərbaycanın yanında olduq və bununla qürur duyuruq. Ermənistanın 30 il Azərbaycan torpaqlarını işğalda saxlaması Türklüyə, İslama hücum idi. Şuşa azad ediləndə, Qarabağ torpaqları azad ediləndə bu, təkcə Azərbaycanın və Türkiyənin deyil, bütün Türk dünyasının qələbəsi idi. Şükürlər olsun ki, qardaş Azərbaycan bu qələbəni qazandı və bu gün biz bu qələbənin ikinci ildönümünü şərəf və qürur hissləri ilə qeyd edirik”.
Fahrettin Altun qeyd edib ki, son 30 ildə bütün beynəlxalq platformalarda Azərbaycan və Türkiyə münaqişənin sülh yolu ilə həllinə çalışırdı, ancaq işğalçı Ermənistan özü müharibə yolunu seçdi:
“Nəticədə qardaş Azərbaycan 30 ildə beynəlxaıq təşkilatların həll etmək istəmədiyi problemi özü 44 gün ərzində sona çatdırdı. Heç bir dövlət, beynəlxalq təşkilat Azərbaycan və Türkiyə liderlərinin qətiyyəti və iradəsinə əngəl ola bilmədi. Bu gün möhtərəm Prezidentlərimizin rəhbərliyi ilə Türk milləti əmin-amanlığa qovuşur”.
Tuzla Bələdiyyəsinin sədri Sadi Yazıcı qeyd edib ki, Qarabağ bizim əbədi vətənimizdir:
“Bu gün Tuzlada Azərbaycanın tarixi Zəfər Günü qeyd olunur. Artıq Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi ilə yanaşı, “Bir millət, bir qələbə” ifadəsini də səsləndirə bilərik. Çünki qardaş Azərbaycanın qələbəsi, Türkiyənin qələbəsidir. Qələbənin əldə olunmasında ən çox təşəkkür qəhrəman əsgərlərimizə düşür. Bir də o əsgərlərimizi səmada qoruyan İHA, SİHA və TİHA-larımız var olsun. Qələbəmiz əbədi və davamlı olsun. Necə deyərlər, bir kərə yüksələn bayraq, bir daha enməz. Biz əmin idik ki, Qarabağ bizim əbədi vətənimizdir. Biz Qarabağın azadlığını səbirsizliklə gözləyirdik. Allaha şükürlər olsun ki, həsrətimiz sona çatdı və indi bu qələbəni birlikdə qeyd edirik. Qarabağ Azərbaycandır, Azərbaycan Türkiyə, Türkiyə Azərbaycandır. Əminik ki, Tuzla Şuşadır, Şuşa isə Tuzladır. Var olsun qardaş Azərbaycan!”.
Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin siyasi bacarığı, Azərbaycan Ordusunun gücü nəticəsində əldə edilən Qələbəni bütün türk dünyasının Zəfəri adlandıran çıxışçılar Azərbaycanın əzəli torpaqlarının geri qaytarılmasında Türkiyənin dəstəyini xüsusi vurğulayıblar.
Bildirilib ki, Azərbaycanın tarixi ədaləti bərpa edərək əldə etdiyi şanlı Zəfər bütün türk dünyasının qürur qaynağına çevrilib.
Tədbirdə Türkiyənin, eləcə də ölkəmizin Türkiyədə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Mərasim əsnasında Azərbaycanın şanlı Qarabağ Zəfərinə gedən yolu, Azərbaycan və Türkiyə qardaşlığını özündə əks etdirən “Bir millət, Bir Zəfər” adlı fotosərgi açılıb.
Tədbir “Zəfər” konsert proqramı ilə davam etdirilib.
Konsertdə Azərbaycan və Türkiyə musiqiləri, eləcə də rəqslərindən nümunələr ifa olunub.
Fahrettin Altun: “Bu təkcə Azərbaycan və Türkiyənin deyil, bütün Türk dünyasının qələbəsi idi”Fahrettin Altun: “Bu təkcə Azərbaycan və Türkiyənin deyil, bütün Türk dünyasının qələbəsi idi”Fahrettin Altun: “Bu təkcə Azərbaycan və Türkiyənin deyil, bütün Türk dünyasının qələbəsi idi”Fahrettin Altun: “Bu təkcə Azərbaycan və Türkiyənin deyil, bütün Türk dünyasının qələbəsi idi”Fahrettin Altun: “Bu təkcə Azərbaycan və Türkiyənin deyil, bütün Türk dünyasının qələbəsi idi”





[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ Ukraynaya qoşun yeridə BİLƏR


ABŞ prezidenti Co Bayden ABŞ qoşunlarını Ukraynaya göndərə bilər.

Bunu Judging Freedom YouTube kanalına müsahibəsində Pentaqonun rəhbərinin keçmiş müşaviri , polkovnik Duqlas Makqreqor deyib .

“Təəssüf ki, mən hesab edirəm ki, hazırda ABŞ hərbçilərinin Ukraynaya göndərilməsi üçün aktiv hazırlıq gedir”.

Polkovnikin sözlərinə görə, bu, çox tələsik və təhlükəli qərardır, “amma hər şey buna doğru gedir”.

O, həmçinin hesab edir ki, Amerika lideri Konqresin razılığı olmadan ABŞ qoşunlarını Ukraynaya göndərmək qərarına gələ bilər, çünki qanunvericilik sistemində bunun üçün hüquqi əsaslar var.

“Etiraf etmək lazımdır ki, biz Franklin Ruzveltin dövründən prezident üsul-idarəsi olan bir ölkədə yaşayırıq”, - deyə Makqreqor bildirib.

O əlavə edib ki, bu, ABŞ-ın faciələrindən biridir.

Bundan əvvəl ABŞ Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Vaşinqtonun Rusiya ilə münaqişə axtarmadığını və Ukraynaya qoşun yeritməyəcəyini bildirib .

Hazırda Ukraynada Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi əməliyyatı davam edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX Vətən müharibəsində hansı işləri görüb? - Əli Nağıyev açıqladı


“44 günlük Vətən müharibəsində şanlı qələbənin qazanılmasında digər aidiyyəti güc strukturları ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin fədakar əməkdaşlarının da danılmaz payı vardır”.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “Azərbaycan” qəzetində dərc olunan yazısında qeyd edib.

Haqq savaşımızın başlandığı ilk gündən etibarən Xidmətin şəxsi heyəti düşmənlə mübarizə işinə səfərbər olunub, əsgər və zabitlərimizin müəyyən marşrutlar üzrə hərəkətinin təhlükəsizliyini, silahlı qüvvələrimizi qabaqlayıcı əməliyyat və əks-kəşfiyyat məlumatları ilə təmin etmək vəzifəsini uğurla icra edib:

“Böyük iftixarla qeyd edirik ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin sıralarında 6 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Şəxsi heyətin müharibə zamanı ön və arxa cəbhədə göstərdiyi fədakarlığa verilən yüksək qiymət Dövlət Təhlükəsizliyi Xidmətinin 7 əməkdaşının “Zəfər”, 11 əməkdaşının “Qarabağ” ordeninə, xeyli sayda əməkdaşın başqa orden və medallara layiq görülməsində öz məntiqi ifadəsini tapır.

Qeyd etmək lazımdır ki, Vətən müharibəsi dövründə əsir və itkin düşmüş hərbi qulluqçularımızın qaytarılması və axtarışı üzrə də lazımi işlər görülmüş və bu fəaliyyət hazırda da davam etdirilməkdədir. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlət orqanları və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində 12 hərbçimizin döyüş əməliyyatlarının gedişində yaralanaraq əsir götürüldüyü məlum olmuş və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa müddətdə azad edilərək Vətənə qaytarılmışlar. Lakin təəssüflər olsun ki, 6 hərbi qulluqçumuzun taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır və onların axtarışı prosesi hazırda aktiv şəkildə davam etdirilir. İnanırıq ki, onların yaxınlarının və ailə üzvlərinin həsrətinə tez bir zamanda son qoyulacaq və hərbçilərimizin taleyinə tezliklə aydınlıq gələcəkdir”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO