[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Özü burda, oğlu da Gürcüstanda... - FOTOFAKT


"Şəkildə gördüyünüz bu ərazini (Gürcüstanın Kabuleti şəhəri) 3 il əvvəl Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevə məxsus "Kristal Building” LTD hərrac vasitəsilə 2.5 milyon lariyə (o zamankı valyuta kursu ilə təxminən 1 milyon dollar) satın almışdı.

Ərazi 2017-ci ildə, Zərdab Pataradze Acarıstan Muxtar Respublikasına rəhbərlik edən dövrdə satılıb.

2018-ci ildə cənab Patatadze Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunur.

2019-cu ildə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti korrupsiya ehtimalı əsasında sözügedən hərracla bağlı təhqiqata başlayır, sənədlər araşdırılmağa başlayır.

O zaman "Rustavi 2” kanalı məlumat yaymışdı ki, DTX-ya Acarıstanın yeni rəhbəri Tornike Rizhvadze müraciət edib. Məlum olub ki, hərrac yolu ilə "Kristal Building” LTD-yə yaşıl zolaqda göydələn tikintisi üçün 3 hektar ərazi satılsa da, 4 hektar ərazi hasarlanıb.

Yəni qanunsuz olaraq 1 hektar əlavə ərazi zəbt olunub. Buna görə ərazidə tikintinin davam etdirilməsinə icazə verilməyib”.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli qeyd edib ki, söhbət 200 milyon lari investiya yönəldilən 117 metr hündürlüyündə 33 mərtəbəli otelin tikintisindən gedir: "Kompleksdə Kabuletinin ən böyük kazinosu də nəzərdə tutulur”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mənbə: milletinsesi.info

Özü burda, oğlu da Gürcüstanda... - FOTOFAKT
Özü burda, oğlu da Gürcüstanda... - FOTOFAKT
Özü burda, oğlu da Gürcüstanda... - FOTOFAKT


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daşqın İsgəndərovun AŞIB-DAŞAN SƏRVƏTİ... - BU NƏDİ BELƏ?


ARDNŞ-nin vitse -prezidenti Daşqın İsgəndərovla bağlı "Təzadlar"a ittiham dolu məktub daxil olub... Məktubun müəllifi sosial şəbəkə istifadəçisi, hüquqşünas Vüqar Haqverdiyevdir. V.Haqverdiyev yazır:

"Salam əziz dostlar !

İlk öncə SOCAR-ın bütün fəhlələrinə öz salamlarımı çatdırıram! Sizə yeni bir şad xəbərim var! SOCAR-ın vitse - prezidenti Daşqın İsgəndərovun “Ağ Şəhərdə“ dəyəri 3 ( üç ) milyon dollara olan villası haqqında məlumat aldım. Bu məlumatı mənə hüquqşünas dostlarım çatdırdılar. Özü də bu canlara dəyən oğlan o villanı Azneft İB - nin rəisi olanda alıb. Əlbəttə ki, öz “ alın təri “ ilə alıb. Təfsilatını və yerini, fotosunu "Təzadlar"da oxuyub görəcəksiniz. Azacıq səbrli olun!

Aldığım məlumata görə bu oğlan 100 faiz fərari olan Əli Əmirov adına NQÇİ - nin rəisi Fəxri Haqverdiyevlə bir yerdə bütün qanunsuz işləri həyata keririb , “ zəhmət “ çəkiblər, bunun da nəticəsi olaraq milyonlarla dollar pullar qazanıblar!!!

Fərari Fəxrinin 90 faiz əmlakları Sabunçu və Suraxanı rayonundadır. Kişini orda “ RƏİS “ deyə çağırırlar. İnsafən xalqımıza da çox böyük yaxşılıqlar edir! Belə ki, kişinin ev, torpaq, villalar satışı ilə məşğul olan AMİL adında makleri var. Kim əli yandımda nə satırsa, dərhal Amil “ RƏİS “ ə zəng vurur, həmin əmlakı alıb, xalqımızın problemini həll edirlər!

XXX

Daşqın İsgəndərov və Fəxri Haqverdiyev bütün qohum -əqrabalarını doldurublar SOCAR-a! Bu Daşqın İsgəndərov gecə -gündüz hamıya deyir ki, guya Fəxri Haqverdiyev Fərari deyil! Fəxrinin orda elə yaxın qohumu var ki, benzin, neft oğurluğu üstündə Neft Şirkətindən qovulub, siz onu yenidən Sokara işə qaytarmısınız. Fəxrinin həmin qohumu haqqında məndə daha ciddi məlumatlar var, oturun yerinizdə mənim ağzımı açdırmayın! Mərdi qova -qova namərd etməyin! Sizin sonunuza, mənim yazığım gəliir! Siz xalqımızı ağlar günə qoymusunuz ! Neftdən, qazdan gələn bütün gəlirləri mənimsəmisiniz ! Sizin balalarınız milyonlarla dollar sərvətlərə malikdir, xalqımızın balaları isə kasıb kökündə yaşayır! Sizin balalarınlz niyə 44 günlük müharibədə iştirak etmədilər? Ölkənin milyardlarını siz yeməlisiniz, müharibədə döyüşməyə kasıbların balaları getməlidir? Fərari Fəxrini başa düşdük, özü Fərari olduğuna görə oğlunu nəinki döyüşə göndərmədi, hətta oğlunun hərbi xidmətini Bakıda evinin içində keçirtdi. Evdə yaxşı xidmət etdiyinə görə DİN - də yaxşı vəzifəyə təyin olundu. Allah atasının canını sağ eləsin, belə atalar var e!

XXX

Yekunda üzümü Daşqın İsgəndərova və SOCAR-ın Fəxrini müdafiyə edən vəzifəli şəxslərinə tutub deyirəm ; Özünüzü güldürməyin, hətta Fəxri ürəyində, evində, sizə gülür ki , fərari ola -ola Sokarın bütün vəzifəlilərini aldadıram! Atamın, anamın qəbrinə and olsun, Fəxri Haqverdiyev 100 faiz Fəraridir və sizi ələ salıb oynadır! Bu barədə konkret sübutlarım var və tezliklə "Təzadlar"da açıqlayacağam. Və sonda: DGK, DMX orqanlarında işləmişəm, sizin harda hansı mülkləriniz, hansı villalarınız, hansı obyektləriniz, hansı istirahət mərkəzləriniz, restoranlarınız və s. Var, hamısınl əzbər bilirəm . Siz Azərbaycanın yarısını almısınız, ələ keçirmisiniz, işğal etmisiniz! Cənab Prezident İlham Əliyev Paşinyandan qurtaran kimi sizlərə əl bulayacaq. Buna əmin olun. Niyə qabağa durub Prezidentin Qarabağdakı quruculuq layihələrinə maddi dəstəyinizi vermirsiniz? Daşqın İsgəndərov, Qarabağa hansı yardımı etmisiniz? Müharibədə döyüşən ailə üzvün varmı??? Fəxri Haqverdiyev kimi Fərarini... vəzifədə saxlamaq xalqımıza və şəhidlərimizin ruhuna təhqirdir!

Fəxri Haqverdiyev başda olmaqla, gedin o milyonlarınızı “ YAŞAT “ fonduna köçürün! Sizin oğurladığınız milyonlara görə artıq 41 nəfər qazilərimiz intihar ediblər!".

Məktubda daha ciddi ittihamlar olduğundan ixtisarla verməli olduq.

Adları çəkilənlərin də mövqeyini təqdim etməyə hazırıq.

"Təzadlar"ın Araşdırma Qrupu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ucarda pambıq sahələri NECƏ MƏHV EDİLDİ... - "...Elçin Xəlilov talan edir"


"Ucar rayonu 20 Yanvar küçəsi ev 23 sakini Abdullayev Zaur Vaqif oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Təhqiqat İnstutunun direktoru Elçin Xəlilov dövlətin ayırdığı küllü miqdarda vəsaiti talan etdiyinə görə Ucarda pambıq məhv olub.
Belə ki, Ucarda yerləşən Şirvan Təcrübə Stansiyasının balansında olan 18 hektar torpaq sahəsində 3 ildir ki, Çin pambıq sortu yetişdirilir.Birinci ili 60 sentner pambıq vermiş bunu prezident İlham Əliyevdə yüksək qiymətləndirmişdir.Həttda Kənd Təsərrüfatı Naziri İnam Kərimov 5 dəfə həmin ərazidə olub yaxından maraqlanmışdır.Şirvan Təcrübə Stansiyasında yetişdirilən Çin pambıq sortu respublikanın digər rayonlarında da tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Ancaq bu il üçün Şirvan Təcürbə Stansiyasında 18 hektarda Çin toxumu adı ilə türk toxumu əkilmiş, aqrotexniki qulluq edilmədiyi üçün pambıq alağın işində batdığı üçün ot kimi biçilmişdir.

Dünyada bəlkədə 1-ci dəfədir ki, pambıq yığılmadan ot kimi biçilmişdir.Bunu isə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Təhqiqat İnstutunun direktoru Elçin Xəlilov etmişdir.Şirvan Təcrübə Stansiyasında 10 hektardan çox pambığı qanunsuz akt tərtib edib ot kimi biçiblər.Ancaq qanuna əsasən o halda akt tərtib edilir ki, təbii fəlakət baş vermiş olsun.Bu il isə Ucar rayonunda təbii fəlakət baş verməyib.
Son 7 ayda Şirvan Təcrübə Stansiyasının dirktoru vəzifəsinə 4 nəfər təyin edilib qısa müddət ərizndə işdən çxarılmışdır.Zaman Səfərov, Elman Nifətliyev, Natiqə Əliyeva və sonuncu Qəhrəman Tağıyev.Hər bir şəxsdən pul alaraq bu vəzifəyə təyin edən Elçin Xəlilov özü kənd təsərrüfütı üzrə mütəxəsis deyil adi bir dələduzdur.
Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Təhqiqat İnstutunun direktoru Elçin Xəlilovun sinif yoldaşı olan Qəhrəman Tağıyev əvvələr məhkum olub.
Kənd Təsərrüfatı Naziri İnam Kərimov kadr siyasətinə ciddi nəzər etmədiyi üçün belə talançılıqla dövlətimizə küllü miqdarda ziyanlar dəyir.
Prezident İlham Əliyev pambıqçılığın inkişaf etdirilməsi üçün sərəncamlar imzalayıb dövlət büdcəsindən buna görə küllü miqdarda ayırdığı pulları isə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Təhqiqat İnstutunun direktoru Elçin Xəlilov talan edir".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ETSN-dəki bu kadrlar KİMƏ ARXAYINDIR? - İTTİHAM VAR!


İyul 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, nazir Muxtar Babayev xaricdə olan zaman, fürsətdən istifadə edərək Meşələrin İnkişafı Departamentinin (MİX) sabiq rəisi Ağaqardaş Qaraşovun vasitəsi ilə tapdığı Nəsimi Nəsirovu Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor təyin etdirdi.

Hətta N.Nəsirov sözügedən vəzifəyə təyin olmamışdan 15 gün öncə biz xəbər portallarında bu barədə məlumat vermişdik ki, bu yaxınlarda Vüqar Kərimovun qeyri-meşəçi və meşə sahəsində çalışmayan adamı Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor vəzifəsinə təyin olunur.

Çünki digər Regional Meşə Təsərrüfatlarında biz bunun əyani şahidi olmuşduq. Regional Meşə Təsərrüfatları Mərkəzlərinə son zamanlar təyin olunan əksər direktorlar qeyri-meşəçi və yad sahələrdən gələn, yaxud da dövlət idarələrindən qovulmuşlardır.

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin adlarını çəkilməsini istəməyən bir neçə işçisi azinfo.tv xəbər portalına verdiyi məlumata görə, Nəsimi Nəsirov Mərkəzi çay evinə döndərib. Belə ki, bu şəxs 30 000-40 000 manat qırıntı ilə işdən çıxan Mərkəzin sabiq işçilərini təntənəli surətdə öz kabinetinə dəvət edir və hətta onların qarşısına çay da qoydurur.

Biz bunun səbəbini Nəsimi müəllimdən soruşduqda, o deyir, şikayətçiləri dilə tutub əlavə məlumatlar öyrənmək üçün belə edirəm.

Bu şəxs keçirdiyi iclaslarda dediyi söz ancaq bundan ibarətdir "Mənim Bakıda şirkətlərim var, böyük biznes sahibiyəm və heç nəyə ehtiyacım yoxdur. Bilməyənlər də bilsin ki, mən bu vəzifəyə gəlmişəm ki, pul qazanmağa yox, sadəcə olaraq meşələrin vəziyyətini düzəltməyə. Siz bilirsinizmi mən keçən ay əməkhaqqımdan əlavə öz cibimdən 600 manat xərcləmişəm və lazım gəlsə, yenə də xərcləməyə hazıram. Mən belə işlərə vəsait xərcləməkdən qürur duyuram."

İşçilər əlavə edir ki, Nəsimi Mərkəzimizə direktor təyin olunandan sonra bir dəfə də olsun belə dövriyyədə olan əkinlər barədə söz açmayıb və heç maraqlanmayıb da. Nəsimi gələndən sonra dövriyyədə olan əkinlərin bir qismi baxımsızlıqdan batıb.

Qarşı tərəfin mövqeyini işığlandırmağa hazırıq. //azinfo.tv//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cəlilabad sakinləri HƏYƏCAN TƏBİLİ ÇALDI - Prezidentə müraciət olundu


Bir qrup Cəlilabad sakini azinfo.tv xəbər saytı vasitəsi ilə Ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlayıb:

Hörmətli cənab Prezident, biz ilk öncə sözə Sizin mərhum Atanız, həmişə ruhun ehtiramla andığımız Ulu Öndərin gözəl bir kəlamı ilə başlamaq istərdik:
"Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir".

Amma buna baxmayaraq Planetimizin "ağ ciyəri" adlanan meşələrimiz bu günki gün bəzi işbazların gəlir mənbəyinə çevrilib.

Hazırda meşələrimizin qiymətli, adları "Qırmızı Kitab"a düşmüş ağacları kəsilərək mebel sexi və kustar üsulla hazırlanan kömürxanalara daşınır.

Cəlilabad və Göytəpə meşəbəyliklərinin dolaylarını görən adama sanki mənfur qonşularımızın Qarabağ meşələrində törətdiyi "soyqırımlar"ı xatırladır.

Hörmətli Ali Baş Komandan, Xalıqverdi Hüseynov Meşələrin İnkişafı Xidməti rəisi vəzifəsinə təyin olunandan sonra bizim meşələrin "fatiəsi" birdəfəlik verildi. Çünki o, əvvəllər ekologiya sahəsində rəis və digər vəzifələrdə çalışdığı zaman biz bunun əyani şahidi olmuşduq.

Aramızdan meşələr barədə şikayət verəni meşə işçiləri və yaxud da 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin baş müfəttişi Talıb Kərimovun vasitəsilə ələ alıb susdurmağa çalışırlar-şikayətçilərə "get meşədən odun, çilə daşı ( yəni qır, dağıt meşəni ) , dolan və s., amma şikayət etmə" deyirlər !
Talıb Kərimov meşədən çıxan maşınların hər birindən aylıq haqq alır və odunçu, kömürçü və meşələrdən sexlərə işlik material daşıyanlara münbit şərait yaradır.

Bu dırnaq arası ekoloq və işbazlar harda materiallıq ağaclar var onu sanitar qırma adıyla nömrələyib, sonra isə onu kəsdirib material kimi satırlar. Meşələrimizdən olan təbii bərpa kütləvi şəkildə məhv olur- qiymətli ağaclar (azat, dəmirağac və s) paya formasında kəsilərək
Masallı və Cəlilabad ərazilərində çiyələk əkdirən sahibkarlara satılır.

Sözügedən meşəbəyliklərdə 300 hektara yaxın meşə əkini və aqrobağ bataraq məhv oldu və buna görə heç kim cəzalanmadı, dövlətə dəymiş 200.000 manat qədər vəsait hələ də ödənilmədi.
Artıq biz aidiyyatı qurumlara meşə barədə şikayət verməkdən yorulmuşuq.

Hörmətli cənab Prezident, artıq biz ömrümüzün əksər hissəsini sürmüşük, sadəcə olaraq bizi gələcək övladlarımız düşündürür. Qoy heç olmasa onlar gələcəkdə meşənin nə olduğun realda görsünlər, daha meşə görmək üçün qonşu ölkələrə üz tutmasınlar.

Xahiş edirik bizim haqq səsimizə səs verəsiniz.

10 sentyabr 2022-ci il. //azinfo.tv//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsilimizi vuran `KASPİ` DALĞASI... - İDDİA

Bugün elmin hansı səviyyədə irəli və ya geri getdiyi zaman dönəmindən danışacağıq. Hər bir valideyinin arzusudur ki, övladı gözəl təhsil alsın, yaxşı məktəblərdə, litseylərdə oxusun, sevdiyi peşə üzrə ali məktəblərə qəbul olsun, savadlı kadrlardan olsun. Ancaq bu sadalananları həyata keçirmək üçün bizim imkanımız pullu, bahalı litseylərdə uşaqlarımızı oxutmaq üçün yetərlidirmi? və ya yetərli olsa da belə həqiqətən də istədiyimiz təhsili, savadı uşaqlarımıza verirmi həmin litseylər? Bu məsələyə aydınlıq gətirmək üçün Bakının sözügedən, ən qabaqcıl və durmadan reklam olunan litseylərində olduq.
Düzdür bəziləri haqqında istənilən məlumatları toplaya bilməsəkdə, əsas bizə lazım olan Kaspi litseyi haqqında istənilən məlumatları aldıq. Buyurun oxuyun, görün təhsil hansi səviyyədə irəlləyir. Bilmirsən güləsən, yoxsa ağlayasan, ancaq cox acınacaqlı bir vəziyyətlə qarşı qarşıyayıq. Əgər bir xalqın təhsil sistemində pul, rüşvət, yeyinti varsa o təhsil, təhsil ola bilməz. Hamı cox çətinliklərdən keçərək qazanır, hamı uşaqlarının gələcəyi yaxşı olsun deyə çabalayır. Bahalı litseylərdə uşaqlarını oxudur. Bəs bu durumda niyə söhbəti gedən, reklam olunan "Kaspi" litseyində verdiyiniz təhsillə aldığınız pullar bir birini tamamlayırmı? İllik ödənişi 7000 manat olan təhsil ocağında verilən təhsil hər bir şagirdin toplayacağı yüksək balla, qazandığı savadla, arzusunda olduğu univeristetdə oxumaqla, gələcəkdə quracağı karyerada öz əksini tapırmı? Xeyir tapmır! Sözügedən litseydə verilən təhsil özünü göstərmir. Valideynlər dövlət məktəblərində təhsilin zəif olmasını əsas gətirərək, övladlarının özəl məktəblərdə oxuyub yüksək nəticələr əldə etməkləri üçün ildə 7000 manat ödəniş edirlər ki, uşaqlarına parlaq gələcək nəsib etsinlər. Amma özəl litseydə təhsilin səviyəsi yüksək olmaq əvəzinə heç də ürəkaçan deyil.
Bizdə bu gün belə məsələlərin az da olsa şahidi olduq. Bəzi valideyinlərlə söhbət etdik, müəyyən bilgilər topladıq etirazların sayı litseydən razı olanların sayından qat-qat üstün idi. Biz də bu gün topladığımız məlumatlara əsasən bu məsələyə baxan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmə və yerli təhsili idarəetmə qurumlarının rəhbərlərinə səslənirik görməzdən gəlməyin...Elmsiz adam qanadsız quş kimidir.. Çalışın bu qanadı qırmaq, yox etmək əvəzinə, onun yaradıcı memarı olun. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fuad Həziyev büdcə pullarını necə mənimsəyir... - İTTİHAM


Bütün dünya hazırda iqtisadi böhranla mübarizə aparır. Eyni zamanda yetkililər də un, buğda ehtiyatlarının azalması barəsində narahatlıqlarını ifadə edir, dünyada aclıq olacağının "anons"unu verirlər.
Amma, atalar yaxşı deyib, "Toxun acdan nə xəbəri?!".

Yuxarıda da vurğuladığımız kimi, bütün dünya aclığa qarşı tədbirlər görməyə çalışır, dünyadan bixəbər, oliqarx məmur Fuad Həziyev isə həyat yoldaşı Aytən Əzizovnın adına təsis etdirdiyi spirtli içkilər zavodunda yüz minlərlə ton undan cürbəcür şərablar istehsal etdirir. Necə deyərlər, "Aclıq olsun, kef olsun".

Yeri gəlmişkən, "DogruXeber.az" bildirir ki, yerli mediada adı "oliqarx məmur" kimi hallanan Fuad Həziyevin kimliyi barəsində qısaca məlumat veririk ki, bu şəxs Azərbaycanın əsas gəlir mənbəyi olan "SOCAR"ın təchizat idarəsinin rəisinin müavinidir.

Üstəlik, “MACON” MMC, “CREATE İNDUSTRY” MMC, “FİRE SAFETY CASPİAN AZERBAİJAN” MMC, “AZBEN SUPPLİES” MMC, “AZBEN İNŞAAT” MMC , “AZBENT LOGISTICS” MMC, “ASTRAVEL” MMC, “Ələsgərli N. F” və sair bu kimi 30-a yaxın MMC-lərin sahibidir.

Bundan əlavə "Baku spirts" spirtli içkilər zavodu, İsmayıllı rayonunun Kürdmaşı kəndindəki "Kürdmaşı şərab zavodu" da Fuad Həziyevə məxsusdur. Doğrudur bunların hamısı onun özünün deyil. Deyilənə görə ailə üzvlərinin və yaxınlarının adına qeydiyyatdan keçirilib.

Həyat yoldaşı Aytən Əzizovnın adına “Baku-Spirits” alkoqol məhsulları istehsal edən zavod cəmi bir il öncə fəaliyyətə başlamasına baxmayaraq, zavodun istehsalı olan "ABSOLUTE ORGANIC", "ORGANIC NATION", "HAYAT VODKA", "BLACK SCORPION", "BUSINESS LINE", "ABSOLUTE VODKA", "ABSOLUTE CLASSIC", "ВАКЦИНА, ЗЕРО" çeşidli araq məhsulları böyük marketlər və şərab mağazalarının piştaxtalarında ən öndə yerlərdə düzülür. Satanların və içənlərin dili ilə desək, hamısı da "bərkgedən araqlar"dır. Bu şərabların digərlərindən fərqi və üstünlükləri budur ki, bunlar hər hansı bir meyvədən deyil, birbaşa undan istehsal edilir. "DogruXeber.az"ın məlumatına görə bu zavodlar fəaliyyətə başladığından bugünə qədər qapısından hələ bir ton belə meyvə daxil olmayıb. Lakin, il ərzində yüz minlərlə ton un gətirilir ki, onlardan da müxtəlif adlarla şərablar istehsal olunur və baha qiymətə satılır.

Gördüyünüz kimi bu qədər biznesin sahibi "SOCAR" neft şirkətinin hələ İdarə rəisinin müavininin olanlardır. Sizcə, adi maaşla ümumiyyətlə biznes qurmaq mümkündür?

Özü də çox maraqlıdır ki, "oliqarx məmur" hesab edilən Fuad Həziyevi hələ 2013-cü ildə ölkə başçısı "tərəqqi medalı" ilə təltif edib.
Görəsən hansı xidmətlərinə görə?

Ümumiyyətlə, hər zaman çıxışlarında vəzifəsindən sui-istifadə edən, korrupsioner məmurlara qarşı sərt mövqe nümayiş etdirən prezident Fuad Həziyevin barmaqla sayılmacaq qədər çoxsaylı bizneslərindən xəbərdardırmı?

Yoxsa, elə o medaldan sonra cənab Həziyev "öz bacarıqlarını kəşf edib və daha artığını da edə biləcəyinə inanaraq hərəkətə keçib?!"...

Suallar çoxdur, amma ən çox şübhə doğuran isə bir rəis müavininin bu qədər biznesi hansı pulla qura bilməsi sualıdır...

Hər halda bu sualın ən doğru cavabını verə biləcək tərəflər "SOCAR" rəhbərliyi və digər aidiyyatı dövlət qurumlarıdır (Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsi) ki, güman edirik, onlar da bu məlumatlardan sonra gərəkən araşdırmaları başlatmışdır.
(Qeyd edək ki, materialda vurğulanan faktların mənbəyi qanunla.az saytıdır)

Məlumatlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO