[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dələduzluqla üzləşən sahibkar şok faktları açıqladı -Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova müracət


İsmayılov Ağasəf İslam oğlu Əfqanıstan Müharibəsi Veteranı, Qarabağ Müharibəsi iştirakçısı, III qrup müharibə əlili,

Nəsimi r., Plotnikov küç. 21-A, m.50 ş/v 16993578 verilib: 10.08.2016 FİN: 1744BEB tel: 050 218-75-05

ŞİKAYƏT

AR Auditorlar Palatasının sərbəst auditoru Musayev Adıgözəl

Maqsud oğlunun; “Müstəqil Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssisləri: Hüseynov Şükür Rzağa oğlu və Şirinov Yasin Rza oğlunun; AR ƏN “Məkəmə Ekspertiza Mərkəzi”nin ekspertiləri: Məmmədov Zaur Zakir oğlunun və Cəfərli Toğrul Hatəm oğlunun vəzifə saxtakarlıqları etmələri barədə.

Hörmətli prokuror,

Təsisçisi olduğum "Magna Trans" MMC-nin 2010-2019-cu illər üzrə fəaliyyəti və maliyyə vəziyyəti ilə bağlı MMC-nin: direktoru (qanuni təmsilçi) Mirzahid Ağayevin, iştirakçıları: Bürhan Həmidov və Namiq Hacıyevlə bir neçə məhkəmələrdə baxılan mülki və kommarsiya işləri üzrə,

1). Auditorlar Palatasının sərbəst auditoru Musayev Adıgözəl Maqsud oğlunun tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”,

2). “Müstəqil Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssisləri:, Hüseynov Şükür Rzağa oğlu və Şirinov Yasin Rza oğlunun tərtib etdikləri 19.11.2021-ci il tarixli, 558 saylı “mühasibatlıq rəyi”,

3). AR ƏN “Məkəmə Ekspertiza Mərkəzi”nin eksperti Məmmədov Zaur Zakir oğlunun tərtib etdiyi 9/91saylı 28.01.2022-ci il tarixli “Ekspert rəyi”,

4). AR ƏN “Məkəmə Ekspertiza Mərkəzi”nin eksperti Cəfərli Toğrul Hatəm oğlunun tərib etmiş oldu 27.07.2022-ci il tarixli 9/4533 saylı “Ekspert rəyi”,

onlar tərəfindən icra edilərkən, hər birindən tələb olunan məlumatların bir qismini bilərəkdən təhrif formada göstərməklə, bilərəkdən yalan məlumatları, saxtalaşdırılmış rəqəmləri, şişirdilmiş göstəriciləri qevd etməklə etmişlər və bununla da qanunla qorunan mülkiyyət hüquqlarımı kobud surətdə pozmaqla bərabər, mənə xüsusilə külli miqdarda maddi ziyan vurmuş şəxslərin sifarişlərini yerinə yetirərək, öz qulluq mövqelərəindən sui-istifadə etməklə özbaşınalıq və vəzifə saxtakarlıqıları edərək, həmin şəxsərin cinayət əməllərini “ört-basdıq” etməyə cəhd etmişlər.

Belə ki, Auditorlar Palatasının sərbəst auditoru Musayev Adıgözəl Maqsud oğlu “Magna Trans” MMC-nin direktor müavini Xəlilov Ramil Mətləb oğlunun sifarişi ilə tərtib etmiş olduğu 06.10.2021-ci il tarixli “Audit aktı”ndan belə nəticəyə gəlinir ki, guya “Magna Trans” MMC-nin 2010-19-cu illər üzrə maliyyə-mühasibat hesabat sənədləri bütünlüklə auditora təqdim olunmuşdur və auditor guya audit yoxlaması keçirmiş, və guya Adıgözəl Musayev apardığı audit nəticəsində MMC- nin fəaliyyətində heç bir nöqsan açkar etməmişdir.

Məsələ bundadır ki, “Magna Trans” MMC-nin direktoru (qanuni təmsilçi) Mirzahid Ağayev və MMC-nin digər iki təmsilçiləri: Bürhan Həmidovla Namiq



Hacıyev təsisçisi olduğum “Magna Trans” MMC-nin əmlakını ələ keçirib sənədləri saxtalaşdırma yolu ilə satıb, pullarını da mənimsədikləri üçün, 2019-cu ildən başlayaraq, 3 ildən artıq bir müddətdir ki, çoxsaylı qanuni tələblərimə mənə heç bir sənəd vermirlər, özləri isə gizlənirlər.

Onların hər üçünün bu və digər qeyri-qanuni, özbaşınalıq hərəkətlərinə görə, iddiama əsasən, Abşeron rayon Məhkəməsi 2(012)-435/2021 saylı 19.02.2021-ci il tarixli qətnaməsi ilə, "Magna Trans" MMC-nin bütün dövrlər üzrə təsərrüffat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciətim əsasında mənə (İsmayılov Ağasəf İslam oğluna) verilməsi vəzifəsi cavabdehlər: "Magna Trans" MMC-nin, "Magna Trans" MMC-nin direktoru (qanuni təmsilçi) Ağayev Mirzahid Mirsahib oğlunun, "Magna Trans" MMC-nin iştirakçıları: Həmidov Bürhan Əhməd oğlunun və Hacıyev Namiq Gülosman oğlunun üzərinə qoyulmuşdur.

Qətnamə bu günə qəfər icra edilməmiş qalır.

Abşeron rayon Məhkəməsinin 2(012)-435/2021 saylı 19.02.2021-ci il tarixli İcra vədəqəsi müvafiq rayonların İcra şöbələrinin icraatındadır. Hər üç borclu tələbi yerinə yetirməkdən uzun müddətdir ki, yayınırlar. Bürhan Həmidovla, Mirzahid Ağayevin barələrində müfafiq İcra şöbələri tərəfindən axtarış elan edilmişdir.

Belə bir vəziyyət mövcud olduğu halda, sual yaranır ki, əgər MMC-nin bütün hesabat sənədləri varsa və bu tələb olunan maliyyə-mühasibatlıq sənədləri həmin şəxslər, yaxud kimsə tərəfindən sərbəst auditor Adıgözəl Musayevə təqdim olunubsa və o, apardığı audit yoxlaması nəticəsində “Magna Trans” MMC-nin fəaliyyətində heç bir çatışmamazlıq aşkar edilməyibsə, bəs onda niyə hər üç cavabdeh şəxs tələb etdiyim hesabat sənədlərini verməmək üçün, məhkəmə qarşısında qalırlar, vəkil tuturlar, müxtəlif qurularda-kənarda özlərinə himayədarlar tapıb müdafiə olunmğa cəhd edirlər, məhkəmə hakimlərindən çoxsylı əsassız və məntiqsiz şikayətlər edirlər, auditorlara, ekspertlərə, digər mütəxəssislərə “adam tapıb” saxta sənədlər sifariş edirlər.

"Magna Trans" MMC-nin: direktoru (qanuni təmsilçi) Mirzahid Ağayev, iştirakçılar Həmidov Bürhan və Hacıyev Namiq “audit yoxlaması” keçirmək üçün, sərbəst auditor Adıgözəl Musayevə təqdim etdikləri 14-15 qovluq sənədlər doğru- dürüst olsaydı, dərhal heç olmasa həmin sənədlərin kserosurətlərini, üstəlik də audit yoxlaması aktını gətirib mənə də verərdilər, ta aylrla-illərlə didəərgin düşməzdilər.

Əminəm ki, sadə məntiqlə əsaslandırdığım bu fikir, külli miqdar məbləğlə ölçülən mənim və dövlət büdcəsinə ödənilnməli olan pul vəsaitini talamış hər üç şəxs cinayət məsuliyyətindən qurtulmaq üçün, dövlət və aidiyyəti qurumlarda özlərinə “arxa” axtarırlar, onlarla sövdələşib cinayət əlaqəsinə girirlər. Və, təəssüflər olsun ki, özlərinin bir sıra çirkin niyyətlərini həyata keçirməyə nail ola bilmişlər.

Göstərdiklərimə rəğmən, nəzərinizə çatdırıram ki,

- Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərtib etmiş olduğu 06.10.2021-ci il tarixli “Audit aktı”nda:

- “Müstəqil Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssisləri: Hüseynov Şükür Rzağa oğlu və Şirinov Yasin Rza oğlu tərtib etdikləri 19.11.2021-ci il trixli 558 saylı “mühasibatlıq rəyi”ndə;

- Sumqayıt Kommersiya Məhkəməsinin 09.12.2021-ci il tarixli, 2-2(119)- 1543/2021 saylı Qərardadının icrası ilə bağlı, AR ƏN Məhkəmə Ekspertiza



Mərkəzinin İqtisad Ekspertizalar Şöbəsinin böyük eksperti Məmmədov Zaur Zakir oğlunun tərtib etdiyi 28 yanvar 2022-ci il tarixli 9/91 nömrəli “Ekspert rəyi”ndə;

- Sumqayit Kommersiya Məhkəməsi 2-2(119)-41/2022 No-li 02.06.2022-ci il tarixli Qərardadının icrası ilə bağlı, AR ƏN “Məkəmə Ekspertiza Mərkəzi”nin aparıcı eksperti Cəfərli Toğrul Hatəm oğlunun tərtib etdiyi 27.07.2022-ci il tarixli 9/4533 saylı “Ekspert rəyində, onlar tərəfindən saxtakarlıq etmələri işdə olan bir çox sənədlərlə, ən başlıcası isə, aşağıda göstərdiyim dörd sənədlə sübuta yetirilir:

1). Mənim (təsisçi Ağasəf İsmayılov) tərəfimdən 29.06.2012-ci il tarixdə 71000 ABŞ dolları məbləğində pulun “Magna Trans” MMC-nin bank hesabına ödənilməsini təsdiqləyən “PAŞA Bank” ASC-nin 13.09.2020-ci il tarixli “Hesabından çıxarış” sənədinin işdə olması,

2). Mənim (təsisçi Ağasəf İsmayılov) tərəfimdən 06.07.2012-ci il tarixdə 381436 ABŞ dolları məbləğində pulun “Magna Trans” MMC-nin bank hesabına ödəməsini təsdiqləyən “PAŞA Bank” ASC-nin 13.09.2020-ci il tarixli “Hesabından çıxarış” sənədinin işdə olması,

3). “Magna Trans” MMC-yə məxsus olan və sənədləri saxtlaşdırma yolu ilə satılmış 21 ədəd avtobusların alqı-satqı müqavilələrini etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş 21 ədəd şəhadətnamnin ləğv edilməsinə dair Sabunçu rayon Məhkəməsinin 19.08.2021-ci il 2(008)-2435/2021 saylı Qətnaməsinin işdə olması,

4). AR DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsinin 20.03.2020-ci il tarixli 26875/220 saylı məktubu ilə satılmaları təsdiq edilmiş, ümumi dəyəri 2.600500 (iki milyon altı yüz min beş yüz) manat olan və “Magna Trans” MMC-yə məxsus 21 ədəd avtobusun satılmasından əldə edilmiş pul vəsaitinin banka mədaxil etmədən hesabatdan və vergidən gizlədildiyinin bu yoxlama-ekspertiza keçirmiş göstərdiyim bu “xüsusi təyinatlı mütəxəssislər” tərəfindən “aşkar edilməməsi”, onların tərtib etmiş olduqları sənədlərin saxta olmasına birbaşa və təkzibolunmaz sübutdur.

“Magna Trans” MMC-nin 2010-2019-cu illər üzrə maliyyə vəziyyətinə dair, sərbəst auditor Musayev Adıgözəl Maqsud oğlunun tərtib etmiş olduğu 06.10.2021-ci il tarixli “Audit aktı”nda saxtakarlıq etməsi və bununla da qanunla qorunan mülkiyyət hüquqlarımı kobud surətdə pozmaqla bərabər, mənə xüsusilə külli miqdarda maddi ziyan vurulmasında sərbəst auditorun fəal iştirak etmiş olduğu barədə Auditor Palatasının sədri Vahid Novruzova müraciət etmişdim.

Auditorlar Palatasının idarə rəisi Elnur İbrahimovun imzaladığı, 29.07.2022- ci il tarixli, 02-150 saylı məktubla mənə bildirilmişdir ki, “Sərbəst auditor Musayev Adıgözəl Maqsud oğlunun “Magna Trans” MMC-nin 2010-2019-cu illər üzrə gəlirlərinin, xərclərinin, bölüşdürülməmiş mənfəətinin və elan edilmiş dividentlərin müəyyən edilməsinin auditi zamanı, auditor Beynəlxalq Audit Standartlarının tələblərinə tam əməl etməmişdir.” Məktubda göstərilən “auditor Beynəlxalq Audit Standartlarının tələblərinə tam əməl etməməsi”nə aydınlıq gətirməklə geniş izahat verilməsi üçün, 12.08.2022-ci il tarixdə yenidən Auditorlar Palatasına tərəfimdən müraciət olunmuşdur.

Bundan başqa,

- Auditorlar Palatasının sərbəst auditor Adıgözəl Musayevin tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”n (səh.15) nəticə hissəsində, “Magna Trans” MMC-nin - “2010-19-cu illər üzrə yekun bölüşdürülməmiş mənfəət – 85179,41 manat”



- “Müstəqil Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssisləri: Hüseynov Şükür Rzağa oğlu və Şirinov Yasin Rza oğlunun tərtib etdikləri 19.11.2021-ci il trixli 558 saylı “mühasibatlıq rəyi”nin (səh.10) nəticə hissəsində “Magna Trans” MMC-nin - “2010-19-cu illər üzrə bölüşdürülməmiş mənfəət – 88582,40 manat”, yəni, əhəmiyyətli dərəcədə fərqli rəqəmlər göstərildiyi halda, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri Zaur Məmmədovla, Toğrul Cəfərli özlərinin ekspert rəylərində, məhkəmə tərəfindən tədqiq edilməsi üçün ekspertlərin sərəncəmına verilmiş 2010-19-cu illər üzrə “Magna Trans” MMC-nin 14 qovluqdan ibarət maliyyə-mühasibatlıq sənədlərinin, heç olmasa nümunə üçün bir dənəsini belə araşdıramadan, adını çəkmədən-yazmadan, istinad etmədən, ancaq və ancaq Auditorlar Palatasının sərbəst auditoru Musayev Adıgözəl Maqsud oğlunun tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”nın sözün əsil mənasında kserosurətini öz ekspert rəylərinə köçürmələri, onların hər birinin vəzifə saxtakarlığı etmələrinə sübutdur.

Bir daha qeyd edirəm ki, iş materiallarının 1-ci cildinin 124-136-cı səhifələrində “Magna Trans” MMC-nin “PAŞA Bank” ASC-dən verilmiş 13.09.2021-ci il tarixli Bank Hesabından Çıxarışdan açıq-aydın görünür ki, mənim (təsisçi Ağasəf İsmayılov) tərəfimdən 29.06.2012-ci il tarixdə 71000 ABŞ dolları məbləğində, 06.07.2012-ci il tarixdə isə 381436 ABŞ dolları məbləğində pul “Magna Trans” MMC-nin “PAŞA Bank” ASC-də olan hesabına (İBAN: AZ 12 PAHA 0000 0000 0000 1001 3906) ödənilmişdir.

Bu “xüsusi təyinatlı mütəxəssislərin” hər birinin tərtib etmiş olduqğu “mütəxəssis” rəyindən isə belə NƏTİCƏYƏ GƏLİNMİŞDİR Kİ, sitat:

"Magna Trans" MMC-nin 2010-2019-cu illər üzrə bütün növ maliyyə təsarrüfatı və mülki dövriyyəsi nəticəsində əldə edilmiş (qazanılmış) xalis mənfəətdən Cəmiyyətin üç iştirakçısının (təsisçisinin) payına uyğun dividend aşağıda göstərildiyi kimi təşkil edir:

- gəlirləri - 10.150138,65 manat,

- xərcləri - 10.064959,24 manat,

- bölüşdürülməmiş mənfəət - 85179,41 manat,

QEYD: Yəni, 10 il üçün hər üç təsisçinin hər birinə ödəniləcək dividend

– 28393,14 manat?

10 il müddətdə, ildə 365 gün 16-18 saat durmadan sərnişindaşıyan 79

ədəd avtobusun hər biri bir gün ərzində cəmi 29 – İYİRMİ DOQQUZ qəpik gəlir vermişdir?

Yən hər bir təsisçiyə gündə 9 - DOQQUZ qəpik? Bir toyuq yumurtasının yarı qiymətində!

Hörmətli prokuror,

Mən, iş adamıyam, sahibkaram - işimin sahibiyəm. Sual yaranır ki, təsisçisi mən olduğum, özüm qurub-yaratdığım Cəmiyyətin maliyyə-mühasibatlıq hesabat sənədlərini mənə verməmək üçün, 2019-cu ildən məndən gizlənənlər, hazlrda isə olduqları yer üzrə İcra şöbələri tərəfindən axtarış edilnlər: direktor Mirzahid Ağayevlə həmtəsisçi Bürhan Həmidov, və digər həmtəsisçi Naniq Hacıyev, həmçinin tələb etdiyim sənədləri mənə təqdim etməmək üçün, onların nümayəndəsi-vəkil Bəşir Camalovun, əsaslı və qanuni iddiama qarşı 3 il müddətdə çoxsaylı məhkəmələrdə məntiqsiz və əsassız etirazlar yazdığı halda və xüsusən də Cəmiyyət yaranandan, yəni 11 il ərzində 1-cə dəfə də olsun belə audit yoxlaması keçirmədikləri halda, necə



olur ki, bu şəxslər, 42 gün ərzində - 06 oktyabr və 19 noyabr 2021-ci il tarixlərdə 2 dəfə “audit yoxlamsı” sifariş edirlər və sonradan məhkəmələrin qəradadları ilə keçirilən ekspertiza və təkarar ekspertiza ekspertləri ancaq və ancaq Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayevin həmin 06.10.2021-ci il tarixli “audit aktına” əsaslanırlar?

Və Məhkəmə tərəfindən tədqiq edilməsui üçün ekspertizaya təqdim edilmiş 14, təkrar ekspertizaya isə təqdim edilmiş 15 qovluq sənədlərin birinin də “arası açılmır, heç bir sənədin adı ekspert rəylərində göstərilmir?

Əgər, hər iki ekspertin ”Eekspert rəyi” təkcə audit aktına əsaslanmalıdırsa, həmin akt məhkəmədə olduğu halda, ekspertlər 2 il ərzində dəfələrlə həmin hesabat sənədlərini çoxsaylı vəsatətlərlə tələb edirdilər? Məhkəmə isə, nə üçün ekspertiza təyin edirdi?

Yoxsa, auditorun “Audit aktı”nı ekspert “Ekspert rəyi” ilə “notarial” qaydada təsdiq eləməlidir?

Belə çıxır ki, istənilən şəxs, özgənin əmlakını ələ keçirib, talan etdikdən sonra “audit aktı” sifariş edib “təmizlik kağızı” alaraq, ekspertdə “təsdiqlətdirib” cinayət məsuliyyətindən yaxasını qurtara bilər?

Hörmətli prokuror,

Təsisçisi olduğum “Magna Trans” MMC-ni talayıb külli miqdarda əmlakını mənimsəməklə, dövlət büdcəsinə də milyonlarla manat məbləğdə zərər vurmuş şəxslərin, Auditorlar palatasında və “Məhkəmə Ekspertiza Mərkəzində” özlərinə “arxa-dayaq” taparaq, istədikləri saxta sənədi sifariş etməklə, cinayət məsuliyyətindən yayınmağa cəhd etmələri korrupsiyaıaşmış, dayanaqlı bir dəstə üzvlərinin dövlətin mötəbər qurumlarında lövbər saldığının əlamətidir.

Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayevin tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”nda; “Müstəqil Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssisləri: Hüseynov Şükür Rzağa oğlu ilə Şirinov Yasin Rza oğlunun tərtib etdikləri 19.11.2021-ci il trixli 558 saylı “mühasibatlıq rəyi”ndə; AR ƏN “Məkəmə Ekspertiza Mərkəzi”nin ekspertləri: Zaur Məmmədovun tərtib etmiş olduğu 9/91saylı 28.01.2022-ci il tarixli “Ekspert rəyi”də və Toğrul Cəfərlinin tərib etmiş oldu 27.07.2022-ci il tarixli 9/4533 saylı “Ekspert rəy”də qəsdən yalan məlumatları göstərərərk saxtakarlıq etməklə qanunla qorunan mülkiyyət hüquqlarımı kobud surətdə pozmaqla bərabər, mənə xüsusilə külli miqdarda maddi ziyan vurmuş şəxslərin sifarişlərini yerinə yetirərək, öz qulluq mövqelərəindən sui-istifadə etməklə vəzifə vəzifə saxtakarlığı, özbaşınalıq və digər cinayətləri törətmişlər.

Göstərdiklərimi nəzərə alaraq, tədbir görülməsini Sizdən xahiş edirəm.

QETD: şikayətdə istinad etdiyim sənədləri izahat vermək üçün, dəvət olunanda təqdim edəcəm.

Hörmətlə,

İş adamı-sahibkar Ağasəf İsmayılov

Sozcu.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İntim videosu yayılan polkovnikin rütbəsi geri alındı - ÖZÜNÜ İSƏ...


İntim görüntüləri yayılan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev bir neçə gün əvvəl vəzifəsindən azad olunub.

Qaynarinfo-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Nazirin digər əmri ilə, dövlət qurumunda etik davranış qaydalarını və prinsiplərini kobud şəkildə pozduğu üçün Zaur Mirzəyevə verilən polkovnik rütbəsi geri alınıb, onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdimat verilib.

Artıq Zaur Mirzəyevin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilir.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, baş verən hadisə ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
Baş Prokurorluq bir daha sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırır.

Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda vəzifəli şəxslər HƏBS EDİLDİ


Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun həmin klubun istifadəsində olan keçmiş “Məhsul stadionu” adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirmələri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Qeyd edilən hallarla bağlı toplanmış ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirlir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyədəki yanğınlar zamanı tərfiləyirdilər... İNDİ İSƏ... - FHN şefinin qürubuna yığışanlar...


Bir neçə gündür ki, sosial şəbəkələr və media FHN əməkdaşlarının intim görüntüləri ilə çalxalanır. Maraqlıdır ki, 7-8 il bundan əvvəl çəkilmiş görüntülər bu gün dövriyyəyə buraxılıb və məqsədli şəkildə tirajlanır, gündəmdə saxlanılır. Məsələnin mahiyyətinə varmayan, kimlərinsə sifarişlərinə alət olanlar isə olayı şar kimi böyütməkdən yorulmurlar. Heç bir halda hansısa dövlət strukturunda, ələlxüsus FHN kimi strateji bir qurumda belə halların baş verməsinə, çəkilişlərin aparılmasına haqq qazandırmaq mümkün deyil. Bu yazını yazmaqda da məqsədimiz baş verənləri malalamaq yox, sadəcə hadisələrə soyuq başla, sağlam məntiqlə yanaşmaqdır.

Bir daha qeyd edim ki, 8 il əvvəl baş verən bir hadisəni indi gündəmə gətirmək (yəqin ki, o vaxt bunu etməyə DÖVT-ləri çatmayıbmış) sırf məkrli məqsədlərə xidmət edir və bunu bilmək üçün münəccim olmağa heç bir ehtiyac yoxdur. Ölkənin ən prestijli və saat kimi dəqiq işləyən strukturu olan FHN-i və bu mexanizmi formalaşdıran Kəmaləddin Heydərovu vurmaq üçün heç bir səbəb tapmayanda məhz belə iyrənc və şərəfsiz metoda əl atmağı planlayıblar. Sözü kişi kimi üzə deməyi bacarmayanlar qurşaqdan aşağı hücuma keçiblər. Elə yayımladıqları rolikdəki əxlaqa sahib olanlar dolayısıyla K.Heydərovu zərbə altında qoymağa, gözdən salmağa çalışırlar. Bir daha qeyd edirəm ki, baş verənlərə heç bir haqq qazandırmaq fikrim yoxdur. Sadəcə bu yerdə ataların bir məsəli yadıma düşür-düzəlib hər yarağımız, qalıb saqqal darağımız. Guya digər nazirliklərdə, dövlət strukturlarında hamı milli geyimlərdə, başında kəlağayı, əynində beştaxta tuman gəzirmiş, bir FHN-də əxlaqsızlıq baş alıb gedirmiş. Heç başqa nazirliklərə getməmisinizmi- bulvarda, "Tarqovu"da geyinilməyən paltarlarla gəzirlər bu dövlət orqanlarında. İrilərini demirəm, hər xırda məmurun ətrafında 5-10 “huri” fırlanır, daha çox “əməkdaşa” sahib olmaq uğrunda sanki yarış gedir. Amma bunları görən yoxdur, çünki hələ sifariş gəlməyib, çəkiliş ortaya qoyulmayıb. FHN-də heç olmasa xidməti formalarda gəzirlər, bir hərbi nizam-intizam var. Digərlərində isə kimin keyfi necə istəyirsə, eləcə də geyinir və yaxud geyinməyir.
Son günlər kadr sahəsində bəzi dəyişikliklər aparıldı- Gömrük Komitəsinin sədri vəzifəsindən azad olundu, hətta bəzi həbslər də oldu. Görünür, bundan ruhlananlar növbəti hədəf kimi K.Heydərovu görürlər. Uzun illər dövlətə sədaqətlə xidmət edən, istər Gömrük Komitəsində, istərsə də FHN-də güclü struktur formalaşdıran, əsl məmur, dövlət xadimi imicinə malik olan K. Heydərovu öz aləmlərində “vurmaq” üçün kişiyana bir səbəb tapa bilməyənlər məhz belə iyrəncliyə əl atıblar. Atası millət vəkili, ağsaqqallar şurasının sədri olan, hələ gəncliyindən özü də ağsaqqal ağırlığında olan bir şəxsə belə gədəcəsinə hücum yaraşarmı ? Hamı bilir ki, məqsəd kabinetdə cütləşən iki “aktyoru” hədəfə gətirmək deyil.
K.Heydərov məqamında, yerində düzgün qərarlar qəbul etməyi bacaran bir şəxsdir. Onun rəhbərlik etdiyi nazirlik nəinki ölkə daxilində, hətta qoşu dövlətlərdə baş verən föqəladə hallarda özünü təsdiq edib. Təkcə qardaş Türkiyədə baş verən meşə yanğınlarında FHN-nin xidmətlərini qeyd etmək kifayətdir. Bütün bunları görməyənlər isə sevişməyə yer tapmayan iki kabinet aşiq-məşuqunun üzərindən hücuma keçiblər. Siz ondan danışın ki, rəhbərlik etdiyi nazirliyə tabe olan məktəb direktorunu işdən çıxarmağa cəsarəti çatmayan nazir var bu ölkədə. Bir əmri imzalamaq üçün beş kabinetdən məsləhət alanarla doludur məmləkət. Nə əcəb bunları heç kim görmür, amma 8 il bundan əvvəl çəkilənlər bu gün gündəm olur.
Bir də yadıma məhşur filmdəki ifadə düşdü- “Kişinin qoluna qandalı da gərək kişi vursun!”
Rubrika.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rəşid Rzayev HANSI MƏZHƏBƏ QULLUQ EDİR? - NARAZILIQ VAR!

Məhkəmə qərarlarının dövlətin adından çıxarılmasını , icrasının məcburi olmasını, icra olunmamanın qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olduğunu , kim bilməsə də, məhkəmə hakimlərinin bilməməsi mümkün deyil. Bu müddəa ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan və məhkəmənin ən birinci tətbiq etməyə borclu olduğu qanunun – Konstitusiyanın 129-cu maddəsi ilə doğrulanıb. “Məhkəmə və hakimlər haqqında” qanunun 5-ci maddəsi də məhkəmə qərarları barədədir və qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikasının ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən MÜTLƏQ, VAXTINDA VƏ DƏQİQ İCRA OLUNMALIDIR. Bəs niyə məhkəmədə işin təşkilinə, əmək və İCRA İNTİZAMINA nəzarət etməyə görəvləndirilən məhkəmə sədrləri onlarla illərdir nəinki məhkəmə qərarlarının icrasını təmin edir, əksinə, icraya qadağa qoyurlar?
Rəşid Rzayevin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri postundan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində eyni görəvə gətirilməsi ilə məhkəməyə girişə polis postu ilə qadağa qoymasını məhkəməyə işi düşənlər yaxşı bilir. Bu başabəla sədrin məhkəmə qərarlarının icrasına qadağa qoymasını isə hamı bilmir, “başına gələnlərdən başmaqçı olanlar” bilir. Təsəvvür edin, Bakı İnzibati Məhkəməsinin (hakim Şərafət Məmmədova ) 20.06.2016 tarixli 2-1 (81)-1095/2016 saylı qərarını borclu ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidməti (hazırda ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi ) 7-ci ildir qərəzlə icra etməkdən imtina edir, məhkəmə isə İnzibati Prosessual Məcəllənin (İPM) 116 -120 maddələrinin tələblərinə uyğun olaraq nəinki məcburi icra tədbirləri həyata keçirir, heç tələbkar Qarabağ əlilinin ərizələrinə belə baxmır. Halbuki İPM-in 120.1 maddəsinə görə , inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə proses iştirakçısının ərizəsinə əsasən və ya XİDMƏTİ VƏZİFƏSİNƏ GÖRƏ icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Məhkəmənin xidməti vəzifəsini icra etməkdən imtina etməsi bir yana, tələbkarın çoxillik ərizələrinə belə baxmaqdan imtinası məhkəmə sədrinin də, Məhkəmə Hüquq Şurasının da, Ombudsmanın da yerində olmadığının göstəricisidir. Ombudsmanın adını hallandırmağımız “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun 1.9 maddəsindən qaynaqlanır. Sözügedən maddədə ombudsmanın məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar İNSAN HÜQUQLARININ POZULMASINA DAİR ŞİKAYƏTLƏRƏ BAXMAQ HÜQUQU doğrulanıb. Ombudsman isə illərdir nə rüşvətlə itirilən sənədləri tapa bilir, nə də məhkəmə qərarının icrasını təmin etdirir. Bəs məhkəmə sədrləri niyə Konstitusiya ilə, qanunla üzərlərinə qoyulan vətəndaşların ərizə və şikayətlərinə baxılmasını həyata keçirmirlər? Rəşid Rzayev bəyəm məhkəmə qərarlarının icrasına qadağa qoymağa sədrlik edir?
Nə yazıq, bu sədr Xətai məhkəməsində eyni görəvdə də icraya qadağa qoymaq prinsipini sürdürür. Xətai məhkəməsinin 26.05.2009 tarixli, 2 (011)-451/09 saylı və 21.06.2011 tarixli, 2 (011)-855/11 saylı iki qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ əlilinə sahibkarlıqla məşğul olmaq üçün verilən Nizami rayonu, Bəhruz Nuriyev, 10a ünvanındakı otaqları borclular Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ) və Nizami RİH saxta şəhadətnamə ilə ələ keçirib satmalarına hüquqi qiymət verilməsi bir yana, indiyədək -13 ildə bir dəfə də olsun icra hərəkəti aparılmayıb. Əksinə, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələri borclularla qeyri-prosessual ilişgidə tələbkara qarşı cinayət şantajı ilə məşğuldurlar. Bu şantajda Xətai məhkəməsinin sədri Rəşid Rzayevin də özəl xidməti var. Məhkəmə sədri məhkəmə qərarının icrasını təmin etmək əvəzinə, icra məmurlarının sifarişi ilə icra sənədinin qətnamənin nəticə hissəsinə uyğun olmadığını tələbkar Qarabağ əlilinin boynuna qoymaq absurdluğuna ,saxtalığına imza atıb. Son 3 ayda tələbkarın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 222.1-ci maddəsinə və Ali Məhkəmə Plenumunun 24.11.2005 tarixli 4 nömrəli qərarının 6.8-ci bəndinə əsasən , qətnamənin nəticə hissəsində əmlakın yerləşdiyi ünvanın göstərilməsi, qətnamənin tələbə uyğun imperativ formada tərtib edilməsi , qətnaməyə izah verilməsinə dair ərizələrinə baxılmır. Niyə? Çox şübhəlidir, Rəşid Rzayev Bakı İnzibati Məhkəməsində də, Xətai məhkəməsində də eyni tələbkarın ərizələrinə qadağa qoyub. Bu təsadüf ola bilər? Məhkəmə Hüquq Şurası bu barədə nə fikirləşir? Ümumiyyətlə, fikirləşirmi? Deyəsən, hərə öz qeyri – prosessual ilişgisi ilə özbaşınalığa , Konstitusiyaya tüpürməyə töhfə verir. Konstitusiyadan üstün olan məmur kimdir : Prezidentin köməkçisi, keçmiş ƏMDK sədri Kərəm Həsənov, onun müavini, hazırda Cəlilabad RİH-ə başçı təyin etdirdiyi Rafiq Cəlilov, Nizami RİH-in keçmiş, Dövlət Statistika Komitəsinin hazırkı sədri Tahir Budaqov, onun bacanağı, Nizami “JEK”-inin keçmiş, 1 saylı icra nümayəndəliyinin hazırkı müdiri Həsən Sadıxov , yoxsa elə baş prokuror özü, yoxsa elə ədliyyə naziri, MHŞ sədri özü?
Belə hüquq, belə hüquq dövləti , belə məhkəmə, belə məhkəmə təminatı, belə, belə. ..olar?
Məğrur Bədəlsoy
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qəbələdəki cinayətlər KİMLƏRİ HƏDƏFƏ GƏTİRİR? - İLGİNC FAKTLAR

Qəbələ rayonundan olan etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, ETSN-in Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Vəndam meşəbəyliyinə aid meşə dolayında dövlət meşə fondu torpağı obyekt yeri kimi satılıb və artıq orada kafe tikmə üçün bir sıra tikini işləi – “besedka” deyilən bölmələr də tikiib. Lakin sözügedən obyektdə gedən tikililərin inşasına “stop” qoyulub.
Məlumat verən mənbə qeyd edir ki, sözügedən 3 ha yerə görə adının hallanmasını istəməyən sahibkar 55000 manat pul da ödəmişdir. Lakin sənədləşmə aparılmadığına görə tərəflər arasında narazılıq baş verib. Vəndam sakni pullarını geri istəyib. Qəbələ RMTM-dən ona bildiriblər ki, pullar “yxarı” gedib, qaytarmaq mümkün deyil. Yerli sahibkar pullarının qaytarılması üçün bütün yuxarı direktiv orqanara şikayətlər yazıb. Həmişə oluğu kimi bu dəfə də Baş Prokurorluq məsələ ilə bağlı araşdırma aparılmasını ETSN rəhbərliyinə həvalə edib. Nazirliyin Meşə Depertameti rəhərliyinin Qəbələyə ezam etdiyi işçiləri Vəndam kəndi yaxınlğındakı meşə ərazisində “qanunsuz” tikilən bir neçə “besedkya” görə sahibkara 50000 manatlıq cərimə aktı tərtib edib cəzalndırmışlar. Yəni, başa salmaq isəmişlər ki, “ağıll ol”. Bundan sonra iş adamı yenidən yuxarı orqanlara şikayətlərini davam etdirmişdir. Bu dəfə Baş Prkurorluq yanında Korrupsyaya Qarşı Mübaizə İdarəsi arşdırmaya başlamışdır. Məsələdən xəbər tutan ETSN-nin Meşə Deperament müdiri olmuş Xıdırov Namiq başlanmış istitaqdan yayınmaq üçün dərhal işdən çıxma barəsində əriəzsini yazaraq 153 000 manata aldığı qara rəngli TOYOTA “Land GRUSER” avtomobilinə minib “dabanına tüpürmüş” və qaçıb Xətai rayon İcra Haimiyyətində işləyən dayısıına sığnmışdır. Budur, məsələ ilə bağlı son aldığımız məlumatdan aydın olur ki, avqusun 4-də də Korrupsiya İdrəsi araşdırma üzrə cinayət işinin başlanması üçün şikayətçi və meşə işçilərini Bakıya gəlməyi tapşırmışlar. Araşdırma davam edir.
Mənbənin bildirdiyinə görə, obyekt yeri külli miqdarda ( 55000 mant) pul müqabilində satılan yerin məbləğin əsas qismi də Ekologiya və Təbii Sərvətlər Nazirliyində bölüşdürülüb.
Mənbəmiz onu da bildirir ki, obyek kimi icaryə verilən belə yerlər İsmayıllı-Oğuz magistral yolunun üzərində çox rast gəlmək olar. Məsələn, belələrindən ən böyüyü İsmayıllı şəhərinin Qəbələ istiqamətidə çıxışında yolun sağında yerlşən palıdlıq meşədə “ORMANLIQ” adlı restoran çoxandır ki, fəaliyyət göstərir. Hər ili yolumuzu buradan saldıqda restoran ərazisinin günü güdən böyüdüyünün , burada tikilən daş obyektlərn sayının artdığının şahidi oluruq. Hətta iş o yerə çatıb ki, burada toy və nişan məclislərinin keçirilməsi üçün çoxaylı məclis əhlini yerləşməsi üçün şəraitlər də yaradılıb. Əlbttə ki, yaşı 200-ü keçmiş palıd ağaclarının hesabına. Mənbənin bildirdiyiə görə belə yol kənarında meşələrin iaşə obyekti kimi icarəyə verlməsi üçün müqavilə müddəti Meşə Məcəlləsin uyğun madəsinə görə 10 il hesablanıb və hər hektar meşəyə görə sahibkar ən azı 10000 manat “rüsum” ödəmək zorundadr. Belə nəticəyə gəlirik ki, meşələrimiz və ümumiyətlə təbiətimiz şəxsi maraqlar ilə tənzimlənir.
Ümidvarıq ki, dövlətimizin başçısı cənab prezident İlham Əliyev milli sərvətimiz olan təbiətimizin reallıqda qorunması üçün meşəçilk anlayışı olmayan, ETSN-nə toplanmış çoxsaylı SOCAR kadrlarından azad olunması üçün kadr islahatlarının həyata keçirilməsinə tezliklə start verəcəkdir.
Çox təəssüflənirik ki, ETSN əməkdaşları vəzifə borcu olan təbiətimizi qorumaq əvəzinə, ondan daha çox qazanc əldə etmək barədə fəaliyyətə üstünlük verirlər.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gigiyena və Epidemiologiya Mərkəzindən dövlət də əlini üzüb... - İLGİNC İDDİALAR...


Artıq medianın yazdığı ən kəskin, ən sərt yazılar belə hədəfdən yan keçir.
Atalar demişkən, dəyirman bildiyini eləyir, çaxçax başını ağrıdır.
Bəlkə də çoxlarına qəribə gələcək. Amma gəlin bəyənmədiyimiz sovet mediası ilə müstəqil mediamızı müqayisə edək.
Sovet dönəmində hansı məmurun adı Kirpi, ya da Mozalan jurnalına düşsəydi, onun ya partbileti əlindən alınardı, ya da ən yaxşı halda vəzifədən çıxarılmaqla canını qurtarmış olardı.
Bu gün isə müstəqil, azad mediamız hansısa məmur haqqında aylarla, bəzən illərlə faktlara söykənən yazılar dərc etsə də...
Nə medianı çağırıb soruşan olmur ki, nə yazırsan, nə də haqqında tənqidi yazılar dərc olunan məmur barəsində ölçü götürülmür.
Sözümüzün canı odur ki, medianın yazdıqları nəinki araşdırılmır, hətta medianın yazdıqları öz əleyhinə işə düşür.
Belə ki, media ya reket elean edilir, ya məhkəməyə verilir, ya da media rəhbəri həbs edilir.
Heç sovet dövründə eşitmişdinizmi, Kirpi, ya da Mozalan jurnalını hansısa məmur məhkəməyə versin..?
Sözün qısası, azadlıq, müstəqillik istədiyini yazmaq demək deyil. Əgər medianın yazdıqlarına dövlət qurumları heç bir reaksiya vermirsə, onda biz nə etməliyik?
Bu mənada, yəni təsir etmə mənasında tam əminliklə deyə bilərik ki, Kirpi jurnalı müstəqil mediamızdan daha azad idi. Bir daha deyirik ki, təsirinə görə...
Təsəvvür edirsiniz, az qala nazir səlahiyyətində olan şəxs, yəni Sara Həsənova barəsində dövrü mətbuat dayanmadan yazır. Onun barəsində yazılanları internet üzərindən toplayıb dərc etsələr 5 cildlik roman alınar. Amma bu boyda yazılanlara 1 cümləlik reaksiya varmı..?
Söhbət Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktoru Sara Həsənovadan gedir.
Bir daha deyirik ki, bu adamın vəzifəsi səlahiyyətlərinə və təsir imkanlarına görə nazirdən, komitə sədrindən geri qalmır.
El arasında bir söz var ee...Nikolayı taxtda görüb, Lenini qundaxda...
Bəli, Sara Həsənova sabiq səhiyyə nazirləri Əli İnsanovu, Oqtay Şirəliyevi yola salıb, indi də yeni səhiyyə naziri Teymur Musayevi yola salmağa hazırlaşır.
Bəli, Sara Həsənova Əli İnsanovun yaxın adamı olub və onun dövründə Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin ( GEM ) direktoru olub.
Sonradan səhiyyə naziri Oqtay Şirəliyevin sevimlisinə çevrilib daha böyük vəzifəyə - Respublika Sanitar-Karantin Müfəttişliyinin ( SKM ) rəisi vəzifəsinə təyin olunub.
Hazırda isə Səhiyyə nazirliyinin tabeçiliyində olan Respublika Sanitar və Epidemiologiya Mərkəzinin direktorudur.
Sara Həsənovanın rəhbəri olduğu hər 3 dövlət qurumu ən böyük rüşvət və korrupsiya yuvası olub.
Qısaca qeyd edək ki, respublikaya gətirilən məhsullara setrifikatı Sara xanım verib, binaların tikintisində istifadə olunan materilların sanitar normalarına görə icazəni Sara xanım verib, biznesmenlərin gömrükdən keçməsi üçün yaşıl işığı Sara xanım yandırıb, dəyəri milyonlarla ölçülən saxta tenderlərə icazəni Sara xanım verib, avtomobil hissələrinin, yanacağın alınmasına Sara xanım icazə verib və nəticədə...
Sara Həsənova milyonlara sahib olub, övladını Avropada ən bahalı universitetdə oxutdurur, Avropada mülkləri, villaları, bahalı avtomobilləri və s.
Sara Həsənovanın ən həssas yeri isə bahalı içkilərdir.
Hətta deyilənə görə, yeni nazir əvəzi Teymur Musayev bu barədə ona xəbərdarlıq da edib.
Sara Həsənovanın keçirdiyi və milyonlar qazandığı saxta tenderlərin uzun siyahısını dərc etməyi artıq hesab edirik.
Hətta Sara Həsənovanın qurumun qaraj müdiri Yaşar müəllimlə bağlı məsələsini isə hüquq-mühafizə orqanlarının üzərinə buraxırıq.
Onu da qeyd edək ki, Sara Həsənova uzun illər ona mane olmaq istəyənləri zəhmli məmurla hədələyib.
Bu gün isə mətbuata daxil olan məlumatdan bəlli olur ki, Sara Həsənovanın arxasında bərk gedən icra başçılarından biri dayanır.
Həmin icra başçısının kimliyi və Sara Həsənovanı necə müdafiə etməsi barədə növbəti yazıda bəhs edəcəyik.
Bizi izləyin. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mehriban Əliyevadan Müslüm Maqomayevlə bağlı PAYLAŞIM


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində dünya şöhrətli azərbaycanlı opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Unudulmaz və əziz Dost, nurlu xatirəni ehtiramla yad edirəm!"
Mehriban Əliyevadan Müslüm Maqomayevlə bağlı PAYLAŞIM


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirlər Kabineti bu sərəncamı niyə vətəndaşlardan gizlədir? - İLGİNC


Nazirlər Kabinetinin rəsmi saytında 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncam tapılmır.

Bu sərəncamın hüquqi aktların vahid elektron bazasında yerləşdirilməməsi sözügedən sərəncamın vətəndaşlardan gizli saxlanılması anlamına gəlir. Belə ki, bu sərəncam 2021-ci ilin 16 avqust tarixində qəbul edilsə də, indiyə kimi sayta yerləşdirilməyib. Bu sərəncamın dövlət sirrini əks etdirən hüquqi akt olması barədə heç bir məlumat da yoxdur.
Öz hüquq və azadlıqlarını həyata keçirmək və pozulmuş hüquqlarının etibarlı müdafiəsini təmin etmək üçün valideyn himayəsindən məhrum olmuş vətəndaş Əli Vaqif oğlu Babayev bu sərəncamın nə elektron variantını, nə də kağız daşıyıcıda çap edilmiş variantını tapa bilməyəndən sonra öz tanışı kimi mənə zəng edərək 492s nömrəli sərəncam barədə suallar verdi və ona kömək etməyimi xahiş etdi.

O qeyd etdi ki, Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sərəncamı öz saytlarında yerləşdirilməyiblər.
Lakin buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aidiyyatı məsələ üzrə bəzi məktublarında bu sənədə istinad edir.
Aparılan araşdırmalar zamanı məlum oldu ki, 492s nömrəli sərəncam, həqiqətən də, rəsmi dövlət orqanlarının saytlarında yerləşdirilməyib və beləliklə də, aidiyyatı sosial məsələlərdə öz pozulmuş hüquqlarını bərpa etmək istəyən vətəndaşlar bu sərəncamı əldə edə bilmirlər. Bizə məlum olmayan hansısa səbəbdən bu sərəncamın saytlarda yerləşdirilməməsi və bir növ gizli saxlanılması anlaşılan deyil. Çünki Nazirlər Kabineti qəbul etdiyi qərar və sərəncamların vətəndaşlar üçün əlçatan olmasında maraqlı olmalıdır ki, vətəndaşlar bu qərar və sərəncamları oxusunlar, maariflənsinlər və öz hüquqlarını daha mükəmməl şəkildə müdafiə etsinlər.
Məyusedici hal bundan ibarətdir ki, Nazirlər Kabineti tərəfdən 492s nömrəli sərəncamın saytda yerləşdirməməsi Azərbaycan Respublikası Prezidentinin “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1 iyul 2011-ci il tarixli 463 nömrəli fərmanının və bu fərmanla təsdiq edilmiş Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında” Əsasnamənin müddəalarına uyğun deyildir.
Çünki yalnız ayrı-ayrı müddəaları dövlət sirrini əks etdirən hüquqi aktlar Dövlər Reyestrinin elektron variantında və Dövlət Reyestrinin toplusunda dərc edilmir. 492s nömrəli sərəncamın dövlət sirrini əks etdirən hüquqi akt kimi gizli saxlanılması və Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid elektron bazasına da daxil edilməməsi ciddi suallar ortaya qoyur.
Vətəndaş Babayev Əli Vaqif oğlu 21 və 22 iyul 2022-ci il tarixlərində həm elektron qaydada, həm də məktubla Nazirlər Kabinetinin Sədri Baş Nazir cənab Əli Əsədova müraciət etmiş və həmin sərəncamın kağız daşıyıcıda çap edilərək ona göndərilməsi barədə göstəriş verməsini xahiş etmişdir. Əgər bu sərəncam dövlət sirrini əks etdirən hüquqi akt olsaydı, Babayev Əli Vaqif oğluna çoxdan belə bir cavab verilməli idi. Lakin “Vətəndaşların müraciətləri haqqında” qanunda göstərilmiş müddətdə Nazirlər Kabineti tərəfdən vətəndaşa indiyə kimi cavab verilməməsi bizdə qeyri-müəyyənlik yaratmışdır.
Vəziyyətdən çıxış yolu tapmaq üçün vətəndaş Babayev Əli Vaqif oğlu 14 avqust 2022-ci il tarixində Nazirlər Kabinetinə getmiş və Hüquq şöbəsindən xahiş etmişdir ki, sərəncamın surətini ona versinlər. Buna baxmayaraq, Hüquq şöbəsində 492s nömrəli sərəncam vətəndaşa verilməmiş, eyni zamanda sərəncamın nə vaxt verilməsi sualına konkret cavab da verilməmişdir.

Halbuki,Babayev Əlinin müraciəti 21 iyul 2022 tarixində Nazirlər Kabinetinin dəftərxanasında B561 nömrə ilə qeydiyyata alındığından ötən 27 gün ərzində vətəndaşa cavab verilməli idi. Ən azından Nazirlər Kabinetinin Hüquq şöbəsinin əməkdaşı Babayev Əliyə deyə bilərdi ki, bu sərəncam dövlət sirrini əks etdirən hüquqi aktdır və verə bilmərik. Amma böyük ehtimalla deyə bilərik ki, bu sərəncam dövlət sirri təşkil edən məlumatlarla bağlı olan bir sərəncam deyildir. 492s nömrəli sərəncamın adi surətini əldə etmək uğrunda hüquqi müstəvidə əsl “mübarizə” aparılır.
Nazirlər Kabinetinin qəbul etdiyi və qüvvədə olan bir sərəcamı əldə etmək üçün vətəndaş bundan artıq nə etməlidir? Məsələnin ən sadə və qanunauyğun variantı budur ki, Nazirlər Kabinetinin əməkdaşları sərəncamı sayta yerləşdirsin, amma yerləşdirmək istəmirlər. Hələ üstəlik vətəndaşa deyirlər ki, “get sənə xəbər verərikl”.
Hüquqi dövlətdə bu cür yanaşma qəbul edilən deyil və Qanunun Aliliyi prinsipinə daban-dabana ziddir.
Bu vəziyyət biz vətəndaşlarda təəccüb və təəssüf doğurur. Bu vəziyyətin özü göstərir ki, ölkədə Qanunların icra edilməsində və ya tətbiq edilməsində ciddi problemlər var.

Rahim Axundov
Gununsesi.info

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO