[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sədərək” indiyədək icarə haqqı ödəməyib? - Dövlət Komitəsi məhkəməyə verdi


Əmlak Məsələləri Dövlət Xidməti “Sədərək” Ticarət Mərkəzindən icarə müqaviləsi bağlanılmasını tələb edir.

DİA.AZ xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qurum iddia edir ki, Ticarət Mərkəzi dövlətə məxsus torpaq ərazisində fəaliyyət göstərməsinə baxmayaraq, bu müddət ərzində Komitəyə icarə pulu ödənilməyib.

ƏMDX artıq “Sədərək” barəsində məhkəmə iddiası da qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsində icraata götürülüb. İşə hakim İlham Əhmədovun sədrliyi ilə baxılır.

Mübahisə ilə bağlı maraqlı məqamlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməyə maraqlı şəxs qismində cəlb olunmasıdır. Belə ki, “Sədərək” firması bu günə qədər BŞİH-in sərəncamı əsasında fəaliyyət göstərirmiş.

Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzi Qafqazın ən böyük bazarı hesab olunur. Ərazisi 30 hektardan çox olan ticarət mərkəzinin rəhbəri tanınmış iş adamı Yunis Qədimbəylidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NARAZILIQ: Ağdamda həkim qıtlığıdır - "Artıq insanlar adət ediblər..."


Ağdam rayonunda həkimlərin sayının az olması xəstə yaxınları ilə Mərkəzi Xəstəxananı üz-üzə qoyur. Bu barədə Yenicag.az-a Ağdam rayon sakini Elçin Quliyev məlumat verib.

Onun sözlərinə görə, yaxınları üçün təcili tibbi yardım çağırıb, ancaq həkimlər çox gec gəliblər:

“Neçənci dəfədir ki, Alıbəyli-2 qəsəbəsinə təcili tibbi yardım çağırırıq, həkimlər çox gec gəlirlər. Hətta bu gecikməyə görə halı çox pisləşənlər də olub. Artıq insanlar adət ediblər. Halı pisləşən olanda ya şəxsi maşınla, ya da taksi ilə xəstəxanaya aparırlar”.

Yenicag.az olaraq məsələni bir qədər araşdırdıq. Məlum oldu ki, bu məsələ təkcə bir qəsəbəni əhatə etmir. Bütün rayon təcili tibbi yarımın vaxtında çatmamasından şikayətçidir.

Şikayətçinin sözlərinə görə, məsələni özü araşdırıb və bunun səbəbini tapıb:

“Təcili tibbi yardım maşınlarının niyə gec gəlməsini araşdırmağa başladım. Məlum oldu ki, əhalisi çox olan Ağdam rayonunda 10-dan çox təcili tibbi yardım maşını olmasına baxmayaraq, cəmi iki həkim var. Həkimlərin saylarının az olması xəstələri çarəsiz vəziyyətə qoyur. Bizim çağırışa gələn həkimlər bildirdi ki, yolüstü bir neçə xəstəyə ilkin tibbi yardım göstərib, sonra gəliblər”.

Ağdam rayonunun əhalisinin sayını nəzərə alsaq, həkim sayının azlığının hansı fəsadlara yol aça biləcəyini düşünmək o qədər də çətin deyil.

Məsələni diqqətdə saxlayacağıq…

Yenicag.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elçin Babayevin BDU-dakı idarəçiliyi “ÇAT VERİR?”- PROBLEM


2019-cu ilin mart ayından Bakı Dövlət Universitetində rektor vəzifəsini daşıyan və fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent olan Elçin Səfərəli oğlu Babayevin idarəçiliyi, müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə görə artıq “çat vermək” üzrədir.

Çünki, bu şəxsin rektor təyinatından əvvəlki illər ərzində, BDU özünün təmiz adı ilə fərqlənən ali təhsil müəssisəsi olaraq fərqlənirdi.

Bəs bu gün nələr baş verir ki, Elçin Babayevin rəhbərlik etdiyi bu ali təhsil ocağı, hansı ki, tərkibində 4 institut, 16 fakültə, 1 filial, 2 elmi-tədqiqat institutu, 3 elmi-tədqiqat mərkəzi, 1 elmi-tədqiqat hissəsi, 24 elmi tədqiqat laboratoriyaları, elmi kitabxanası, 12 qiraət zalı, 5 abonent şöbəsi, çap avadanlıqları olan nəşriyyatı, 6 muzeyi, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman — sağlamlıq kompleksi, poliklinikası, yataqxana və tələbə şəhərciyi və s. olan BDU, bu gün böyük kəsimin qınaq obyektinə çevrilib?

Adicə bir məqama diqqət yetirək ki, bu ali təhsil müəssisəsinin kitabxanasında baş verən hər cür hərcmərcliklər, məhz bu gün Elçin Babayevin idarəçiliyinə lazımi qiyməti verməyə imkan verir.

Unutmaq olmaz ki, BDU-nun Elmi Kitabxanası respublikamızın ali təhsil ocaqlarına məxsus kitabxanalar içində ən zəngin kitabxana hesab olunur.

Çünki, bu kitabxana 1919-cu ildə təşkil olunmuş və Universitetin kitabxansını yaratmaq üçün, hətta xüsusi komissiya da təşkil edilmişdir.

İndi isə keçək əsas mətləbə. AMİA.AZ xəbər verir ki , Məmmədova Zirvə Firəddin qızı BDU-nun Elmi Kitabxanasında işləyir və o, bu kitabxanaya aid kitabları daim evinə daşıyır. Zirvə Məmmədova belə bir addımı ilə, sanki kitabxanadan dədə malı kimi istifadə edir.

Bu xanımın orda-burda danışdığına görə, adicə Sani adlı şəxs Universitetə 20 min manat dəyərində xalça alsa da, rəsmi sənədlərdə bu rəqəm olduqca şişirdilir və 50 min manat göstərilir.

Bundan əlavə, guya ki, bu ali təhsil ocağında tədbirlər keçiriləcək, amma heç bir tədbir keçirilmir və belə bir ad altında ara-sıra 100 min manatlarla “pullar silinir”.

Yəqin ki, rəhbərlikdə çalışan Fikrət adlı şəxsin Qubada inşa etdirdiyi pansionat, məhz belə bir yolla silinən pulların sayəsində ərsəyə gətirilir.

Söylənilənlərə görə, elə ki, bir müddət bundan öncə Sani adlı şəxs daşıdığı vəzifəsindən uzaqlaşdırılır, o halda Fikrəti fikir götürür və az sonra onun halı pisləşir.

Çünki,... Zirvə Məmmədovanın orda-burda danışdığına görə, bu gün Elçin Babayevin əsas gəlir gətirən mənbələrindən biri də, 14-16 bal toplayan tələbələrin kursdan-kurasa keçirilmələri olur.

Bu da o deməkdir ki, əsası ADR-in varlığı dönəmində qoyulan BDU da davam edən acınacaqlı vəziyyətin varlığı, cənab Rektoru heç də maraqlandırmır.

Mövzuya qayıdacağıq.

Qeyd: Yazı bir neçə saatdan sonra istinad olunan saytdan çıxarılsa da, nə BDU tərəfdən münasibət bildirilməyib, nə də faktlarla bağlı heç bir təkzib verilməyib. Məqalədəki faktlarla bağlı qarşı tərəfində münasibətin ictimailəşdirməyə hazırıq.Xeberfakt.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev və xanımı 2 nömrəli doğum evindəki şəraitlə tanış oldu - FOTOLAR


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2 nömrəli doğum evində aparılmış əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma doğum evində yaradılan şərait barədə məlumat verildi.

Azərbaycanda əhalinin sağlamlığı hər zaman dövlət siyasətinin mərkəzində dayanır. Bu baxımdan ölkəmizdə səhiyyə sisteminin inkişafı, maddi-teхniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi istiqamətində mühüm addımlar atılır. Dövlətimizin başçısının təşəbbüsü ilə bu sahədə həyata keçirilən layihələr insanların sağlamlığının etibarlı qorunmasına xidmət edir. Müalicə-diaqnostika mərkəzlərinin, xəstəxanaların tikilməsi və əsaslı şəkildə yenidən qurulması, müasir avadanlıqlarla təchiz olunması bunun əyani təsdiqidir.

Qeyd edək ki, 2 nömrəli doğum evi 1987-ci ildə istifadəyə verilib. Uzunmüddətli istismar nəticəsində bu tibb müəssisəsində əsaslı təmirə ehtiyac yarandığından dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə 2 nömrəli doğum evinin əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.

Məlumat verildi ki, əsaslı şəkildə təmir edilən 120 çarpayılıq bu səhiyyə müəssisəsində ən müasir tələblərə uyğun tibbi avadanlıqlar quraşdırılıb. Üçmərtəbəli binada ümumilikdə 51 palata var. Tibb ocağında 80 çarpayılıq doğum, 30 çarpayılıq ginekologiya və 10 çarpayılıq reanimasiya şöbələri fəaliyyət göstərir. Burada vətəndaşlara həm ambulator, həm də stasionar xidmət göstəriləcək. Əvvəllər Səhiyyə Nazirliyinin nəzdində olan 2 nömrəli doğum evi 2021-ci ildən “Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxsin tabeliyindədir.

Azərbaycanda yeni tikilən səhiyyə ocaqları, ölkəmizə gətirilən müasir tibbi avadanlıqlar bir məqsədə - əhalinin sağlamlığının qorunması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir. Bu prosesdə Heydər Əliyev Fondunun da misilsiz xidmətləri var. Bütövlükdə əhalinin, xüsusən də ana və uşaqların sağlamlığının qorunması Fondun fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın birbaşa təşəbbüsü ilə həyata keçirilən tədbirlər genefondumuzun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı surətdə həllinə yönəlib. Bu doğum evinin əsaslı şəkildə yenidən qurulması da ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərin daha bir əyani təsdiqidir.
İlham Əliyev və xanımı 2 nömrəli doğum evindəki şəraitlə tanış oldu - FOTOLAR
İlham Əliyev və xanımı 2 nömrəli doğum evindəki şəraitlə tanış oldu - FOTOLAR
İlham Əliyev və xanımı 2 nömrəli doğum evindəki şəraitlə tanış oldu - FOTOLAR
İlham Əliyev və xanımı 2 nömrəli doğum evindəki şəraitlə tanış oldu - FOTOLAR
İlham Əliyev və xanımı 2 nömrəli doğum evindəki şəraitlə tanış oldu - FOTOLAR
İlham Əliyev və xanımı 2 nömrəli doğum evindəki şəraitlə tanış oldu - FOTOLAR


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rektor 83 min manata “cip”i hansı PUL İLƏ ALIB?


Azərbaycanda son illər təhsil sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitlər artmaqda davam edir. Ancaq təəssüflər olsun ki, büdcədən ayrılan vəsaitlər çox zaman təhsilin keyfiyyətinə yox, izafi işlərə xərclənir.

İzafi xərclərə yol verən təhsil müəssisələrindən biri də Mingəçevir Dövlət Universitetidir.

Məlumata görə Mingəçevir Dövlət Universitetinin rektoru yeni xidməti avtomobil üçün 83.000 manat xərcləyib.

Universitetin büdcəsindən satınalma yolu ilə xərclənən bu vəsaitə Toyota Abşeron Center MMC-dən avtomobil alınıb.

İlginc məqam isə Universitet rektorunun əvvəlki xidməti avtomobilinin istifadəyə tam yararlı olmasıdır.

Məsələ ilə bağlı Qlobal.az Mingəçevir Dövlət Universiteti ilə əlaqə saxlayaraq yeni avtomobilə xərclənən vəsaitin mənbəyi, yeni avtomobil almaq ehtiyacının nədən yarandığı və rektorun əvvəlki xidməti avtomobilinin marka və buraxılış ilinə aydınlıq gətirilməsini istəyib. Universitetin verdiyi açıqlamada deyilir:

“Bildiririk ki, MDU tərəfindən həyata keçirilən bütün satınalmalar, o cümlədən, yeni avtomobilin alınması zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş tələblərə tam riayət edilmişdir. Nəzərinizə çatdırırıq ki, Cənab Prezidentimizin tapşırığına əsasən, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-nun maddi-texniki bazasının təkmilləşdirilməsi ilə bağlı Mingəçevir şəhərində ölkə ərazisində analoqu olmayan müasir kampusun tikintisi də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayev 27.07.2022-ci il tarixdə keçirdiyi brifinqdə də bu barədə ətraflı məlumat vermişdir”.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovdur.Qlobal.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
6 aya 6 milyonluq yeyinti edən Xəyal İsmayılovun BAŞI DƏRDDƏ - İLGİNC İDDİALAR...


Hurriyyet.az saytında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi Xəyal İsmayılovun 2022-ci ilin may ayından vəzifə azad olunduğu haqda məlumat vermişdik. Xatırladaq ki, X.İsmayılov həmin vəzifəyə 15 noyabr 2021-ci ildə təyin olunmuşdu.

Bu vəzifəyə Bakıdan çox böyük ümidlərlə göndərilən Xəyal İsmayılov nəinki sələfi Abdulla Abdullayevin yaratdığı problemləri həll edə bildi, əksinə, çoxsaylı qanunsuz əməlləri ilə qısa müddətdə şəhərdə rüşvətxor məmur kimi ad çıxardı. Məlumata görə, elə onun işdən çıxarılması da məhz qanunsuz əməlləri ilə bağlıdır.

Hurriyyet.az-ın mötəbər qaynaqlardan əldə etdiyi məlumata əsasən, Xəyal İsmayılovun fəaliyyəti ilə bağlı aparılan araşdırma nəticəsində onun 6 milyon manatlıq yeyintiyə yol verdiyi aşkara çıxarılıb. Bu baxımdan, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin sabiq rəisinin hazırda başının üstünü “qara buludlar” alıb və yaxında həbs olunma ehtimalı yüksəkdir.

Onu da qeyd edək ki, vaxtilə X.İsmayılovun bu vəzifəyə təyin olunmasına zamin duran indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbər şəxslərindən birinin də bu məsələdə “başı ağrıya” bilər. Çünki Xəyal İsmayılovun qanunsuz əməlləri ilə bağlı bu gün həmin məmurdan hesabat tələb olunur ki, belə bir məsul vəzifəyə yarasız bir şəxsin təqdimatını verərkən və ona zamin durarkən nə kimi marağı olub?! Mənbənin sözlərinə görə, bu baxımdan hazırda yüksək vəzifədə çalışan həmin şəxsin də öz işində qalıb-qalmayacağı şübhəlidir. Yəni bu faktla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərindən birinin işdən çıxarılması da an məsələsidir.

Hurriyyet.az

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Düşmən çox hiyləgərdir, ona fürsət verməyək” - Əməkdar artist


Son günlər sosial şəbəkələrdə, bəzi xəbər portallarında ordu ilə bağlı dezinformasiyaların yayılmasına sənət adamları da öz münasibətlərini bildiriblər.

Publik.az-a açıqlama verən əməkdar artist İlkin Əhmədov insanları bu məlumatlara uymamağa çağırıb.

“Ölkəmizin çox layiqli, vətənini, xalqını sevən Prezidenti, Ali Baş Komandanı var. 44 gün ərzində onun rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı ilə qailərimizin, şəhidlərimizin sayəsində torpaqlarımız azad olundu. Bir daha müharibə olmasın, olsa, mən könüllü olaraq ön cəbhədə xidmət etməyə hazıram. Əminəm ki, bütün xalq bu niyyətdədir. Lakin kiminsə saxta, yalan məlumatlarına aldanmayaq. Ölkə başçımızın ətrafında olaq. Düşmən çox hiyləgərdir. Hər vasitə ilə təxribat xarakterli addımlar atmağa çalışır. Onlara fürsət verməyək. Özümüz özümüzü müdafiə edək”, - xanəndə deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abel Məhərrəmovun obyektindən NARAZILIQ VAR... - İnsanların həyatı risqə atılır...


Bakı Dövlət Universitetinin keçmiş rektoru, alimdən daha çox biznesmen kimi ad çıxarmış Abel Məhərrəmova aid olduğu deyilən Nabrandakı “El Faro” istirahət mərkəzində soyğunçuluq və bərbad xidmət var. Bu haqda istirahət mərkəzinin qonağı olmuş müştərilərdən bir qrupunun TİA.Az-a verdiyi məlumata görə, “El Faro”da tamamilə rəzalət, özbaşınalıq yaşanmaqdadır.
Abel Məhərrəmovun obyektindən NARAZILIQ VAR... - İnsanların həyatı risqə atılır...

Bildirilir ki, ilk növbədə köhnə, qalmış yeməklər verilir. Bu da azmış kimi, həmin yeməklər baha və dodaquçuqladan qiymətədir. Müştərilər ailələri ilə istirahətə gedir, normal xidmət, təzə və isti yemək gözləyir, əvəzində stress, əsəb, rüsvayçı xidmətlə qarşılaşır. Qeyd olunur ki, sözügedən istirahət mərkəzində günlük xidmət 200 manatdır. Bu bahalıqla yanaşı, verilən yeməklər dünəndən qalmış olur. Məlumata görə, obyekti keçmiş rektorun qardaşı Habil Məhərrəmov idarə edir. “El Faro”da personal da Məhərrəmovların qohum-əqrəbasıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İLGİNC: Əmrullayev nazir kimi təsdiqlənməyə bilər... - SƏBƏB NƏDİR?


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.

DİA.AZ cebhe.info-ya istinadla xəbər verir ki, sənədlə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı da təsdiq edilib. Bu isə o deməkdir ki, təhsil naziri Emin Əmrullayevə də “yol” görünür. Elm və Təhsil Nazirliyinə rəhbərlik Emin Əmrullayevə tapşırılmayacaq. Səbəblədən biri isə Emin Əmrullayevin elmi dərəcəsinin olmamasıdır. Qanunla elm sahəsinə rəhbərlik etmək üçün elmi dərəcə olmalıdır. Emin Əmrullayevin isə elmi dərəcəsi yoxdur.

Emin Əmrullayev 1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb, 2003-cü ildə bu ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirib. 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb. 2010–2012-ci illərdə "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb. Bu təhsil isə Emin Əmrullayevin elm sahəsinə rəhbərlik etməsi üçün kifayət deyil. Ona görə də Elm və Təhsil Nazirliyinə yeni təyinatın olacağı gözlənilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahin Məmmədov belə HARA YÜRÜYÜRDÜ: Daha böyük vəzifəyə? - "...qurama oyundur, əsl şoudur"


“Yerlərdəki məmurlar sözün həqiqi mənasında xalqın xidmətçisi olmalıdır. Onlar kabinetlərdə oturub özlərini “rayonun ağası” kimi aparmamalıdırlar”.

Bu barədə “"Sherg.az"a Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, icra başçıları Prezidentin birbaşa təmsilçiləri kimi hər gün xalqın içində olmalı və qarşıya çıxan cari problemləri yerindəcə həll etməyə çalışmalıdırlar:

“44 günlük Vətən müharibəsində bizim hər birimizə Qələbə sevincini yaşadan şəhidlərimiz və onların ailələri, qazilərimiz də daim icra başçılarının diqqət mərkəzində olmalıdır. Prezident yeni icra başçıları ilə söhbəti zamanı bu məsələni də məxsusi olaraq onların diqqətinə çatdırdı və bildirdi ki, bu kateqoriyadan olan insanlarımız daim dövlətin qayğısını hiss etməlidirlər. Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət başçısı özü tez-tez şəhid ailələri, müharibə əlilləri, qazilərlə çoxsaylı görüşlər keçirirsə, icra başçıları da bilavasitə dövlət başçısından nümunə götürməlidir. Şəhid ailələrinə, əlillərə, qazilərə isti münasibət göstərməlidirlər. İcra başçıları şəhid ailələrini, qaziləri qapılarda gözlətməməli, get-gələ salmamalı, saymazyanalığa yol verməməlidirlər. Unutmamalıyıq ki, məhz bəzi icra başçılarının yerlərdə bu cür mənfi hərəkətlərinin nəticəsində bir neçə qazi özünə qəsd edib, intihar halları baş verib. Odur ki, yeni icra başçıları bütün bunlardan özləri üçün ciddi nəticələr çıxarmalıdırlar. Onlar bir ali həqiqəti dərk etməlidirlər ki, icra başçısı institutu xalqla dövlət arasında narazılıq, uçurum yaratmaq üçün yox, körpü yaratmaq üçün, dövlət qurumları ilə vətəndaşlar arasında qarşılıqlı etimad mühitini formalaşdırmaq üçün nəzərdə tutulub. Hər bir başçı bilməlidir ki, Prezidentin yürütdüyü daxili siyasəti yerlərdə uğurla həyata keçirmək məhz başçıların fəaliyyətindən asılıdır. Ona görə də başçılar məşhur ifadə ilə desək, özlərini yox, qanunu şah bilməli və ədaləti unutmamalıdırlar. Bunun əksini düşünənlərin icra başçısı olmağa, Prezidenti təmsil etməyə haqqı yoxdur”.
Ə.Hüseynov vurğulayıb ki, Masallının sabiq icra başçısı Şahin Məmmədovun guya, “şəhid ailələri və digər sakinlər” tərəfindən “təntənə” ilə yola salınması olayı da bu fikrimizi təsdiqləyir: “Onun məlum hərəkəti qurama oyundur, əsl şoudur. Bu da onu göstərir ki, dövlət başçısının belə bir azğın və intriqan adamı işdən almağı, vəzifəsiz qoymağı tamamilə düzgün addımdır. Bu cür xırda avantüristlər icra başçısı kimi məsul vəzifələrə yiyələnməməlidirlər. Hər kəsin icra başçısı olmağa mənəvi haqqı çatmır. Yalnız milləti sevən, vətəndaşlara gerçəkdən xidmət etmək istəyən, ölkə üçün faydalı işlər görmək istəyən şəxslər icra başçısı missiyasını daşımağa layiqdirlər. Bəli, söhbət məhz missiyadan gedir. Ümid edək ki, yeni təyin olunan icra başçıları bu missiyanın önəmini dərk edəcək və öz yaxşı əməlləri, uğurlu fəaliyyətləri ilə nümunəvi icra başçısı obrazını yarada biləcəklər. Çünki xalq həqiqətən də icra başçılarından çox şey gözləyir. Prezidentin də onlardan gözləntiləri çoxdur. Baxaq görək yeni icra başçıları Prezidentin etimadını və xalqın ümidlərini doğrulda biləcəklərmi. Təki doğrultsunlar!”.

“"Sherg.az"

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO