[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda kişi 11 aylıq körpəni iki dəfə yerə çırpıbmış: Dəhşətli TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, aprelin 26-da Yasamalda ata 11 aylıq övladını yerə çırparaq ona ağır xəsarətlər yetirib.

Uşağın anası hadisədən danışıb:

“Uşağı götürüb yerə atdı. Qonşular gəlib əlindən aldı. Təzədən uşağı qonşunun əlindən alıb yenə yerə çırpdı. Deyir, uşaq mənim deyil, başqasındandır. Bildirir ki, mən yardımla dolanıram, yardıma cadu etmisən. Uşaq ağır travma alıb. Dörd kəllə sümüyü sınıb, gözləri çəpləşib”, - deyə ana bildirib.

Qonşular isə bildirir ki, kişi övladlarına baxmayıb: “Hərdən bir kefinə düşəndə gəlir, sonra gedir ikinci arvadının yanına. Evə bir qəpik də pul gətirmir”.

Qeyd edək ki, hadisəni törədən 30 yaşlı Samir Ağakərimov polis tələfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Koroğlu”da qəza oldu: Ölən var
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı Metropoliteninin “Koroğlu” stansiyasının qarşısında yeraltı piyada keçidinin yaxınlığında avtomobil Heydər Əliyev prospektini keçməyə çalışan gənci vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1993-cü il təvəllüdlü Rəsul Yusifovdur.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət işi açılıb, araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
4 yaşlı Yusif atasının idarə etdiyi traktorun altında qalaraq öldü
4 yaşlı Yusif atasının istifadə etdiyi traktorun altında qalaraq dünyasını dəyişib.

Adananın Kozan rayonunda bədbəxt hadisə baş verib.
Zamantv.az NTV-ə istinadən xəbər verir ki, fermer Süleyman Küpçak traktorla geriyə hərəkət edərkən 4 yaşlı oğlu Yusuf Küpçakı vurub
Hadisə nəticəsində uşaq həyatını itirib.

Məlumata görə, ata traktoru arxaya hərəkət etdirərkən uşağın orda olduğunu görməyib.

Hadisə yerinə jandarma və tibb işçiləri göndərilib.

Faktla bağlı araşdırmalara başlayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abşeronda günün günorta çağı kişini ölümcül yaralamaqdan QORXMADILAR
Abşeronda bıçaqlanma hadisəsi olub. Hadisə hamının gözü qarşısında özü də günün günorta çağı baş verib.

Zamantv.az-ın məlumatına görə, hadisə aprelin 27-i saat 11 radələrində rayonun Mehdiabad qəsəbəsində Əlillər küçəsi adlanan ərazidə baş verib. Burada yaşayan Məmmədov Məmmədbağır Abdulla oğlu evinin qarşısında naməlum şəxs tərəfindən aralarında yaranmış mübahisə zəminində bıçaqlanıb.

Faktla bağlı 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda FİLM KİMİ OLAY: azyaşlı qız anasını ölümdən belə qurtardı...
Qubada azyaşlı qız qətlin qarşısını alıb. Kaş bütün qətl hadisələrində kimsə beləcə ortaya çıxıb insan ölümünün qarşısını ala biləydi. Bu hadisədə azyaşlı qız anasını ölümdən qurtararaq qəhrəman olub.

Quba rayon Prokurorluğundan Zamantv.az-a verilən məlumata görə, aprelin 25-i saat 13 radələrində rayonun Səbətlər kənd sakini Gülnar Muradovanın yaşadığı evdə xəsarətlər alması barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri, 38 yaşlı Elşən Muradov həmin gün qayınanasına məxsus evə gələrək şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə Gülnar Muradovanın baş nahiyəsinə 2 dəfə zərbə endirib. G. Muradova yerə yıxılandan sonra E. Muradov əlləri ilə onu boğmaq istəyərkən qızları Ayşən Muradova stəkanla atasının başına zərbə endirib. Bununla da o, qətlin qarşısını alıb və anasını ölümdən qurtarıb.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Elşən Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda AĞIR QƏZA:75 yaşlı qadın öldü, qızı isə...
Aprelin 27-i saat 11 radələrində Biləsuvar-Bəhramtəpə yolunun 58-ci kilometrliyində ölümə səbəb olan yol qəzası qeydə alınıb.

Zamantv.az-ın məlumatına görə, 47 yaşlı Qəhrəmanov Aqil Vəzir oğlu idarə etdiyi “Hyundai Santafe” markalı avtomobillə 63 yaşlı Yunusov Vəli Həsən oğlunun idarə etdiyi “Mercedes-Benz E190” markalı avtomobilə arxadan çırpılıb.

Nəticədə “Hyundai Santafe”də olan 75 yaşlı Hüseynova Sürəyya Məhəmməd qızı aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb. Onun qızı Hüseynova Suqrə Əvəz qızı və sürücülər yaralanıblar.
Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO