[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Metro tunelində qaçan qızlar "TikTok" çəkirmiş
Ötən gün metronun “20 Yanvar” stansiyasında platformadan relslərin üzərinə tullanaraq tunel istiqamətinə qaçan qızlar sərbəst buraxılıb.

"Zamantv.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan qızların iki bacı olduğu müəyyən edilib. İlkin araşdırmalar zamanı bəlli olub ki, qızlar tuneldə "TikTok" sosial şəbəkəsində paylaşmaq üçün video çəkməyi planlaşdırıblar. Belə ki, onlar qatarın yaxınlaşdığı anda qaça-qaça video çəkərək həmin görüntüləri səhifələrində yerləşdirməyi düşünüblər. Lakin qızlar tunel istiqamətinə qaçan kimi dərhal saxlanılıblar və Bakı Metropolitenində Polis İdarəsinə aparılıblar.

İdarədə qızların şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, onlar Sumqayıtda yaşayırlar və ataları Türkiyə vətəndaşı İ.K-dır. Qızların valideyni idarəyə dəvət edilib, daha sonra onların izahatları alınaraq sərbəst buraxılıblar.

Qeyd edək ki, hadisə zamanı dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Bu hadisə səbəbindən xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmrullayevin barındırdığı `Soros`çu MEYDAN SULAYIR... - Gəncədən ŞİKAYƏT
Zamantv.az- Artıq dövlət rəhbərliyinə şikayət etməkdən yorulan Gəncə sakini, əməkdar müəllim Həsənov İlham Musaoğlu növbəti dəfə etiraz dolu məktubunu "yuxarılara" ünvanlayıb. Bir nüsxəsi də daxil olan müraciətdə deyilir:

"Bu gün Gəncə şəhərində ulu Öndəri ürəkdən sevən, onun yolunda ölümlə çarpışan və Prezidentin siyasi kursunu təbliğ edən 3-nəfər qalıbsa, onun biri mənəm. Mən onu bilirəm ki, şüurlu həyatımın 45-ilini sizə və dövlətə həsr etmişəm. İndi bu gün məni qərəzli şəkildə 65-yaşla bağlı işdən çıxarılmağım mənə qətiyyən təsir etmir. Mənə təsir edən amil odur ki, "Soros"a xidmət edən, əsgəri xidmətdə olmayan, Gəncədə YAP-a qarşı təxribat aparan kənd təsərrüfatı mütəxəssisi Anar Qədiməliyev nə böyük fiqurdur ki, ölkə rəhbərliyinin ona gücü çatmır.

Bu məsələ gündəmdə ən vacib məsələlərdən biridir. Bu adamın Gəncə təhsilinə rəhbərlik etməsi ölkə rəhbərliyinin adına hörmətsizlik və xələl gətirir. Hələ üstəlik bu adamın könlündən keçir ki, onu "regional"a müdir qoysunlar.

Maraqlıdır ki, həqiqətləri dediklərim üçün Emin Əmrullayev də mənimlə "prinsip aparır". Mən Respublikanın əməkdar müəllimiyəm. Bunların mənim barəmdə bu addımı Gəncə ictimayyətinə, ümumillikdə Azərbaycan təhsilinə təhqirdir. Çünki Gəncədə Bəhram İmranovu və yaxud digər şəhər və rayonlardan 75-80-yaşlı direktorların işdə saxlanılması dediklərimin parlaq təzahürüdür.

Mənim 67-yaşım var mən bilirəm ki, hələ xalqıma lazımam. Bunu Emin Əmrullayev və ilk növbədə şagirdim olmuş Kamran Əliyev düşünməlidir.

Mən öz ədalət yolumdan dönən deyiləm. Mənə göydə Allah, yerdə Prezident köməklik edəcək..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına “Zərifə Əliyeva” gəmi-bərəsi barədə məlumat verdi.

Bildirildi ki, gəmi-bərənin layihəsi ötən ilin əvvəlində istismara verilən “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsi ilə eynidir. Otuz nəfərlik heyət üzvünün idarə etdiyi gəmi-bərə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür. “Azərbaycan” və “Zərifə Əliyeva” gəmi-bərələri bu göstəricilərinə görə Xəzər hövzəsində istismar olunan digər gəmi-bərələrdən daha üstündür. Dünyanın aparıcı istehsalçılarının müasir avadanlıqları ilə təchiz olunan gəmidə yük lifti, helikopter meydançası, dalğalı havada gəminin sabitləşdirilməsi sistemi, dartıcı lokomotivlər vardır.

Prezident İlham Əliyev gəmi-bərənin istismara verilməsini bildirən rəmzi lenti kəsdi.

Xatırladaq ki, ötən ilin martında Suveyş kanalının bağlanması nəqliyyat dəhlizlərinin şaxələndirilməsi məsələsini beynəlxalq gündəlikdə önə çıxarmışdı. Hazırkı geosiyasi təlatümlər fonunda isə bu məsələ aktuallığını xüsusilə artırıb. Buna görə də Şərq-Qərb-Transxəzər dəhlizi xüsusilə cəlbedici görünür və Azərbaycan da yeni çağırışlara adekvat olaraq infrastrukturunu yaxşılaşdırır.

Gəmi-bərənin “Zərifə Əliyeva” adlandırılması Azərbaycan dənizçilərinin görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın xatirəsinə olan sonsuz ehtiramının ifadəsidir. Gəmi-bərədə akademik Zərifə Əliyevanın elmi axtarışlarını, qazandığı uğurları, insanlara xeyirxah münasibətini, bir sözlə, fədakarlıqla dolu həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb. Guşədə akademik M.İ.Averbax adına mükafatın ilk qadın laureatı olan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyeva haqqında foto və video məlumatlar, kitablar toplanıb.

Gəmi-bərə ilə tanış olan Prezident İlham Əliyev daha sonra onun işə salınmasını bildirən düyməni basdı.

Qeyd edək ki, “Zərifə Əliyeva” gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olan ASCO-nun digər bərələri ilə birgə yükdaşımalara, eləcə də əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının reallaşdırılmasına mühüm töhfə verəcək. Dünya standartlarına cavab verən belə bir bərənin Azərbaycanda inşa olunması bir tərəfdən dövlətimizin qüdrətini, iqtisadi müstəqilliyini nümayiş etdirirsə, digər tərəfdən onu göstərir ki, ölkəmiz böyük sənaye potensialına və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın yeni inkişaf mərhələsində uğurla addımlayır.

Pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı tənəzzülə baxmayaraq Azərbaycan iqtisadi inkişafını, o cümlədən beynəlxalq nəqliyyat dəhlizlərində artan roluna uyğun olaraq uğurla həyata keçirilən infrastruktur layihələrini davam etdirir. Təsadüfi deyil ki, bu gün ölkəmiz istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizlərinin mühüm “hab”ına çevrilib. Prezident İlham Əliyevin nəqliyyatın, o cümlədən gəmiçiliyin inkişafına xüsusi diqqəti də Azərbaycanın bu sahədə potensialını tam olaraq gücləndirməyə hesablanıb.

Bu gün ASCO-nun donanmasında 13 bərə gəmisi, “Ro-Ro” tipli 2 gəmi və “Ro-Pax” tipli 1 gəmi fəaliyyət göstərir. Hazırda ASCO dəmir yolu vaqonlarının dəniz vasitəsilə daşınmasını təmin edən Xəzərdə yeganə bərə operatorudur. Qeyd olunan donanma həm vaqon, həm də avtomobil yükləri üçün Xəzər dənizində körpü rolunu oynayır və bu imkandan Transxəzər dəhlizi üzrə yükdaşımaları həyata keçirən bütün istifadəçilər yararlanırlar.

Azərbaycanın gəmiçilik sahəsində mühüm nailiyyətlərindən biri də geniş potensiala malik və regionun ən müasir müəssisələrindən sayılan Bakı gəmiqayırma zavodunun 2013-cü ildə istifadəyə verilməsidir. Bu zavodun istismara verilməsi ölkəmizdə yeni gəmilərin alınması istiqamətində idxaldan asılılığı aradan qaldırıb. Azərbaycanda belə bir zavodun yaradılması Xəzər dənizinin spesifik xüsusiyyətlərini və bu hövzədə mövcud liman infrastrukturlarının texniki imkanlarını nəzərə almaqla, nadir layihələr və yeni konsepsiyalar əsasında bütün növ gəmilərin tikintisinə imkan verir. “Ro-Pax” tipli gəmilər də bu qəbildəndir. Ən yüksək standartlara uyğun gəmi-bərələrin istehsalı Azərbaycan dövlətinin istər iqtisadi, istərsə də sənaye və texnologiyalar sahələrində gücünün göstəricisidir. Hazırda zavodda ASCO-nun donanması üçün daha 2 tankerin inşası davam etdirilir.

Onu da deyək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2014-cü ildə qəbul olunmuş Strateji İnkişaf Planının icrası çərçivəsində ötən müddətdə ümumilikdə 24 gəmi istismara verilib. Azərbaycan gəmiləri Xəzərdən kənarda - Qara dəniz və Aralıq dənizi hövzələrində də fəaliyyət göstərir. Burada ASCO-nun 7-si quru yük gəmisi və 6-sı tanker olmaqla 13 gəmisi istismar edilir. Həmin hövzələrdə Azərbaycan bayrağı altında üzərək ölkəmizi xarici sularda təmsil edən gəmilərin heyəti bütünlüklə azərbaycanlı dənizçilərdən təşkil olunub.

10:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

İlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB + FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın dünyada axtardığı bacılardan biri TUTULDU: Aybəniz 15 il necə gizləndi?
Azərbaycanda insan alverində təqsirli bilinərək axtarışda olan qadın 15 ildən sonra tutulub.

Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində beynəlxalq axtarışda olan Səfərzadə Aybəniz Mirəddin qızının Pakistanda gizləndiyi məlum olub. 15 il bu ölkədə gizlənən A.Səfərzadə aprelin 26-da saxlanılıb.

Məlumata görə, A.Səfərzadə rəsmi sənədlərini və hətta ad-soyadını belə dayişibmiş.
Xatırladaq ki, təqsirləndirilən Aybəniz Səfərzadə və bacısı Almaz Səfərova azərbaycanlı qadınları Pakistanda cinsi istismara məruz qoymaqda təqsirli bilinirlər. Buna görə onların hər iksi barəsində 2006-cı ildən cinayət işi başlanıb.

Aybəniz Səfərzadə tutulsa da, Almaz Səfərovanın saxlanılması hələlik mümkün olmayıb.

Azərbaycanın dünyada axtardığı bacılardan biri TUTULDU: Aybəniz 15 il necə gizləndi?
Hazırda hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.

Qeyd edək ki, 52 yaşlı A. Səfərzadə Bakı şəhər sakinidir. 2007-ci ildə Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsilə təqsirli bilinərək, barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub və həbs-qətimkan tədbiri secilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabah şimşək çaxacaq, yağış yağacaq- HAVA PROQNOZU

Aprelin 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 21-26° isti, Bakıda gecə 13-15° isti, gündüz 23-25° isti olacaq
Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.

Avtomobil yollarında vəziyyət

Aprel ayının 29-da gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Giləzi-Xızı, Quba-Xaçmaz, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Yevlax-Zaqatala, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində zəif duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yanıqdan müalicə alan qadın evə buraxıldı, həyatını itirdi
Gədəbəydə yaşadığı evdə yanıq xəsarətləri alan 77 yaşlı qadın xəstəxanada ölüb.

Gədəbəy rayon sakini, 1945-ci il təvəllüdlü S.Hüseynova yaşadığı evdə sobanın yanında uzanan zaman qadının paltarı alışıb.

Yaşlı qadın yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Qadına ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib.

Ötən gün qəfildən halı pisləşən qadını yaxınları xəstəxanaya çatdırıblar. Həkimlərin səylərinə baxmayaraq, 77 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
General qohumunun yeni təyinatı QALMAQAL YARATDI
Azərbaycan mediasında bəzi xəbər saytları "Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə təyin etdi" başlıqlı məlumat yayıblar.

Xəbərdə bildirilir ki, daxili işlər nazirinin əmri ilə polis polkovnik-leytenantı Şahin Əliyev Səbail rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Abşeron rayon Mühafizə Şöbəsinə rəis müavini təyin edilib.

Eyni strukturlu bir idarənin rəis müavini digər idarənin rəis müavini vəzifəsinə təyinat alırsa bu "yüksək vəzifə" sayılırmı?
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Lent.az-a bunu belə şərh edib:

"Əvvəlcə xəbəri yayan media nümayəndəsindən soruşmaq istərdim ki, paytaxtın mərkəzi rayonunda olan idarənin rəis müavini paytaxtdan kənar rayondakı şöbəyə rəis müavini təyin edilirsə, bu məgər, yüksək vəzifəyə keçirilmə hesab olunur?

Məsələnin mahiyyətini bilməyən xəbər müəllifinə bildirmək istərdim ki, bu təyinat yüksək vəzifəyə deyil, tutduğu postdan daha aşağı vəzifəyə rotasiya qaydasında keçirilməsi halıdır. O ki qaldı əməkdaşın kiminsə qohumu olmasına, bu məsələnin daxili işlər orqanlarında xidmət keçən əməkdaşların yerlərinin dəyişdirilməsi ilə heç bir bağlılığı yoxdur".

Qeyd edək ki, mediada yayılan məlumata görə, Ş.Əliyev DİN-in Baş Mühafizə İdarəsinin sabiq rəisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-mayor Yaşar Əliyevin qohumudur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bərdədə zibillikdən tapılan qadınla bağlı ŞOK FAKTLAR
Aprelin 27-də Bərdədə zibillik ərazidən qadın tapılıb.

Zamantv.az xəbər verir ki, iddialara görə, qadına əvvəlcə narkotik maddə qəbul etdirib zibillik əraziyə atıblar. Məsələni dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, Bərdənin Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə tapılan qadın dərhal xəstəxanaya yerləşdirilib:
"Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub. Hazırda qadının müalicəsi davam etdirilir".

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Qanlıgöl”ə zibil atan vəzifəli şəxs və sürücü CƏZALANDIRILDILAR
“Qanlıgöl”ə zibil atan vəzifəli şəxs və sürücü cərimələniblər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 27-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı Yasamal rayonunun “Qanlıgöl” adlanan ərazisində ZİL markalı yük avtomobili ilə qarışıq tullantıların boşaldılması və qalaqlanması aşkar edilib.

Qaradağ rayonu ərazisində keçirilə tədbir zamanı isə sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə ZİL markalı avtomobilin sürücüsü Bəhram Sərdarov və “Qədim” kiçik müəssisəsinin vəzifəli şəxsi Nizami Sahibcanov barəsində inzibati protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kanada Rusiyanın Ukraynada törətdiklərini soyqırımı kimi tanıdı
Kanada Rusiyanın Ukraynaya hücumunu soyqırımı kimi tanıyıb.

Buna dair Kanada parlamentində qətnamə qəbul edilib.

Parlamentin qəbul etdiyi qətnamədə Rusiya hərbçilərinin cinayətləri sadalanır.

Qətnamadə mülki əhalinin qəsdən öldürülməsi və meyitlərinin təhqir olunması, ukraynalı uşaqların Rusiyaya məcburi deportasiyası, işgəncə və zorlama hallarından bəhs edilir.

Mənbə: Truxa Ukraina

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO