[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edən şəxs tutuldu
Zamantv.az - Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edən şəxs tutuldu.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, hadisə zamanı zərərçəkənin baş nahiyəsinə xəsarət yetirən naməlum şəxs quldurluq yolu ilə pul, eləcə də başqa qiymətli əşya tapa bilməyib zərərçəkənin pencəyini götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı məlumat daxil olan kimi Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxs – əvvəllər məhkum olunmuş Quba rayon sakini Asəf Ocaqov saxlanılaraq istintaqa təqdim edilib.
Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edən şəxs tutuldu

A.Ocaqov ifadəsində törətdiyi cinayəti etiraf edib.


Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağda rus hoqqabazlığı DAVAM EDİR... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Rus sülhməramlıları Qarabağda ermənilərə humanitar yardım paylayıb.
Zamantv.az xəbər verir ki, Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingenti, “Mersi” xeyriyyə təşkilatları assosiasiyası ilə birlikdə Pirlər və Fərrux kəndlərini tərk edən ermənilər üçün humanitar aksiya keçirib.

Qaçqın düşərgəsində məskunlaşan ermənilərə mətbəx ləvazimatları, ayaqqabılar, paltarlar, həmçinin uşaq yeməkləri və oyuncaqlar paylanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İrəvan sülh sazişini qəbul etməsə...” - GƏLİŞMƏ
"Prezident İlham Əliyev Dünya Azərbayanlılarının Şuşada keçirilən V Qurultayında çıxışı zamanı Ermənistanla bağlı iki mesaj verdi”. DİA.AZ sfera.az-a istinadla xəbər verir ki, bunu politoloq Asif Nərimanlı bildirib. Ekspert Prezidentin mesajlarını belə xarakterizə edib:

"Birincisi, "biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik” deməklə sülh sazişi üzrə təqdim edilən 5 prinsipin dəyişdirilməsinə imkan verilməyəcəyini elan etdi: bu, İrəvanla yanaşı, maraqlı olan bütün tərəflərə də ünvanlanıb. İkincisi, İrəvan beş prinsip əsasında sülh sazişini imzalamayacağı təqdirdə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və bunu rəsmi şəkildə bəyan edəcək. Beləliklə, Azərbaycan Ermənistana atacağı addımları rəsmi şəkildə elan etmiş oldu. Bu, Bakının siyasi gedişidir, hərçənd "İrəvan sülh sazişini qəbul etməsə, proseslər hansı istiqamətdə davam edə bilər” sualını da aktuallaşdırır.

XX əsrin əvəllərində Ermənistana verilən Zəngəzur, Göyçə, İrəvanla bağlı tarixi faktlar ən yüksək səviyyədə zaman-zaman gündəmə gətirilib və Əliyev "rəsmi şəkildə bəyan edəcəyik” dedikdə bu ərazilərin Azərbaycana məxsus olduğu tarixinin rəsmi elanını nəzərdə tutur: çıxışında tarixi faktlara yenidən toxunması da bunu deməyə əsas verir.

SSRİ dağıldıqdan sonra Ermənistan bu ərazilərlə birlikdə BMT-də daxil olub və dünyada BMT üzərindən qurulan mövcud sistem dəyişmədiyi müddətdə, bunu dəyişmək çətindir, lakin Bakı tarixi torpaqlarımıza iddianı rəsmiləşdirməklə, Ermənistanın Qarabağa iddiasına qarşı adekvat gediş edə bilər. Prezidentin "biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik” sözlərindən sonra qeyd etdiyi "İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq” sözləri xüsusilə diqqət çəkir: Əliyev bununla "Ermənistanın ərazi bütövlüyünü tanımayacağımız” məsələsinin sadəcə sözlə yekunlaşmayacağının, Zəngəzur uğrunda mübarizənin başlayacağının da mesajını verir”.

Politoloq sülh müqaviləsinin imzalanmayacağı təqdirə bəzi addımların atıla biləcəyini də sözlərinə əlavə edib:

"SSRİ dövründə Ermənistana əkin və otlaq sahəsi adı ilə verilən və hazırda Zəngəzurun qərbində qalan ərazilər və Naxçıvanın Kərki, Qazaxın 7 kəndi işğaldadır. Rəsmi İrəvan sülh sazişini imzalamasa, Azərbaycan bu ərazilərin azad edilməsi istiqamətində müəyyən addımları ata bilər. Sülh sazişindən, sülh sazişi imzalanmayacağı təqdirdə atılacaq addımlardan bəhs edən Əliyev "Bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, heç vaxt olmayıb, ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi” sözləri ilə ermənilərin yaşadığı, rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycan suverenliyin de-fakto bərpa ediləcəyini, bunun alternativinin olmadığını da növbəti dəfə elan etdi”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
https://youtu.be/iJKHRu4s28g
Rusiyalı iki oliqarx eyni gündə ailə üzvlərini öldürərək, intihar edib.

Zamantv.az xarici mediaya istinadla bildirir ki, aprelin 20-i hadisə İspaniyada Girona şəhərində baş verib.

Məlumata görə, “Novatek” təbii qaz şirkətinin müdir müavini işləyən 55 yaşlı Sergey Protosenya yaşadığı evdə 53 yaşlı arvadı və 16 yaşlı qızını öldürüb. Bundan sonra o, özünə qəsd edərək həyatına son qoyub.
Digər hadisə isə eyni gündə Rusiyanın paytaxtı Moskvada qeydə alınıb. “Qazprombank”ın keçmiş müdir müavini, Kremlin keçmiş administratoru Vladislav Avayev də evdə kiçik qızı və arvadını öldürərək intihar edib.

Hər iki faktla bağlı araşdırma aparılır.

https://youtu.be/iJKHRu4s28ghttps://youtu.be/iJKHRu4s28g
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda alverçilərə qənim kəsilən AVTORİTET TUTULDU
Bakının Xəzər rayonunda genişmiqyaslı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, paytaxtın Xəzər rayonu Binə qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olan, yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxlayan, həmçinin hədə-qorxu ilə tələb etmə və çoxsaylı oğurluq cinayətləri törətməkdə təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.

Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış və 3-cü Polis Şöbələrinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsi Südçülük Sovxozu adlanan ərazidə yaşayan əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Anar İsmayılov və onun başçlıq etdiyi dəstənin üzvləri tutularaq istintaqa təqdim ediliblər. Dəstə başçısı Anar İsmayılovun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 1 kiloqramdan artıq heroin, 1 ədəd “F-1 əl qumbarası”, 1 ədəd “Lankaster” markalı tüfəng, 1 ədəd “Makarov” konstruksiyalı tapança və 25 ədəd patron aşkar edilib. Onunla birlikdə saxlanılaraq 3-cü Polis Şöbəsinə gətirilən dəstə üzvləri Ehtibar Quliyev, Ceyhun Əhədzadə, Elvin Hacıyev, Həmid İsmayılov və Sənan Tahirovun üzərindən də müxtəlif növ narkotik maddə aşkar edilib.
Araşdırma zamanı dəstə üzvlərinin paytaxtın Xəzər, Suraxanı və digər rayonlarında çoxlu sayda oğurluq cinayətləri törətdikləri məlum olub. Həmçinin onların Anar İsmayılovun tapşırığı ilə ticarətlə məşğul olan müxtəlif şəxslərə hədə-qorxu gələrək zərərçəkənlərdən qanunsuz olaraq pul tələb etdikləri müəyyən edilib.

Saxlanılan şəxslər barəsində 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Anar İsmayılov və dəstənin digər üzvləri barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə Cinayət İşi başlanılıb. Onların hər bir barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Saxlanılanların digər cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Dəstə üzvlərinin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Qeyd edək ki, Anar İsmayılov kriminal aləmdə "Astarxan Anar" kimi tanınıb. Onun kriminal aləmdə nüfuzlu şəxslərdən biri olduğu deyilir.
Bakıda alverçilərə qənim kəsilən AVTORİTET TUTULDU Bakıda alverçilərə qənim kəsilən AVTORİTET TUTULDU

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO