“İrəvan sülh sazişini qəbul etməsə...” - GƏLİŞMƏ

14:57 23.04.2022 128
“İrəvan sülh sazişini qəbul etməsə...” - GƏLİŞMƏ
"Prezident İlham Əliyev Dünya Azərbayanlılarının Şuşada keçirilən V Qurultayında çıxışı zamanı Ermənistanla bağlı iki mesaj verdi”. DİA.AZ sfera.az-a istinadla xəbər verir ki, bunu politoloq Asif Nərimanlı bildirib. Ekspert Prezidentin mesajlarını belə xarakterizə edib:

"Birincisi, "biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik” deməklə sülh sazişi üzrə təqdim edilən 5 prinsipin dəyişdirilməsinə imkan verilməyəcəyini elan etdi: bu, İrəvanla yanaşı, maraqlı olan bütün tərəflərə də ünvanlanıb. İkincisi, İrəvan beş prinsip əsasında sülh sazişini imzalamayacağı təqdirdə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və bunu rəsmi şəkildə bəyan edəcək. Beləliklə, Azərbaycan Ermənistana atacağı addımları rəsmi şəkildə elan etmiş oldu. Bu, Bakının siyasi gedişidir, hərçənd "İrəvan sülh sazişini qəbul etməsə, proseslər hansı istiqamətdə davam edə bilər” sualını da aktuallaşdırır.

XX əsrin əvəllərində Ermənistana verilən Zəngəzur, Göyçə, İrəvanla bağlı tarixi faktlar ən yüksək səviyyədə zaman-zaman gündəmə gətirilib və Əliyev "rəsmi şəkildə bəyan edəcəyik” dedikdə bu ərazilərin Azərbaycana məxsus olduğu tarixinin rəsmi elanını nəzərdə tutur: çıxışında tarixi faktlara yenidən toxunması da bunu deməyə əsas verir.

SSRİ dağıldıqdan sonra Ermənistan bu ərazilərlə birlikdə BMT-də daxil olub və dünyada BMT üzərindən qurulan mövcud sistem dəyişmədiyi müddətdə, bunu dəyişmək çətindir, lakin Bakı tarixi torpaqlarımıza iddianı rəsmiləşdirməklə, Ermənistanın Qarabağa iddiasına qarşı adekvat gediş edə bilər. Prezidentin "biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik” sözlərindən sonra qeyd etdiyi "İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq” sözləri xüsusilə diqqət çəkir: Əliyev bununla "Ermənistanın ərazi bütövlüyünü tanımayacağımız” məsələsinin sadəcə sözlə yekunlaşmayacağının, Zəngəzur uğrunda mübarizənin başlayacağının da mesajını verir”.

Politoloq sülh müqaviləsinin imzalanmayacağı təqdirə bəzi addımların atıla biləcəyini də sözlərinə əlavə edib:

"SSRİ dövründə Ermənistana əkin və otlaq sahəsi adı ilə verilən və hazırda Zəngəzurun qərbində qalan ərazilər və Naxçıvanın Kərki, Qazaxın 7 kəndi işğaldadır. Rəsmi İrəvan sülh sazişini imzalamasa, Azərbaycan bu ərazilərin azad edilməsi istiqamətində müəyyən addımları ata bilər. Sülh sazişindən, sülh sazişi imzalanmayacağı təqdirdə atılacaq addımlardan bəhs edən Əliyev "Bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, heç vaxt olmayıb, ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi” sözləri ilə ermənilərin yaşadığı, rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycan suverenliyin de-fakto bərpa ediləcəyini, bunun alternativinin olmadığını da növbəti dəfə elan etdi”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO