[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məmurların milyonluq "sayğac oyunu" - NƏ ETMƏLİ?
Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 3 milyon 557 min dollar (6 milyon 48 min manat) dəyərində 75 min 95 ədəd qaz sayğacı idxal edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sayğacların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 35,3% azalıb. Qeyd edək ki, sayğacların 96,6%-i Çindən gətirilib. Belə ki, hesabat dövründə Azərbaycan Çindən 3 milyon 397 min dollar (5 milyon 774 min manat) dəyərində 72 min 560 vahid qaz sayğacı idxal edib. Qeyd edək ki, son illər sayğacdəyişmə prosesi tez-tez təkrarlanır və əhalinin bir çoxu bu prosesə normal yanaşsa da bir qisim insanlar bunu “növbəti oyun” kimi dəyərləndirirlər. Hətta sosial şəbəkələrdə belə fikirlər səslənir ki, yeni sayğaclar daha çox pul yazır. Ötən il sayğac problemi ilə bağlı “Azəriqaz” əhali abonentləri üzrə sayğacın 5 ildən bir dövlət yoxlamasına çıxarıldığını, əgər ünvan və ya ad dəyişikliyi yoxdursa müqavilənin birdəfəlik bağlandığını açıqlamışdı. Qeyd edilmişdi ki, çıxarılan sayğac isə dövlət yoxlamasından uğurla keçdikdən sonra yenidən istehsalata qaytarılır.

Bu qaydalar bütün ölkələrdə belədir, ola bilər bəzi ölkələrdə illər fərqli olsun. Amma bütün ölkələrdə var. Səbəb isə sayğac ölçü avadanlığıdır. Müəyyən zamandan sonra xəta ilə işləməsi mütləqdir. Hətta bir çox ölkələrdə xəta nəticəsində itirilmiş enerji abonentdən tələb olunur.

Cari ilin yalnız ilk aylarında 3 milyon dollar dəyərində sayğac gətirilibsə, yəqin ki, ilin sonunda bu rəqəm daha da artacaq. Hətta ötən ilin ilk ayında idxal 35 faiz artıq olubsa və bu qədər saygac gətirilməsinin bir səbəbi olmalıdır. Xatırladaq ki, bu gün hələ də təbii qaz xəttinin olmadığı bölgələrimizdə yaşayan vətəndaşların öncə təbii qaza ehtiyacı var. Sayğaca davamlı olaraq bu qədər vəsait ayırmaqdansa, həmin vəsaiti bölgələrin qazlaşdırılmasına sərf etmək daha məqəsəduyğun olardı. Onu da qeyd edək ki, işğaldan azad edilmiş yaşayış məntəqələrində qazlaşdırma prosesi aparılacaq.

Maraqlıdır, çox sayda yeni sayğac alışı son illər ölkədə təbii qaz abonentərinin sayının artması ilə bağlıdır? Yaxud sayğaclar belə kütləvi istismara yararsız olur? Zamantv.az-ın məlumatına görə, iqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət”ə bildirib ki, işğaldan azad edulmiş yaşayış məntəqələrinin qazalaşdırılması üçün sayğaclara ehtiyac var:

“Digər tərəfdən, sayğacların dəyişdirilməsi ilə bağlı tədbirlər görülür. Bəzi həyət evlərində artıq “Smart” tipli qaz sayğaclarını çıxarıb mexaniki, internetlə əlaqəsi olan sayğaclar quraşdırırlar. Əslində, “Smart” sayğacların istismar müddəti hələ bitməyib. Ancaq hökumət belə qərara gəlib ki, bu sayğacları çıxarmaq, yenisi ilə əvəz etmək lazımdır. Burada da müəyyən maraqlar var. Həm “Smart” sayğacların mexaniki sayğaclara dəyişdirilməsi, həm də azad edilmiş rayonlarda qazalaşdırmanın davam etdirilməsi, eləcə də ölkədə 6-7 faiz qazlaşma getməyən ərazilərin ilbəil qazlaşdırılması nəzərdə tutulur. Hazırda əhalinin etirazları ilə bağlı mexaniki sayğacların yerləşdirilməsi prosesi səngiyib”.

Ekspertin sözlərinə görə, sayğacların dəyişdirilməsi, yeniləmələr müəyyən bir qrup məmurun qazanc mənbəyidir:

“Bu proses qazanc mənbəyi olduğuna görə dövlət qurumlarının hamısı bu məsələyə meyillidir. “Azəriqaz” izah edir ki, gələcəkdə yeni quraşdırılmış sayğaclar vasitəsilə mavi yanacağın verilməsinin dayandırılması, bərpa edilməsini, sayğac məlumatlarının kənardan oxunması kimi prosesləri həyata keçirəcək. Belə əsaslandırırlar ki, innovativ oduğuna görə bu sayğacları daha müasir sayğaclarla əvəzləyir. Ancaq əslində bu, dövlət vəsaitidir, bura büdcə vəsaiti xərclənir. Ona görə də bir qədər qənaətlə yanaşılmalıdır. Sayğaclar vaxtı keçmədən dəyişdirilməməlidr. Əgər sayğaclar sazdırsa, 5 ildən bir yoxlama keçirilib yenidən istismara qaytarılmalıdır. Ancaq çox təəssüf ki, az qalsın biz hər il sayğac dəyişdirib, israfçılığa yol verməklə məşğuluq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Marketdən 11 min manat OĞURLADI
Bakıda market qarət olunub.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, aprelin 14-də Cavadxan küçəsindəki marketlərdən birinin dolabından 11.000 manat pul oğurlanıb.

Bu barədə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini S.Hacızadə müəyyən edilərək saxlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda evə BASQIN: iplə əllərini bağlayıb...
Bakıda quldurluq hadisəsi olub.

Zamantv.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, bu barədə zərərçəkmiş Ələt qəsəbə sakini P.Məmmədov Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə müraciət edib. O bildirib ki, aprelin 14-də saat 2 radələrində yaşadığı evdə döyülərək 3800 manat pulu alınıb və əlləri iplə bağlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini A.Alıkişiyev və Səngəçal qəsəbə sakini İ.Məmmədova müəyyən edilərək saxlanılıblar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlı hərbçi özünü həbsxanada ASDI
Rusiyanın Nijni-Tagil şəhərində yerləşən cəzaçəkmə müəssislərinin birində intihar olub.

Zamantv.az-ın yerli KİV-ə istinadla məlumatına görə, azərbaycanlı keçmiş hərbçi T. özünü asıb. O, pedofiliyaya görə, cəza çəkirdi.

Onun cəza müddətinin bitməsinə hələ xeyli müddət var imiş.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya bayrağı SSRİ bayrağı ilə əvəz edilsin - TƏKLİF
Rusiya Federasiyasının Kommunist Partiyası Rusiyanın öz ərazisində varislik prinsipini təmin etmək üçün üçrəngli bayrağı SSRİ bayrağı ilə əvəz etməyi təklif edib.

Zamantv.az xəbər verir ki, bu barədə qanun layihəsi Dövlət Dumasının elektron məlumat bazasında dərc edilib.

Qanun layihəsinə edilən izahatda qeyd edilib ki, bu dəyişikliklər tarixi boşluq və qanunvericiliyin birmənalı şərh edilməməsi cəhdlərini aradan qaldıracaq, vətəndaşların vətənpərvərlik tərbiyəsinə töhfə verəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş arvadını öldürüb İNTİHAR ETDİ
Qubada qətl hadisəsi baş verib.

Zamantv.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Paşaoba kəndində qeydə alınıb. Kənd sakini Xudamov İlham Əziz oğlu həyat yoldaşı Xudamova Sara Şair qızını qətlə yetirilib. Daha sonra o damarlarını kəsərək intihar edib.

Onların bir müddət öncə boşandıqları və məhkəmənin hökmü ilə əmlakın ər və arvad arasında bölündüyü bildirilir. Ayrıldıqdan sonra cütlük bir evdə yaşayıb.
Birgə nikahdan onların 3 övladı var.

Faktla bağlı araşdırmalar davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Tərtər işi"nə görə axtarışa verilən hərbçi kimdir? - DOSYE
Bu gün Baş Prokurorluq “Tərtər işi” ilə bağlı rəsmi məlumat yayaraq həmin hadisələrlə bağlı 7 nəfərin həbs edildiyini, 1 nəfərin isə axtarışa verildiyini açıqlayıb.

Zamantv.az axtarışa verilən keçmiş hərbi qulluqçunun fotosunu və onun haqqında bəzi məlumatlar əldə edib.

Məlumata görə, axtarışa verilən gizir Əzizov Polad Seyfəddin oğlu 1982-ci ildə Qazaxın Qazaxbəyli kəndində anadan olub.
O, 2000-ci ildə hərbi xidmətə yollanıb, əsgərlikdə Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılıb, kursu keçərək orda xidmətə başlayıb.

P. Əzizov müxtəlif ölkələrdə kurslar keçib.

O, 2006-cı ildə Zaqatalada "Meşə qardaşları" adlı terrorçuların məhv edilməsi əməliyyatında iştirak edib.
"Tərtər işi"nə görə axtarışa verilən hərbçi kimdir? - DOSYE
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vilayət Eyvazov bütün rəisləri TOPLADI - YENİLƏNİB
Bu gün Daxili İşlər Nazirliyində mülkiyyət əleyhinə olan və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin, həmçinin xırda talamaların qarşısının alınması və açılması, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi sahəsində fəaliyyətin nəticələrinə həsr olunmuş onlayn formatda Kollegiya iclası keçirilib.

Nazirlikdən Zamantv.az-a verilən məlumata görə, İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin vətəndaş məmnunluğunun təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından aktual olduğunu və həmin istiqamətlərdə həyata keçirilən tədbirlərin müasir dövrün tələbləri nəzərə alınmaqla təkmilləşdirilməsinin və daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Bu ilin birinci rübündə əməliyyat-xidməti fəaliyyətin nəticələrini müsbət dəyərləndirən nazir Vilayət Eyvazov bildirib ki, bu müddətdə qeydə alınmış 8.622 cinayətin 86 faizinin açılması təmin olunub, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin, avtonəqliyyat vasitəsini qaçırmaların açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə yaxşılaşıb.
Qanunsuz dövriyyədən 1 ton 64 kiloqram narkotik vasitə çıxarıldığını qeyd edən nazir bu əməllərlə bağlı 1.689 nəfərin məsuliyyətə cəlb edildiyini, habelə axtarış işinin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan şəxslərin tutulmasının nəticələrinin yüksəldiyini, 556 nəfərdən ibarət 220 cinayətkar qrupun zərərsizləşdirildiyini nəzərə çatdırıb.

Gündəlikdəki məsələlərlə bağlı nazir müavini, Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev, Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Nurulla Məmmədxanlı, Katibliyin rəisi, polis polkovniki Nahid Məmmədzadə və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Vüqar Ələkbərov məruzə ediblər.

Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik V.Eyvazov vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən olduğunu xatırladaraq cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib. Həmçinin xidməti fəaliyyətdə müasir texnologiyaların tətbiqinin və idarəetmədə elektronlaşdırmanın genişləndirilməsinin zəruriliyini, hüquqi və fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin mühafizə-siqnalizasiya vasitələri ilə təmin edilməsinin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin səlahiyyətinə aid vəzifələrin peşəkarlıqla yerinə yetirilməsinin vacibliyini nəzərə çatdıraraq bir sıra konkret tapşırıqlar verib.

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir.

Zamantv.az-ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə onlayn formatda keçirilən kollegiya iclasında respublikanın rayon və şəhərlərinin polis rəisləri iştirak edir.

Kollegiya bu ilin birinci rübündə respublika ərazisində baş verən cinayətlərin müzakirəsinə və təhlilinə həsr olunub.

Kollegiya iclasında həmçinin son günlər respublika ərazisində törədilən ağır cinayət hadisələrinin də müzakirə ediləcəyi bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda ev qarət edildi: 9500 manatlıq..
Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən xəbərə görə, paytaxtın Binəqədi rayonu Motodrom yaşayış sahəsindəki evlərin birindən 7540 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb.

Araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Övladlığa götürdüyü uşaq yoldaşının oğlu çıxdı
İngiltərədə bir qadın övladlığa götürdüyü uşağın ərinin oğlu olduğunu öyrənib.

Zamantv.az xəbər verir ki, qadın övladlığa götürdüyü uşağın öz bioloji övladlarına oxşadığının fərqinə varıb.

Oxşarlıq, həmçinin, yaxınlarının da diqqətini çəkib. Bundan sonra qadın DNT analizi etdirmək qərarına gəlib.
Nəticələrin cavabı isə onu şoka salıb. Belə ki, uşaq yoldaşının qeyri-rəsmi münasibətindən olduğu ortaya çıxıb.

Qadın həqiqəti öyrəndikdən sonra dərhal ərindən boşanıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO