[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kreml ssenarini dəyişdi: Araiki qızışdıran kimlərdir? - GƏLİŞMƏ
Politoloq Cümşüd Nuriyev Publika.az-a müsahibəsində bildirib ki, Kremlin İrəvan və Bakı arasında münasibətlərin normallaşması üçün xüsusi nümayəndə təyin etməsinin səbəbləri var.

Müsahibəni təqdim edirik:

- Cümşüd müəllim, İqor Xovayevin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün Kreml tərəfindən xüsusi nümayəndə təyin edilməsi nədən xəbər verir?

- Əslində, Rusiyadan belə bir addım gözlənilməz idi. Çünki Rusiya daha çox Qarabağın dağlıq hissəsində sülhməramlıların əli ilə təxribatlara meyl edən bir istiqamət götürmüşdü. Amma 22 fevral 2022-ci ildə Azərbaycanla Rusiya arasında imzalanan ikitərəfli əməkdaşlıq bəyanatından sonra istiqamət dəyişib. Yəni əvvəlcə həmin ikitərəfli bəyanatı mən Azərbaycanı Rusiyanın gələcək bütün təxribatlarından qorumaq sənədi kimi qiymətləndirirdim. Amma indi bu sənədə başqa bir qiymət də verirəm; deməli, bu sənəd həm də Qarabağ məsələsinin həllinin sürətləndirilməsinə xidmət edir. 43 bəndlik razılaşma buna hesablanan bir sazişdir. Burada Rusiyanın Azərbaycanı özü üçün prioritet seçməsi heç də təsadüfi deyil. Moskva son hadisələr (Rusiya-Ukrayna müharibəsi) zamanı rəsmi Bakının nə qədər normal bir tərəfdaş, partnyor olduğunu gördü. Bundan başqa, Azərbaycan bu məsələlərdə sərbəst siyasət yürütdü. Nə Qərbin düşünülən və düşünülməyən sanksiyalarına qoşuldu, nə də Ukraynanı yalnız buraxdı. Azərbaycan dövləti öz xarici çıxarlarına, maraqlarına uyğun olaraq hərəkət etdi. Çünki Azərbaycan və Ukrayna ilə bağlı ayrıca qurum da mövcuddur. 1997-ci ilin oktyabr ayında Strasburq Bəyannaməsini məhz Ulu öndər yaratmışdı. GUAM adlı regional inteqrasiya təşkilatında da Azərbaycan həm Gürcüstan və Moldova, həm də Ukrayna ilə eyni qurumda təmsil olunur. Təbii ki, Azərbaycan buradakı maraqlarını da güdür. Bütün bunların fonunda görünən odur ki, Rusiya yeni xüsusi nümayəndə təyin etməklə bir sıra məsələləri nəzərdə tutub.

- Söhbət hansı nüanslardan gedir?

- Rusiya artıq Qarabağ məsələsində bu ərazilərin Azərbaycanın sərhədləri daxilində qalmasına qərar verdi. Bu, mənim şəxsi analizimdir. Ola bilər ki, bəzi şeylərdə yanılım. İkincisi, Rusiya tezliklə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının tərəfdarıdır. Moskva növbəti mərhələdə bunu həyata keçirəcək. Üçüncüsü, Rusiya birmənalı şəkildə demarkasiya və delimitasiya işlərini gündəmə gətirəcək. Yəqin ki, ilk növbədə delimitasiya işləri gerçəkləşdiriləcək, sonra sülh sazişi imzalanacaq. Bu da o deməkdir ki, İrəvan Bakı ilə sülh sazişinə imza atandan, Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra ölkəmizin daxilində, burada yaşayan etnik qrup kimi Qarabağdakı separatçı erməni qəbiləsinə hansı yanaşmanın olacağı ilə dövlətimizin Konstitusiyası ilə müəyyənləşəcək. Buna Azərbaycan Prezidenti qərar verəcək. Dövlətimizin Konstitusiyası imkan vermir ki, Azərbaycan federativ bir quruluş olsun. Ola bilər ki, onlarla bağlı hansısa mədəni muxtariyyət məsələsi müzakirə edilə bilər. Rusiya həm də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Eləcə də Moskva İrəvanın tez-tez öz mövqeyini dəyişməsindən artıq bezib. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyan peşəkar siyasətçi deyil. Paşinyan axşam “hə” deyir, gecə yatır, yuxuda nə görürsə, deyir ki, “yox”, “bu olmaz”.

- Brüssel görüşündən sonra regionda fərqli yönlərdə hərəkətlilik nədən xəbər verir?

- Brüssel görüşündən sonra görünən odur ki, Nikol Paşinyan Rusiyanın nüfuz dairəsindən çıxmaq istəyir. Məhz Rusiyanın Kremli təmsil edən bir adamı birdən-birə ATƏT-dən Azərbaycan-Ermənistan arasındakı münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndə olaraq aparması, ona səlahiyyət verməsi ilə Moskva öz addımını qətiləşdirdi. Yəni həm də ATƏT-in “Fatihə”sini oxumuş oldu. Artıq ATƏT-in bir üzvünün belə bir addım atması o deməkdir ki, adıçəkilən qurumun bundan sonra heç bir statusu qalmayıb. Kreml onu da aradan qaldırdı. Ona görə də Brüssel görüşünün müsbət tərəfləri məhz bunlardır. Mənfi tərəflərinin olmasına isə mən inanmıram. Çünki Rusiya onsuz da kifayət qədər problemlə üzləşib. Ona görə də Kremlin Qərbə yolu bağlıdır. Şərqdə də Rusiyanı gözləyən yoxdur. Sadəcə onun Yaponiya ilə problemi var. Bircə Çin qalır, Rusiya gözəl bilir ki, Çin pusquda duran bir dövlətdir. İstənilən vaxt Rusiyanı məhv etməyə hazırdır. Ona görə də Moskvanın əsas tərəfdaşları Bakı və Ankara olacaq. Təbii ki, İranı da buraya qatacaqlar. Bu zaman “3+3” formatının aktuallığı yenidən gündəmə gələcək.

- Bəs bu formatdakı Gürcüstan “düyünü” necə olacaq?

- Ola bilər ki, Gürcüstanla müəyyən problemlər yaransın. Amma görünən odur ki, Gürcüstan Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmadı. Müəyyən mənada Moskva və Tiflis arasındakı münasibətlərdə istiləşmə, yumşalma var. Yəni bu formatın həyata keçirilməsi, 3 müsəlman, 3 xristian dövlətinin bir araya gələ bilməsi Rusiyanın maraqlarına uyğundur və Kreml bu istiqamətdəki fəaliyyətini həyata keçirəcək. Ona görə də Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması üçün Rusiya tərəfindən İqor Xovayevin xüsusi nümayəndə ayrılması, onun perspektivdə Azərbaycanın əleyhinə hər hansı bir iş görməsi inandırıcı deyil.

- Sizcə, Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyanın son təxribatçı açıqlamalarının arxasında kimlər və hansı amillər dayanır?

- Əslində Araik Arutyunyanın sayıqlamaları daha çox Koçaryan-Sarkisyan dueti ilə bağlıdır. Bilirsiniz ki, Rusiyada müəyyən qüvvələr var. Onlar Putinin hazırda yürütdüyü siyasəti də qəbul etmək istəmirlər. Xüsusilə rus ordusunun Ukraynadakı məğlubiyyəti rus generalitetini çox çətin vəziyyətə salıb. Həmin generalitet bir növ Ukraynadakı məğlubiyyəti Qarabağda unutdurmaq istəyir. Platondan üzübəri hər kəs deyir ki, müharibəyə generallar getmir, döyüşə əsgərlər yollanır. Yəni burada da rus generaliteti çalışır ki, Qarabağda Araik Arutyunyanın dili ilə bir şey desinlər. Bütün bunlar boş şeylərdir. Arutyunyan kimdir ki, onun ağzının ölçüsü ilə nəyisə qeyd etsinlər. Ermənistanın təhlükəsizlik orqanının rəhbərinin Qarabağa gəlməsi sırf baş nazir Nikol Paşinyanın göstərişidir. Çünki Ermənistan saytları qeyd edirlər ki, Paşinyan Azərbaycan və Türkiyənin agentidir. Bu mənada onlar başlarını itiriblər. Düşünürəm ki, Abazyan Xankəndiyə məhz Arutyunyanla bağlı gəlib. Yəni Arutyunyan sayıqlamasın.

- Yəni İrəvan Bakının daha sərt addımlar atacağından qorxur?

- Onlar çox gözəl bilirlər ki, əgər Putinin mövqeyi bu məsələnin bitməsinə xidmət edirsə, Azərbaycan Ordusunun Qarabağın dağlıq hissəsində anti-terror əməliyyatları keçirməsi an məsələsidir. Artıq Ağdərənin üstü tam olaraq Azərbaycanın nəzarətindədir. Xocalı da, Xankəndi də hərbi nüfuz dairəsindədir. Ən azından iriçaplı olmasa da, kiçik və ortaçaplı silahlarla Azərbaycan Ağdərəni də, Xankəndini də birmənalı şəkildə məhv edə bilər. Ermənilər həmişə bu mənada dinc əhalidən istifadə edib təxribatlar törədirlər. Amma Azərbaycan Ordusu bu baxımdan çox tərbiyəli bir ordudur. Biz qadınlarla, uşaqlara heç vaxt vuruşmamışıq. Bu, bizim millətə xas olan xüsusiyyət deyil, ermənilərə xas olan xasiyyətdir. Harda olursa olsun, biz düşməni məhv etməyə qadirik. Ermənistanın indiki rəhbərliyi bunu çox gözəl başa düşür. Paşinyan elə-belə demir ki, mən Ukrayna səhvini buraxa bilmərəm. Yəni bu o deməkdir ki, Paşinyan Ermənistanın və Qarabağdakı ermənilərin Ukraynanın və oradakıların vəziyyətinə düşməsini istəmir. Ermənistanın baş naziri anlayır ki, əks halda Qarabağda bir nəfər də olsun erməni qalmayacaq. Ermənistanda Qarabağa avtobuslarla erməni daşıyırlar, amma bu o demək deyil ki, Qarabağda ermənilər var. Bu mənada Araikin sərsəmləmələrinə o qədər də fikir vermək lazım deyil. Paşinyan sərsəmləyib nə qazandı ki, separatçı qurumun “rəhbəri” də nə qazansın?! Bir sözlə, narahat olmağa dəyməz.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsil işçiləri məhkəmə zalında həbs edildi
Dələduzluq, mənimsəmə və rüşvət verməyə təhrik etmədə ittiham olunan təhsil işçilərinə hökm oxunub.

" Zamantv.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin şöbə müdiri Gülnarə İsgəndərova, Tibb Universitetinin əməkdaşları Kəmalə Alıyeva və Elmira Babayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar məhkəmə zalında həbs olunublar. G.İsgəndərova 6 il 6 ay, K.Alıyeva və E.Babayeva isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, G.İsgəndərova 2017-ci ildən etibarən qulluq mövqeyindən istifadə edərək ATU-nun əməkdaşları ilə əlbir olaraq ümumilikdə 21 nəfərdən Tibb Universitetində müxtəlif vəzifələrə düzəltmək adı ilə 126 500 manat alıb. İtihama görə, vətəndaşlara qarşı dələduzluq edərək onları rüşvət verməyə təhrik edib, universitetdə müxtəlif vəzifələrə işə düzəlmələrinə dair Universitetin adından saxta əmrlər hazırlayıb.

Xatırladaq ki, onlarla bağlı 2021-ci ilin dekabrında cinayət işi açılmış, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi işi araşdırmağa başlamışdı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyada SSRİ ilə nasist Almaniyasını eyniləşdirənlər həbs ediləcək
Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində SSRİ ilə nasist Almaniyasını ictimai şəkildə eyniləşdirməyə görə cəriməni nəzərdə tutan qanunu imzalayıb.

Zamantv.az xəbər verir ki, Rusiya Prezidentinin imzaladığı sənəd rəsmi hüquq informasiya portalında dərc olunub.

Qanuna görə, ictimai şəkildə İkinci Dünya müharibəsində SSRİ və nasist Almaniyasının rolunu bənzədən, Sovet İttifaqının faşizm üzərində qələbədə rolunu inkar edən fiziki şəxslər 5 min rubla qədər cərimə və ya 15 günə qədər həbs, hüquqi şəxslər isə 100 min rubla qədər cərimələnəcəklər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Patı" ilə tutulan bloger HƏBS EDİLDİ
Bakı şəhər sakini olan bloger Cəmil Quliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Zamantv.az-a cavab olaraq bildirilib ki, C.Quliyevin üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar edilib.

Onun barəsində toplanan material məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 2 ay müddətinə inzibati qaydada həbs edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yuxarı Qarabağ kanalında bir nəfər batdı
Yuxarı Qarabağ su kanalında bir nəfər batıb.

Bu barədə "Zamantv.az"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daha 2 qazinin müraciəti təmin olundu
“Azəriqaz” İstehsalat Birliyi hər zaman şəhid və qazi ailələrinin müraciətlərini diqqət mərkəzində saxlayır. Bu istiqamətdə görülən işlər çərçivəsində daha 2 qazi ailəsinin müraciəti təmin olunub.

Zamanv.az xəbər verir ki, Salyan rayonunun Dayıkənd kənd sakini Əliabbas Qasımov torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində iştirak edib.

O, Birliyə müraciət edərək ailəsi ilə birgə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin yaxınlığından keçən qaz xəttinin və qaz sayğacının yerinin dəyişdirilməsini xahiş edib. Birlik rəhbərliyinin tapşırığı ilə Salyan Regional qaz istismarı İdarəsinin Salyan xidmət sahəsi tərəfindən qazinin müraciəti qısa zamanda həllini tapıb.
Salyan rayonunun Kürsəngi kənd sakini Natiq Mailov da 2-ci Qarabağ döyüşlərində iştirak edib. O, Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb. Qazi ona məxsus fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı Birliyə müraciət edib. Birliyin baş direktorunun müvafiq göstərişi ilə Vətən müharibəsi iştirakçısının müraciətinin həlli istiqamətində işlərə başlanılıb. Fərdi yaşayış evi təbii qazla təmin edilərək sayğac quraşdırılıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya gəmiləri İtaliya limanlarına girə bilməyəcək: QADAĞA
Aprelin 17-dən etibarən İtaliya limanları Rusiya gəmiləri üçün bağlanacaq.

Zamantv.az xəbər verir ki, bu barədə “Stampa” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu qadağa fevralın 24-dən bayrağını dəyişdirərək, başqa bayraq altında üzən gəmilərə də şamil ediləcək.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kassadan 2300 manat oğurladı
Bakının Z.Əliyeva küçəsindəki mağazaların birinin kassasından 2300 manat pul oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Məmmədzadə saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.
Həmçinin Bakı şəhər sakinləri olan iki qadına qarşı dələduzluq edərək birinin 500, digərinin isə 980 manat pullarını alması da aşkarlanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı sakinini döyüb 500 manatını əlindən aldılar
Buzovna qəsəbə sakini R.Süleymanovu döyən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elçin Muradov, Hafiz Mustafayev və Lerik rayon sakini Mahir Əhmədov saxlanılıb.

Araşdırmalarla həmin şəxslərin R.Süleymanovu döyərək 500 manat pulunu almaları da müəyyən olunub.
E.Muradov şübhəli şəxs qismində tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanılıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO