[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Güclü külək məktəbin damını UÇURTDU - VİDEO - YENİLƏNİB
Əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Zamantv.az-ın məlumatına görə, bu barədə Abşeron rayon Təhsil Şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq
Xırdalanda güclü külək məktəbin damını uçurub.

Zamantv.az APA-ya istinadən xəbər verir ki, güclü külək nəticəsində Xırdalandakı 9 saylı məktəbin damı uçub.
Güclü külək məktəbin damını UÇURTDU - VİDEO - YENİLƏNİB
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahid Vilyam Hacıyevə 70 min manat rüşvət verdiyini dedi - Pulu atası aparıbmış
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Zamantv.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər dindirilib.

Zərərçəkmiş Feyzi Məmmədov deyir ki, icra hakimiyyətinə 10 800 manat vəsait vermişəm:
“Əvvəllər İşıqlandırma İdarəsində rəisi idim. Daha sonra İşıqlandırma Birliyi yarandı orada sahə rəisi oldum. Ümumi 10 800 manat icra hakimiyyətinə pul vermişəm. Məbləğin bir qismini material almaq üçün vermişəm. Digər qismini isə deyirdilər ki, tədbir var ora ödəmişəm.

Vəsaiti də mailiyyənin müdiri Rəhim Rəhimova vermişəm. O, məni çağırıb dedi ki, kart hesabına material almaq üçün pul köçürüləcək, amma sən o pula material alma. Mən də kartdan vəsaiti çıxarıb Rəhimova təqdim etdim. O da “Bu Vilyam Hacıyevin tapşırığıdır” dedi. Amma bundan sonra heç bir material alınmadı”.

Vilyam Hacıyevin sualını cavablandıran şahid bildirib ki, Vilyam Hacıyev ondan rüşvət tələb etməyib.

Digər şahid Asif Bədirov isə bildirib ki, Meloservis idarəsinin rəisi işləyib:

"Mən idarədə rəis işləyən vaxtı eşitdim ki, kanal qazılması üçün pul ayırıblar. Müraciət etdim ki bu işi mən götürüm. Atam girdi danışdı, çıxdı ki, başçı 300 min pulun 70 min manatını istəyir. Mən də razılaşdım. 300 min manat ayrıldı, həmin pulun 70 min manatını qaytardım. Əvvəl demişdi ki, pulun 50 faizini başçıya qaytarmaq lazımdı. Sonra razılaşdıq 70 min manatını qaytardım. Pulu Vilyam Hacıyevə mən yox, atam verib".

Zərərçəkmiş Zakir Uğurluyev ASC İdarə heyətinin sədri vəzifəsində çalışdığını deyib:

“Vilyam Hacıyevlə münasibətim normaldır. İmişli rayonunda abadlıq işlərinin görülməsi ilə bağlı Cəmil Musayevə 16-17 min aralığında vəsait ödəmişəm. Həmin vəsait öz şəxsi qazancımdır. Vilyam Hacıyev məndən rüşvət yox, köməklik istəyib”.

Zərərçəkmiş Akif Quliyev 10 000 manat icra hakimiyyətinə vəsait verib:

“2019-2022-ci illərdə İmişli rayon İdman Kompleksinin direktoru olmuşam. Açılışdan 1 gün qabaq Vilyam Hacıyevin qəbulunda oldum. Dedi ki, get İdman Nazirliyinə sabah sizi qəbul edəcəklər. Getdim məni sual-cavab elədilər.

Rayona qayıdanda 10 000 manat pulu Cəmil Musayevə verdim. Bu vəsaiti də ödəməyimi Cəmil Musayev demişdi. Həmin pul da Vilyam Hacıyevə çatacaqdı”.

Şahidin ifadəsinə etiraz edən Vilyam Hacıyev deyir ki, o, nazirliyin işçisi olub:

“Sən nazirliyin işçisi olmusan. Mənə tabe deyilsən. Pulu mənə niyə verməlisən? Əgər verirdinsə, elə pulu mənə verərdin”.

"Göyüşlü"MMC-nin rəhbəri olan Asif Cavadov bildirib ki, rayonun Xoşçobanlı kəndində məktəb tikintisi ilə bağlı tenderin qalibi olub:

"Mən tenderlər bağlı Vilyam Hacıyevə müraciət etdim ki, tenderdə mənim şirkətin qalib olsun. Vilyam Hacıyev məni öz köməkçisi Füzuli adlı şəxsin yanına göndərdi və bildirdi ki, bununla bağlı Füzuli nə desə onu edərsən. Tender keçirildi mənim şirkətim qalib oldu. Məktəb tikintisi üçün 950 min manat ayrıldı. Həmin pulun 284 min manatını Füzuliyə verdim. Füzuli də paket əlimdə Vilyam Hacıyevin otağına keçdi, pulu verdi qayıtdı. Ondan sonra qalan vəsaitlə məktəbi tikib təhvil verdim".

Vilyam Hacıyev şahidi tanımadığını vurğulayır:

“Mən heç səni tanımıram, birinci dəfədi görürəm. Qəbulumda olduğunu da xatırlamıram”.

Şahid bildirib ki, məktəbi tikib təhvil vermək üçün evini və maşınını banka girov qoyub:

"Qalan pulla məktəbi tikmək qeyri mümkün idi. Ona görə də bankdan pul götürüb işi təhvil verdim.

Məhkəmənin növbəti iclası aprelin 11-ə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Araz FM”in 11 yaşı tamam olur
Azərbaycan radio məkanında milli musiqi konseptinə malik “Araz FM”in 11 yaşı tamam olur.

Zamantv.az xəbər verir ki, 2011-ci il aprelin 4-də fəaliyyətə başlayan radiostansiya 103.3 MHz tezliyində qərar tutub. Son illər ərzində radioverilişlərində müxtəlif format dəyişiklikləri edilib və hazırda radionun yayımını Azərbaycan ərazisinin 80 faizində dinləmək mümkündür. Tezliklə bu rəqəm böyüyərək ölkəmizin işğaldan azad olunmuş ərazilərini də əhatə edəcək.

“Araz FM” dalğasında 24 saat boyunca Azərbaycanın xalq, klassik və müasir musiqilərini yüksək keyfiyyətdə dinləmək olar.
Həftəiçi hər gün səhərlər əyləncəli və informativ xarakter daşıyan “Səhər adamları” ilə açılır. Daha sonra isə gün ərzində sıra ilə əyləncəli “Ağzınızın dadı qaçmasın”, ciddi mövzuları müzakirəyə alan "Əmlakçı", sosial xarakterli “Qəbul vaxtı”, yol hərəkəti qaydalarını izah edən “Düzgün hərəkət” hər yaş və məslək qrupundan olan insanlar üçün nəzərdə tutulub.

Həftəsonları isə efirə gedən "Nəğməli miras" unudulmaz mahnılarımızı səsləndirərək dinləyicilərin yaddaşını təzələyir, eyni zamanda onların ruhunu oxşayır.

Azərbaycan tarixində ad qoyan qadın qəhrəmanları yaxından tanımaq istəyənlər isə “Qadınnamə”ni qaçırmırlar.

Əlbəttə ki, “Araz”ın efiri hər saatbaşı yerli və dünya xəbərlərini operativ surətdə dinləyicilərə çatdırır.
Hazırda, radionu FM dalğasından əlavə, onlayn və ya podkastlar formatında dinləmək mümkündür. Sosial şəbəkələrin də günümüzdəki rolunun vacibliyi diqqətə alınaraq, bu platforma üzərindən radionu nəinki dinləyə, həm də canlı olaraq da http://www.facebook.com/arazfm.az/ səhifəsində izləmək olar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
On iki azərbaycanlı Ukraynaya qayıdıb
“Ukraynanı tərk edən Azərbaycan vətəndaşlarından 12 nəfər Moldovadan keçməklə yenidən bu ölkəyə qayıdıb”.

Bu barədə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.

Səfir bildirib ki, Ukraynaya qayıdanlar Şəmkir, İmişli, Sumqayıt, Ağcabədi və Cəlilabad sakinləridir:

“Əməkdaşlarımız onlar üçün xüsusi sənədlər hazırlayıblar. Həmin şəxslər XİN “qaynar xətt”inə müraciət ediblər. Oradan bizimlə əlaqələndiriliblər. Onların yenidən Ukraynaya qayıtmasının səbəbi yaşadıqları ərazidə atəşkəsin bərpa olunmasıdır. Soydaşlarımızın təhlükəsiz qayıdışı üçün Moldova və Ukrayna tərəfi ilə danışıqlar aparılıb.

Şəmkirdən olan ailənin üç körpə uşağı Odessada nənələrinin yanında qalmışdı. Onlar bilet alıb Kişineuya gəldilər. Onları Moldova sərhədindən qəbul etdik və Ukraynaya yola saldıq”.

Qüdsi Osmanov onu da deyib ki, hazırda Moldovada müvəqqəti olaraq kilsədə yerləşən daha 50 azərbaycanlı Ukraynaya geri qayıtmağa hazırlaşır:

“23 nəfəri Moldovadan Almaniyaya yola salmışıq. Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımızın təxliyəsi davam edir. Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin həyat yoldaşı, qızı və ailənin iki pişiyi bu gün Kişineudan Azərbaycana yola salınacaqlar”.

Könül Cəfərli
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DYP-dən küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxt ərazisində davam edən küləkli hava şəraiti ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, kəskin hava şəraiti ilə əlaqədar olaraq nəqliyyat vasitələrini təhlükəli ərazilərdə park etməsinlər.

“Paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır. Küləkli hava şəraiti ilə əlaqədar sürücülərdən və piyadalardan son dərəcə ehtiyatlı olmasını, təhlükəsizlik qaydalarına daha da ciddi əməl edilməsini, belə ki, avtomobilləri çoxmərtəbəli binaların, ağacların altında saxlamamağı tövsiyə edirik.

Eyni zamanda moped və motosiklet tipli nəqliyyat vasitələrindən, eləcə də yük maşınlarından istifadə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar.

Piyadalardan isə açıq hava şəraitində hərəkətlərini mümkün qədər məhdudlaşdırmağı xahiş edirik”, - o vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Viktor Nebojenko: “Çoxları qəzəblənsələr də, hamının Türkiyəyə ehtiyacı var” - MÜSAHİBƏ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-cı ildə dövlət çevrilişinə cəhddən sonra ölkəni əsaslı şəkildə təmizlədi. İstanbul indi dünyanın ən kəşfiyyatdan təmizlənmiş şəhərlərindən biridir. Beləliklə, orada “incə söhbətlər” etmək təhlükəsizdir.

Bu barədə “Ukrayna barometri” sosioloji xidmətinin direktoru Viktor Nebojenko Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçilik səyləri və Volodimir Zelenski ilə Vladimir Putin arasında mümkün İstanbul görüşü barədə danışarkən bildirib.

Politoloq Türkiyə prezidentinin özünəməxsus çox maraqlı üslubu olduğunu vurğulayıb.

“O, başqa ölkələrin nümayəndələrinin deməkdən qorxduqlarını rahatlıqla səsləndirir. Bu işdə onun haqqını vermək lazımdır. Ən əsası isə onun dediyi sözlər gerçəkləşir, hadisələr onun qeyd etdiyi istiqamətdə gedir. Almaniya, Fransa və bir çox başqa ölkələrin liderləri bu qədər açıq danışa bilməzlər”, - deyə o, qeyd edib.

Ukrayna və Rusiya prezidentlərinin görüşünün mümkünlüyü ilə bağlı bəyanata gəlincə isə Nebojenko Türkiyə liderinin müharibə dövründə bunun mümkün olmadığını, bunun həm Rusiyada, həm də Ukraynada xəyanət kimi qəbul ediləcəyini bildiyini qeyd etdi.

“Amma İstanbulda Zelenski ilə Putin arasında danışıqların aparılması ideyasının özü təzə addımdır, nə Kiyev, nə də Moskva bundan inciməyəcək”, - deyə müsahib bildirib.

Politoloq əlavə etdi ki, Rəcəb Tayyib Ərdoğanın virtual, reallaşdırılması az mümkün şeylər haqqında danışdığı görünə bilər, amma müəyyən mərhələdə bu baş verə bilər. O, bu yerdə Ərdoğanın uğurla həll etdiyi daha bir məsələdən danışdı.

“Türkiyə uzun illər boyu böyük Osmanlı İmperiyası ilə Atatürkün yolu arasında qalıb. Türkiyə liderinin tarazlıq tapması vacibdir. İndi də türkdilli dövlətlərin yaxınlaşmasını görürəm, bu çox güclü addımdır.

Siz yaşlananda Çində təəccüblənəcəklər: necə oldu ki, Türkiyəsiz keçinə bilməyəcəyimiz “Bir kəmər, bir yol” sistemi qurduq?! (gülür - red.). Amma belə çıxır ki, Ərdoğanın Orta Asiyadan İstanbula qədər mədəniyyət konfederasiyası Çinin layihəsinin uğur qazanması üçün şərtlərdən biridir. Aydındır ki, bu tezliklə baş verməyəcək, amma olacaq”, - deyə ekspert izah edib.

Volodimir Zelenski ilə Vladimir Putin arasında mümkün görüşə gəlincə isə, politoloqun sözlərinə görə, dünya liderlərindən biri nə vaxtsa bunu təşkil etməlidir və Ərdoğan da obyektiv dünya lideridir.

“Qeyd edim ki, Türkiyənin əvvəllər çoxlu layiqli liderləri olub, ancaq Rəcəb Tayyib Ərdoğan, təkrar edirəm, dünya lideri ola bildi. Təsadüfi deyil ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin təminatçısı olan ölkələr qrupuna daxil ola bilər. Bu da Türkiyə Respublikasının rolunun tanınmasıdır”, - deyə Nebojenko əlavə edib.

O, Türkiyənin Rusiya, Ukrayna, ərəb dünyası və Qərb arasında möhtəşəm manevrlər etdiyini vurğulayıb və bildirib ki, çoxları qəzəblənsə də hamının Türkiyəyə ehtiyacı var.

Politoloq Ukrayna və Rusiya prezidentlərinin görüşünə gəlincə, isə bunun yalnız atəşkəs haqqında ilkin razılaşmadan sonra mümkün olacağını vurğulayıb.

“Ölkələr arasında saziş gələcək zaminlərin iştirakı ilə beynəlxalq sülh konfransından sonra imzalana bilər. Dünyada belə qəbul olunub. İndi bizim üçün, deyək ki, Böyük Britaniya və Rusiya ilə münaqişədə olan eyni təhlükəsizlik qarantlarının siyahısını toplamaq mümkün deyil, çünki bizim problemlərimiz Ukrayna və Rusiya səviyyəsində deyil, beynəlxalq formatda həll edilməlidir”, - deyə Viktor Nebojenko sözlərini yekunlaşdırıb.

Nair Əliyev
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada daha bir azərbaycanlı hərbçi yaralanıb
Ukraynada Rusiya silahlı qüvvələri ilə davam edən müharibədə daha bir azərbaycanlı yaralanıb.

Ukrayna ordusunun hərbçisi olan Ruslan Xəlilov Zaporojye istiqamətində xəsarət alıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Bir müddət əvvəl Donetsk istiqamətində gedən döyüşlərdə yaralanan digər azərbaycanlı hərbçi Raqif Əliyev isə Ukraynanın Vinnitsa şəhər xəstəxanasında müalicə olunur.

Vinnitsa vilayəti üzrə Azərbaycanlılar Cəmiyyətinin sədri Əliş Səfərov “Report”un Şərqi Avropa bürosuna bildirib ki, hər iki azərbaycanlı hərbçi - Ruslan Xəlilov və Raqif Əliyev - cəmiyyətin xüsusi diqqəti altındadır:

“Hər iki yaralının vəziyyəti normaldır”.

Qeyd edək ki, hər iki azərbaycanlı hərbçi Ukrayna vətəndaşlarıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski Rusiya ilə danışıqların ŞƏRTLƏRİNİ açıqladı
“Ukrayna başqa dövlətlərdən təhlükəsizlik zəmanəti aldıqdan sonra Rusiya ilə danışıqlar masasına otura bilər”.

Zamantv.az-ın “Ukrinform“a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“İndi biz real, icra edilə bilən zəmanətlərlə maraqlanırıq. Beş ölkə, buna təminat verməlidir. Ola bilsin ki, hətta üç ölkə də Ukrayna üçün tam hüquqlu müdafiəyə zəmanət versin. Yalnız bundan sonra biz Rusiya ilə bir masa ətrafında otura bilərik”, - deyə Zelenski bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Partlayışda azərbaycanlı müğənni də yaralanıb
Bakıda "Location" adlı gecə klubunda güclü partlayışda müğənni Nicat Məhərrəmov da xəsarət alıb.

Zamantv.az-ın məlumatına görə, ifaçı bu barədə socsal şəbəkədəki səhifəsində paylaşım edib:

"Baş verən partlayış sadəcə bir kabus idi. İnsanların çarəsizliyi, o partlayışın səsi, ümumilikdə yaşanan bu faciə heç bir zaman gözümdən və ağlımdan getməyəcək. Bütün yaralı olan dostlarıma Allahdan şəfa diləyirəm. Məni yığıb soruşan, axtaran, arxamca xəstəxanaya gəlib, yanımda olan doğmalarıma, dostlarıma, əzizlərimə təşəkkür edirəm. Allah sizi sevdiklərinizə bağışlasın".
Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 1 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO