[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda yanacaq yola dağılıb
Bakıda yola yanacaq dağılıb.

Zamantv.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanacaq daşıyan avtomobildən yolun hərəkət hissəsinə təqribən 250 metr məsafədə yanacaq (dizel) dağılması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan DYMX-nın yanğınsöndürmə qüvvələri tərəfindən yol yuyularaq müvafiq təhlükəsizlik tədbiri görülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Avropa çempionatı: 4 güləşçimiz yarımfinalda
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.

Zamantv.az Apasport.az-a istinadən xəbər verir ki, yarışın 6-cı günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Bu gün xalçaya çıxan təmsilçilərimizin hər biri yarışa 1/8 finaldan başlayıb.
Murad Məmmədov (60 kq) ilk görüşdə ispaniyalı Daniel Bobilloya tam üstünlüklə qalib gəlib - 8:0. Məmmədov 1/4 finalda moldovalı Vitali Yeriomenkonu yolundan kənarlaşdırıb - 6:1. Murad yarımfinalda türkiyəli Kerem Kamalla qarşılaşacaq.

Həsrət Cəfərov (67 kq) 1/8 finalda almaniyalı Vitalis Lazovskidən güclü olub - 9:1. Cəfərov növbəti mərhələdə polşalı Mateuş Bernateki 5:2 hesabıyla məğlub edərək adını yarımfinala yazdırıb. Həsrət finalın bir addımlığında türkiyəli Murat Firarla üz-üzə gələcək.

Ülvü Qənizadə (72 kq) ilk görüşdə almaniyalı Samuel Belşeidi xalçadan məyus yola salıb - 5:1. Qənizadə 1/4 finalda bolqar Deyvid Dimitrovla mübarizə aparıb. Qarşılaşmanın gedişində 0:4 hesabıyla geridə olan pəhləvanımız möhtəşəm geri dönüş edərək tam üstünlüklə qalib gəlib - 13:5. Ülvü yarımfinalda gürcü Şmaqi Bolkvadzeylə güləşəcək.

Rafiq Hüseynov (82 kq) startda çexiyalı Petr Novakı 5:1 hesabıyla üstələyib. Hüseynov 1/4 finalda macar Tamaş Levayla qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə etdiyi uğurlu fənd müəyyənləşdirib - 2:0. Rafiq final yolunda moldovalı Mixail Braduyla qarşılaşacaq.

Murat Lokyayev (97 kq) 1/8 finalda finlandiyalı Arvi Savolaynenlə bacarmayıb - 1:7.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş məhkumlar avtomobili QARƏT ETDİLƏR
Avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “BMW” markalı bir avtomobildən 750 manat və 150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Yardımlı rayon sakini R.Alışanov və Gədəbəy rayon sakini B.Nağızadə saxlanılıblar.

Araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Başqasının bank hesabından pul çəkdi - POLİS OĞRUNU TAPDI
Bank hesabından pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə martın 27-də şəhər sakini S.İbadovun bank hesabından 2010 manatının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini E.Ağayev müəyyən edilərək saxlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Otlaq üstündə həmkəndlilərini XƏSTƏXANALIQ ETDİ
Gədəbəydə dava zamanı 2 nəfər xəsarət alıb.
Zamantv.az xəbər verir ki, hadisə rayonun Düzrəsullu kəndində qeydə alınıb.

Kənd sakinləri 1984-cü il təvəllüdlü Bayramov Zahir və 1982-ci il təvəllüdlü Rzayev Ədil otlaq sahəsi üstündə 1971-ci il təvəllüdlü Əhmədov Qurbanla mübahisə ediblər.
Bu zaman sonuncu Z.Bayramova və Ə.Qurbanova dəmir parçası ilə xəsarət yetirib.

Zahir Bayramov döş qəfəsinin kəsilmiş deşilmiş yarası və Ədil Rzayev yuxarı və aşağı ətraflarının açıq yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisəni törədən Q.Əhmədov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İrəvanda ATIŞMA: Yaralılar var
İrəvan şəhərində atışma olub.

Zamantv.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün İrəvanın mərkəzindəki evlərdən birinin həyətində baş verib.

Belə ki, hadisə nəticəsində güllə yarası almış 43 və 35 yaşlarında olan iki kişi xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır və insidenti törədən şəxs axtarılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Moped oğrusu ƏLƏ KEÇDİ
Binəqədidə moped oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə S.Məmmədova küçəsindən Abşeron rayon sakini M.Qasımovun “Tufan M-50” markalı mopedinin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini K.Bayramlı mopedlə birlikdə saxlanılıb.
Araşdırma aparılır
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oğuzda qardaş-qardaşı qətlə yetirdi
Oğuzda qardaş-qardaşı bıçaqlayaraq qətlə yetirib.

Zamantv.az-ın APA-ya istinadla məlumatına görə, hadisə axşam saatlarında Oğuz şəhər ərazisində baş verib.

Qardaşlar arasında mübahisə zamanı Namiq Qurban oğlu Şirinov 46 yaşlı qardaşı Aqil Şirinovu ürək nahiyəsindən bıçaqlayıb. Ağır vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olan Aqil Şirinovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya daxil olduqdan bir-neçə dəqiqə sonra ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya MN Ukraynada məhv edilən texnika siyahısını açıqladı
Rusiyanın operativ-taktiki aviasiyası gün ərzində Ukraynada 28 hərbi obyekti məhv edib.

Zamantv.az-ın TASS-a istinadla məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Əməliyyat başlayandan Rusiya ordusu tərəfindən Ukraynada 381 PUA, 1888 tank və digər zirehli maşınlar, 205 YARS, 793 top və 1771 hərbi avtomobil məhv edilib” – deyə Konaşenkov qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
80 yaşlı kişi yanan evdən xilas edildi
Göyçay rayonunda mənzildə yanğın hadisəsi baş verib.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, saat 19:30 radələrində rayonun Mirzəhüseynli kənd sakini, 1942-ci il təvəllüdlü Əhmədov Yaqub Əhməd oğluna məxsus evdə yanğın başlayıb.

Ümumi sahəsi 130 kvadrat metr sahəsi olan 3 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 114 kvadratmetrlik hissəsi və içəridəki əşyalar yanaraq yararsız hala düşüb.
Hazırda yanğınsöndürənlər hadisə yerindədir, alovun qarşısı alınıb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Hadisə zamanı evdə olan 80 yaşlı Yaqub Əhmədov bədənin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb. O, Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO