[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putini “psix” adlandıran model ölü tapıldı
Rusiya-Ukrayna müharibəsi dünya gündəmini zəbt etməkdə davam edir. Ukraynanın işğalına göstəriş verən Rusiya prezidenti Putin öz ölkəsindən, xüsusən də dünya ölkələrindən böyük tənqidlər alır.

"Zamantv.az" xəbər verir ki, belə tənqidlərdən biri də rusiyalı model Qretta Vedlerdən gəlib. O, ötən il sosial şəbəkə hesabından Putini “psix” adlandırıb. Qısa zamanda ölkə gündəmini zəbt edən paylaşım müzakirə mövzusuna çevrilib. Daha sonra gənc model müəmmalı şəkildə yoxa çıxıb. Vedlerin itkin düşməsi barədə xəbəri sevgilisi Dmitri Korovin verib.

Aparılan araşdırmalar zamanı model Lipetskdən 482 kilometr aralıda meşəlik ərazidə ölü tapılıb. 23 yaşlı Qrettenin cansız bədəni çamadana yerləşdirilərək, meşəlik əraziyə atılıb.

Onun kim və ya kimlər tərəfindən öldürüldüyü məlum deyil. Modelin cəsədi tibbi-ekspertizaya göndərilib.

Polislər modelin ölümünün onun Putinə dediyi sözlərlə bağlı olduğunu düşünürlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Navalnıya 13 il həbs cəzası istənildi
Prokuror Rusiyada əsas müxaliflərdən olan Aleksey Navalnı üçün 13 il həbs və 1,2 milyon rubl cərimə istəyib.

Zamantv.az TASS-a istinadən xəbər verir ki, o, dələduzluq və məhkəməyə hörmətsizlik hallarına görə 13 il həbs və 1,2 milyon rubl cərimə ödəməli ola bilər.

Navalnı həmçinin 350 milyon rublu mənimsəməkdə ittiham olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlı ailələr Mariupolda mühasirədən ÇIXARILDI
Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin (BUAK) Mariupol üzrə sədri Afaq Həmidova, ailəsi və daha bir neçə azərbaycanlı mühasirədən çıxarılıblar.

Zamantv.az” xəbər verir ki, bu, Ukrayna və Rusiya arasında razılaşdırılmış “yaşıl dəhliz” vasitəsilə baş tutub.

Qeyd edək ki, A.Həmidova və bir qrup azərbaycanlı ilə Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başladığı müharibə nəticəsində Mariupolda mühasirəyə düşmüşdü. Onlarla on günə yaxın idi ki, əlaqə kəsilmişdi.

Bizimlə əlaqə saxlayın
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya Baydenə qarşı fərdi sanksiya tətbiq edib
Rusiya ABŞ prezidenti Co Baydenə, ABŞ rəhbərliyinin digər nümayəndələrinə və onlarla əlaqəli şəxslərə qarşı cavab sanksiyaları tətbiq edib.

Rusiya Federasiyasına girişi qadağan edilənlər siyahısına Baydenlə yanaşı, aşağıdakı şəxslər daxil edilib:

Dövlət katibi Entoni Blinken

Daxili Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan;

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns;

Ağ Evin mətbuat katibi Cennifer Psaki;

Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauer;

ABŞ prezidentinin oğlu Hanter Bayden;

ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton;

Maliyyə nazirinin birinci müavini Adeveyl Adeyemo və başqaları.

Həmçinin, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyaya nifrətin qızışdırılmasına töhfə verən məmurları, hərbçiləri, qanunvericiləri, iş adamlarını, ekspertləri və media nümayəndələrini siyahıya daxil etməklə onu genişləndirəcək.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya Avropa Şurasını tərk etdi
Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu təqdim edib.

Bu barədə çərşənbə günü Dövlət Dumasının vitse-spikeri, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Petr Tolstoy bildirib.

“Avropa Şurasından çıxmaq barədə qərar qəbul edilib. Xarici işlər naziri Sergey Lavrovun müvafiq məktubu təşkilatın baş katibinə təhvil verilib", - Tolstoy “Telegram” kanalında yazıb.

O, həmçinin vurğulayıb ki, Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır. Bu, balanslaşdırılmış və düşünülmüş qərardır.
Rusiya Avropa Şurasını tərk etdi
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Stoltenberq: “Rusiya artıq kimyəvi silahdan istifadə edib”
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın daha əvvəl kimyəvi silahdan istifadə etdiyini bildirib.

Bu barədə o, brifinqdə məlumat verib.

Alyans rəhbəri qeyd edib ki, Rusiya əvvəllər kimyəvi silahdan istifadə etdiyi üçün NATO sayıqdır. Əgər Rusiya hansısa bəhanə ilə günahı boynundan atmağa çalışsa, NATO buna reaksiya verəcək.

“Rusiya artıq kimyəvi silahdan istifadə edib... Biz ayıq və ehtiyatlı olacağıq, hətta hansısa bəhanə gətirsələr də, buna cavab verəcəyik”, - NATO-nun baş katibi bəyan edib.

Mənbə: rbc.ua

Bizimlə əlaqə saxlayın
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Birinci Kanal”da müharibəyə etiraz edən qadın cərimələndi
Moskvanın Ostankino Məhkəməsi Marina Ovsyannikovanı canlı yayım zamanı “Birinci Kanal”da yayımlanan “Vremya” verilişinin studiyasına icazəsiz daxil olduğuna görə 30 min rubl cərimələyib.

O, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi (Xəbərdarlıq etmədən kütləvi tədbirin təşkili və ya keçirilməsi) ilə təqsirli bilinib.

Qeyd edək ki, ötən gecə “Birinci Kanal”da canlı yayımlanan “Vremya” verilişinin axşam buraxılışı zamanı proqram redaktoru Marina Ovsyannikova studiyaya daxil olaraq Ukraynadakı müharibəyə etiraz edib. O, hazırda həbsdədir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya hərbçiləri Mariupolda regional xəstəxananın həkim və xəstələrini girov götürüblər
Rusiya hərbçiləri Mariupolda Regional Reanimasiya Xəstəxanasının həkim və xəstələrini girov götürüblər.

“Ukrayinskaya Pravda”nın məlumatına görə, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat verib.

“Rusiya qoşunları həkimləri və xəstələri girov götürüb. Belə xəbəri xəstəxananın əməkdaşlarından biri çatdıra bilib. Xəstəxanadan çıxmaq mümkün deyil. İki gündür maşınlar xəstəxanaya çata bilmir. Ətrafda hündürmərtəbəli binalar yanır”, -deyə o bildirib.

Kirilenko həmçinin qeyd edib ki, ötən gün Rusiya bu xəstəxananı praktiki olaraq dağıdıb. Lakin işçilər və xəstələr zirzəmidə işləməkdə və müalicə almaqda davam ediblər.

Kirilenko beynəlxalq hüquq müdafiə təşkilatlarına müharibə qaydalarının qəddar şəkildə pozulmasına, bəşəriyyətə qarşı törədilən bu kobud cinayətlərə reaksiya vermək tələbi ilə müraciət edib.

Bizimlə əlaqə saxlayın
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ dövlət katibi Azərbaycan Prezidenti ilə telefonla danışıb
ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbəti baş tutub.

Bu barədə ABŞ rəsmisi özünün “Twitter” səhifəsində məlumat verib.

“Azərbaycan Prezidenti ilə regional münaqişələrin həlli və Cənubi Qafqazda sülhə doğru irəliləmənin vacibliyi haqqında danışdım. Mən Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdim” , -deyə dövlət katibi qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazırdır
Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır. Türkiyəli həmkarımdan prosesi bu məqsədə çatdırmaq üçün siyasi iradənin olduğunu eşitməkdən məmnunam. Hesab edirəm ki, sürətlə dəyişən bir dünya şəraitində tərəddüd etmədən konkret addımlar atmalıyıq”, - deyə Mirzoya bəyan edib.

Ermənistan XİN-in rəhbəri Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin ümumilikdə müsbət olduğunu da qeyd edib.

İki ölkə arasında sonuncu yüksək səviyyəli səfərin 10 ildən artıq əvvəl həyata keçirildiyini vurğulayan Mirzoyan normallaşma prosesi davam etdikdə və nəticələr əldə edildikdə qarşılıqlı səfərlərin baş tuta biləcəyini deyib.

“Ümumiyyətlə, Ermənistan xalqı Türkiyə ilə münasibətlərin normallaşmasını istəyir. Bu, ictimai rəy sorğularında da özünü göstərir. Təbii ki, həm Ermənistanda, həm də Türkiyədə bu prosesə şübhə ilə yanaşan qruplar var. Hər iki tərəfin rəsmiləri siyasi mövqe tutmalıdırlar. Nazir Çavuşoğlu ilə görüşüm zamanı bəzi məsələlərlə bağlı fikir mübadiləsi apardıq və ümid edirəm ki, bunlar nəzərə alınacaq” – Mirzoyan əlavə edib.

Mənbə: “RİA Novosti”

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO