[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elxan Məmmədov FIFA prezidenti ilə görüşdü
Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İsveçrənin Sürix şəhərində, FIFA-nın mənzil-qərargahında beynəlxalq futbol təşkilatının prezidenti Gianni İnfantino ilə görüşüb. Görüş zamanı E.Məmmədov AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından G.İnfantinoya ötən il təşkil olunan Avropa çempionatı zamanı Bakıya təşrif buyurması və AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilən İsveçrə - Türkiyə oyununu izləməsi ilə əlaqədar bir daha minnətdarlığımı bildirib.

Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələrin aparıldığı görüşdə son dövrlər ölkəmizdə həyata keçirilmiş futbol infrastrukturu layihələri barədə ətraflı məlumat verilib.

Elxan Məmmədov Azərbaycan Premyer Liqasında yaxın gələcəkdə VAR sisteminin tətbiq olunacağını bildirib və bu istiqamətdə görülmüş işlər haqqında FIFA prezidentini məlumatlandırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müdafiə Nazirliyinin sabiq idarə rəisi həbs olunub
Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Sutkanın qaranlıq vaxtı yollarda TƏHLÜKƏ: Bakı dairəvi yolunda işıqlar niyə yanmır? - VİDEO
Son vaxtlar paytaxtda yol-nəqliyyat hadisələrinin sayı durmadan artır. Xüsusən gecə saatlarında yolların qaranlıq olması, işıq dirəklərinin olmaması qəza hallarını artırır.

Şəhərin gediş-gəlişinin çox olduğu Bakı dairəvi yolunda işıq sisteminin işləməməsi vəziyyəti acınacaqlı edir.

Daha ətraflı AzTV-nin reportajında:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arvadına 22 bıçaq vuraraq öldürən
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Yadigar Cəfərova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

“Zamantv.az” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə ötən il iyulun 8-də Xəzər rayonun Binə qəsəbəsində qeydə alınıb.

1980-ci il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Elnarə Musayevaya 22 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. O, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihara cəhd edib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Y.Cəfərovun həyatını xilas etmək mümkün olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İmişlidə MÜNAQİŞƏ: güllələnən var
İmişli rayon Polis Şöbəsinə fevralın 22-də Bəhrəmtəpə qəsəbəsi ərazisində qəsəbə sakini X.İbrahimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə Buludlu kənd sakini N.Xankişiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.İbrahimov saxlanılıb. Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Evə qayıdan ZİBİLLƏR – Ən çox onlardan istifadə edirik
İndi su içdiyiniz butulka sabah meyvə-tərəvəz yuduğunuz ləyən, hətta oturacaq formasında qarşınıza çıxacaq. Bir qədər sonra isə onun üstündən yeriyib keçəcəksiniz. Necə ? Elə bu yazıda sizə onlardan bəhs edəcəyik.

Təkrar emal prosesini başa düşmək olduqca vacibdir. Ancaq insanlarda bu məsələ ilə bağlı bir sıra səhv fikirlər və boşluqlar mövcuddur. Bəs, insanlara tullantıları çeşidləməyə dair hansı yanlış fikirlər mane olur ?


1. Azərbaycanın iri şəhərlərində artıq bir neçə ildir ki, zibilin ayrı-ayrı yığılması üçün konteynerlər var. Məsələn, salfeti “Kağız” yazısı olan bölməyə atmaq çətin deyil, lakin ev tullantıları ilə nə etməliyik ?

Çalışdığımız qədər bir çox şeydən, məsələn, plastik butulkalardan imtina etmək lazımdır.
Konteynerdən zibili əl ilə seçmirlər, ona görə də qida tullantıları, plastmas və sim parçaları emal cihazına düşür, onu çirkləndirir, mexanizmləri qırır və emal müəssisələrin əməkdaşları üçün təhlükə yaradır. Bu problemlərə yol verməmək üçün yazılara etinasızlıq göstərmədən tullantıları müvafiq bölmələrə atmaq lazımdır.
Evə qayıdan ZİBİLLƏR – Ən çox onlardan istifadə edirikEvə qayıdan ZİBİLLƏR – Ən çox onlardan istifadə edirik
Ancaq bir materialdan olan zibili təkrar emal etmək mümkündür.

Əslində müasir maşınlar bəzi əşyaları tərkib hissələrinə görə ayırmağa imkan verir. Qablaşdırma istehsalçıları isə məhsulu təkrar emal üçün maksimal dərəcədə yararlı etməyə səy göstərir.
Zibil emal edən zavodların yeni avadanlıqları dəmir tullantıları maqnitlə dartmağa şərait yaradır. Əlbəttə, yenə də, yuxarıda qeyd etdiyimiz kimi, ağıllı mexanizmlərə ümid bəsləyərək, hər şeyi bir konteynerə atmaq məsləhət deyil. Əgər siz tez-tez eyni zibili atırsınızsa, onun tullanılması üçün bölməni səhv salmamağa çalışmalısınız. Buna görə istehsalçıdan qablaşdırmanın tərkibini dəqiqləşdirməlisiniz.
Ancaq bir materialdan olan zibili təkrar emal etmək mümkündür.

Əslində müasir maşınlar bəzi əşyaları tərkib hissələrinə görə ayırmağa imkan verir. Qablaşdırma istehsalçıları isə məhsulu təkrar emal üçün maksimal dərəcədə yararlı etməyə səy göstərir.
Zibil emal edən zavodların yeni avadanlıqları dəmir tullantıları maqnitlə dartmağa şərait yaradır. Əlbəttə, yenə də, yuxarıda qeyd etdiyimiz kimi, ağıllı mexanizmlərə ümid bəsləyərək, hər şeyi bir konteynerə atmaq məsləhət deyil. Əgər siz tez-tez eyni zibili atırsınızsa, onun tullanılması üçün bölməni səhv salmamağa çalışmalısınız. Buna görə istehsalçıdan qablaşdırmanın tərkibini dəqiqləşdirməlisiniz.

Evə qayıdan ZİBİLLƏR – Ən çox onlardan istifadə edirik
3. Zibilin təkrar emalı kasıb insanları qazancdan məhrum edir ?

İşsizlik problemi müəyyən dərəcədə hər ölkədə var. Bir çox işsizlər zibil qutularında tapdıqları şüşə butulkaları və alüminium məhsulları emal zavodlarından birinə təhvil verərək, çörək pulu qazanır. Onlar həqiqətən küçələrdəki təmizliyə köməklik edirlər və həmin insanlar uzun illər boyu tullantıların təkrar emalında əsas faktorlardan biri idilər. Qeyd edək ki, zibil yığımı ilə məşğul olan insanların 70%-dən çoxu öz tapdıqları tullantıları şəhərdəki təkrar emal sisteminə cavabdeh olan eyni şirkətlərə təhvil verir. Yığıcılar qruplaşıb belə müəssisələrin qeyri-rəsmi əməkdaşına çevrilirlər. Yəni onlar üçün hər hansı bir şəxs və ya şirkətlə rəqabət aparmaq mənasızdır. Ona görə siz zibili ayıraraq tullayanda, onları toplayan insanları gəlirindən məhrum etməyəcəksiniz.

Evə qayıdan ZİBİLLƏR – Ən çox onlardan istifadə edirik
4. Yanlış bildiyimiz məqamlardan biri də odur ki, guya zibili ancaq bir dəfə təkrar emal etmək olur.

İş orasındadır ki, metaldan olan tullantıları və şüşəni praktiki olaraq sonsuzadək təkrar emal etmək mümkündür. Hətta onların bu zaman keyfiyyəti də itmir.
Kağız ilə isə vəziyyət başqadır. Təkrar emal zamanı oduncağın lifləri nazikləşir, yeni vərəqlərin keyfiyyəti pisləşir. Kağız tullantılarını maksimum 7 dəfə təkrar emal etmək mümkündür.

Plastik məmulatların yenidən emalı ondan da az təkrar olunur. İkinci utilizasiyadan sonra ondan ancaq qida məhsulları üçün nəzərdə tutulmamış əşyalar hazırlamaq olar. Üçüncü dəfə emalda tullanılmış plastik butulka ləyənə çevriləcək. Daha sonra oturacağın bir hissəsi olacaq. Dəfələrlə təkrar emaldan sonra onu digər materiallarla qarışdırırlar və asfalt örtüyünə əlavə edirlər.

Evə qayıdan ZİBİLLƏR – Ən çox onlardan istifadə edirik
5. Təkrar emal mənasız bir layihədir.

Bu sözü tez-tez eşidirik. Amma təbii ki, bu yanlış düşüncədir.
Təkrar emal zibilxanalarda zibil miqdarını azaltmaqla yanaşı, hava çirklənməsini və bakteriyaların artmasının da qarşısını alır. Əlavə müsbət cəhəti yeni iş yerlərinin yaranmasıdır. Məsələn, ABŞ-da zibil təkrar emalı sənayesi 1,25 milyon adamı işlə təmin edir. Bu, sadəcə dövlət proqramı deyil, həm planetin ekologiyası və əhalinin sağlamlığı üçün faydalı, həm də ölkənin maliyyə sistemi üçün sərfəli olan bütöv bir dinamik şəkildə inkişaf edən innovasiya sahəsidir.
Sonda onu da qeyd edək ki, təkrar emal sənayesi daima müasir innovasiyalarla tamamlanır, mütəxəssislər zibilin dəfələrlə istifadəsi üçün yeni yollar axtarır. Tullantıları çeşidləməyə davam etsək, təbiəti də böyük təhlükədən qorumuş olarıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qazaxıstanda təyyarə yandı
Qazaxıstanda "An-2" təyyarəsi Aralsk şəhərindən on kilometr aralıda eniş edərkən yanıb.

"Zamantv.az" xəbər verir ki, bu barədə Mülki Aviasiya Komitəsi məlumat verib.

Bildirilib ki, təcili yardım reysi həyata keçirən təyyarədə 2 ekipaj üzvü və 1 sərnişin olub. Ölən və ya xəsarət alan yoxdur.

Faktla bağlı araşdırmalara başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sipark”ın aldatdığı ailələr Baş Prokurora üz tutdu – Seymur İsayev dindirilsin!!!
Zamantv.az: - İllərdir paytaxtın Təbriz küçəsində bina tikən “Sipark inşaat” firması vətəndaşları süründürməkdədir.

İlk vaxtlarda şirkəti piar edən, efirlərdə reklamla vətəndaşları şirnikləndirən “Sipark” rəhbəri Seymur İsayev azı 4 ildir ki, mənzil alanların gözünü yolda qoyub. Reportyor.info bildirir ki, ötən həftə yenidən toplaşaraq haqlı şikayətini çatdıran mənzil sahibləri şirkətin onları aldatmasından narazılıq ediblər. Onların sözlərinə görə, neçə ildir bina tikilib təhvil verilmir, insanlar kirayələrdə qalıb və belə görünür ki, ortada ciddi maliyyə mənimsəməsi, fırıldaqçılıq elementləri mövcuddur.

Əks halda mənzillər çoxdan təhvil verilərdi. Artıq müraciətlərin nəticəsi olmadığını görən, şirkətin onlara şirin vədlər verdiyini anlayan vətəndaşlar Baş Prokuror Kamran Əliyevə şikayət etməyə hazırlaşır. Bununla istənilir ki, Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma başladılsın, Seymur İsayevin izahatı alınsın. Çünki ciddi şəkildə şübhələr yaranıb, “Sipark” rəhbərinin əməllərində qanunsuzluq olduğu güman edilir. Odur ki, dələduzluq etmiş digər tikinti firmaları kimi “Sipark”ın yüzlərlə ailəni aldatdığı fikri formalaşır.

Yeri gəlmişkən, şirkətin adı bir sıra qalmaqallı hadisələrdə, Seymur İsayevin MTN generalı Akif Çovdarovla əlaqədə hallanıb. Bu faktlar da şirkət rəhbərinin fəaliyyətində qaranlıq və müəmmalı məqamlar olduğunu təsdiqləyir. Lakin “Sipark” vətəndaşların başının altına yastıq qoyur, onları hər dəfə inandırır ki, mənzillər təhvil veriləcək. Faktiki isə illərdir bina tikilib qurtarmır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət etdilər
Ermənistanda səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları paytaxt İrəvanda Göy məscidi ziyarət ediblər.

"Zamantv.az" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "facebook"da paylaşım edib.

"Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir. Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!", - deputat paylaşımında qeyd edib.
Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət etdilər

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tamara bilib evinə dəvət etdiyi şəxs Cəmşid adlı transseksual çıxdı - Öldürüb bədənini müxtəlif hissələrə ayırdı
"Zamantv.az" xəbər verir ki, 2020-ci ilin yayında Leninqradda yaşanan qətlin qəddarlığı, vəhşiliyi və qəribə sonluğu hər kəsi heyrətə salıb.

Təfərrüat isə belədir ki, Mqa çayında üzən məktəbli suda bədəni müxtəlif hissələrə parçalanan meyit aşkar edir. Aparılan araşdırma nəticəsində ölən şəxsin transseksual olduğu bəlli olub. Faktla bağlı qətldə şübhəli bilinən aktyor Yuri Yanovski saxlanılıb. İstintaq və məhkəmə prosesləri bir ildən çox davam edir. Ən maraqlısı odur ki, bir neçə gün bundan əvvəl Yanovski gözlənilmədən məhkəmə zalından evə buraxılıb. Məhkəmə ona cəmi 1 il 10 ay cəza çəkib. Bu hökm də çoxlarını çaşqınlığına səbəb olub.

Milli.Az "KP-Peterburq"a istinadən xəbər verir ki, aktyor 24 yaşlı trans qadın Tamaranı özünümüdafiə məqsədilə qətlə yetirib. Yanovskinin arvadı və iki uşağı var, amma onlardan ayrı yaşayır. İnternetdə intim xarakterli xidmətlər təklif edən saytlardan birində onu seçir və evinə dəvət edir. "Qız" onun şərabının içinə narkotik atır. Sonra onlar mübahisə edir və bu zaman "qız" əlindəki viski şüşəsini aktyorun başına vurur. Özünə gələndə transın əlində bıçaq görür. Onu vurmaq istəyəndə cəhdi alınmır. Aktyor bu zaman yanına gələnin Tamara deyil, Cəmşid adlı kişi olduğunu bilir. Yuri bu zaman özünü qorumaq məqsədilə onu bıçaqla vurur. Yanovski mənzildən gedir, sonra da onu hissələrə parçalayaraq çaya atır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO