[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
62 nəfər şənliyə buraxılmayıb
Ötən gün toylara görə 6 nəfər cərimələnib, 62 nəfər şənliyə buraxılmayıb. Bu barədə Zamantv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 67 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 61 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 62 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan “miatsum” ideyasının “ikinci nəfəs” qazanmasına imkan verməyəcək!.. - Başqa yolu YOXDUR!
Fevralın 20-də Qarabağda erməni radikal separatizminin baş qaldırmasından 34 il keçdi. Bununla bağlı “Şeytan yuvası” Xankəndindən tutmuş, Ermənistanın iqtidarı və müxalifətinədək verilən bəyanatlar mahiyyət etibarilə aşağı-yuxarı ciddi fərqlənmədi. Bir daha aydın oldu ki, özünü arada “sülh göyərçini” kimi göstərməyə çalışan Nikol Paşinyan hökuməti və onun XİN-i də daxil olmaqla, erməni siyasi kəsimi 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətdən, kapitulyasiyadan hələ də dərs götürməyib.

Xüsusi diqqət çəkən məqam separatçı hərəkatı “dirçəliş” kimi qiymətləndirən rəsmi İrəvanın qızışdırıcı mövqeyidir. Məsələn, Paşinyanın müraciətində deyilir: “Bu gün ”artsax" yaralansa da, sınmayıb. Bizim işimiz “artsax” ermənilərinin hüquqlarını qorumaq və onların beynəlxalq səviyyədə tanınmasına yönəlib".

Ermənistan XİN də üzdəniraq “dirçəliş hərəkatı”nın ildönümü ilə bağlı oxşar mövqe sərgiləyib: “34 il sonra, Azərbaycan SSR-in amansız qırğınları, iki dəfə qanlı müharibə olmasına baxmayaraq, Ermənistan və ”artsax" milli hədəflər, dövlətçilik, suverenlik, erməni haqları və beynəlxalq tanınma istiqamətində birgə olmağa davam edir".

Azərbaycan XİN-in bütün bu sərsəmləmələrə reaksiyası təbii ki, gecikməyib. Sitat: “Ermənistan XİN-in ”dirçəliş" kimi qiymətləndirdiyi aqressiv separatçılıq bölgədə onilliklər ərzində davam edən genişmiqyaslı fəlakətə gətirib çıxarıb. Bu vəziyyət bölgənin uzun illər ərzində sülh və təhlükəsizlik şəraitində inkişafına ciddi əngəl törədib. Hazırda regionda beynəlxalq hüququn bərqərar olduğu və iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin edildiyi bir vaxtda Ermənistan XİN-in xalqlararası nifaqı təşviq edən bəyanatla çıxış etməsi bir yandan bu ölkənin məsuliyyətsiz davranışını, digər yandan isə baş verən son hadisələrdən hələ də dərs çıxarmadığını göstərir. Ermənistan XİN-in nəzərinə çatdırırıq ki, belə bir destruktiv yanaşmanın heç bir gələcəyi yoxdur".

Paradoks ondadır ki, beynəlxalq hüquqa açıq saymazlıq göstərməyə davam edən rəsmi İrəvan hazırkı destruktiv yanaşma fonunda riyakarcasına ədalətli sülhün tərəfdarı olduğunu söyləyir, “dəvəquşu siyasəti” aparır. Bu da növbəti fakt.

Dünən məlum olub ki, Ermənistan parlamentindəki hakim çoxluq (Paşinyanın fraksiyası) radikal müxalifətin Şuşa Bəyannaməsi ilə bağlı fitnəkar qətnamə layihəsinin gündəliyə salınmasına imkan verməyəcəyini bəyan edib. Bunu da onunla izah edib ki, “Ermənistan XİN artıq iki dəfə Şuşa Bəyannaməsi ilə bağlı mövqe bildirib və oradakı tezislər müxalifətin sənəd layihəsindəki tezislərdən fərqlənmir”.

İlk baxışda sülhpərvərliyə oxşayır. Reallıqda isə...

Yada salaq: Ermənistan XİN o vaxt Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevlə birgə “qədim artsax şəhəri Şuşiyə” səfərini pisləmiş, imzalanan sənədi isə “regionda sülhə zərbə kimi” qiymətləndirmişdi. Az qala, belə çıxmışdı ki, Ərdoğan Şuşaya getmək üçün İrəvandan icazə almalı imiş!..

Şübhəsiz, Ermənistan hökumətinin günü bu gün də separatizmə davam edən bu cür açıq dəstəyinin, ölkəmizə qarşı ərazi iddiasının nəticəsidir ki, Qarabağ anklavında separatçı kriminal elementlər yenidən baş qaldırmağa başlayıblar. Artıq məlumdur ki, orada “İşğal altındakı ərazilər” haqda ölkəmizə qarşı terrorçuluğu təşviq edən “qanun” qəbul edilib. Bu həftədən etibarən isə anklavda “hərbi təlimlər” planlaşdırılır.

Azərbaycana qarşı bu qəbildən demarşlar əlbəttə ki, cavabsız qalmayacaq, Bakı səbirlə öz kontr-tədbirlərini görəcək. Böyük ehtimalla, separatçıların əsas himayədarı Rusiyanı xəbərdar eləmək və ya onu fakt qarşısında qoymaqla.

Söz düşmüşkən, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir. Bu barədə “Rossiya 1" kanalında ”Moskva. Kreml. Putin" verilişində bildirilib. Məlumatda deyilir ki, həftə ərzində xarici liderlərin Rusiyaya mühüm səfərləri davam edəcək və onlardan biri də Azərbaycanın dövlət başçısıdır.

İki prezident Ukrayna mövzusunun müzakirəsi ilə yanaşı, sözsüz ki, ikitərəfli münasibətlərdəki aktual mövzulara da toxunacaqlar. Ümid edək ki, Bakı və Moskva bir daha saat əqrəblərini tutuşdurucaq və nəticə etibarilə bölgədə Rusiyanın sülhməramlı missiyasından sui-istifadə edərək təzədən baş qaldırmaqda olan separatçı ünsürlərlə bağlı ortaq məxrəcə gəlinəcək; 10 noyabr kapitulyasiya aktının 4-cü bəndi nəhayət işə düşəcək. Hansı sənəddə ki, V.Putinin də imzası durur və anlaşmaya görə (4-cü bənd), erməni qanunsuz silahlı dəstələri Qarabağı çoxdan tərk eləməli və ya tərk-silah olunmalı idilər.

Əks təqdirdə, Azərbaycan nə edəcəyini bilir. Biz imkan verə bilmərik ki, 34 il öncə bütün regiona fəlakət gətirmiş dağıdıcı hərəkat yenə bənzər qiyafədə boy göstərsin. Qarabağda erməni aqressiv separatçılığının və silahlı birləşmələrinin kökü birdəfəlik kəsilməlidir. Azərbaycan xalqı və dövləti imkan verə bilməz ki, “miatsum” ideyası “ikinci nəfəs” qazansın.

Bundan ötrü isə oradakı qanunsuz silahlı dəstələr tezliklə neytral hala gətirilməlidir. Rusiya bunu qansız-qadasız edə bilər. Çünki separatçı ünsürlər, bütövlükdə erməni tərəfi indi heç vaxt olmadığı qədər Moskvadan, onun iradəsindən asılı vəziyyətdədir...

“Erməni separatçılarının Rusiya sülhməramlılarının Qarabağdakı məsuliyyət zonasında elan etdiyi istənilən təlim 10 noyabr 2020-ci il tarixli sazişlərin kobud şəkildə pozulmasıdır, hansı ki, regionun hərbsizləşdirilməsini nəzərdə tutur”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Minval.az-a müsahibəsində Moskvadakı Siyasi Araşdırmalar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov deyib.

Onun qənaətincə, Ermənistan və separatçıların hərəkətləri ona gətirə bilər ki, Rusiya 2-3 ildən sonra Azərbaycanın erməni tərəfinin qeyri-konstruktiv davranışı üzündən sülhməramlıların müddətini növbəti dəfə uzatmayacağını anlayacaq: “Bu, o deməkdir ki, Rusiya sülhməramlıları, sadəcə olaraq, regionu tərk etməli olacaqlar. Amma Azərbaycan və Ermənistan ordularının qüvvələr nisbəti nəzərə alınarsa, o zaman erməni əhalisinin Qarabağdan kütləvi köçü baş verəcək və Azərbaycan Ordusu sakitcə boş əraziləri tutacaq. Ermənistan tərəfinin razılaşmaları yerinə yetirməməsinin ən bariz nəticəsi bu olacaq”.

Politoloqun sözlərinə görə, Rusiya günün birində İrəvana, sadəcə, şərtləri göstərəcək və deyəcək: “Zəhmət çəkin, bunlara əməl edin, əgər etmək istəmirsinizsə, öz işinizdir, onda Azərbaycan müqaviləni uzatmayacaq və Rusiya regionu tərk edəcək. Təxminən belə bir söhbət olacaq”, - deyə Markov vurğulayıb.

Ekspertin fikrincə, belə perspektivə yalnız Rusiyada “ermənilərin müdafiəsi” yönündə başlanacaq hansısa hərəkat və ya Ankara ilə Moskvanın mövqelərinin fərqləndiyi bölgələrdə Rusiya ilə Türkiyə arasında qəfil münaqişə təsir edə bilər. “Lakin Azərbaycan rəhbərliyi bütün bunları çox gözəl anlayır. Ona görə də mənim qeyri-konstruktiv Ermənistan tərəfi ilə bağlı proqnozum dəyişməz qalır”, - Markov əlavə edib.

Köhnə “havaya” girən erməni tərəfi isə yenə odla oynayır...

P.S. Yazı İlham Əliyevin Rusiyaya rəsmi səfər proqramının açıqlamasından öncə hazırlanıb.
“Yeni Müsavat”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bəzən gənc icra başçıları da qudururlar” - Rəşid Mahmudov
“Cənab Prezident hər dəfə icra başçılarına xəbərdarlıq edir, amma bunlar niyə nəticə çıxarmırlar başım çıxmır. Bəzən gənc icra başçıları da qudururlar. Vətəndaşları qəbul edib, problemini dinləmirlər. Deyirlər ki, müavinimlə görüşsün, nə bilim köməkçimlə görüşsün. İcra başçısının qəbuluna düşmək niyə belə bir böyük problemə çevrilib, bilmirəm”. Zamantv.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov yeni təyin olunan icra başçılarının da gələcək fəaliyyətinə toxunub:

“Artıq o milyonları çapıb-talamaq söhbəti qurtardı. Dövlət birbaşa bütün bunlara nəzarət edir. Sənə etimad göstərilib, hansısa rayona icra başçısı təyin olunmusansa, get, başını sal aşağı vətəndaşlara xidmət elə. Yox əgər sən də səndən əvvəlkilərinin etdiklərini təkrarlayacaqsansa, sonda həbsxanaya göndəriləcəksən. Dövləti bu cür sürünə-sürünə harasa aparıb çıxarmaq olmaz. Hər kəs öz sahəsində vicdanlı olmalıdır. Yoxsa ki, canavar kimi insanlarla davranmaq lazım deyil. İnsanlar hər dəfə yeni icra başçısı təyin olunanda ondan çox böyük gözləntiləri olur. Amma bir müddət sonra görəndə ki, bu da işləmir, onda artıq məyus olurlar”.

Qeyd edək ki, Prezident İlham Əliyev yeni icra başçılarıyla görüşü zamanı bir daha xəbərdarlıq edib. O, çıxışı zamanı deyib ki, hamımız xalqın xidmətçisiyik və ona görə də daim insanlarla təmasda olub, onların problemləriylə maraqlanmalısınız.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hamıya olmaz, amma BNA-nın QOÇULARINA OLAR? - FOTOFAKT
Bakı Nəqliyyat Agentliyinə məxsus avtomobil dayanma-durmanın qadağan olunduğu yerdə saxlanılıb. Zamantv.az xəbər verir ki, bu barədə sosial şəbəkədə foto yayılıb. Fotodan da aydın olur ki, ərazidə dayanma-durmanı qadağan edən 3.27 nişanı quraşdırılıb. Amma bu nişanın tələbinə nəzarətetməli olan BNA avtomobili özü qaydanı pozaraq qadağan olunan yerdə dayanıb. Görüntü sosial şəbəkədə izləyicilərin qınağına səbəb olub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Lent.az-a məsələ ilə bağlı məlumatlı olduqlarını bildirib. Onun sözlərinə görə, hazırda bu fakt araşdırılır və araşdırmanın nəticəsinə uyğun tədbir görüləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tahir Mirkişili İrəvanda Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb
“Biz gələcəkdə silahlı münaqişə olmamasına çalışmalıyıq”. Zamantv.az APA-ya istinadla xəbər verir ki, bunu bu gün Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında geopolitik təhlükəsizliklə bağlı mövzuda çıxışında bildirib.

Tahir Mirkişili deyib ki, o, azad olunmuş ərazilərdəki evinə baş çəkib: “Siz mənim evimin necə vəziyyətdə olduğunu görsəydiniz, bunun necə faciəli olduğunu başa düşərdiniz. Sizin əsgərlərin bizim Vətənimizdə nə etdiyini görərdiniz?!”

Azərbaycanlı deputat Ağdamın “Qafqazın Xirosima”sı adlandırıldığını diqqətə çatdırıb.

İkinci Qarabağ müharibəsində hər iki tərəfdən insan itkilərinə toxunan Tahir Mirkişili qeyd edib ki, Azərbaycan hər hansı revanşist cəhdlər görmək istəmir: “Bu münaqişə gələcək deyil, artıq keçmişdir. Biz gələcəkdə nələr istəyirik, bu barədə danışaq. Sülh müqaviləsinə nail olunması xalqlarımız, regionun inkişafı üçün çox yaxşı şans olardı”.

Cənubi Qafqazın strateji məkan olduğunu, yolların qovşağında yerləşdiyini vurğulayan Tahir Mirkişili Azərbaycan, Gürcüstan və Ermənistan xalqlarının resurslardan necə istifadə etməyi yaxşı bildiklərini söyləyib: “3+3” formatında ilk görüş Moskvada keçirilib. Bura Azərbaycan, Ermənistan və Gürcüstan, Türkiyə, Rusiya və İran daxildir. Bu format dayanıqlı sülhün, iqtisadi inkişafın təmini üçün mühüm formatdır. Əgər biz qlobal təhlükəsizlik barədə düşünsək, ilk növbədə ölkələr daxilində təhlükəsizlik təmin edilməlidir. İkincisi, region ölkələri arasında yaxşı əlaqələr qurulmalıdır. Bunun üçün də Cənubi Qafqazda qonşu ölkələr bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar. Biz bir-birimizə hörmətlə yanaşmalıyıq. Üçüncüsü, Cənubi Qafqazda ölkələr müxtəlif geopolitik seçim hüququna malikdir. Məsələn, Ermənistan bir hərbi blokun üzvüdür, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, Gürcüstan isə hərbi bloklara qoşulmayıb, gələcəkdə onların seçim imkanları olacaq. Bu üç ölkənin hər biri fərqli geopolitik səylər göstərir. Əgər Cənubi Qafqazda sülh istəyiriksə, düşünməliyik ki, bütün bunları gələcəkdə necə birləşdirə bilərik”.

Qeyd edək ki, komitə iclasında Ermənistanın AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, “Hayastan” fraksiyanın üzvü Artur Xaçatryan, habelə Anna Qriqoryan Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu iddia edib, Azərbaycan və Türkiyəni ittiham ediblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəbnəm Tovuzlu pərəstişkarının evini təmir edəcəkdi, amma vaz keçdi - "...çox yuxarıdan getdi"
Bir müddət əvvəl pərəstişkarlarından birinin ev şəraitini yaxşılaşdırmaq qərarına gələn müğənni Şəbnəm Tovuzlu fikrindən daşınıb. Zamantv.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə o, “MTV Xəbər”ə müsahibəsində danışıb. İfaçı addımını bununla izah edib: “O ev söhbətinə canla-başla yanaşmışdım. 6-7 min civarında nəzərdə tutmuşdum, az məbləğ deyil. Adam göndərdim, evin ətrafına baxdılar. Bu insan başqa bir şey istədi. 2 otaqlı ev, kuxna, hamam. Hesabladım, 18-20 min manata gəlib çıxdı. O zaman dedim ki, qardaş sən çox yuxarıdan getdin. Çölünü, içini, əşyalarını kosmetik edəcəkdim. Açığı, vaz keçdim. Çünki o insan başqa şeylər istədi. Mən onu istifadə kimi başa düşdüm”.

Tovuzlu, həmçinin yutub kanalından əldə etdiyi gəlirini açıqlayıb: “Oradan gələn gəlirə heç bir şübhəm yoxdur, çünki mənim milyonluq kliplərimin gəliridir. Ən azı 5000 dollar olur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MN-dəki həbslər Nəcməddin Sadıqova qədər GEDİB ÇIXACAQMI? - Görünəni budur ki...
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində 4 aylıq həbs-qətimkan tədbirinin seçilməsi haqda qərar verilib. Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən Məlikməmməd Qurbanova Cinayət Məcəlləsinin 179.4-cü - xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə ittiham elan olunub. İddia olunur ki, ilkin araşdırmalarla Məlikməmməd Qurbanovun xidmətdə olduğu dövrdə 3 milyon 500 min manat vəsaiti mənimsədiyi üzə çıxarılıb.

Məlikməmməd Qurbanovun həbsinə qədər Müdafiə Nazirliyinin maliyyə işlərinə baxan 4 idarəsinin, 1 şöbəsinin rəisləri 15 milyon manatlıq mənimsəmədə ittiham olunaraq həbs olunublar. Bu məbləğ istintaq zamanı 15-20, bəlkə də daha çox arta bilər. Tutulanlar nazirliyin Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadə və Hərbi Hava Qüvvələrinin umaliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımovdir. Cəlal Kazımov ən son həbs ediləndir. Onların hər biri barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İlkin olaraq həbs edilən 4 şəxsə Cinayət Məcəlləsinin 179.4-cü - xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə ittiham verilib.

Polkovnik Cəlal Kazımova bu maddə ilə yanaşı 313-cü - vəzifə saxtakarlığı, 341.2.1-ci - bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərini aşma və 341.2.3-cü, ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib. Saxlanan hərbçilər yüksək vəzifəlidir və aydındır ki, belə bir miqyasda mənimsəni təkbaşına həyata keçirə bilməzdilər. Tutulanlar maliyyə işlərinə cavabdeh olan 1 nömrəli şəxslərdir. Belə bir miqyaslı mənimsəmə 1 günün, 1 ayın, heç bir ilin içində baş verməyib. Bu qədər vəsaiti mənimsəmək üçün uzun müddət əlaqəli iş aparılıb. Bu işlərin içində ali və yüksək rütbəli hərbçilər olub. Mənimsəmə cinayətləri Nəcməddin Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olduğu dönəmdən baş verdiyindən, bir çox hərbi ekspertlər həbslərin onun da istintaqa cəlb olunmasına, nəticə etibarı ilə qandallanmasına səbəb olacağını istisna etmirlər. Nəcməddin Sadıqovun həbsi mümkün olacaqmı? Orduda, MN-də aparılan son həbslər onu hədəf alıb, yoxsa başqa hədəflər var?

General-leytenant Rövşən Əkbərovun həbsindən sonra onun “məslək yoldaşı”, MN-in sabiq qərargah rəisi Nəcməddin Sadıkovun da qandallanacağı proqnozlaşdırılırdı. Amma hələ də baş qərargahın sabiq rəisi azadlıqdadır. 44 günlük Vətən müharibəsinin qızğın çağında Rövşən Əkbərovla Nəcməddin Sadıkovun vəzifələrindən uzaqlaşdırılması da təsadüfi deyildi. Əvvəldən də bilinirdi ki, hər iki general Rusiyada müəyyən dairələrə gizli-aşkar əlaqələrə malikdir. Vəzifələrindən Azərbaycan üçün olduqca önəmli bir dönəmdə qovulmalarında bu məqamın xüsusi yer aldığı da istisna edilmirdi. Nəhayətdə Rövşən Əkbərov həbs olundu, cəzaya çatdırıldı. Vəzifəcə ondan daha yuxarı pillədə dayanmış, illərlə Azərbaycan Ordusunda baş verən neqativlərdə adı hallanan Nəcməddin Sadıkov isə hələ də azadlıqdadır. Görünən odur ki, Sadıkovu həbsdən kənarda saxlayan immuniteti artıq sıradan çıxmaq üzrədir. Nəcməddin Sadıkov və onun ətrafı haqqında, bacısı oğlu Ramil Əsgərov barədə müharibədən əvvəl də çox mənfi imic formalaşmışdı. Rövşən Əkbərovla başlayan prosesin davam edəcəyi və burada əsas hədəfin sabiq Baş Qərargah rəhbəri Nəcməddin Sadıkov olacağı iddiaları da artıq doğrulmaq üzrədir.

Zamantv.az ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Nəcməddin Sadıkov və onun kimilər vəzifədə olmasaydı, Azərbaycan torpaqları 30 il işğal altında qalmazdı: “Müdafiə Nazirliyində həyata keçirilən həbslərdən belə aydın olur ki, dövlət müharibəyə hazırlaşanda, müharibə aparanda bu adamlar müdafiə xərclərini mənimsəməklə məşğul olublar. Bu, vətənə xəyanətə bərabər addımdır. Bütün bu işlərin başında dayanan, bu cür mənimsəmələrə yol açanlar da var. Bu işlərdə adı keçən Nəcməddin Sadıkov bu gün azadlıqdadır. Bu adamlar Azərbaycan Ordusunu illərlə içindən dağıdanlar, ”yeyənlər" olublar. Nəcməddin Sadıkov və Rövşən Əkbərov bir mərkəzdən idarə olunan adamlardır. Rövşən Əkbərov hazırda həbsdədir. Nəcməddin Sadıkovun da həbsi üçün ortada kifayət qədər əsaslar var".

Hüquqşünas deyir ki, Azərbaycan Ordusu 44 günlük müharibədə öz gücünü düşmənə göstərib, amma Sadıkovun ordumuza yerləşdirdiyi kadrlar bu gün də iş başındadır: “Bu adamlar olmasaydı, Azərbaycan Ordusu illər öncə torpaqlarımızı düşməndən təmizləyərdi, gedib Zəngəzurda oturardı. Bu gün Azərbaycan Ordusunun korrupsiyalaşmış ”sadıkovçu"lardan təmizlənməsi prosesi gedir. Azərbaycan Ordusunda olan “5-ci kolon” tam olaraq təsbit olunmaqla uzaqlaşdırılmalı, hər biri istintaqa cəlb edilməklə ən ağır cəzaya çatdırılmalıdır. Bu adamların əli minlərlə əsgərimizin qanına batıb. Əlbəttə ki, Sadıkovun da barəsində dosye var, ilk imkandaca həmin dosye ittiham aktına çevriləcək".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Samuxda silah-sursat tapılıb
Zamantv.az - Samux rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisindəki parkların birindən silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan DİA.AZ-a verilən məlumata görə, polis əməkdaşları dərhal ANAMA-nın əməkdaşlarını həmin əraziyə dəvət edərək müvafiq tədbirlər həyata keçirib. Araşdırmalar zamanı oradan 1 ədəd “F1” əl qumbarası, 2 ədəd “UZRQM” qumbaratan patronu, 1 ədəd 14 mm-lik “BTR” patronu, 37 ədəd 7.62 mm-lik avtomat patronu və 96 ədəd 5.45 mm-lik avtomat patronları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ATƏT Rusiyanın separatçı əraziləri tanımaq qərarını pislədi
ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau, təşkilatın baş katibi Helqa Şmid, həmçinin ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt və Assambleyanın baş katibi Roberto Montella Rusiyanın qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanımaq qərarını pisləyiblər.

"Zamantv.az" xəbər verir ki, bu barədə təşkilatın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Bu addım Minsk razılaşmalarına zidd olaraq beynəlxalq hüququn və ATƏT-in fundamental prinsiplərinin pozulmasıdır. Bütün ATƏT-ə üzv dövlətlər kimi, Rusiya da digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa öhdəliyini götürüb. Biz Rusiyanı dərhal qərarı ləğv etməyə çağırırıq", - məlumatda deyilir.

ATƏT rəhbərliyinin fikrincə, bu cür tanınma yalnız gərginliyi artıracaq və qeyd olunan ərazilərdə yaşayan əhalini Ukraynanın qalan hissəsindən ayıracaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
138 avtomobil üçün parklanma yeri təşkil edildi - VİDEO
Bakı şəhərində küçə parklanma yerlərinin idarə edilməsinə dair pilot layihənin əhatə etdiyi Bəsti Bağırova küçəsində yenidənqurma işləri yekunlaşmaq üzrədir. 450 metr uzunluğundakı küçə müasir şəhərsalma qaydalarına uyğun piyadayönümlülüyün artırılması prinsipləri əsasında təmir edilib.

Bu barədə "Zamantv.az"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, ərazidə asfaltlanma və nişanlanma xətlərinin çəkilməsi yekunlaşıb. Hazırda yol hərəkətinin təşkili üçün zəruri olan çatışmayan yol nişanlarının quraşdırılması və səkilərdə tamamlanma işləri davam edir. Piyada təhlükəsizliyi məqsədilə sarı döyünən işıqlar quraşdırılır.

​Küçədə 6 yerdə eynisəviyyəli piyada keçidi təşkil edilib. Xüsusi qabarıq formalı piyada keçidləri ümumi hərəkətin təhlükəsizliyi baxımından əhəmiyyətlidir. İdeal səviyyəyə gətirilən bu küçə boyunca piyadaların rahat, maneəsiz və təhlükəsiz hərəkəti tam təmin edilib.

​Yaşayış binalarından başqa, 1 xəstəxana, 1 kollec və 1 bağçanın da yerləşdiyi bu küçədə nəqliyyat tələbatı nəzərə alınmaqla, 138 avtomobil üçün parklanma yeri təşkil edilib. Parklanma yerlərində əlilliyi olan şəxslər üçün də yerlər ayrılıb. Gələcəkdə bu küçədə parklanmanın idarə edilməsində müasir texnologiyalar tətbiq ediləcək. Küçə boyunca taksi duracaqları da yaradılıb.

​Məlumat üçün qeyd edək ki, Bəsti Bağırova küçəsinin əvvəlki vəziyyəti heç də ürəkaçan deyildi. Burada piyada səkilərinin davamsızlığı və ümumilikdə, yol infrastrukturunun vəziyyəti ərazini sürücülər və piyadalar üçün keçilməz edirdi.

​Yenidənqurma işləri 3 ay davam edib. İlkin mərhələdə kommunikasiya işləri görülüb ki, bu da işə əsaslı yanaşmanın təzahürüdür.

​Bu küçənin müasir tələblərə və yüksək standartlara uyğunlaşdırılması prosesi bitdikdən sonra həm sürücülər, həm də piyadaların layihədən məmnun qalacağından əminik.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO