[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputat haqqında yazılanlara sərt reaksiya verdi: - “Bəziləri katolikdən çox katolik olub”
Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev İmişli rayonunda bir neçə yas mərasimində iştirakı barədə yazılan xəbərlərə münasibət bildirib.

Zamantv.az cebhe.info-ya istinadən xəbər verir ki, deputat sosial şəbəkə profilində qeyd edib ki, təəssüf ki, mətbuat dostlarımız da sensasiya axtarır, baxış, çox oxunma axtarır:

“Belə ki, dünən mənim yaslarda iştirakımı da sensasiya ediblər. Onlar üçün yazdıqları şəxsin kimliyi, doğruluğu, yanlışlığı və digər keyfiyyətləri maraqlı deyil. Onlar üçün sensasiya lazımdır. Onların yazdıqları lap kiminsə ölümünə səbəb olsun, dəxli yoxdur. Amma özlərinin quyruğu qapı arasında qalanda ilan dili çıxarırlar.

Bəziləri isə özlərinə çox güvənlidir, arxalarında yüksək çinli məmur dayanıb. A bala, kim dayanır dayansın, heç kim qanundan üstün deyil. Ayıb da olsa deyəcəm, “Köpək qaya kölgəsində yatar, elə bilər ki, öz kölgəsidir”.

Mən rayonda yası düşən ailəyə hər dəfə gedə bilmirəm, gərək onda rayona hər gün gedəm. Mən isə gedən zaman 10-15 ailəyə baş çəkirəm. Eləsi olur ki, artıq mərhumun 40 belə çıxıb. Məsələn, dünən Ağsaqqallar Şurasının sabiq sədri Bəşir Bəşirovu ziyarət etdim, həyat yoldaşının vəfatı ilə bağlı evində başsağlığı verdim.

Yas mərasimi deyəndə o demək deyil ki, millət yığılıb, sən də gedib orada başsağlığı verirsən. Mən evlərə gedirəm və yaxınlarına başsağlığı verirəm.

Məgər insanların evinə gedib başsağlığı vermək qanun pozuntusudur?

Mən, təəssüf ki, bütün yas yerlərinə gedib başsağlığı verməyə vaxt edə bilmirəm. Amma yası düşən adama dəstək olmaq, başsağlığı vermək, dərdinə şərik olmaq mənəviyyat məsələsidir. Kimin mənəviyyatı kəsaddır, yaxud yoxdursa öz problemidir. Bəziləri şərh yazıb, bəziləri isə katolikdən çox katolik olub, onların hüzürü düşəndə, söz verirəm, başsağlığı verməyəcəm, özləri də aparıb ölülərini hörmətsiz şəkildə dəfn edərlər. Çünki mənəviyyatları sıfırın altındadır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bağçalarda rüşvətə yol açan amil: - Yer tutumu öz həllini necə tapacaq?
Zamantv.az Ölkə başçısının sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət bağçaları yenidən Təhsil Nazirliyinin tabeliyinə verildi. Artıq uzun illərdir ki, icra hakimiyyətlərinin tabeliyində olan uşaq bağçalarının fəaliyyətinə nəzər salsaq görərik ki, ötən dövr ərzində bu barədə cəmiyyətdə heç də müsbət rəy formalaşmayıb. Yəni bu gün məktəbəqədər təhsildə də çoxsaylı problemlər mövcuddur.

Bu günlərdə Təhsil İnstitutunun Məktəbəqədər təhsil şöbəsinin müdiri Laləzar Cəfərova da açıqlamasında bağçalardakı mövcud problemlərə toxunaraq uşaq qəbulu prosesində pul tələb olunmasının qarşısını almaq məqsədi ilə qəbulun onlayn qaydada keçiriləcəyini, tərbiyəçi müəllimlər hansısa meyara görə yox, əsl yüksək bilik, bacarığına görə işə qəbul olunacağını, bağçalarda yer çatışmazlığının olduğunu bildirib.
Təhsil şöbəsinin müdiri qeyd edib ki, məktəbəqədər təhsil prosesinin yüksək səviyyədə keçirilməsi üçün yeni proqram, təlimatlar hazırlanır. Bu məsələlər artıq uzun müddət idi ki, bütün ictimaiyyətin bildiyi problemlər idi.

Yeni proqram mövcud problemlərin həllinə nail ola biləcəkmi? Onsuzda sayı az olan uşaq bağçalarına pul hesabına qəbul olunan uşaqlar onlayn qəbul zamanı hansı bağçalara gedəcəklər?

Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, 2021-ci ilin təhsil sahəsi 3 böyük hadisə ilə yadda qaldı: "Onlardan birincisi, Təhsil Tələbə Kredit Fondunun yaradılması, ikincisi, Türkiyə ilə Azərbaycanın birgə universitetinin açılması və bağçaların yenidən Təhsil Nazirliyinə verilməsi oldu.
Etiraf edək ki, 10 il ərzində burada heç də sağlam olmayan bir mühit formalaşmışdı. İstər uşaqların bağçlara qəbulu zamanı, istər burada işə qəbul prosesi şəffaf, əlçatan deyildi. Bu ciddi problemlərin fonunda birmənalı şəkildə yenidən bu məsələyə qayıtmaq lazım idi.

Təhsil Nazirliyi və yaxud Təhsil İnstitutu buna müdaxilə edə bilməzdi. Çünki mövcud qanunvericiliyə görə, bağçalar icra hakimiyyətlərinə tabe idi. Təbii ki, qarşıda çox ciddi bir məsələ var. Burada problemi bir neçə hissəyə bölürük. Birincisi, işə qəbul prosesidir ki, bu mərkəzləşmiş qaydada olmalıdır. Uşaqların qəbulu elektron qəbulu olmalıdır ki, indiyədək kimsə gedib bağça direktoruna pul verirdisə onun uşağını götürürdülər. Üçüncü məsələ isə maddi-texniki və tədris resurslarıdır. Biz uşaq bağçalarını təhsilin bir pilləsi olaraq qəbul etməliyik, orada uşaqlara ilkin bilik və bacarıqlar formalaşdırmalıyıq ki, ibtidai sinifin yükü azalsın. Məsələn, bir neçə hərifi, yaxud hesablamağı, bu kimi bilikləri məhz bağçalarda öyrətsək birinci sinifə qəbul zamanı əziyyət çəkməyəcəklər.

Təhsil Nazirliyinin üzərinə böyük yük düşür. Təhsil İnstitutu da bu istiqamətdə iş aparır. Bizim bağçalardan gözləntimiz odur ki, tədris resursları yaradılsın, uşaqlar ilkin biliklərə yiyələnsin. Təbii ki, 10 ilin problemini bir gündə həll etmək qeyri-mümükündür. Ancaq bütün hallarda bu mümkündür və bunu həll etməliyik".

Ancaq ekspert burada problemin də ortaya çıxacağını deyir:

"Biz bilirik ki, uşaq bağçalarına tutumundan artıq uşaq qəbul həyata keçirilir. Ölkədə 1693 uşaq bağçası var və burada 123 min uşaq oxuyur.

Ancaq bağçaların tutumu bundan aşağıdır və elektron qəbul olduqda daha az uşaq qəbul olunacaq. Bununla digərlərinin də təhsil alma hüququnu məhdudlaşdıra bilərik. Hesab edirəm ki, ya yeni korpuslar, ya da modul tipli uşaq bağçaları tikməklə bütün uşaqlar üçün bağçalara əlçatanlığı təmin etməliyik.

Bu gün Bakıdakı mövcud tıxaclardan birinin səbəbi insanların təhsillə bağlı bir məntəqədən digərinə getmələridir. Əgər həmin müəssisələr yaxınlıqda olsa, valideynlər daha rahatlıqla gedib, gələrlər. Biz təklif etmişik ki, hündürmərtəbəli buinaların müəyyən qədər bir hissəsi dövlət büdcəsinə keçəndən sonra bu məqsədlə TN-ə ayrılmalıdır. Bağça, ibtidai məktəblər binaların birinci mərtəbəsində olarsa bu daha əlçatan, təhlükəsiz və digər problemlərin aradan qaldırılmasına gətirib çıxara bilər".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təndir çörəyi bahalaşıb, zavod çörəyinin çəkisi isə... - BELƏ HARA GEDİRİK?
Zamantv.az -ın məlumatında Yanvarın 3-də, axşam saatlarında Lənkəran rayonunda un satışı ilə məşğul olan məntəqələrdə satışın müvəqqəti dayandırıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna yerli sakinlər məlumat verib. Onların deməsinə görə, satış məntəqələrində vurğulanıb ki, unun qiymətinin qalxması barədə göstəriş yoxdur.

Sakinlərin deməsinə görə, mağazalarda çörək əvvəlki qiymətə satılır. Bildirildiyinə görə, yalnız təndir çörəyinin qiyməti 10 qəpik yüksəlib: "Əvvəllər təndir çörəyinin bir ədədi 50 qəpik idisə, 60 qəpiyə satılır".

Astarada mağazalarda isə 50 kiloqramlıq un 38 manata təklif edilir. Unun qiymətində təqribən 10 manata yaxın bahalaşma var. Mağaza sahibləri deyir ki, qiymətin qalxması onlarla bağlı deyil.

"500 qramlıq çörək 437 qaram olub"
Amma yerli sakinlər çörəyin çəkisinin azaldılmasından şikayət ediblər. "500 qramlıq çörək 437 qaram olub", - bir sakin söyləyib.

Çörək bişirən sexin sahibi Tarif Hüseynov isə deyib ki, onlarda qiymət artımı yoxdur: "10 gün bundan əvvəl un tədarük etmişəm. 50 kiloqramlıq unu 30 manat 50 qəpiyə almışam. Ondan bişirirəm. Təzə qiymətə un almamışam. Ona görə məndə çörəyin qiyməti qalxmayıb. Qiymətlə bağlı nə qərara gəlsələr, biz də onu icra edərik".

Cavabdeh qurumlar isə çörəyin çəkisinin azalması ilə bağlı şikayətləri əsaslı saymırlar.

Azərbaycanda 50 kiloqramlıq un kisəsinin 5-10 manat arası bahalaşdığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna Bakıda və ölkənin bir sıra bölgələrində fəaliyyət göstərən marketlərdən danışıblar.

Daha çox bahalaşmanın rayonlarda yaşandığı qeyd edilir. Paytaxt Bakıya yaxın bir sıra rayonlardan verilən məlumatlara görə, Yeni il bayramından öncə 50 kiloqramlıq un kisəsi 27 manat 50 qəpiyə satılırdısa, indi həmin çəki və markada un 37 manata yüksəlib.

İmişli rayonundan da oxşar məlumatlar gəlir. Yerli sakinlərin AzadlıqRadiosuna bildirmələrinə görə, hələ yanvarın 2-də səhər saatlarından İmişli rayonunda un və ev heyvanları üçün yem satılan əksər ticarət nöqtələri bağlı olub. Vurğulandığına görə, satış olmasa da, unla bağlı ajiotaj yaşanıb: "Adamlar çaşqınlıq içində mağazalara baş vururdular. Bir neçə yerdə 50 kiloqramlıq əla növ un 40 manata təklif olunurdu. Yanvarın 3-də səhər saatlarında rayonun əsas un satış dükanında qiymət 29 manata endirildi. Dükan sahibi yalnız anbarda qalan malları bu qiymətə sata biləcəyini bildirdi. Müştərilərə bir kisədən artıq un almağa icazə verilmədi. Cəmi iki saat ərzində anbardakı bütün kisələr satılıb qurtardı. Hazırda rayonun əksər mağazalarında 50 kiloqramlıq un kisəsi 38 manata təklif edilir".

Astara rayon sakinləri də deyirlər ki, bayramdan əvvəl 50 kiloqramlıq un 28 manat olub, indi isə bu qiymət 37 manata yüksəlib: "25 kq un 19 manatdır, 10 kq isə 7 manat 50 qəpikdir".

Bakıdakı marketlərdə bir elə bahalıq müşahidə edilməyib. Bəzi marketlərdə unun kisəsinin bir neçə manat yüksəldiyi vurğulanıb. Paytaxtın bir sıra mağazalarında isə kisə ilə unun olmadığı bildirilib. Açıq və kiloqramla satılan unun qiymətində hər hansı artım olmayıb.
Ümumilikdə, unda bahalaşmanın təqribən ölkə üzrə 15-30 faiz civarında müşahidə edildiyi vurğulanır.

Məsələyə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vergi xidməti ilə şübhəli işbirliyi... - İDDİA
Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti “Veysəloğlu” şirkətində yoxlamalara başlayacaq.

"Zamantv.az" azsiyaset.com-a istinadla xəbər verir ki, bu barədə Vergilər Nazirliyindəki mənbə məlumat verib.

Bildirilir ki, 2022-ci ilin yanvar ayının əvvəlində “Veysəloğlu” şirkətinə məxsus olan onlarla müəssisədə səyyar vergi yoxlamaları həyata keçiriləcək. Şirkətdə yoxlamaların aparılması ilə bağlı qərarın ən üst səviyyədə verildiyi qeyd olunur. Məhsullarını vergi ödəyiciləri vasitəsilə satışa çıxaran “Veysəloğlu” şirkətinin məhz bu yolla vergidən yayındığı və dövlətə külli miqdarda ziyan vurduğu bildirilir.

Mənbə iddia edir ki, “Veysəloğlu” şirkətinin rəhbərliyi Vergilər Nazirliyində müəyyən şəxslərlə işbirliyi qurub. Elə buna görə də şirkətin bir neçə dəfə cərimə edilməsinə baxmayara, külli miqdarda vergidən yayınma hallarına son verilmir.

Qeyd edək ki, 2019-cu ilin əvvəlində də “Veysəloğlu” şirkətində səyyar yoxlamalar aparılmış və külli miqdarda vergidən yayınma halları aşkar edilmişdi. Məhz bu qanunsuzluğa görə “Veysəloğlu” şirkətinə 2 milyon manatlıq maliyyə sanksiyası da tətbiq edilmişdi.

“Veysəloğlu” Şirkətlər Qrupunu müxtəlif ərazilərdə yerləşən ərzaq anbarları vasitəsilə qanunsuzluqlar həyata keçirir. Vergilər Nazirliyi ilə “Veysəloğlu” şirkəti arasında vasitəçilik missiyasını üzərinə götürən dövlət qulluqçusunun kimliyi və aparılan danışıqlar barədə də detallı məlumatlar redaksiyamıza daxil olmaqdadır. Bu məlumatları hələlik dəqiqləşdirilmədiyinə görə dərc etmirik.

Qeyd olunur ki, “Veysəloğlu” şirkətinin sahibi Aydın Talıbov dərin narahatlıq içərisindədir və buna görə də Vergilər Nazirliyi ilə danışıqlar aparır.

Bildiririk ki, külli miqdarda vergidən yayınma hallarına yol verən şirkəti qorumaq elə bu şirkətin qanunsuz əməllərinə şərik olmaq kimi bir şeydir.

Bir məqamı da qeyd edək ki, “Veysəloğlu” şirkəti müxtəlif saytlara qarşı kiber hücumlar təşkil edir. Necə, hansı şəkildə və kimlərin vasitəsilə…?!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vergi xidməti ilə şübhəli işbirliyi... - İDDİA
Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti “Veysəloğlu” şirkətində yoxlamalara başlayacaq.

"Zamantv.az" azsiyaset.com-a istinadla xəbər verir ki, bu barədə Vergilər Nazirliyindəki mənbə məlumat verib.

Bildirilir ki, 2022-ci ilin yanvar ayının əvvəlində “Veysəloğlu” şirkətinə məxsus olan onlarla müəssisədə səyyar vergi yoxlamaları həyata keçiriləcək. Şirkətdə yoxlamaların aparılması ilə bağlı qərarın ən üst səviyyədə verildiyi qeyd olunur. Məhsullarını vergi ödəyiciləri vasitəsilə satışa çıxaran “Veysəloğlu” şirkətinin məhz bu yolla vergidən yayındığı və dövlətə külli miqdarda ziyan vurduğu bildirilir.

Mənbə iddia edir ki, “Veysəloğlu” şirkətinin rəhbərliyi Vergilər Nazirliyində müəyyən şəxslərlə işbirliyi qurub. Elə buna görə də şirkətin bir neçə dəfə cərimə edilməsinə baxmayara, külli miqdarda vergidən yayınma hallarına son verilmir.

Qeyd edək ki, 2019-cu ilin əvvəlində də “Veysəloğlu” şirkətində səyyar yoxlamalar aparılmış və külli miqdarda vergidən yayınma halları aşkar edilmişdi. Məhz bu qanunsuzluğa görə “Veysəloğlu” şirkətinə 2 milyon manatlıq maliyyə sanksiyası da tətbiq edilmişdi.

“Veysəloğlu” Şirkətlər Qrupunu müxtəlif ərazilərdə yerləşən ərzaq anbarları vasitəsilə qanunsuzluqlar həyata keçirir. Vergilər Nazirliyi ilə “Veysəloğlu” şirkəti arasında vasitəçilik missiyasını üzərinə götürən dövlət qulluqçusunun kimliyi və aparılan danışıqlar barədə də detallı məlumatlar redaksiyamıza daxil olmaqdadır. Bu məlumatları hələlik dəqiqləşdirilmədiyinə görə dərc etmirik.

Qeyd olunur ki, “Veysəloğlu” şirkətinin sahibi Aydın Talıbov dərin narahatlıq içərisindədir və buna görə də Vergilər Nazirliyi ilə danışıqlar aparır.

Bildiririk ki, külli miqdarda vergidən yayınma hallarına yol verən şirkəti qorumaq elə bu şirkətin qanunsuz əməllərinə şərik olmaq kimi bir şeydir.

Bir məqamı da qeyd edək ki, “Veysəloğlu” şirkəti müxtəlif saytlara qarşı kiber hücumlar təşkil edir. Necə, hansı şəkildə və kimlərin vasitəsilə…?!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağstafada DƏHŞƏT: - qadın ərini balta ilə qətlə yetirib
Ağstafa rayonunda kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilib.

"Zamantv.az" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Aynur Abdullayeva həyat yoldaşı, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevi balta ilə qətlə yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hörmətli deputatlar, parlament tərif yeri deyil...
Zamantv.az : - Milli Məclis 2021-ci ilin payız sessiyasında hansı qiyməti aldı? Obyektiv meyarlarla, hakimiyyət qollarının səlahiyyət bölgüsü kontekstində məsələyə yanaşanda deyə bilərik ki, bəli, parlament prosedurları icra edib.

Ancaq keyfiyyət olaraq fəaliyyətinə dair aydın qiymət vermək bir qədər çətindir.

Parlamentin fəaliyyətinin dəyərləndirilməsi üçün indikatorlardan biri də cəmiyyətin baxış bucağıdır. Axı, parlament seçkili orqandır, xalqın seçdiyi nümayəndələr Milli Məclisin kreslolarında əyləşiblər.

Bəs ali qanunverici orqan cəmiyyətin parametrləri ilə yanaşanda müsbət qiymət aldımı? Buna birmənalı olaraq “yox” cavabı verə bilərik.

Təbii ki, bəzən cəmiyyət parlamentə yeri gəldi-gəlmədi ittiham səsləndirir, hansısa deputatın fikirlərinin ictimai fikir xaosu yaradacaq səviyyədə kontekstdən çıxarılaraq təqdim edilməsinin təsiri altında haray çəkir.

Biz bunun analizini aparmayacağıq - kim təqsirkardır, kim dezinformasiyalarda maraqlıdır və sair.

Ümumi tablo isə bunu deyir: Cəmiyyətin Milli Məclis barədə təsəvvürləri heç də müsbətə doğru dəyişməyib.

Təsəvvür edin, qarmaqarışıq və ziddiyyətli informasiyalar axınında hansısa deputat xalqın faydasına olan bir açıqlama verdikdə belə, hədəfə gəlir, ona qarşı kəskin mövqe sərgilənir.

Səbəb nə olursa-olsun, biz fikirlərimizi tirajlanmış və kampaniya xarakteri alan ictimai mövqe əsasında qurmayacağıq.

Yuxarıda yazdıqlarımız isə sadəcə parlamentə qarşı münasibətin ümumi nəticəsidir.

Qarşıda parlamentin 2022-ci il yaz sessiyası olacaq, bu sessiya belə demək mümkündürsə, parlamentin hökuməti mühakimə edəcəyi perioddur.

Yəni:

1. Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatı dinləniləcək,

2. Ombudsmanın məruzəsi təqdim ediləcək,

3. Bələdiyyələrin fəaliyyətinə dair hesabat dinləniləcək,

4. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məruzəsi dinləniləcək,

5. 2021-ci ilin dövlət büdcəsinin icrasına dair hesabat deputatların süzgəcindən keçiriləcək.

Hesablama Palatası isə Milli Məclisin büdcə üzərində təftişedici nəzarətini keçirən ali audit orqanı kimi özünün rəylərini və hesabatlarını təqdim edəcək.

Yaz sessiyası gərgin keçəcək, yəni o mənada ki, deputatlar, daha doğrusu bir neçə deputat hesabatları oxuyacaq, rəqəmləri müqayisə edəcək.

Digərləri isə ya o sənədləri oxumayacaq, oxumadan təqdir edəcək, ya da oxuyub tərif yağdırmağı özlərinə borc biləcəklər.

Əslində isə parlament tərif yeri deyil, Milli Məclis sosial sifarişlərin hökumət üzərində mühakiməedici funksiyasını təsbit edən platformadır.

Təriflərlə isə mümkün deyil. Hörmətli deputatlar, tərif yağdıran vərdişlərinizi kənara atıb düzgün şəkildə qanunvericiliyin sizə tanıdığı formada hökumət üzərində nəzarətinizi təmin etməlisiniz.

Başa düşürük, mentalitetin bizə aşıladığı bir tezis də budur ki, tanıdığın, münasibətin olduğun insan haqqında tənqidi fikir bildirməyək. Onu da bilirik ki, hansısa deputatın icraedici hakimiyyətin nümayəndələri ilə isti münasibətləri var, amma siz məsələyə şəxsi müstəvidə yanaşmayın, qurumun fəaliyyətini təftiş edin.

Qış tətilindən qayıtdıqdan sonra hörmətli deputatları daha aktiv işləməyə çağırırıq.

Bu, həm də sosial çağırışdır. //oxu.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Eldar Mahmudovun bandasının tanınmış ismi Vəkillər Kollegiyasına üzv qəbul olundu
Zamantv.az : - Vəkillər Kollegiyasına ən son üzv olan 113 yeni vəkildən biri Eldar Mahmudovun mütəşəkkil cinayətkar quldur dəstəsinin ən fəal üzvü olub. MTN-də işlədiyi 7 il ərzində dövlətin, vətəndaşların mənafelərinə vurduğu ziyanla əlaqəli hazırda təqsirləndirilən şəxs olaraq məhkəmə qarşısına çıxarılıb. Onun epizodu üzrə zərər çəkmiş şəxslərdən biri özünü öldürüb, daha bir zərərçəkənin anası oğlunun şərlənməsinə dözməyərək ürəyi partlayıb, dünyadan köçüb. Bu barədə musavat.com məlumat yayıb.

Təzə vəkil MTN-də “mahmudovçu”ların sırasında olarkən onun əli ilə zərərçəkənlərə vurulan ziyan 10 milyon manatı aşır!

Kimdir təzə vəkil – “mahmudovçu” Yasin Məmmədov?

Yasin Seyfulla oğlu Məmmədov 2021-ci il dekabrın 26-da Vəkillər Kollegiyasının vəsiqəsini (https://www.e-huquq.az/az/news/vekillik/41141.html#gallery-77) alıb, cibinə qoyub və rəsmən vəkil kimi fəaliyyətə başlayıb.

Yasin Seyfulla oğlu Məmmədov 2008-ci ildə Milli Təhülkəsizlik Nazirliyinin(MTN) İstintaq Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi vəzifəsinə təyinat alıb. Eldar Mahmudov milli təhlükəsizlik naziri postunda olduğu müddətdə Yasin Məmmədovun adı ağlasığmaz vəzifə cinayətlərinə qarışıb. 2015-ci ilin oktyabrında MTN-də xüsusi əməliyyat keçiriləndən 1 ay sonra Yasin Məmmədov qurumdan xaric olunub.

MSK-nın sədr müavinin qardaşı olması...

Həmin dövrdən sonra zərərçəkənlər Yasin Məmmədovun cinayətləri barəsində və həbsi tələbi ilə dövlət orqanlarına şikayətlər yazıblar. Onun uzun müddət istintaq kənar qalmasını isə o zamanlarda Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini olan qardaşı Natiq Məmmədovun əlaqələri ilə izah edirdilər.

2018-ci ildə Natiq Məmmədov vəzifədən uzaqlaşdırılandan sonra da, Yasin Məmmədov istintaqdan kənar qalmışdı.

Nəhayətdə, Yasin Məmmədov 2021-ci ildə istintaqa cəlb edilib. Hazırda o, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, MTN-in İstintaq Baş İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərov və MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovla birgə məhkəmə qarşına çıxarılıb.

Yasin Məmmədov və digərilərinin əməlləri ilə bağlı 5 ilə yaxın Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb. Cinayət dosyesi 2021-ci ilin oktyabrında Bakı Hərbi Məhkəməsinə göndərilib və hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Özgənin külli miqdarda əmlakını tələb etmiş, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində...

İttiham aktının Yasin Məmmədova aid hissəsində oxuyuruq:

Eldar Mahmudovun bandasının tanınmış ismi Vəkillər Kollegiyasına üzv qəbul olundu
Yasin Məmmədov

-MTN Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi vəzifəsində xidmət etdiyi dövrdə vəzifəli şəxs kimi qabaqcadan cinayət əlaqəsinə girib əlbir olduğu digər vəzifəli şəxslərlə mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmək, hakimiyyət həddini və qulluq

səlahiyyətlərini aşmaqla müntəzəm olaraq fiziki şəxslərin hüquqlarına və qanunlarına mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə,

zərərçəkmişlərin müflisləşməsi, psixi təsirlərə və digər məhrumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayrı şəxslər və kommersiya bankların qarşısında külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, daşınar və daşınmaz

əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuş, hədə-qorxu ilə tələb etmək yolu ilə qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvət əldə etmək üçün yaradılan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının, şəxsiyyətləri üzərində zor göstərmək, barələrində rüsvayedici məlumatları yayma hədəsi ilə təkrarən ayrı-ayrı şəxslərin - özgənin külli miqdarda əmlakını tələb etmiş, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) və qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və üçüncü şəxslər olan mütəşəkkil dəstənin üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə təkrarən külli miqdarda maddi, nemət olan pulu hədə-qorxu tətbiqi etməklə rüşvət kimi istəyib almışdır.
Eldar Mahmudovun bandasının tanınmış ismi Vəkillər Kollegiyasına üzv qəbul olundu Təzə vəkil Yasin Məmmədova hansı maddələrlə ittiham verilib?

Yasin Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin

182.3.1. - hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə;

182.3.2. - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;

rüşvət alma (passiv rüşvətxorluq)

311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən;

311.3.2. təkrar törədildikdə;

311.3.3. külli miqdarda törədildikdə;

311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə

– vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma

341.2.1. bir qrup şəxs tərəfindən törədildikdə;

341.2.3. ağır nəticələrə səbəb olduqda

maddələri ilə ittiham verilib.

Qeyd etdiyimiz kimi onun ittiham olunduğu epizodlar üzrə vurulmuş ziyan 10 milyon manatdan artıqdır.

MTN-ə aparıldı, Yasin Məmmədov istintaq etdi, özünü öldürdü!

Ən dəhşətlisi isə odur ki, Yasin Məmmədovun istintaqa cəlb etdiyi şəxslərdən Cahangir Məmmədov MTN-də qarşılaşdığı qanunsuzluqlara dözməyərək özünü öldürüb.

Zərərçəkən Cahangir Məmmədovun dəhşətli intiharı haqda o zaman mətbuatda məlumat verilmişdi. Bu həmin Cahangir Məmmədovdur ki, ailəsi onun heç bir günahı olmadan MTN tərəfindən həbs olunduğunu, 100 min ABŞ dollar verib canını qurtardığını, borcları ödəyə bilmədiyinə görə də evinin satıldığını demişdi. Ailəsinin ağır vəziyyətə düşdüyünü görən Cahangir Məmmədov əvvəlcə damarlarını doğrayıb, ikinci dəfə ürək nahiyəsindən özünü bıçaqlayıb. Bu dəfə xəstəxanada gözünü açıb sağ qaldığını görəndə, özünü xəstəxananın 5-ci mərtəbədən atıb intihar etmişdi.

Cahangir Məmmədov 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum olaylardan 3 ay əvvəl intihar edib. Ailənin tələbi odur ki, Cahangir Məmmədovun ölümünə səbəb olanlar cəzalandırılsın.

“Konkret mənim oğlumdan 100 min dollar pul istəmişdilər. Yasin Məmmədov oğluma deyib ki, bu qədər gətirməlisən”

Cahangir Məmmədovun anası 85 yaşlı Nərgiz Məmmədova 2017-ci ilin martında ölkə rəhbərliyinə müraciət ünvanlamışdı.

Həmin müraciətdən sitat:

“Oğluma və onunla birlikdə həbs elədiklərinə dedilər ki, dediyimiz pulu düzəldin, məhkəmədən şərti cəza ilə buraxılacaqsız. Konkret mənim oğlumdan 100 min dollar pul istəmişdilər. Yasin Məmmədov oğluma deyib ki, bu qədər gətirməlisən. Bir az qohum-əqrəbadan borc aldıq, bir az bankdan kredit götürdük. O biri oğlum Məzahir Məmmədov aparıb pulu Yasin Məmmədova verdi. MTN ləğv olunub, nə qədər adam işdən çıxarılıb, həbs olunub, amma mənim oğlumla bağlı saxta iş düzüb-qoşanlar, bizdən 100 min dollar alanlar, beləliklə də balamın ölümünə səbəb olanlar hələ də öz işindədir. Deyirlər ki, Yasin Məmmədov MSK-nın sədr müavininin qardaşıdır, buna görə ona toxunmurlar”.

Borcları qaytara bilməyib və özünü öldürməklə həyatına son qoyub!

Bu günə qədər də Cahangir Məmmədovun ailəsi, 2 övladı evsiz-eşiksiz ağır maddi vəziyyətdə yaşayırlar.

İttihama görə Yasin Məmmədov Cahangir Məmmədovun həbsindən sonra onun qardaşı Məzahir Məmmədovdan 100 min dollar pul alıb. 61 gün MTN-in İstintaq Təcridxanasında saxlanılan Cahangir Məmmədov həbsdən azad ediləndən sonra borcları qaytara bilməyib və özünü öldürməklə həyatına son qoyub.

“Mən qorxudan Yasin Məmmədova 300 mini toplayıb çatdıracağıma söz verdim”

Bu günə qədər mətbuatda Yasin Məmmədovun barəsində zərərçəkmiş şəxslər xeyli ittiham səsləndiriblər.

2018-ci ildə MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, polkovnik Füzuli Əliyev və digərlərinin cinayət işi üzrə məhkəmə araşdırması aparılarkən Yasin Məmmədovun adı zərgər Rauf Həsənovdan hədə-qorxu ilə 300 min dollar alınması epizodundada hallanırdı.

Dubaydan və Türkiyədən qızıl-zinət əşyaları gətirib, Bakıda Mərkəzi Univermaqda onların satışı ilə məşğul olan Rauf Həsənov o zaman demişdi ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini olmuş Füzuli Əliyev onu nazirliyə çağırıb, qızıl qaçaqmalçılığında günahlandırıb. Həbs olunmamasından ötrü 100 min dollar pul istəyib. Onun sözlərinə görə, ortada heç bir fakt, sübut olmasa da, qorxduğu üçün həmin pulu çalışıb verəcəyini deyib və buraxılıb. Amma pulu düzəldə bilməyib. İki-üç həftə sonra hüzr mərasimindən qayıdanda, quldurcasına onu ogurlayıb MTN-in Səbail şöbəsinə gətiriblər. Oradan da Füzuli Əliyev və işçiləri onu MTN-nin əsas binasına, İstintaq İdarəsinin müstəntiqi Yasin Məmmədovun yanına aparıblar. Müstəntiq də ona sənəd göstərərək həbs olunduğunu bildirib.

Zərərçəkən istintaqa ifadəsində deyib ki, Yasin Məmmədov ondan cinayət məsuliyyətinə cəlb olunmaması və sərbəst buraxılmasından ötrü bu dəfə 500 min dollar tələb edib. O, günahsız olduğunu, deyilən pulu ödəməyə maddi imkanı çatmadığını deyəndə isə, müstəntiq məbləği bir qədər də artırıb – 600 min. Rauf Həsənovun sözlərinə görə, bir neçə saat davam edən təzyiq, hədə-qorxudan sonra Yasin Məmmədov rəisinin 300 min dollara razılıq verdiyini söyləyib: “Yasin Məmmədov hədə tonunda dedi ki, evimizdə axtarış aparacaqlar. Dedim ki, anam xəstədir, xahiş edirəm, belə şey eləməyin. Söhbət əsnasında Yasin dedi ki, səhər tezdən banklar açılan kimi gedib 300 min dollar kredit götürüb çatdırım. Biz Yasinlə söhbət eləyəndə Füzuli Əliyev də dəfələrlə gəlib-gedir, söhbətin nəticəsi ilə maraqlanırdı. Mən qorxudan Yasin Məmmədova 300 mini toplayıb çatdıracağıma söz verdim və MTN-dən çıxdım”.

“Yasin Məmmədov zəng eləyib dedi ki, puldan 200 dollar çatmır”

Zərərçəkənin dediyinə görə, həmin gecə dost-tanışdan pul toplayıb, 300 min dolları düzəldib və Yasin Məmmədova zəng edərək, pulun hazır olduğunu deyib. Onlar nazirliyin binasının yanında – Mərkəzi Klinik Xəstəxananın qapısında görüş təyin ediblər. Görüşə Yasin Məmmədov və Füzuli Əliyev birlikdə gəlib. Zərərçəkən deyir ki, 300 min dolları manata çevirib, pul dolu sellofan torbanı şəxsən Yasin Məmmədova özünə verib: “Qayıdıb evə çatandan təxminən yarım saat sonra Yasin Məmmədov zəng eləyib dedi ki, puldan 200 dollar çatmır. Yenidən ora qayıdıb Yasin Məmmədova 200 dolları verdim”.

Bu hadisə 2010-cu ildə baş versə də, o vaxt götürdüyü borcları hələ də verib qurtara bilmədiyini deyən Rauf Həsənovun sözlərinə görə, həmin olaydan sarsılan anası bir qədər sonra dünyasını dəyişib.

İttihamın Yasin Məmmədova aid hissəsində onun İbrahim Zeynalovdan 10 milyon dollar, Rauf Həsənovdan 300 min dollar, Orxan Abdullayevdən 50 min manat, Sərdar İsmayılovdan 55 min dollar, Əfsəl Həsənəliyevdən 50 min dollar, Azad Rəşidovdan 50 min dollar, Məhəmməd Hüseynovdan 20 min manat və Ağasalam Ağamalıyevdən 50 min manat aldığı, mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri arasında bölüşdürüldüyü qeyd olunur.

Və sonda

Dünyaca məşhur “Xaç atası” romanının müəllifi, tanınmış amerikalı yazar və ssenarist Mario Pyuzonun vəkillərlə bağlı məşhur deyimi var: - Vəkil çatnasındakı sənədlərin köməyi ilə min əli silahlı, üzü maskalı banditdən artıq pul qamarlaya bilər.

Mario Pyuzo Azərbaycan Vəkillər Kollegiyasına üzv qəbul edilən Yasin Seyfulla oğlu Məmmədovun ittihamnaməsini nəzərdə keçirsə, fikirlərinə - üzü maskalı banditlərin qazancı ilə bağlı hissəsinə heç şübhəsiz ki, yenidən baxmalı olar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vilayət Eyvazovdan Ramiz Zeynalovun rəis bacısı oğlunun yerinə TƏYİNAT - ƏMR
Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

"Zamantv.az" manset.az-a istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmri ilə polis mayoru Vüqar Orucov Tovuz rayon 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin ("MERO") rəisi təyin edilib.

Qeyd edək ki, bir müddət öncə nazirin əmri ilə, Tovuz rayon 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin ("MERO") rəisi Xəqani Əsgərov vəzifəsindən azad edilərək təqaüdə göndərmişdi.

Xatırladaq ki, Xəqani Əsgərov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda “Doymak” makaronunun içindən həşəratlar çıxdı -
Zamantv.az Bakıda mağazdan alınan makaronun içindən müxtəlif həşəratlar çıxıb.

Sfera.az-a bu barədə paytaxt sakini Z.Ə (ad şərtidir) məlumat verib. Məlumatda bildirilib ki, "Doymak" şirkətinə məxsus iki bağlama makaronun içərisində müxtəlif həşəratlar olub. Alıcı bunun fərqinə qablaşdırmanı açdıqdan sonra varıb:

"Təəssüf ki, qablaşdırmanın içərisində müxtəlif həşəratların olduğunun fərqinə evə gəldikdən sonra vardıq. Makaronu tamamilə qurd basmışdı, qətiyyən yeyiləsi halda deyildi. Ona görə də hər iki qutunu zibil qabına atdım".
Bakıda “Doymak” makaronunun içindən həşəratlar çıxdı -
Şikayətçinin sözlərinə görə, türk istehsalı olan məhsullarda belə hallara rast gəlinmir:

"Aldığımız makaron deyəsən, Azərbaycanda istehsal olunub. Çünki türk istehsalı olan məhsullarda belə halla rastlaşmamışam. Belə edirlər, sonra da yerli məhsulları alan olmur".

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO