[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda çörək bahalaşacaqmı? - günün başlıca SUALI..

"Zamantv.az" xəbər verir ki, Dünəndən etibarən sosial şəbəkələrdə müəyyən ticarət şəbəkələrində çörəyin və un məmulatlarının bahalaşması haqda xəbərlər tirajlanır.
Hərçənd virtualaz.org saytının müxbirləri bir çox mağazalara və supermarketlərə baş çəkiblər və qiymətlərin hələ dəyişmədiyinin şahidi olublar.

Məlum olduğu kimi Azərbaycanda çörəyin və un məmulatlarının qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir, dünya bazarında buğdanın və unun qiymətindən asılıdır. Bəs Azərbaycan istehsalçıları başqa qonşu ölkələrdə olduğu kimi çörəyin qiymətini artıra bilərmi? Bazarın qanunlarını heç kim dəyişdirə bilməz, Azərbaycan hökuməti isə onsuz da uzun müddətdir çörəyin qiymətini sabit saxlamağa çalışıb, bunun üçün qiymət siyasətinə təsir göstərən bütün alətlərdən istifadə edib.

Azərbaycan istehsalçıları hələ qiymətləri artırmağa tələsmir...

Bəli, çörəyin bahalaşması haqda belə həyacan dünya bazarlarında buğdanın qiyməti ilə bağlı yaranmış situasiya barədə redaksiyamızın hazırladığı məqalələrdə də hiss edilirdi. Qlobal buğda qıtlığı aparıcı taxıl məhsullarının qiymətinin artmasına gətirib çıxarıb.

Azərbaycan hökuməti qiyməti sabit saxlamaq üçün bütün mümkün addımları atıb. 2020-ci ilin martından başlayaraq hökumət buğda təchizatı ilə məşğul olan şirkətlərə 12 ay ərzində 6,2 milyon manat subsidiya ayırıb, hansı ki, bu subsidiya 58,2 milyon manat həcmində kreditə əlavə edilib. Məqsəd ölkədə kifayət qədər həcmdə strateji taxıl ehtiyatı yaratmaq olub. Sonra ərzaq buğdası təchizatçılarına subsidiyaların ödənilməsi müddəti 12 aydan 24 aya qədər artırıldı. Əlavə olaraq göstərilən müddət ərzində həmin təchizatçılara kreditlər üzrə faiz qismində dha 7,3 milyon manatın ayrılmasına qərar verildi. Qiymətlərin artmasının qarşısını almaq üçün buğda idxalı və satışının, buğda ununun istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü il yanvarın 1-nə qədər uzadıldı. Ərzaq buğdasının və unun ixracını əngəlləmək üçün isə hər ton un və buğdanın ixracına 200 dollar həcmində ixrac rüsumu tətbiq edildi. Müqayisə üçün qeyd edək ki, Rusiyada bu rüsum 100 dollardan aşağıdır.

Belə görünə bilərdi ki, bütün bu tədbirlər qiyməti sabit saxlamaq üçün kifayət edəcək. Lakin hökumət artan bazar tələbatına cava olaraq əlavə tədbirlər də gördü. Belə ki, subsidiyaların orta aylıq idxal hesabatları əsasında yeni mexanizmlər üzrə ayrılması və paylanması prosesi başladı. 2021-ci il fevralın 1-dən noyabrın 1-nə qədər un istehsalı ilə məşğul olan 37 təsərrüfat subyektinə 35,7 milyon manat ödənilib. Ötən ilin sonlarından başlayaraq isə bu məbləği 39 milyon manata çatdırmaq proqnozlaşdırılırdı. (Son statistika məlum səbəblərdən hələ yoxdur,-red.) İl ərzində ödənilən subsidiyanın məbləği 74,7 milyon manat təşkil etməli idi.

Lakin təəsüf ki, hətta bu tədbirlər də buğdanın qiymətinin qlobal miqyasda artmasından irəli gələn bahalaşmanın qarşısını almaq üçün kifayət etmir. Axı bunun qarşısını necə alasan ki, hazırda Azərbaycanın əsas buğda təchizatçısı olan Rusiyadan idxal edilən ərzaq buğdasının tonu 338 dollardır. Nəticədə daxili bazarda qiymətlər bütün proqnozlara görə, əhəmiyyətli ölçüdə artmalıdır. Belə ki, 50 kiloqramlıq unun topdansatış qiyməti 35,9 manata (tonu 718 manat) çatmalıdır. Bu isə ənənəvi 500 qramlıq çörəyin qiymətinin 50 qəpiyə, 650 qramlıq çörəyin isə 65 qəpiyə qalxması deməkdir. Çörəyin bahalaşması əlbəttə, qlobal pandemiya və ərzaq böhranı şəraitində yaxşı heç nə vəd etmir. Lakin dünyada qiymətlərin bu cür artmasından sonra da çörək Azərbaycanda bir çox ölkələrə, o cümlədən qonşu ölkələrə nisbətən daha ucuz olacaq.

Məsələn, həmin 500 qramlıq çörək Gürcüstanda Azərbaycan valyutası ilə hesabladıqda 0,57-0,66 manat, Rusiyada 1 manat, Ukraynada 1,26-1,46 manat, Qazaxıstanda 0,51-0,56 manat, Ermənistanda isə 0,81 manatdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zəngəzur dəhlizinin açılması: Rusiya xarici işlər nazirinin müavini “vahid paket”dən danışdı - İNCƏLƏMƏ...

Zamantv.az - Ötən gün Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası üzrə işlər çərçivəsində birgə infrastruktur təşəbbüslərinin parametrlərinin işlənib hazırlanması haqda danışıb.

“İlk növbədə mən bunu qeyd etmək istəyirəm ki, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üzrə işlərin ən başlıca istiqamətlərindən biridir. Mahiyyətcə, söhbət hər iki ölkənin dinc yanaşı yaşamadan konkret praktiki fayda əldə etmək imkanlarından gedir. Rusiya bu prosesin bilavasitə iştirakçısıdır”, - nazir müavini bildirib.

Rudenko xatırladıb ki, 2021-ci ilin yanvarında Moskvada keçirilən üçtərəfli görüşdə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi altında işçi qrup yaradılıb.

“Bu mexanizm çərçivəsində regionda həm dəmir yol, həm avtomobil yolunun açılması üçün mühüm hazırlıq işləri görülüb. Hazırda vahid “paket” üzərində “şlifovka” işləri gedir. Belə yanaşma qəbul edilən qərarların dayanıqlığını təmin edəcək”, - Rudenko qeyd edib.

Xatırladaq ki, ötən il noyabrın 26-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Soçidə baş tutmuş üçtərəfli görüşündə Zəngəzur dəhlizinin dəmir yol hissəsinin açılmasına dair praktiki razılaşma əldə edilmişdi. Ermənistan artıq bu dəmir yolunun öz ərazisindən keçən hissəsinin bərpası üçün hazırlıq işlərinə başlayıb, Azərbaycanda isə Horadiz-Ağbənd dəmir yolunun bərpası işləri hələ hərbi əməliyyatların başa çatmasından qısa zaman sonra başlamışdı. Və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.

Naxçıvana Azərbaycandan avtomobil yolunun açılması məsələsində isə hələlik qeyri-müəyyənlik qalır. Ən başlıcası, bu yolun marşrutu məlum deyil. Ermənistan tərəfi bir neçə ay əvvəl bildirmişdi ki, Naxçıvana quru yolunun Laçın-Gorus marşrutunu təklif edir. Hansı ki, bu yolla Naxçıvanın Şahbuz rayonunun Biçənək rayonuna çıxmaq mümkündür. Bu marşrut İran sərhədi boyu uzanan və dəmir yoluna paralel marşrutdan xeyli uzaqdır, ona görə də iqtisadi baxımdan əhəmiyyətli azalır. Lakin məlum olanı budur ki, Zəngəzur dəhlizinin bir hissəsi kimi Naxçıvana, oradan isə Türkiyəyə birləşəcək quru yolunun açılması məsələsinə də erməni tərəfinin bu və ya digər formada razılıq verməsi qaçılmaz olacaq.

İndi isə Rusiya xarici işlər nazirinin müavini “vahid paket” barədə danışır və bu paketə çox güman ki, Naxçıvana dəmir yolunun açılması ilə eyni vaxtda Azərbaycan üzərindən Ermənistana dəmir yol əlaqəsinin də bərpası daxildir. Bu dəmir yolu isə həm də Rusiyanın Ermənistanla birbaşa quru əlaqəsini təmin edəcək.

“Vahid paketdə” görünür həm də bu dəmir yollarında hərəkət rejimi, yüklərin daşınmasına tətbiq ediləcək tariflər, yaxud ümumiyyətlə tarifsiz rejim kimi məsələlər öz əksini tapmalıdır. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Zəngəzur dəhlizində də Laçın dəhlizində olduğu sərbəst gediş-gəliş rejiminin mövcud olması şərtini irəli sürüb. Bu isə o deməkdir ki, Azərbaycandan Naxçıvana gedən yüklərdən gömrük rüsumları tutulmamalıdır. Erməni tərəfi isə daha əvvəl bildirirdi ki, əgər belə olarsa o zaman Azərbaycandan Ermənistana daşınan yüklərdən də rüsum tutulmamalıdır. İndi bütün bu məsələlər Rudenkonun bəhs etdiyi “paketdə” öz əksini tapacaq və gözləmək olar ki, yaxın aylarda artıq nəqliyyat kommunikasiyalarının açılmasına dair ilk razılaşma imzalanacaq.
virtualaz.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tətildən sonra tənbəllik sindromu: - Necə xilas olmalı...
Zamantv.az : - 5 günlük tətil başladı. İl boyu işləməyə öyrənən, ofisdən çıxmayan, kompüter qarşısından durmayanlar da məcbur olub tətil edəcək. Bu tətil harasa səfər etmək, səyahət etmək olmasa belə, işləməyə öyrəşən insanlar tətildən sonra işə adaptasiya ola bilmir. Əvvəlki əmək qabiliyyətini geri qaytarmaq, əvvəlki kimi işləyə bilmək üçün tətilin iki qatı qədər zaman ehtiyac olur.
Tətildən sonra işə necə adaptasiya olmalı?

Psixoloq Rəvanə Quliyeva Bizimyol.info saytına açıqlamasında bildirib ki, tətildən sonra yaşanılan tənbəllik, işləməyə həvəsin olmaması, işə adaptasiya olmaqda çətinlik “tətildən sonra” sindromu adlanır. Mütəxəssis bildirir ki, bu sindromu daha çox işini sevməyən ancaq işləməyə məcbur olan şəxslər yaşayır. İşini sevərək edənlər isə, aradan bir aya keçsə belə yenə əvvəlki kimi işini görə bilir.

“Tətildən sonra çətinlik yaşadığınızı düşünürsünüzsə, tətilə başqa formada yanaşın. Düşünün ki, bu 5 gün sizin yeni ildə daha yaxşı işləməyiniz üçün dincəlmə istirahət dövrüdür. Tətildə “kaş ki, hər zaman tətil olaydı” deyib, istirahət etsəniz, işinizi əvvəlki kimi görə bilməzsiniz. Tətili siz güclənməyiniz üçün, beyninizin rahatlaşması üçün olan bir müddət kimi dəyərləndirin. Tətildən qayıtdıqdan sonra isə birdən-birə ağır işin altına girməyin. İşə sakit-sakit, özünüzü gərginləşdirmədən başlasanız heç bir problem yaşamayacaqsınız. Tətildən sonra işə başladığınız zaman özünüzə qısa fasilələr edin. Gəzin, kofe için, hava alın və yenidən işinizə qayıdın” - deyə psixoloq bildirib. Onun sözlərinə görə, bəzən insanlar tətillə, iş arasında balansı qoruya bilmir. Unudurlar ki, istirahət və əyləncə tətildə olur. İş zamanı isə, işləmək lazımdır.

Ən gözəl və ən unudulmaz tətilin təsiri 3 həftə davam edir. Buna görə də, tətili düşünüb işləməmək, insanı bir çox fəaliyyətlərdən geri atar.

“Tətildən sonra bəzən insanlarda yuxusuzluq, istəksizlik, dözümsüzlük müşahidə edilir. Bəzi şəxslərdə isə, baş ağrısı, həzm sistemi problemləri, əzələ ağrıları, səhərləri yorğun oyanma, tez əsəbləşmə, motivasiyanın azalması, sosial münasibətlər çətinlik, əsəb-hirs və s. görülür. Bu vəziyyətləri iş yerində yaşamamaq üçün işə qayıdacağınız gündən bir gün əvvəl evə qayıdın və özünüzü iş üçün hazırlayın. İşə getmək üçün yuxudan tez durun. Beləcə tətildən sonra ilk iş günü işə gecikməyin stresini yaşamış olmazsınız. Tətil bitdi deyə evə qapanmayın. Gün ərzində işdən sonra qısa da olsa piyada gəzin. Şəhərdə hərhansı bir üzgüçülük hovuzuna gedin. Tətilin verdiyi xoş hisslərin fonunda işdən uzaqlaşmaq, iş dəyişdirmək kimi radikal qərarlar verməyin” - deyən psixoloq bildirib ki, bu halı hamı yaşaya bilər. Buna görə də, tətildən sonra işə adaptasiya olmaq üçün sadəcə zamana ehtiyac var. Sonra görəcəksiniz, yenə işinizin başındasınız.

Psixolqun da dediyi kimi, ən gözəl tətil belə 3 həftəyə unudulur. Odur ki, işə sarılın. Çünki insana yaşam motivasiyasını iş verir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Goranboyda məktəb direktorun "Peraşqi" biznesi - İDDİA!

"Zamantv.az" bildirir ki, Goranboy rayonun M.Fərmanov adına Xoylu kənd tam orta məktəbinin direktoru Sarvan Bayramov sabiq polis əməkdaşı İsamyılov Vüqar Sadıq oğlu ilə əlbir olaraq, məktəbdə peraşki biznesi qurublar.
Bu haqda Dünyanınsəsi.Az saytına Xoylu kənd sakinləri tərəfindən maraqlı məlumat daxil olub.
Kənd sakinləri qeyd edirlər ki, M.Fərmanov adına Xoylu kənd tam orta məktəbinə Bayramov Sərvan direktor təyin ediləndən sonra sabiq polis əməkdaşı İsmayılov Vüqar Sadıq oğlu ilə əlaqəyə girərək məktəbi özlərinin şəxsi biznes mənbəyinə çeviriblər.
Belə ki, İsamyılov Vüqar Sadıq oğlu məktəbin bufetində antisanitar, heç bir gigiyenik normalara cavab verməyən şəraitdə mənşəyi məlum olmayan tullantı yağlarla "peraşki" istehsalı ilə məşğuldur.Şagird bufetdə satılan hər hansı bir ərzağın yararlığına kim zəmanət verə bilər ki, 200-300 şagirdi olan məktəb kontigeni arasında kütləvi zəhərlənmə halları olmasın? Pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun olarq bu təhsil ocağı ictimai iaşə müəsissəsinə çevirilibsə bir sıra qaydalara niyə rəayyət edilmir? Kafe-restoranlarda, mehmanxanaların və təhsil müəssisələrinin nəzdindəki ictimai iaşə sahəsində əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir.
İaşə məkanının giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir. Müəssisə daxilində 2 metrlik sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir.
Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafənin isə 2 metrdən az olmaması şərtdir. Eyni zamanda, hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə müəssisəyə müştəri qəbulu ilə bağlı məlumatlar öz əksini tapmalıdır.
İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.
Həmçinin masalarda ümumi istifadədə olan duzqabı, istiotqabı, salfetqabı kimi əşyalar əvəzinə tək istifadəlik duz, istiot, salfet və digər məhsullar qoyulmalıdır. Hər bir masada əllərin mütəmadi dezinfeksiyası üçün vasitələr mütləq olmalıdır.
Bununla bağlı olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti qurumlarla birlikdə mütəmadi olaraq maarifləndirici monitorinqlər keçirir. Monitorinqlər zamanı sahibkarlıq subyektlərində metodiki göstərişlərin tələblərinə əməl edilməsi vəziyyəti öyrənilir, sahibkarlara Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələbləri izah edilir.Əfsuslar olsun ki, yuxarıda qeyd edilən tələbləri Xoylu kənd tam orta məktəbinin direktoru heç vecinə də almır.
Redaksiya olaraq inaırıq ki, AQTA-nın Gəncə Regional Bölməsinin rəhbərliyi eləcə də Goranboy rayon təhsil şöbəsinin müdiri Seymur Nazarov sözügedən problemlə bağlı məktəbdə monitorinq keçirib bu antisanitar şagird bufetin fəaliyyətini tam təftiş edəcəkdir.
Faktla bağlı qarş tərəfin də söz haqqını tanıyırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dərmanların qiyməti niyə bahalaşıb?! - ARAŞDIRMA
Zamantv.az - "Dərmanların qiyməti elə bahalaşıb ki, həkimin yazdığı dərmanların yarısını almışam, yerdə qalanlarına da pul çatmadı deyə pensiya veriləndə alacağam."
Bu sözləri 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) yaxınlığında yerləşən aptekdən dərman alan Qətibə Müslümova deyir. Həkimin ona yazdığı 5 dərman preparatından üçünü almağa pulu ancaq çatan Q.Müslümova hər ay pensiyasının xeyli hissəsini dərman almağa xərclədiyini bildirir...
Sputnik Azərbaycan-ın dərman preparatlarının qiyməti ilə bağlı paytaxtda apardığı sorğu zamanı dərmanların qiymətinin son dövrlər bahalaşdığı, bəzi dərman preparatlarının isə ümumiyyətlə tapılmadığı üzə çıxıb...

Öncə yolumuzu 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yerləşən apteklərdən salırıq. Xəstəxananın ətrafında çoxlu sayda aptek olduğundan tibb müəssisəsindən çıxan xəstələrin mütləq əksəriyyəti həkimlərin onlara yazdığı reseptlərlə ətrafdakı apteklərə yaxınlaşırlar. Apardığımız müşahidələr göstərdi ki, aptekə daxil olan xəstələrin çoxu dərmanların qiymətini öncə kassada hesabladır, daha sonra alıb-almamaq barədə qərar verirlər.
Qətibə Müslümova da həmin xəstələrdən biridir. O, Sputnik Azərbaycan-a bildirib ki, dərmanların ikisini almağa pulu çatmadığından pensiyasının köçməsini gözləyəcək: "Həyat yoldaşıma da həkim dərman yazıb. Bir ayda iki xəstənin dərmanını almağa imkan olmur. Ona görə də bu ay həkimə gedib dərmanlarımızı gələn ay alırıq".

Q.Müslümova dərmanların qiymətinin bahalaşmasından da şikayətlənir. Deyir ki, dərman preparatlarının qiymətində son bir ayda daha çox artım var: "Əvvəl 17 manata aldığım dərman 21 manat olub. Dərmanlar da ərzaq kimi hər gün bahalaşır".
Şiraslan Rüstəmov da təqaüdçüdür. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həm özü, həmçinin də həyat yoldaşının səhhətində problemlər var. Dərman isə çox baha olduğundan almağa maddi imkanları çatmır.

Apteklərdən birindən dərman alıb çıxan paytaxt sakini Fətəliyev Qərib aldığı dərmanlara 64 manat pul xərclədiyini bildirdi. Onun sözlərinə görə, son bir ayda dərmana 440 manatdan çox pul xərcləyib: "Dərmanların qiyməti çox bahadır. Alıb istifadə edə bilmirik. İndi aptekə girib bir neçə dərman aldım, 64 manat pul tutdu. Bu da qəbzi, baxa bilərsiniz..."
Gənc valideyn Könül Orucova isə bildirdi ki, ötən ay uşaq üçün 9 manat 90 qəpiyə aldığı "Depovit" preparatını dünən 10 manat 30 qəpiyə alıb. 3 manat civarında olan Anaferon preparatının qiyməti isə 9 manata çatıb. "Prospan" adlı öskürək əleyhinə preparat isə 7 manat 40 qəpikdən 8 manat 40 qəpiyədək bahalaşıb.
Digər sorğu iştirakçısı isə "Epivulan-500 mg" dərman preparatının son bir ildə 22 manatdan artaraq 25-30 manat olduğunu bildirdi.

Paytaxt sakini Müşviq Abdulla deyir ki, koronavirusun müalicəsində qandurulducu kimi istifadə olunan və çox zəruri preparat sayılan "Kleksan" iynəsi 2020-ci ilin avqust ayında apteklərdə 6,5-7 AZN-ə təklif olunurdu: "Tələbatın artmasından istifadə edib hazırda apteklərdə və xəstəxanalarda "Kleksan"ı pasiyentlərə 25-26 manata satırlar. Halbuki, "Kleksan" xəstələrə pulsuz verilməlidir".
Bəzi dərmanlar qəhətə çəkilib
Sorğumuzda iştirak edən digər respondentlər isə dərmanların əksəriyyətini tapmadıqlarından şikayətləndilər. Onların sözlərinə görə, apteklərdən "NormaKids", "Ventalin", " Acc", "Alfa " ,"Vizin", "Vikasol", "Doktor MOM", "İmodum", "Ulkavis", "Reqidron"," "Finlepsin", "Mukossi" hətta bor-spirt məhlulu, rvanol, marqans kimi vasitələr də yoxa çıxıb. Paytaxt sakinləri bildirdilər ki, apteklərdən onlara sadalanan dərman preparatlarının firmalar tərəfindən gətirilmədiyi bildirilib.

Apteklərdən bizə də verilən cavab təxminən eyni oldu. Sadalanan dərman preparatlarının hansı səbəbdən satılmadığını soruşduqda, firmaların həmin dərman preparatlarının ölkəyə gətirilməsinə gələn ildən başlayacağı deyildi. Aptek satıcılarının sözlərinə görə, onlar dərman firmaları və depolardan daxil olan dərmanları satırlar. Sadalanan dərman preparatları isə bir neçə aydır ki, apteklərə satışa verilmir.
Depolar isə gömrükdə yaranan problem üzündən bəzi dərman preparatlarının ölkəmizə idxalının ləngidiyini söylədilər.
Apteklər and-aman edir ki...
O ki qaldı dərmanların qiymətinin baha olmasına, apteklər 20 faiz dərmanların qiymətində dəyişiklik olduğunu bildirdilər. "Şəfa" aptekdən əczaçı bildirdi ki, dərmanların 20 faizinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Yerdə qalan dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyindən, qiymət artımından söhbət gedə bilməz!
Cədvəldə bir qiymətdir, aptekdə bir qiymət
Vətəndaşların qiymət artımından şikayətləndiyi bir neçə dərman preparatı ilə bağlı araşdırma apardıq. Tarif Şurasının saytında yer alan, "dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri cədvəlində" Rusiyanın istehsalı olan "ANAFERON INTERFERON" 3 mq sorma tabletin topdansatış qiyməti 6,59, pərakəndə satış isə 7 manat 91 qəpik göstərilib. Eyni adlı dərmanın uşaqlar üçün olanı isə cədvəldə topdansatış qiyməti 6 manat 72 qəpik, pərakəndə satış isə 8 manat 6 qəpik göstərilib. Halbuki, bu gün satışda bu adda dərman preparatı 8 manat 40 qəpik, 9 manatdan ucuz satılmır.

"Epivulan-500 mg" dərman preparatının isə cədvəldə qiyməti 23-25 manatdır. Bu gün bu dərman preparatı satışda 25-30 manata təklif olunur.
"Kleksan" inyeksiya üçün məhlulun iki ədədinin 0,2 ml şprisdə topdansatış qiyməti isə Tarif Şurasının qiymət cədvəlində 5 manat 62 qəpik, pərakəndə satışda 6 manat 74 qəpik göstərilib. 0,4 ml şprisdə isə topdansatış qiyməti 11 manat 88 qəpik, pərakəndə satışda 14 manat 26 qəpik təşkil edir. Amma bu qiymətə satışda "Kleksan" tapmaq müşkül məsələdir.
Dərdimizi kimə deyək?
Apteklərdən də Sputnik Azərbaycan-a bildirdilər ki, "Kleksan"a koronavirus xəstələri tələbatı artırıb. Ona görə də bu inyeksiya elə depolardan baha gəlir.
Apardığımız araşdırma zamanı bəlli oldu ki, apteklərdə dövlət tərəfindən qiyməti tənzimlənən dərman preparatlarının əksəriyyətinin qiyməti bahadır.
Tarif Şurasından isə bildirdilər ki, belə hallar olduqda vətəndaşlar öz şikayətlərini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bildirə bilərlər. Bu zaman həmin apteklərə qarşı qanunamüvafiq tədbir görüləcək.

Qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də İcbari tibbi sığorta xidmətləri göstərilir. İcbari Tibbi sığorta hazırda təxirəsalınmaz təcili yardım, ilk yardım, ambulator müayinə və stasionarda yatışın xərclərini ödəsə də gələcəkdə ambulator xəstələrin dərman preparatlarını da pulsuz alması nəzərdə tutulur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi qrupunun rəhbəri Könül Ələkbərov jurnalistlərə açıqlamasında bildirib ki, ambulator, yəni evdə müalicə alan xəstələr resept üzrə dərmanları aptekdən öz hesabına almalıdır:

"Bəzən xəstələr özlərində hiperdiaqnostika aparmağa meyilli olurlar. Özləri KT, MRT, rentgendən keçir, əməliyyat olunmaq, xəstəxanada yatmaq istəyir. Amma ailə həkimi müayinə edib, adi bir soyuqdəymə, keçici bir hal olduğunu təyin edir, resept yazır və evə müalicəyə göndərir. Lakin çox xəstələr bununla razılaşmır. Səbəb məlumdur. Məsələn, xəstə antibiotik içməlidir. Bu müalicəyə özü xərc çəkməsin deyə, stasionarda yatış tələb edir. Çünki orada dərmanlar da pulsuzdur. Bu xəstəxanaların yüklənməsi, xərclərin çoxalmasına səbəb olur, insanlar icbari tibbi sığortadan şikayət etməyə başlayır".
Ələkbərovun sözlərinə görə, yaxın gələcəkdə icbari tibbi sığorta dərman təminatını da pulsuz edəcək, elektron resept qüvvəyə minəcək. Xəstə həkimin yanından çıxıb aptekdə şəxsiyyət vəsiqəsini göstərəcək, əczaçı sistemdə dərhal həkimin reseptini görəcək və ona uyğun da dərmanlarını pulsuz verəcək. Bu zaman xəstələrin özbaşına lazımsız dərmanlar almasının da qarşısı alınacaq. Reseptlər onlayn olanda, dərmanlar pulsuz veriləcək, bununla da insanların, xüsusən rayonlarda pasiyentlərin xəstəxanaya düşmək istəyi də sönəcək.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"2 aydır canımı boğazıma yığıblar..." - GİLEY
Zamantv.az - "Mənim şikayətim 2 aydır canımı boğazıma yığmış "Kia servis"dəndir. Gənclik filialından..."Bu barədə Dəniz Kirşani adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında qeyd edir.
"2 aydır canımı boğazıma yığıblar..." - GİLEY
Daha sonra narazı vətındaş yazır: "Maşının injektorunun işığı yanır. Gedirəm servisə, kompüterlə baxıb "oşibka verib" deyib işığı siıib göndərirlər evə. Hər dəfə evakuatora 35 manat verib aparıram,deyirəm avtomobilim getmir, yoxuşu qalxmır. Silib göndərirlər. Axırı tamam xarab oldu.Yenə apardım dedilər bizlik deyil apar Bakıxanov filialımıza.Orda nömrə veriblər yığmışam deyiblər "gətirin".Evakuatorla götürmüşük Bakıxanova.Orda menecer qarşıladı.Dedi biz baxmırıq bu maşınlara.Servis maşını deyil.Dedim necə yəni axı indicə danışdım dediniz "gətir".Zəng etdiyim nömrəni də göstərdim Menecer dedi bizdə heç belə nömrə də yoxdur.Zəng et o nömrəyə de ki,gəlmişəm çıxın qarşılayın.Zəng etdim,etdim ..açmadılar ,məşğul etdilər.Evakuatora da hələ ortada heç nə yox pul gedib.Dedim daha gətirmişəm xahiş edirəm,problemi budur budur..həll edin .Mənə dedi dediyiniz problemlər təxmini 4000-5000manatlıq problemdir.Etdirmədim.Kor peşman evakuator sürücüsünün sıradan bir hunday ustası vardı.Apardıq ora.Mən başa düşə bilmirəm servis öz markası olan avtomobildən başı çıxmırsa nəyə yarayır?Nə üçündür?Çox ayıb olsun dolandırıcılara!Axır gətirib adi bir ustaya 60 manata düzəltdirmişəm. "Kia motors"un Azərbaycandakı üz qaralarının bacara biımədiyini Şəkili qoca bir usta 20 dəqiqəyə həll etdi...
Getməyin o servisə.... Başları heç nədən çıxmır".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.(dia.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Rəhbər dinləyicinin istəklərini nəzərə almır” - Tanınmış aparıcı
Zamantv.az- 16 ildən artıqdır radiodan səsini eşitdiyimiz, son illər bir çox seriallarda kəndli qız obrazları ilə tanınan Aygün Akif AYNA-nın qonağı olub.
- Hər kəs bir cür, radio adlı sehirli qutuya düşür. Necə oldu 16 il öncə radio aparıcı seçildiniz? Kimsə sizi kəşf etdi, yoxsa seçim yolu ilə bu sahəyə gəldiniz?

- Mən televiziyada çalışırdım. Mənə dəfələrlə deyirdilər ki, “sənin səsin radioya uyğundur, bəlkə özünü bir sinayasan?”. Mən də cəhd elədim. “Radio Antenn”ə CV-mi göndərdim, çağırdılar. İlk iş görüşməsində səsimi bəyəndilər və işə qəbul etdilər. 1 həftə sonra efirə çıxdım. O gündən bu sehirli qutuya vuruldum. Onu da qeyd edim ki, Rafiq Hüseynov, Qulu Məhərrəmli, Aynur Kərimova və digər bir sıra məşhur diktorlardan dərs almışam.

- Bu gün radio məkanından razısınız? Yəni verilişlərdən və aparıcılardan?

- Bu gün radio məkanında dinləyici rəyi nəzərə alınmır. Hər rəhbər öz fikrini irəli sürür. Amma radionu dinləyən, reytinqini yüksəldən dinləyicilərin istəyi nəzərə alınmır. Nəticədə veriliş reytinqdən düşür. Təəssüf ki, bu gün radiolarda olan verilişlərdən razı deyiləm.

- Hazırda radiolarda demək olar ki, eyni saatlarda, eyni formatda verilişlər yayımlanır. Normal qəbul edirsiniz bunu?

- İndi həm radio, həm də TV-lər sponsor üçün çalışır. Bəlkə bundan dolayı eyniliklər olur. Ona artıq rəhbərlik qərar verməlidir. Çünki bütün verilişlər onların razılığı ilə efirdə buraxılır. Əvvəl bizim radioda 2 bəy və mənim aparıcılığımla az informasiya və bol gülüş olan “Üçü birində” adlı verilişimiz var idi. O zaman yeganə veriliş idi ki, bağlansa da, dinləyicilər bu günə kimi həmin verilişin bərpa olmasını xahiş edirdilər. Təəssüf ki, indi bu cür verilişlər yoxdur.

- İşlədiyiniz radioda bir müddət ciddi sıxıntılar oldu. Hətta dalğanı da dəyişdiniz. Amma heç bir yerə getmədiniz…

- Rəhbərliyimizi çox sevir və hörmət edirdik. Təbii ki, bu, qarşılıqlı idi. Hər zaman sadiq qaldıq.

- Dalğa dəyişəndə dinləyici itirdiniz. Əvvəlki reytinqi geri qaytarmaq çətin deyildi?

- “Üçü birində” verilişi olanda itirdiyimiz bütün dinləyicilər bizi axtarıb tapdılar. Amma veriliş bağlanandan sonra biz dinləyicilərimizi itirdik. Hətta deyərdim, çox itirdik. Təəssüf ki, dinləyici həmin verilişi çox arzulayır. Ondan sonra heç bir veriliş və aparıcı o reytinqi qazanmadı.

- Bəs sponsorları necə? Onlar da getdilər?

- Bəli. Bütün sponsorlar getdilər.

- Deməli, hazırda səhərlər aparıcısı olduğunuz verilişin əvvəlki reytinq yoxdur?

- Təəssüf ki, yox.

- Aygün Akif həm də aktrisa kimi fəaliyyət göstərir. Bir az da bundan danışaq…

- Aktrisa kimi məni rejissor Ramin Hacıyev kəşf etdi. O, “Üçü birində” verilişinin dinləyicisi idi. Sonra məni seriallarından birinə dəvət etdi. Əvvəl bacarmaram deyə tərəddüd etdim. Amma Ramin Hacıyev elə istedadlı rejissordur ki, onun çəkdiyi cizgi filminə də çəkilərəm. Məndə elə bir obraz (Tutu) yaratdı ki, bu günə kimi məni o adla cağırırlar.

- Filmlərdə adətən kəndli qız obrazını oynayırsınız. Təsadüfdür, yoxsa zərurət?

- İlk obrazımı oynayandan sonra rejissorlar məni ancaq kəndli qız obrazında görürlər (gülür – T.X.). İkinci serialdır ki, (“Baldız”) onda da kənli qız obrazını yaradıram. Özüm də rejissor olsaydım, özümə komedik bir rol verərdim. Mən pozitiv insanam. Komediya janırını sevirəm. Dostlarım həmişə zarafatla mənə deyirlər ki, “xarici seriallardan birində “Xanım xura” obrazı sənə yaraşardı”.

- Pozitiv insansınız, yoxsa pozitivliyin kölgəsində problemlərinizi gizlədirsiniz?

- Pozitivəm. Nə qədər həyatsevər olsanız, o qədər problemləriniz çox asan həll olunar. Mən neqativ olduğum an bütün hər şey dolaşır bir-birinə - sınamışam. Ona görə heç vaxt problemi dərd eləmirəm. Əksinə, onları çözmə yollarını axtarıram. Şikayət etməklə heç bir nəticə əldə etmək olmur.

- Aygün Akifin sənətdə bəxti gətirib. Bəs nədəsə bəxtsizliyi var?

- Hər şeydə bəxtim gətirib. Çox şanslı insanam. Əgər nəysə olmur və gecikirsə, demək, daha gözəli olacaq.

- Hər kəs tərəfindən sevilən, heç bir qalmaqalda adı olmayan birisiniz. Bunu necə bacarırsınız?

- Mənə gördüyüm işlər maraqlıdır. Mən kiməsə sifariş vermirəm ki, məndən bu məlumatı yaz, o məlumatı yaz. Başımı aşağı salıb işləyirəm.

- Özünü gündəmdə saxlamaq istəyənlərə münasibətiniz necədir? Aparıcılar da şou biznesdə olmalıdırlar?

- Belə hərəkətlər ilə dinləyicinin gözündən düşürlər. Dinləyicilər belə hərəkətləri sevmirlər. Onlara səmimi olan aparıcı daha doğmadır. İstəyən hər kəs bu gün şou biznesə daxil ola bilər - çox asandır. Amma öncə adı qorumaq lazımdır.

- Aygün Akif bu sahədə özünə kimi rəqib görür?

- Heç kimi. Bütün kolleqalarımı sevirəm, dinləyirəm və dostluq edirəm. Radio sahəsində DJ Yaqutu bəyənirəm. Səsi və danışığı insanı valeh edir. Mən özüm onu dinləyib çox şey öyrənirəm.

- Gözəl səsiniz var, nə əcəb, müğənni kimi fəaliyyət göstərmirsiniz?

- Çox həvəsim var oxumağa. Amma müğənni olmaq istəmirəm. Yetərincə müğənnimiz var, bir də mən olsam, səhnə aşıb-daşar (gülür – T.X.).

- Günlərin bir günü işsiz qalsanız, başqa hansı sahədə pul qazana bilərsiniz?

- Mən daha əvvəllər vergi sahəsində və bir çox sahələrdə çalışmışam. Bundan sonra da işsiz qalsam, hər hansı bir sahədə baş çıxardaram.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ermənistan təhlükəsizlik ümidini Rusiyaya bağlayıb" - FAKT BUDUR!
"Çox acınacaqlı və faciəli vəziyyətdir. Ermənistan təhlükəsizlik ümidini Rusiyaya bağlayıb. Oturub gözləyirlər ki, Rusiyadan hansı silahlar göndəriləcək". DİA.AZ xəbər verir ki, bu barədə “Pastinfo”nun efirində erməni hərbi ekspert Van Ambartsumyan bildirib.
O, vurğulayıb ki, ötən il Azərbaycan çoxlu sayda yeni silahlar alıb.

“Azərbaycan 18 ölkədən silah alıb. Qarabağda yeni hərbi bazalar açıb. Ermənistan isə Rusiyanın xeyriyyəçilik kimi öz silahlarından nə göndərəcəyini gözləyir.

Rusiya bəzən Ermənistana öz Silahlı Qüvvələrinə məxsus müxtəlif növ silahlar göndərir. Bu, kifayət deyil. Ermənistanla Azərbaycan arasında silah balansı pozulur. Hazırda snayperlərin orduda olması çox vacibdir. Erməni snayperləri Azərbaycan snayperlərindən geridədir. Azərbaycan Silahlı Qüvvələrinin snayperləri xüsusi texnologiyalardan istifadə edirlər".

Ekspertin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyində ixtisarlardan başqa heç nə baş vermir:

“Silahları modernləşdirmirlər, heç nə etmirlər, oturub Moskvanın nə göndərəcəyini gözləyirlər".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əcəba Paşinyan nədən ehtiyat edir? - VİDEOFAKT
Xəbər verildiyi kimi, dekabrın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyanla birlikdə Azərbaycanla sərhəddəki mövqelərə baş çəkib və hərbçilərə həvəsləndirici hədiyyələr təqdim edib.



Zamantv.az moderator.az-a istinadən xəbər verir ki, “Hraparak” qəzeti “Paşinyan nədən qorxur?” başlıqlı məqaləsində yazdığına görə, Paşinyanın Yeni il ərəfəsində erməni hərbçilərlərə görüşünün video-görüntüləri yayıldıqdan sonra internet istifadəçiləri baş nazirlə görüş zamanı hərbçilərin avtomat tüfənglərinin sandıqçalarının olmadığını, yəni gülləsiz olduğunu müşahidə ediblər.
Əcəba Paşinyan nədən ehtiyat edir? - VİDEOFAKT
“Keçmişdə Ermənistan respublikasının birinci şəxslərinin hərbi mövqelərə səfərlərini əks etdirən video-çəkilişlərin müşahidəsi göstərir ki, sərhəd xidmətinin hərbi qulluqçularının hər zaman yanlarında sandıqçaları patronla dolu olan silahlar olub”- erməni nəşri belə yazır.
Görünür, Azərbaycanın 44 günlük savaşdakı böyük uğurlarından sonra Ermənistanın baş naziri öz hərbi qulluqçularından da ehtiyat edir...
Əlavə edilmiş videoda müvafiq kadrlar göstərilir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sən “haralı” deyilsən, SƏN AZƏRBAYCANLISAN!
Daha bir Dünya Azərbaycanlılarının Həmrəylik Gününü də arxada qoyduq. Ən çox ehtiyacım olan həmrəylik gününü təkcə ildə bir dəfə təqvimdəki bayram kimi deyil, hər gün, hər saat, hər saniyə bir-birimizə kilitlənməklə ürəklərimizdə qeyd etməliyik. Çünki min illər boyu ən çox ehtiyacımız olan, bir-birimizə sarılıb xalq olaraq bir yumruq kimi birləşməyimiz üçün, dostlarımıza və düşmənlərimizə AZƏRBAYCANLI olaraq güclü görünməyimiz üçün HƏMRƏY olmağımız əsas şərt olub. Ola bilmişikmi bu minilliklər boyu həmrəy, kilidlənə bilmişikmi bir-birimizə?,-təəsüf, min təəsüf ki yox. Küçə-küçə, nəsil-nəsil, bölgə-bölgə bölünməyimizin ağır nəticələrini xalq olaraq bütün əsrlərdə yaşamalı olmuşuq. Milli birliyimizin düşməni olan bu yerliçilik azarını birdəfəlik tarixin qəbiristanlığına yollamaq üçün indi həmrəy olmaq bütün zamanlardan daha çox lazımdır bizə. Qarabağı geri qaytaran xalq olaraq indi həm dostumuz çoxdur, həm də açıq-aşkar bizə qənim kəsilən düşmənimizin dostları. Hər ikisinin diqqqəti bizdədir. Daha bəsdir iki azərbaycanlı qərib ölkədə qarşılaşanda bir-birinə ilk sualı “haralısan?” olsun. Buna son qoyaq əzizlərim, belə etməyək. İkimizin də AZƏRBAYCANLI olmağımız bəs eləmirmi bizə?. Məhəllə-nəsil sorğusuna nə ehtiyac ay əzizlərim?. Hər zaman bitib tükənməyən, min illərdir bizimlə nəsil-nəsil yol gələn milli qüsurlarımız barədə yazırıq. Yaxşı ya pis, açıq-aşkar ya üstü örtülü, hər halda yazırıq. Amma məsələ yazmaqla bitmir axı. Baxın, hələ neçə yüz il əvvəl ortaya çıxmış bu qüsurlarımız bu günkü günümüzə, iyirmi birinci əsrə qədər bizimlə “yol yoldaşı” olubsa, demək bu qüsurları deməklə, yazmaqla ortadan qaldırmaq olmayacaq. Çünki üzü Füzulidən, Nizamidən, Mirzə Fətəli Axundovdan, Əbdülrəhim bəy Haqverdiyevdən, Mirzə Cəlildən, Mirzə Ələkbər Sabirdən keçə-keçə bu günə çatan qüsurlarımız hələ də beyin hüceyrlərimizdə at oynadırsa, etiraf etməliyik ki, xalq olaraq, toplum olaraq bu qüsurları məhv etmək üçün əməli iş görməmişik. Bizlərdə işi əməlli görmək əvəzinə formal “yola vermək”, başdan sovdu iş görmək, “MƏNDƏN KEÇSİN QARDAŞIMA DƏYSIN” prinsipi ilə baş girləmək həmişə öndə olub. Özü də hər sahədə. Ən təhlükəlisi isə təhsil, vətənpərvərlik və diaspora məsələsində. Bütün əsrlərdə, həttda sovetin kəsəkəs vaxtlarında erməninin öz evində bir milçək öldürüb körpə uşağına “bir türkü öldürdüm” nümunəsi göstərdiyi zamanlarda, biz xorul-xorul qış yuxusuna getmişdik, kənd-kənd, döngə-döngə bölünmüşük. Yalanmıdır,-qətiyyən!... Nədir o milli bəlamız?-YERLİÇİLİK!!!. Kəndlərə, evlərə, nəsil-nəcabətlərə bölünmək XƏSTƏLİYİ!. Əsrlər boyu, on illər boyu bu ölkənin ziyalı təbəqəsi bu məsələni düşüncə və şüurumuzdan yox etmək üçün iş görmədilər, yaxud görə bilmədilər. Milli xəstəlik həddinə çatan, bütün faciələrimizə və milli genofonumuzun məhv olmasına, xalq olaraq tək yumruq olmağımıza qırmızı işıq olan YERLİÇİLİK faktorunu tarixin arxivinə yollaya bilmədik. Bir xalqın sabahı və düşüncə üçün bayraqdar olan ziyalı nəsilləri milli düşüncəmiz üçün sağalmaz xərçəng olan bu xəstəliyə çarə tapa bilmədilər.

Bunun əksinə olaraq, həttda gecənin bir aləmində də öz uşaqlarına bizi amansız düşmən kimi əzbərlədən erməni isə daima bizim yuxuya getməyimizdən, milli laqeydliyimizdən, bir-birimizi bölgələrə, kəndlərə bölməyimizdən, bir-birimizi didib-parçalamağımızdan var gücü ilə yararlanıb. Nəticədə qazanan kim olub,-şübhəsiz düşmən. Onlar ən çətin günlərdə bir-birlərinə sarılaraq xalq olmaqdan millət olmağa üz tutublar, biz isə bir-birimizin ayağından aşağı dartıb hamılıqla quyunun dibinə düşmüşük. Yalanmı deyirəm,-qətiyyən!. Tarixi, mədəniyyəti olmaq hələ millət olmaq demək deyil. Millət o toplumlara deyirlər ki, bir amal üçün dəmir kimi kilidlənir, milli dəyərləri içindəki milli ruhu ilə qoruyur, bütün milli və mənəvi dəyərlərini təkcə qanında deyil, ən əvvəl beynində və düşüncəsində daşıyır. Biz millət olmağa çox layiqiq, amma “haralısan” kəlməsini qadğan etməklə!. 1988-ci ildə ermənilərin bizim üzərimizə ayaq açmasının sadə sirlərindən birini deyim. 1960-cı ildə Fransanın o zamankı Baş naziri Gi Molle Moskvaya gələrək, Nikita Xruşşovdan 10-15 erməni uşağını Parisə aparıb oxutdurmaq, “adam etmək” üçün razılıq alanda və daha sonralar həmin erməni uşaqlar da avropadakı ən yaxşı universitetlərdə təhsil alıb erməni lobbisinin başına keçəndə, ən iri banklarda və media qurumlarında yer alanda, Avropada Azərbaycan əleyhinə “quyu qazanda”, onların azərbaycanlı yaşıdları pambıq çöllərində, mal-heyvan nobatında çürüyüb gedirdilər...

Bəs o zaman bizim öz içimizdə harda idi milli təəssübkeşlik, harda idi xalqın gələcəyini, milli genofonunu düşünmək istəyi, harda idi xalqın düşünən siyasi elitası?-yox idi. O zamanların sovet siyasi rejiminin ideologiyasına bürünmüş bisavad, milli düşüncədən milyon kilometrlərlə uzaq olan məmur ordusu ancaq daha yaxşı nökərçilik etmək və daha çox vəzifə, pul qamarlamaq yarışına girmişdilər. Elə indiki bir çox rüşvətxor və boğazkəsən məmurlar kimi. Xalqın gələcəyini düşünən milli ziyalılar var idi ki, onları da zaman-zaman min təxribatla, “gözəgörünməz” yollarla aradan qaldırırdılar, ictimai həyatdan və elm meydanından “təmizləyirdilər”. Bu xalqın düşünən beyinləri və görən gözləri düşmənin gözünə batan ilk ox olub həmişə. Həm Çar Rusiyasında, həm də sovet dönəmində. Və ən dəhşətlisi odur ki, 30 ildən çoxdur müstəqil olduğumuz bu zamanda da yenə yerliçilik, regionçuluq xəstəliyinin təsiri altındayıq. Yenə hər kəs “haralısan, hansı zonadansan” deyimi ilə yaxınlaşır bir-birinə. Ziyalısı da, siyasətçisi də, alimi də, çobanı da. Yalanmı deyirəm,-qətiyyən!. Gəlin hamılıqla yeni 2022-ci ildən bir-birimizlə rastlaşanda “haralısan, hansı bölgədənsən?” kəlməsini unudaq, gəlin “hamımız azərbaycanlıyıq” deyək. Çünki biz AZƏRBAYCANLIYIQ, vəssalam...

Mətləb Salahov
DİA.AZ

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO