[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Araik Arutyunyan axtarışda olan terrorçu kimi ya həbs ediləcək, ya da gəbərdiləcək...” - Başqa yolu YOXDUR!
Zamantv.az: - “Dəfələrlə demişəm ki, Ermənistanın qatil eks-prezidentləri Robert Köçəryan, Serjik Sərkisyan, eləcə də hazırda Qarabağda qondarma və qanunsuz “təhlükəsizlik şurasının katibi” olan Vitali Balasanyan 1988-ci ildən bəri xarici güclərin və xüsusən Kremlin fətvasıyla erməni toplumunu Azərbaycanın üzərinə qaldıraraq münaqişəni və müharibəni qızışdıran əsas fiqurlar olub. Onları “Ermənistanın qəhrəmanı” hesab edən xəstə təxəyyüllü ertmənilər bilməlidir ki, bu faşist, terrorçu xislətli məxluqlar ilk növbədə ermənilərin özünün rahat və xoşbəxt həyatını pozaraq bu toplumun başına olmazın fəlakətlər gətirib. Belələri aradan götürülərsə, Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin imzalanmasına nail olmaq olar. Təəssüf ki, bu gün də onlar İrəvanda və Xankəndidə öz bədnam, məkrli işlərini görməkdədirlər. Azərbaycanın Qarabağ torpaqlarının bir hissəsində də eyni funksiyasını, çox güman ki, yenə də Moskvanın dediyi ilə oturub-duran Araik Arutyunyan davam etdirir”. Bu fikirləri Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, keçmiş tabor komandiri, istefada olan kəşfiyyatçı polkovnik Azay Kərimov ifadə edib.

“44 günlük savaş zamanı Gəncəyə raket atılmasına birbaşa göstəriş verdiyini etiraf etməsindən sonra Azərbaycan Baş Prokurorluğu tərəfindən barəsində 8 maddə ilə cinayət işi qaldırılaraq İnterpolla axtarışa verilmiş bu cani artıq 1 il 3 aydır ki, Azərbaycan torpaqlarında sərbəst gəzir. Araik həftə səkkiz mən doqquz Xankəndi-Şuşa-Laçın-Gorus yolu ilə sərbəst şəkildə İrəvana, eləcə də xarici ölkələrə, həmçinin bizim üçün daha əlçatan olan Rusiyaya gedib-gəlir. Dekabrın sonunda bu məxluqun guya Ermənistanın baş naziri Paşinyana qarşı verdiyi “Artsax öz taleyini özü həll etməlidir” tezisli bəyanatı, eləcə də Yeni il ərəfəsində Kəlbəcər ərazisindəki erməni postlarını gəzərək Xudavəng məbədinə boylanması artıq əsəblərimizi tarıma çəkir”- açıqlamasının davamında bunu söyləyən polkovnik tezliklə bu cinayətkar, separatçı-terrorçu erməni haqqında Azərbaycanın güc və təhlükəsizlik qurumları tərəfindən ciddi tədbir görüləcəyinə ümid etdiyini bildirib.

“İnanıram ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti və digər təhlükəsizlik və güc qurumlarımız Araikin barəsində cinayət işi açılaraq axtarışa verilmiş bir terrorçu kimi həbs edilməsi, yaxud zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirir. Bu cani ilk fürsətdə ya həbs ediləcək, yaxud özü və mühafizəçiləri tərəfindən silahlı müqavimət göstərildiyi halda zərərsizləşdirilib gəbərdiləcək. Donbasda da belə separatçı liderlər var. Artıq onlardan bir neçəsini Ukrayna xüsusi xidmət orqanları məhv edib. Bununla belə, hesab edirəm ki, elə şərait yaratmaq lazımdır ki, Qarabağdakı Rusiya hərbçiləri özləri Araiki Azərbaycana təhvil versin”- deyə Qarabağ qazisi vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda məktəblərin ayaqyolularında şprislər, falqalar, iynələr..
Zamantv.az - "Təəssüflər olsun ki, məktəblilər arasında da narkotik və ya ona bərabər olan vasitələrdən istifadə edənlər var. Buna görə ciddi şəkildə narahat olmaq lazımdır".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov 15 yaşında narkoman olan Rafiqin orta məktəblərin ayaqyolusunda xadimələrin şpris, falqa, iynələr tapması ilə bağlı səsləndirdiyi ittihamlara cavab verərkən deyib.

Onun fikirincə, bunun qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır:

"Birinci məktəb direktorları aktiv iştiak etməlidirlər. Bu kimi baş verən hadisələr direktorların səhlənkarlığı ucbatından baş verir. Düşünürəm ki, orta məktəblərin girişlərində təhsil müəssisələrinə daxil olanların, məktəbin həyətində, yaxınlığında şagirdlərlə təmasda olanların izlənməsi üçün kameralar quraşdırılmalıdır. Aidiyyatı dövlət qurumlarının hesabatlarına baxanda görürük ki, son vaxtlar ölkədə narkotik vasitələrin istifadəçilərinin yaşında azalma müşahidə olunmaqdadır. Təhsil sistemində belə bir yanlış düşüncə var ki, orta məktəblərdə narkomaniyaya qarşı mübarizə tədbirlərinin aparılması hüquq-mühafizə orqanlarının işidir. Bu, çox dar və cılız düşüncədir. Bu bəlaya qarşı hamı mübarizə aparmalıdır, başda da orta məktəblər. Düzdür, hazırda orta məktəblərə izləyici kameraların quraşdırılması məktəb direktorunun keçirilən dərsləri izləməsi, məktəbə ümumi nəzarət etmək üçün işləyir. Amma məktəb yaşlı uşaqları bu bəladan qorumaq təhsil işçilərinin vəzifəsidirr. Çünki uşaqlar məktəbdə, onun ərazisində bu bəlaya düçar olurlar".

Kamran Əsədov bildirib ki, orta məktəblərdə şagirdlərə narkotik maddələrin istifadəsinin hansı bəlalara yol açdığı barədə maarifləndirici tədbirlər keçirilməlidir:

"Amma bu hansısa QHT-nin pul yumaq oyunu kimi həyata keçirilməməlidir. Çünki şagirdin gününün 5-6 saatı məktəbdə keçir. Bu müddət ərzində demək olar ki, onlar nəzarətsiz qalırlar. Məktəb rəhbərliyi mütəmadi olaraq məktəbliləri narkomaniyanın necə bəla olduğu barədə məlumatlandırmalıdır ki, onlar narkotik alverçilərinin toruna düşməsinlər. Amma bir çox direktorun başı pul yığmağa qarışdığı üçün bu ciddi məsələyə vaxt ayırmır".

Qeyd edək ki, 15 yaşında narkoman olan 19 yaşlı Rafiqin həyat hekayətini əks etdirən videoda Bakıda 158 nömrəli və başqa bir məktəbin ayaqyolusunda xadimələrin şprislər, falqalar, iynələr tapdığını deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağdaş sakini azyaşlı ilə ailə qurdu, ittiham olundu - TƏFƏRRÜAT
Ağdaş rayonunda 1994-cü il təvəllüdlü Əsəd yetkinlik yaşına çatmayan Nuranə (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olmaqda ittiham edilir.

"Zamantv.az" demokrat.az-a istinadən xəbər verir ki, Əsəd 16 yaşına çatmadığı məlum olan, yəni 2004-cü il təvəllüdlü Nuranənin razılığı əsasında 2019-cu ildən 2020-ci ildək yaşadığı evdə ailə qurmaq məqsədi ilə mütəmadi olaraq cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Əsədin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2019-cu ilin yayında Bakı şəhərində qohumlarının toyuna gedib: “Toy mərasimində Nuranəni gördüm. Ondan xoşum gəldi. Bu barədə valideynlərimə dedim. Bundan sonra valideynlərim Nuranəyə elçi getdilər”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Nuranə ilə bir neçə ay telefonla əlaqə saxlayıb: “Fikrlərimiz qəti olduğu üçün evlənmək qərarına gəldik. 2019-cu ildə Ağdaş rayonu Qolqəti kəndində yerləşən “Ay işığı” restoranda el adəti ilə toyumuz oldu. Toydan sonra Nuranə ilə yaşadığımız evdə cinsi əlaqədə oldum, onun bakirəliyi də həmin gün pozuldu”.

Əsəd deyib ki, 2020-ci ildə Nuranə hamilə olduğu üçün Göyçay rayon mərkəzi xəstəxanasına müraciət ediblər: “Xəstəxanada Nuranənin 3 aylıq hamilə olması məlum oldu. Bundan sonra polisə məlumat verildi”.

Əsəd qeyd edib ki, Nuranə ilə cinsi əlaqədə olmamışdan əvvəl onun 16 yaşına çatmadığını bilib: “Nuranə ilə bir-birimizi sevmişik, evlənmişik. Kimsə bizi məcbur etməyib. Nuranə ilə cinsi əlaqədə olan zaman ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq etməmişəm. Onunla könüllü olaraq cinsi əlaqədə olmuşam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Nuranənin sözlərinə görə, Əsəd ilə ər-arvad münasibətində cinsi əlaqədə olublar. O qeyd edib ki, Əsəddən şikayətçi deyil.

Bu cinayət işinə Ağdaş rayon Məhkəməsində baxılıb. Əsədin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əli Həsənovun 40 PİLLƏLİ HÖKMÜ... - İş Avropa Məhkəməsinə DAŞINDI
Zamantv.az - Prezidentin keçmiş köməkçisi Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Qarabağ qazilərinin on illərlə istifadələrinə istədikləri zibilxananı ələ keçirib, MTRŞ -yə üzv təyin etdirdiyi dayısı oğlu, keçmiş “JEK” müdiri Cəfərov Məmməd Hüseyn oğlunun adına saxta çıxarışla “40 pillə” kafesinə çevirməsinə hələ də hüquq qiyməti verilməyib.

Səbail RPİ-nin müstəntiqi Fərid Soltanlının bu ilin 10 noyabrında DİN-in baş təşkilat inspeksiya idarəsinin aracılığı ilə verdiyi 25.10.2020 -ci ilə saxtalaşdırdığı qərarla əməldə cinayət tərkibi olmaması “əsası” ilə Cinayət Prosessual Məcəllənin (CPM) 39.1.1 maddəsinin tələbinə uyğun olaraq cinayət işi başlanılmasından imtina edilib. Müstəntiqin qərarının saxtalığı, ilk növbədə, şikayətçi Qarabağ qazilərinin və qarşı tərəfin adi izahatlarını belə almamasında, 18.11.2020-ci ildə Səbail RPİ-yə bölmə rəisi Çinar Nuriyevin zəngi ilə izahat almağa çağırılan qaziyə sonradan bundan bir ay qabaq qərar qəbul edilməsi barədə sübuta ehtiyacı olmayan vəzifə saxtakarlığı ilə ortaya qoyulur. Aydın olsun deyə, 18.11.2020-ci ildə Fərid Soltanlı idarədə Qarabağ qazisinin izahatını almaqdan imtina edib ki, Qaradağa türməyə gedir və ən geci 2 günə izahat alıb, qazilərə yardım ediləcək. 2 gün bir il çəkib və. ..DİN-in baş təşkilat inspeksiya idarəsi müstəntiqin qanunsuzluğuna necə hüquq qiyməti veribsə, elə köhnə tarixə saxta qərarı da elə verib. Qərarın CPM-in tələbinə zidd olması bir yana, hələ üstəlik əsaslandırılması da heç bir normativ hüquqi akta, məntiqə sığmır. Müstəntiq qərarını Əli Həsənovun dayısı oğlu Cəfərov Məmməd Hüseyn oğlunun adına saxta ünvana aldığı saxta çıxarışla əsaslandırıb ki, dövlət qulluqçularının qanunsuz torpaq sahəsi zəbt etmələri sübut edilmir və Cinayət Məcəlləsinin 188-ci maddəsi tətbiq edilə bilməz. Halbuki, burada Cinayət Məcəlləsinin “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslinin 308-ci (“Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”) və digər maddələri ilə cinayət işi başlanılmalıdır və CPM-in 215.3 maddəsinə əsasən ibtidai istintaqı prokurorluq orqanları aparmalıdır. Əli Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət qulluğuna təyin etdirdiyi dayısı oğlunun adına əmlak ələ keçirib . Qanuni və ya saxta çıxarışla əldə edilməsindən asılı olmayaraq, bu fakt korrupsiya cinayətidir! Dövlət qulluqçularının vəzifələrindən sui-istifadə etmələrini, bizneslə məşğul olmalarını , kafe-restoran işlətmələrini, özü də vergi uçotuna dayanmadan kommersiya fəaliyyəti ilə məşğul olmalarını qanunvericilik qadağan edir. Cəfərov Məmməd Hüseyn oğlunun adına olan çıxarışın saxta olmasını isə İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Nigar xanım Alimovanın 23.09.2020 tarixli məktubu sübut edir : “ 40 PİLLƏKƏN KOMPLEKSİ”NİN VƏZİFƏLİ ŞƏXS TƏRƏFİNDƏN QEYRİ -QANUNİ YOLLARLA KAFEYƏ ÇEVRİLMƏSİ barədə müraciət araşdırılarkən məlum olmuşdur ki, SÖZÜGEDƏN OBYEKT ÜZƏRİNDƏ HÜQUQLAR DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESTRİNDƏ QEYDƏ ALINMAMIŞDIR.” Bu o deməkdir ki, müstəntiq Fərid Soltanlının Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dayısı oğlu, dövlət qulluqçusu Məmməd Cəfərovun adına aldığı çıxarışın qanuni olmasını qərara almasının özü cinayətkar saxtalıqdır. Nə yazıq, bu açıq-aşkar saxtalığa məhkəmə nəzarəti qaydasında da hüquq qiyməti verilməsindən imtina edilib.

CPM-in 212-ci maddəsinə uyğun olaraq Səbail rayon məhkəməsinə müstəntiq Fərid Soltanlı Qulam oğlunun saxta qərarından şikayət verən Qarabağ qazisinin şikayətini hakim Azər Tağıyev təmin etməyib ki, dövlət qulluqçusu Əli Həsənovun “40 pillə” kafesini dövlət qulluqçusu olan dayısı oğlunun adına sənədləşdirilməsi qanunidir. Özbaşınalığa baxın, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sözügedən obyekt üzərində hüquqların dövlət reyestrində qeydə alınmaması barədə rəsmi məktubu Səbail məhkəməsinin 29.11.2021 tarixli qərarında qeyd edilib, amma əmlakın X nömrəli çıxarışla, Səbail RİH -in məktubu (?-M.B.) ilə özəlləşdirildiyi qanuni sayılıb. Əmlak üzərində hüquqlar reyestrdə qeydə alınmayıbsa, hansı qanuni çıxarışdan söhbət gedə bilər? Nə yazıq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (sədrlik edən Habil Məmmədov) da 06.12.2021 tarixli qərarla Səbail məhkəməsinin 29.11.2021 tarixli qərarını olduğu kimi köçürərək qüvvədə saxlayıb. Yerli məhkəmələr Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini dövlət reyestrində qeydə alınmayan çıxarışın “qanuni” olması ilə qanuni sayıb. Yəqin, Avropa İnsan Hüquqları Məhkəməsi Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mülkiyyət hüququnu pozmasını , hətta qaziyə 9-cu Polis Bölməsində işgəncə verdirməsini araşdırmalı olacaq.//dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Gəncənin bombalanması çox böyük səhv idi" - Erməni ekspertdən ETİRAF
"Gəncənin bombalanması çox böyük səhv idi”.

"Zamantv.az" KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə erməni ekspert açıqlama verib. O, 44 günlük müharibə zamanı oktyabrın 10-dan 11-nə keçən gecə Gəncənin bombalanmasını “böyük səhv” adlandırıb.

“Oktyabrın 10- dan 11-nə keçən gecə Ermənistan Gəncəni bombalayır, yatmış dinc Gəncə əhalisini raket atəşinə tutur. Mən indi öz fikirlərimi deyəcəm, bilirəm ki, çoxları məni qınayacaq, tənqid edəçək, vətənpərvər olmamaqda günahlandıracaq, amma mən bunu deməliyəm. Hesab edirəm ki, bu, çox böyük bir səhv idi”.

O, Azərbaycana, ümumiyyətlə türklərə qarşı çıxışları ilə tanınır. Lakin bu çıxışı “divan qəhrəmanları” olan erməniləri həqiqətən özündən çıxarıb.

Sadə erməni xalqı isə Ermənistanın sosial-iqtisadi problemlərindən canını qurtarmaq üçün köçüb gedir, ölkəni həmişəlik tərk edir, hətta Azərbaycanda yaşamağı arzulayır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərsığorta”nın bəzi səlahiyyətləri DSMF-yə keçib - yanvarın 1-dən...
Zamantv.az- Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) Milli Məclisin deputatlarının, hakimlərin, Silahlı Qüvvələrin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri bu il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) keçib.

Bu, Prezident İlham Əliyevin ötən il mayın 18-də imzaladığı "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanda öz əksini tapıb.

Fərmana əsasən, dövlət icbari şəxsi sığortası sahəsində sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların uçotunun aparılmasını, sığortalının sığorta haqlarını sığortaçıya ödəməsinə nəzarəti, sığorta ödənişlərinin dövlət icbari şəxsi sığortası sahəsində qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini, sığorta ehtiyatlarının yaradılmasını, artırılmasını, habelə dövlət icbari şəxsi sığortası sahəsində digər işlərin görülməsini ƏƏSMN-in tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) həyata keçirəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda ÖLÜM HÖKMÜ BƏRPA OLUNUR? - GƏLİŞMƏ
Rusiya ölkədə ölüm hökmünün bərpa oluna biləcəyi barədə xəbər yaydı. Hazırda dünyada ağır cinayətlərə görə İran, Səudiyyə Ərəbistanı, İraq və Pakistan kimi bir çox ölkədə ölüm cəzası qalmaqdadır. ABŞ-ın bəzi ştatlarında da CM-də ölüm hökmü var. Rusiyada isə bir neçə gündür ölüm hökmünün bərpasının vacibliyi ilə bağlı Duma deputatları müzakirələr açıblar. Bildirilir ki, xüsusilə təhlükəli canilərə (əsasən pedofillərə qarşı – red.) ölüm hökmü tətbiq edilməlidir.

"Zamantv.az" xəbər verir ki, Azərbaycanda bu cəza 1998-ci ildə ləğv edilib. Lakin ölkəmizdə elə dəhştəli cinayətlər baş verir ki, ictimaiyyət onlara qarşı ölüm cəzasının bərpasını tələb edir.
Bu barədə Axar.az-a danışan millət vəkili Fazil Mustafa da bildirib ki, ölüm hökmünün bərpası məsələsi ölkəmizdə nə vaxtsa müzakirəyə çıxarıla bilər:

“Bəzi dəhşətli cinayətlərə görə ölüm hökmünün bərpası məsələsini bir neçə dəfə gündəmə gətirmişik. Bu barədə təkliflər də səslənir. Lakin biz Avropa hüquq məkanının içindəyik, öhdəliyimiz var. İndiki məqamda bunun müzakirəyə çıxarılması aktual deyil. Nə vaxtsa hüquq məkanı ilə bağlı məsələdə hansısa problemlər yaranarsa, bu məsələyə müstəqil konteksdən yanaşmaq olar”.

Hüquqşünas İradə Cavadova isə bildirib ki, ağır cinayət törədən şəxslərə ən böyük cəza ömürlük həbsdir:

“Çünki onlar ömür boyu həmin damğa ilə yaşayırlar. Ömürlük həbsxanada onların vəziyyəti heç də yaxşı olmur. Tərtər hadisəsini yadımıza salsaq, köhnə qanunvericiliklə orada vətən xaini damğası vurulan insanlara ölüm cəzası tətbiq olunmalı idi. Amma bu gün onlar zərərçəkmiş şəxs qismində çıxış edirlər. Praktika göstərir ki, ölüm cəzası verilən şəxslər arasında illər sonra bəraət qazananlar da olub. Araşdırıldıqdan sonra onların günahsız olduğu üzə çıxıb. Bu baxımdan ölüm cəzasına qayıtmaq heç də yaxşı üsul deyil. Düşünmürəm ki, Azərbaycan nə zamansa bu cəzaya qayıda bilər. Ömürlük cəza ən doğru seçimdir”.

Sosioloq Ağasəlim Həsənov qeyd edib ki, əsas məsələ ölüm hökmünün bərpasından sonra ağır cinayətlərin azalıb-azalmayacağıdır:

“Əldə olunan nəticələr göstərir ki, ölüm hökmü heç də dəhşətli cinayətlərin sayını azaltmır. İstənilən halda bu cür ağır cinayətlər var. Hadisənin qarşısı cəzanın sərtləşdirilməsi ilə deyil, fərqli yollarla alınmalıdır. Əxlaqi, mənəvi tərbiyə, şəxsiyyətin sosiallaşması məsələsini həyata keçirməliyik. Bəzən insanlar ağır cinayəti haqlı olduqları halda da törədə bilirlər. Cinayətkarlığın hüquqi və sosioloji baxımdan təhlili var. Bəzən cinayətin əxlaqi baxımdan da öz izahı olur. Bu səbəbdən ölüm hökmünün bərpasını arzu etmirəm”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Banka əmanət qoymaq sərfəlidirmi? - Görünəni budur ki..

Zamantv.az - Bu gün manatla əmanət faizləri təxminən 9-10% civarındadır. Amma rəsmi inflyasiyanın ikirəqəmli həddə, ərzaq inflyasiyasının 14%- yaxınlaşdığını nəzərə alsaq, əmanətdən götürülən gəlirləri inflyasiya "yeyib". Başqa sözlə, əmanətdən götürülən gəlir inflyasiyanın qurbanına çevrilib.
Bunu iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a hazırda əmanət qoymağın sərfəli olub-olmaması məsələsindən danışarkən deyib.

Banklar daha cəlbedici təkliflərlə çıxış etməlidir

Ekspert bildirib ki, uçot dərəcəsinin artırılmasına baxmayaraq bu, kreditlərə daha çox təsir göstərir və kredit faizləri artır:
"Kredit faizləri artdıqca depozit faizlərində də müəyyən artım müşahidə edilməlidir. Yəni banklar daha cəlbedici təkliflərlə çıxış etməlidir. Hələlik bu sahədə yeniliklər yoxdur".

Valyuta depozitləri üzrə faizlər çox aşağıdır

Onun sözlərinə görə, valyuta depozitləri sərfəli deyil:
"Ona görə də bir çox hallarda valyuta depozitlərinin azalmasını görürük. Bəzən də rəsmilər bunu manata güvənin daha çox olması ilə izah edirlər. Amma azalma həm də ona görə baş verir ki, valyuta depozitləri ilə bağlı faizlər çox aşağıdır. Ortalama 1,5% civarındadır ki, bu da vətəndaşlara sərfəli deyil. Ona görə də valyuta depozitləri azalıb".

Banklar kredit faizlərini artırırlarsa, əmanət faizlərinə də diqqət etməlidirlər

"Manatla depozit gəlirlərinin də inflyasiyanın qurbanına çevrilməsi vətəndaşın bankda əmanət saxlamaq istəyinə mənfi təsir göstərə bilər. Əgər inflyasiyanın əmanət faizlərindən yüksək olması tendensiyası davamlı olacaqsa, vətəndaşlar öz əmanətlərini başqa cür dəyərləndirməyə çalışacaqlar. Məsələn, bu, xaricdə daşınmaz əmlakın alınması və sair ola bilər. Ona görə də banklar kredit faizlərini artırırlarsa, əmanət faizlərinə də diqqət etməli, ən azından inflyasiyanın yüksək olduğu dövrlərdə bunu cəlbedici hala gətirməyə çalışmalıdırlar", - deyə o qeyd edib.

Əsas məsələ inflyasiyanı aşağı salmaq, qiymət artımının qarşısını almaqdır

İqtisadçının sözlərinə görə, əhalinin qazancının 50-55%-i ərzağa xərclənir:
"Başqa sözlə, ərzaq çox ciddi göstəricidir. Ona görə də əmanət faizləri ərzaq inflyasiyası göstəricilərindən az olmamalıdır. Burada yeganə problem ondan ibarətdir ki, depozit faizləri çox artanda kredit faizləri daha da bahalaşacaq. Bu da biznes, istehlak kreditlərinə mənfi təsir göstərə bilər. Ona görə də əsas məsələ inflyasiya göstəricilərini aşağı salmaq və qiymət artımının qarşısını almaqdır ki, tarazlıq formalaşdırmaq mümkün olsun".

Əmanət üzrə gəlirlilik əvvəlki kimi normaldır

Bank sahəsi üzrə ekspert Firuz Manafov isə Sputnik Azərbaycan-a deyib ki, uçot dərəcəsinin qaldırılması əmanət faizlərinə də təsir edəcək:
"Hazırda banklarda əmanət yerləşdirmək sərfəlidir və yaxın gələcəkdə bu sahədə risklər görünmür. Əmanət üzrə gəlirlilik əvvəlki kimi normaldır. İnflyasiyanın əmanət gəlirlərinə heç bir aidiyyəti yoxdur. İnflyasiya təbii prosesdir. Əmanət faizləri təxminən illik 9-11% arasında dəyişir və normaldır".

Əhalinin banklardakı əmanətləri rekord səviyyəyə çatıb

Qeyd edək ki, əhalinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) banklarda olan əmanətləri ötən ilin noyabr ayında 1,9 faiz (167,1 milyon manat) artaraq 8 milyard 880,9 milyon manat təşkil edib (tarixi maksimum səviyyə). Mərkəzi Bankın məlumatına görə, əmanət portfelinin 59,3 faizi (5 milyard 267,7 milyon manat) fiziki şəxslərin müddətli əmanətlərindən ibarətdir.
Ötən ilin dekabrın 1-nə sahibkarlıqla məşğul olan fiziki şəxslər də daxil olmaqla əhalinin ölkə banklarındakı əmanətlərinin həcmi 9 milyard 51,7 milyon manat təşkil edib. Əmanətlər son bir ayda 1,8 faiz, ilin əvvəlindən 10,7 faiz, ötən ilin eyni dövrünə nisbətən 14,5 faiz artıb.

Əmanətlərin dollarlaşması azalıb

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən 8,9 faiz bəndi azalaraq 41,9 faiz təşkil edib.

Uçot dərəcəsi artırılıb

Xatırladaq ki, 2021-ci dekabrın 17-də Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsi 7%-dən 7,25%-ə, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8%-dən 8,25%-ə yüksəldilib.

İnflyasiya təzyiqləri artmaqdadır

Mərkəzi Bankın məlumatına görə, inflyasiya təzyiqləri son vaxtlar qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillər hesabına artmaqdadır. Dünya bazarında birja məhsulları qiymətlərinin və ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, təchizat zəncirində qırılmalar və daşınma xərclərinin artımının təsirləri gözlənildiyindən daha əhəmiyyətli və davamlı xarakter alır. Daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının inflyasiya proseslərinə təsiri davam etməkdədir. Qeyd olunan amillər qiymət gözləntilərini yüksəltməklə inflyasiyanın hədəf ətrafında lövbərləşməsini mürəkkəbləşdirir.

Valyuta bazarında tarazlıq qiymətlər sabitliyinin əsas lövbərini gücləndirir

İnflyasiyanın dinamikasının formalaşmasında monetar amillərin rolu əhəmiyyətli aşağıdır. Valyuta bazarında tarazlıq qiymətlər sabitliyinin əsas lövbərini gücləndirir və xarici mənşəli inflyasiyanı əhəmiyyətli dərəcədə neytrallaşdırır.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın risk balansında dəyişikliklər və iqtisadiyyatın ortamüddətli dövrdə perspektivləri nəzərə alınmaqla qəbul ediləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Zamantv.az - Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında isə 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milli Məclisin yaz sessiyası bu tarixdən başlayacaq

Milli Məclisin yaz sessiyası yanvarın 15-dən başlayacaq.

"Zamantv.az" Trend-ə istinadən xəbər verir ki, fevralın 1-ə qədər parlamentin komitə iclasları keçiriləcək, daha sonra plenar iclaslar başlayacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO