[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daha bir nazirlik TENDER MATAHINA büdcə əmanət edir... - “Vest-LTD” QSC MÜBHƏMİ DAVAM EDİR...
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi mebel inventarlarının satın alınmasına 12,5 milyon manata yaxın vəsait yönəldəcək.Zamantv.az "AzPolitika.info"ya istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, “Vest-LTD” QSC ilə mebel inventarlarının satın alınmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri 12 milyon 498,821 min manatdır.

Tenderdə qalib edilən “Vest-LTD” QSC dövlət qurumlarından ən çox layihələr əldə edən şirkətlərin başında gəlir. Dövlət Vergi Xidmətinin informasiya bazasında yer alan məlumata görə, QSC 2010-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2050 manat təşkil edir, qanuni təmsilçisi Şahin Verdəliyevdir. Əvvəl “Vest LTD” MMC olan şikrətin sonradan təşkilati-hüquqi forması dəyişdirilərək “Vest LTD” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) çevrilib.

İnternet resurslarında apardığımız araşdırma zamanı məlum oldu ki, əksər dövlət qurumlarının keçirdiyi tenderlərin qalibi “Vest-LTD” QSC olub. Məsələn, Dövlət Turizm Agentliyi ötən il noyabrın 2-də adıçəkilən şirkəti 3,3 milyonluq tenderin qalibi elan edib. QSC Agentliyin inzibati binasında əsaslı təmir və yenidənqurma işlərini satın alıb.

Mədəniyyət Nazirliyi isə “Vest-LTD” QSC-ni mədəniyyət müəssisələrinin 2021-ci ildə cari və əsaslı təmiri üzrə iki, struktur qurumlarına maşın və avadanlıqların satın alınması üzrə isə bir tenderin qalibi elan edib. Ümumi dəyəri 3 milyon manat olan layihələr adıçəkilən şirkətə ötürülüb.

“Vest-LTD” QSC Bakı Şəhər icra Hakimiyyətinin də "sevimli" şirkətlərindən biridir. Məsələn, ötən ilin iyun ayında “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət mənzil fonduna aid binaların dam örtüyünün, eləcə də sosial-mədəni və məişət təyinatlı obyektlərin təmiri ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub. “Vest LTD” QSC-nin qalib olduğu tenderə görə adıçəkilən şirkətə 10 milyon manat vəsait köçürülüb.

Mediada yazılanlara görə, “VEST-LTD” QSC-nin təkcə pandemiyanın tüğyan etdiyi 2020-ci ildə 22 tenderin qalibi olub. Qadağaların götürüldüyü 2021-ci ildə bu sayı yəqin ikiyə vurmaq lazınm gələcək...

Qeyd edək ki, "tender kralı" olan “VEST-LTD” QSC-nin rəsmi saytı yoxdur. Dövlətdən on milyonlarla vəsait alan bir şirkətin şəffaflıqdan və hesabatlıqdan kənar olması, maliyyə nəzarəti qurumlarının bunu görməzdən gəlməsi ciddi qanun pozuntusudur. Təcrübədə adətən belə şirkətlərlə bağlı araşdırmalar o zaman başlayır ki, hansısa iriçəkili məmurun korrupsiya pramidasının dağıdılmasına qərar verilir...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərbaycan xalqı İlham Əliyev kimi lideri olması ilə qürur duyur" - deputat
Sosial Tədqiqatlar Mərkəzi Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı keçirdiyi ictimai rəy sorğusunun nəticələrini açıqlayıb. Sorğuda iştirak edən vətəndaşların 91,2%-i Prezidentə tam etibar etdiyini söyləyib, 6,9% isə əsasən etibar etdiyi cavabını verib.

Respondentlərin əhəmiyyətli hissəsi Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə arasındakı münasibətləri hərbi müttəfiqlik səviyyəsinə qaldıracağını (60,4%), Türkiyə ilə birbaşa hərbi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı yeni mərhələyə daşıyacağını (61,6%), Azərbaycan və Türkiyənin türk dünyasının milli maraqları və türk həmrəyliyi üçün örnək rolunu oynayacağını (50,6%) düşünür.

Zəngəzur nəqliyyat dəhlizinin fəaliyyətə başlaması ilə Naxçıvanla və qardaş ölkə Türkiyə ilə əlaqələrinin güclənəcəyinə (74%), türk dünyasında birliyin güclənməsinə xidmət edəcəyinə (54,7%), Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını (53,5%), Türkiyə və Azərbaycanın Türk dünyasına birbaşa çıxışını təmin edəcəyinə (34,8%) əminlik ifadə olunub.

Respondentlər Füzulidə ilk dəfə beynəlxalq hava limanının açılmasını, Zəngilan və Laçında hava limanlarının inşasının planlaşdırılmasını Azərbaycanın turizm sektorunun inkişafına müsbət təsir (75,9%), regionun iqtisadi inkişafına töhfə (57,3%), Qarabağa səfərlərin vaxt baxımından qısalması (52,7%), məşğulluğa əlavə dəstək kimi (25,5%) şərh edib.

Sorğu nəticələrinə görə, Prezident Qələbənin memarı kimi qlobal platformalarda intensiv çıxışları ilə Zəfər tariximizi uğurla beynəlxalq aləmə tanıdır (93,6%), Zəfərin tarixiləşdirilməsində vətəndaş iştirakçılığını və ümummilli həmrəyliyi stimullaşdırır (85,7%), Azərbaycanın informasiya siyasətində üstünlüyünü təmin edir və bu yöndə fəaliyyətə dair yeni imkanlar açır (85,7%), milli maraqlarımıza zidd cəhdlərə və xarici təsirlərə qarşı müqaviməti gücləndirir (81,9%), qalibiyyəti milli birliyin və uğurlu siyasətin təminatında əsas resursa çevirməyin vacibliyini şərtləndirir (79,8%).

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, həm Azərbaycanda yaşayan vətəndaşlarımızın, həm bütövlükdə dünya azərbaycanlılarının Prezident İlham Əliyevə etimadı sonsuzdur: “Bu gün əminliklə söyləmək olar ki, dünyada öz xalqı, öz vətəndaşları tərəfindən ən yüksək səviyyədə etimad göstərilən, sevilən dövlət başçıları sırasında İlham Əliyev ilk üçlüyə düşən liderdir. Cənab Prezident İlham Əliyevə xalqımızın inamı, etibarı, sevgisi həmişə olub, 44 günlük müharibədən əvvəl də yüksək olub. 44 günlük Vətən müharibəsinin nəticələri isə İlham Əliyevə xalqın, bütün dünya azərbaycanlılarının məhəbbətinin miqyasını o dərəcədə artırdı ki, bunu sözlərlə ifadə etmək çətindir. Müharibədən sonra keçən bir ildən artıq dövrdə də Prezidentimizin diplomatik cəbhədə apardığı mübarizə xalqımız tərəfindən izlənilir, alqışlanır. Azərbaycan xalqı İlham Əliyev kimi lideri olması ilə qürur duyur. İlham Əliyevin adı Azərbaycanın tarixinə, xalqımızın qəlbinə əbədi yazılıb. Odur ki, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticəsi sözsüz ki, reallığa güzgü salır. Sosial Tədqiqatlar Mərkəzi rəy sorğuları keçirməkdə peşəkarlaşmış və ciddi resurslara malik strukturdur. Ona görə də onun keçirdiyi rəy sorğusunda qoyulan suallar, rəy sorğusunun aparılması mexanizmi çox peşəkar olur. Bu gün əminliklə söyləmək olar ki, istənilən bir qurum ölkədə rəy sorğusu keçirsə, nəticələr yenə də İlham Əliyevə xalqın etimadının, etibarının, inamının 90 faizdən yuxarı olduğunu üzə çıxaracaq”.

Elçibəy İnstitutunun rəhbəri, siyasi analitik Oktay Qasımov isə bildirdi ki, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunda iştirak edən vətəndaşların Prezidentə etimadının yüksək olması təəccüblü deyil. Çünki vətəndaşların özləri də bu mövqelərini Prezidentin işğal edilmiş ərazilərin böyük əksəriyyətinin azad edilməsi və savaşdan sonrakı dövrdə diplomatik cəbhədəki fəaliyyəti ilə əsaslandırıblar: “Doğrudan da qeyd olunan istiqamətlərdə qazanılan nəticələr respondentlərin rəylərinə əhəmiyyətli təsir edib. Çünki 44 günlük savaşda Ermənistanın məğlub edilərək işğala son verilməsi ilə bağlı bölgədə yaranan yeni reallıqlar, Azərbaycan-Türkiyə arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi istiqamətində atılan addımların yekunu kimi imzalanan Şuşa Bəyannaməsi, Azərbaycan Ordusunun modernləşdirilməsinin davam etdirilməsi və ordudakı islahatlar, postmünaqişə dövründəki diplomatik fəaliyyətlər və son dövrlər baş tutmuş Soçi və Brüsseldəki üçtərəfli görüşlərdə qəbul edilən razılaşmaların Azərbaycanın maraqlarına uyğun olması kimi faktorlar respondentlərin rəylərinə ciddi təsir edib ki, bu da özünü sorğunun nəticələrində əks etdirib”.

Konstitusiya Araşdırmalar Fondunun sədri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə bildirdi ki, keçirilən bu rəy sorğusunun nəticələri, şübhəsiz, reallığı əks etdirir: “Azərbaycanda bu gün Prezident İlham Əliyevin reytinqi ən yüksəkdir. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti Prezident İlham Əliyevə etimad göstərir, ona inanır. 44 günlük müharibədə İlham Əliyevin Ali Baş Komandanlığı altında torpaqlarımız işğaldan azad edildi. Bu, əlbəttə, İlham Əliyevə xalqın etimadının daha da yüksəlməsinə gətirib çıxardı. Ona görə də bu gün İlham Əliyev şəksiz Azərbaycan xalqının lideridir. Ona görə də aparılan rəy sorğularında ən yüksək nəticələr görünməsi təbiidir. İstənilən adam küçəyə çıxıb soruşsa, 10 adamdan 9-u eyni cavabı verəcək. Sosial Tədqiqatlar Mərkəzi kifayət qədər peşəkar, ixtisaslaşmış mərkəzdir. Bu mərkəz mütəmadi olaraq müxtəlif istiqamətlərdə sorğular keçirir. Bu rəy sorğuları aydın metodologiyaya malikdir, elmi cəhətdən əsaslandırılmış metodologiyadır. Ona görə də onun apardığı sorğular birmənalı olaraq həqiqəti ifadə edir.

Başqa bir sıra qurumlar və qruplar da müxtəlif sorğular keçirirlər. Bu sorğularda aydın metodologiya ilə bağlı problemlər meydana çıxa, xətalar da ola bilər. Eyni zamanda sorğu həm də bahalı bir prosesdir, sorğu aparılarkən təkrar yoxlamalar həyata keçirilməlidir. Yəni bu cür rəy sorğuları çox mürəkkəb mexanizmə malikdir. Ona görə də heç də hər keçirilən rəy sorğuları mükəmməl ola bilməz və reallığı əks etdirmir. Lakin Sosial Tədqiqatlar Mərkəzinin, qeyd etdiyimiz kimi, ciddi təcrübəsi, resursları, lazımi imkanları, ciddi metodologiyası var və onun keçirdiyi sorğular mötəbər, dəqiq hesab olunur".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gələn ilə virtual səyahət: nikbin və bədbin gözləntilər toqquşur - NƏLƏR OLACAQ?
2021-ci ili başa vurmaq üzrəyik. Bir çox ekspertlər hesab edirlər ki, qarşıdan gələn 2022-ci il dünya dövlətləri, xüsusən mənsub olduğumuz region üçün çox çətin bir il olacaq. Türkiyədə lirə böhranı, növbədəkənar seçkilər tələbi, Rusiya-Ukrayna böhranı, Moskvanın Ukrayna sərhədləri boyunca ordu toplaması, Qərbin buna qarşılıq olaraq ağır sanksiyalar hədəsi iddiaların həqiqət yükünü artırır.

DİA.AZ xəbər verir ki, ABŞ-da təhsil alan türkiyəli siyasi icmalçı Selman Arslanbaşın AYNA-ya şərhinə görə, 2022-ci il həm siyasi, həm də iqtisadi baxımdan region ölkələri üçün ağır il olacaq: “Əslində təkcə region dövlətləri yox, bütün dünya bundan əziyyət çəkəcək. Koronavirus pandemiyası hələ bitməyib. Qarşıda daha sarsıdıcı ştamların yayılacağı ehtimalı var. Bu səbəbdən dünya iqtisadiyyatında böhran davam edəcək. Bu böhranda isə hər bir güc mərkəzi vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışacaq. Bu kontektsdə tərəflər arasında mübarizə daha da şiddətlənəcək. Regiona nəzarət uğrunda mübarizə artacaq, tərəflər arasında “soyuq müharibə” şiddətlənəcək”.

“Rusiya-Ukrayna böhranına gəldikdə, tərəflərin razılığa gələcəkləri inandırıcı görünmür. Sözsüz ki, bu münaqişə qarşıdakı ildə də davam edəcək. Moskva Ukraynanın NATO-ya gedən yolunu bağlamağa, Qərb isə onu özünə tərəf çəkməyə çalışacaq. Lakin bunun geniş mənada müharibəyə səbəb olacağını güman etmirəm. Bu, Qərblə Rusiya arasında müharibə deməkdir. Bunun hansı faciəli nəticələrə gətirib çıxaracağını isə həm Qərbdə bilirlər, həm də Rusiyada. Alternativ mübarizə üsullarından istifadə ediləcək ki, nəticədə Rusiya iqtisadiyyatı daha böranlı dövrə qədəm qoyacaq. Bunun fonunda da Kremlin regiona nəzarət imkanları zəifləyəcək”, - deyə ekspert bildirib.

Arslanbaşın fikrincə, Türkiyəyə qarşı xarici təsirlərin artması da təsadüfi deyil: “Güclənən Türkiyə bəzi dairələr üçün arzuolunan deyil. Onlar hər vəchlə bunun qarşısını almağa çalışırlar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da söylədiyi kimi, lirə böhranında da bu qüvvələrin əli var. Növbədəkənar seçkilər tələbi də bunun bariz nümunəsidir. Kifayət qədər çətin dövrdür və inanıram ki, biz bu sınaqdan da üzüağ çıxa biləcəyik”.

Politoloq Zərdüşt Əlizadə isə AYNA-ya açıqlamasında bildirib ki, gələn il Azərbaycan üçün əlamətdar hadisələrlə yadda qalacaq: “Azərbaycanla Ermənistan, eyni zamanda Azərbaycanla Türkiyə arasında münasibətlər yüksələn xətlə davam edəcək. Hətta bu il kommunikasiya və nəqliyyat xətlərinin işə düşəcəyi, Zəngəzur dəhlizi ilə bağlı razılıq əldə ediləcəyi də gözlənilir. Bütün bunlar Azərbaycanla Ermənistanın xeyrinədir və onları sülhə yaxınlaşdırır. Hesab edirəm ki, gələn il elə də ciddi dəyişikliklər olmayacaq. Olacaqsa da, bu, Azərbaycanın və Azərbaycan hakimiyyətinin xeyrinə olacaq”.

“Rusiya-Ukrayna məsələsinə gəldikdə isə, heç bir müharibədən söhbət gedə bilməz. Müəyyən təzyiqlər və hədələr olacaq, lakin bu, müharibə həddinə gəlməyəcək. Mümkündür ki, kiçik toqquşmalar olsun. Məsələ nə Qərbin, nə də Moskvanın söylədiyi kimidir. Hər ikisi yalan danışır və ictimai rəyi öz xeyirlərinə dəyişmək istəyirlər. Yəqin ki, Qərb iqtisadi baxımdan Kremli çökdürməyə çalışacaq. Rusiyada isə vəziyyət onsuz da yaxşı deyil. Bütün bunların fonunda Rusiya dərin iqtisadi böhran yaşayacaq. Bu böhrana cavab olaraq Moskva da müəyyən təzyiq rıçaqlarını işə salacaq. Mahiyyət isə olduğu kimi qalacaq”, - deyə siyasi şərhçi vurğulayıb.

Əlizadə hesab edir ki, Türkiyədə hakimiyyət dəyişikliyi ehtimalı aşağıdır: “Düzdür, bu ehtimal var, amma yuxarı səviyyədə deyil. Yəqin ki, 2023-cü ilə qədər Rəcəb Tayyib Ərdoğan hakimiyyətdə qala biləcək. Deyək ki, bunun əksi baş verdi - Əkrəm İmamoğlu gəldi oldu Türkiyənin Prezidenti. O neynəyəcək ki? Bizimlə düşmən olacaq, yoxsa digərləri ilə? Heç nə dəyişməyəcək. Hər şey olduğu kimi qalacaq. Kasıb yenə kasıb qalacaq, varlı yenə varlı”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO