[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Neft treyderləri üçün 2021-ci il əlverişli olub
Neft treyderləri üçün bu il əlverişli olub. İl ərzində bir neçə çətin ay istisna olmaqla, neftin bir barelinin qiyməti davamlı olaraq yüksəlib və nəticədə 35%-dən çox artaraq 55 ABŞ dollarından 75 dollara yüksəlib.

"Zamantv.az - Economics"in məlumatına görə, artıq mart ayında "Brent" markalı etalon neftinin qiyməti COVID-19 pandemiyasının başlanmasından bəri ilk dəfə bir barel üçün 70 dollar səviyyəsini keçə bilib, lakin koronavirusun yeni dalğası kotirovkaları aşağı salıb.

Avropada qazın qiyməti 1 200 dolları ötüb - YENİLƏNİB
Azərbaycan nefti bahalaşıb
"OPEC+" ölkələri dekabrdan gündəlik neft hasilatını 400 min barel artıra bilər
Qeyd edək ki, koronavirus pandemiyasının yeni ştamları və dalğaları fonunda il ərzində neft ucuzlaşsa da, hər dəfə yenidən yüksən göstəriciyə qayıdıb. Oktyabr ayında qiymət hətta 80 dolları ötüb və ilin sonuna 70 dollardan yuxarı səviyyədə sabitləşib.

RİA "Novosti"yə müsahibə verən "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin təbii sərvətlər və əmtəə məhsulları qrupunun direktoru Dmitri Marinçenkonun sözlərinə görə, qiymətlərin artması iki amillə bağlı olub – tələbatın bərpası və "OPEC+"ın ehtiyatlı siyasəti. Belə ki, "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması iştirakçıları neft hasilatının istehlak artımından bir qədər yavaş artırıb.

Nəticədə bazarda qıtlıq yaranıb, bu da 2020-ci il ərzində yığılan artıq neft ehtiyatların "həzm edilməsinə" kömək edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Üçüncü doza vaksinasiyaya görə saxta sənəd düzəldən tibb işçisinə cinayət işi açılıb
Zamantv.az “Qobustan rayon mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxsin Çalov kənd tibb məntəqəsində bəzi şəxslərə “COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə APA-ya Qobustan rayon prokurorluğundan bildirilib. Məlumata görə, araşdırmalarla qeyd edilən tibb məntəqəsində tibb qardaşı işləyən Valeh Əhmədov tərəfindən Çalov kəndində yaşayan bir neçə şəxsin vaksin olunmadıqları halda III doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlərin edilməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Qobustan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada Qulinin adamı öldürüldü
Azərbaycanlı kriminal avtoritet Nazir Əliyev Ukraynanın Odessa şəhərində qətlə yetirilib.

Zamantv.az Bakipost.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Dumskaya” nəşri yayıb. Məlumata görə, insident dekabrın 28-i Odessada “Arena” adlı bilyard klubunda baş verib.

İlkin məlumata görə, Şöhrəddin Quliyev adlı Azərbaycan vətəndaşı Nazir Əliyevə atəş açaraq onu qətlə yetirib. Ş. Quliyev şübhəli şəxs qismində saxlanılıb.

Qeyd olunur ki, Nazir Əliyev qanuni oğru Nadir Səlifovun (Lotu Quli) əhatəsində olan şəxslərdəndir. Nazir Əliyevin Lotu Quli qətlə yetirilərkən yanında olduğu da deyilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Samuxun icra başçısı İNDİDƏN MƏZUNİYYƏTDƏDİR - Özü barəsində isə...
Zamantv.az - "Nəhayət qərar verilib. Yaxın vaxtlarda Samux və daha bir neçə rayonda icra hakimiyyətinin başçısı vəzifəsindən azad ediləcək". Bu barədə DİA.AZ-a hökumətdəki mənbədən daxil olan informasiyada deyilir.

Xəbəri verən qaynaq iddia edir ki, bu əsnada daha çox diqqətçəkəni Samux RİH rəhbəri Alı Qocayevlə bağlı verilən qərardır.

Mənbə dia.az-a bildirir:

"Onun həbsi belə mümkündür. Oqtay Əsədov faktoru da Qocayevin qurtuluşu üçün yetərli deyil. Hər şey gələn ilin ilk günlərindən aydın olacaq".

Hadisələr inkişaf etdikcə yeni məlumatları diqqətinizə təqdim edcəyik. Bizi izləməyə davam edin.

İddia olunanlarla bağlı Samux RİH-lə əlaqə saxlasaq da, sualımızı cavablandıran olmadı. Özünü Samux RİH-in yerləşdiyi binanın mühafizəçisi olaraq təqim edən şəxs isə bayramdan sonra zəng etməyimizi, başçının məzuniyyətdə olduğunu bildirdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Cəmiyyətə zorla “faydasız”, “şit” informasiyaları yedirtmək mümkün deyil”
2013-cü ilin dekabrında Milli Məclisdə qeyri hökumtə təşkilatlarının, fondların və qeyri-kommersiya qurumlarının fəaliyyətini tənzimləyən, eyni zamanda qrant və ianələrin alınmasının faktiki qarşısını alan müddəalar qanunvericiliyə əlavə ediləndə çox az bir çevrə bunun faktiki vətəndaş cəmiyyətini bitirəcəyini, ölkədə ictimai funksiyası olan, ictimai nəzarətdə yer alan birliklərin sonu olacağını dedikdə, parlamentdə olan bu qanunun lobbiçiləri və onların VC-də olan “dəstəkçiləri” bəh-bəhlə bunun VC-nin inkişafına gətirəcəyini deyirdilər.

Vətəndaş Cəmiyyətini bitirən həmin həmlənin vurulduğundan 8 ildən çox zaman keçdi. Təəssüf ki, ölkədə vətəndaş cəmiyyəti deyilən bir şey qalmadı. Çox cüzi VC-i fəalları yox olmamanın mübarizəsini aparırlar.

Bu zərbəni almadan öncəki son il olan 2013-cü ildə vətəndaş cəmiyyətinin öz fəaliyyətinə cəlb etdiyi vəsait yerli və beynəlxalq mənbələrdən 89 milyon dollar olmuşdu. Yəni, bu günün valyuta kursu ilə 150 milyon manatdan çox. 2013-cü ildən sonra bu vəsaitlərin cəlb olmasının yolu bağlandığı kimi, Ədliyyə Nazirliyi də qeydiyyat və statistika aparmayaraq\yaymayaraq, “fəaliyyət yoxsa, qrant yoxsa problemdə yoxdur”- məntiqi ilə hərəkət etməyə davam etdi. Nəticədə ən zəruri zamanlarda belə heç bir dişli qurum ortaya çıxarıla bilmədilər.

İndi demək olar ki, 2013-cü ildə vətəndaş cəmiyyətini hədəf alan həmin həmlə medianı hədəfə alıb. Yenə bir dekabr günündə medianın fəaliyyətini faktiki olaraq dövlətin təhlükəsizlik qurumları fəaliyyəti ilə eyni görən və jurnalistləri də DTX əməkdaşları üçün nəzərdə tutulan kriteriyalara uyğun müəyyən edən bir layihə ən geci 36 saat sonra qanunlaşacaq. Medianın sərbəst biznes fəaliyyəti olması, jurnalistikanın azad, sərbəst məslək olması, dövlətin bu özəl sektora bu qədər müdaxilə edərək düzənləməsinin ifadə azadlığına, media azadlığına, beynəlxalq konvensiyalara, konstitusiyaya zidd olması tələbləri qulağardına vurulur, hətta bir qrup məddah yenə eyni ilə 2013-də “bəh-bəh” deyən qrup kimi bu həmlənin guya bu gün yaltaqlıq və nifrəti ekranından əksik etmədiyi üçün izlənməyən və heç vaxt da dəyişməsələr izlənməyəcək olanların reytinginin yüksələcəyini, Azərbaycan mediasının inkişaf edəcəyini deyir, buna etiraz edən jurnalistləri, vizyonu olan insanları “güruh” adlandırır.

Yanlız bu iddia sahibləri dərk etmirlər ki, informasiya-məlumat-bilgi qəfəsə salınamaz. O yenə bir yolunu tapıb, eyni ilə hava-su kimi zəruri tələb sahiblərinə çatacaq. Cəmiyyətə zorla “faydasız”, “şit” informasiyaları yedirtmək mümkün deyil. Hələ zamanımızda, internet əsrində bunun mümkünsüzlüyünü dərk etməmək daha böyük cahillikdir.
44 günlük müharibənin ilk günündə interneti bloklan zehniyyət sonra yenə iftixarla “bütün cəmiyyət, bütün dünya Azərbaycan gerçəklərini Prezidentin Twetter səhifəsindən öyrəndi”-deyəcək qədər pişirik çıxdı. Oturub analiz etmədilər ki, biz blokladığımız internetdən necə oldu ki, hər kəs gerçəkləri ala bildi,öyrənə bildi və hətta Prezidentin izləyiciləri dəfələrlə artdı?

Bəli, yeni Media Qanunu nə qədər istəsə də həqiqi informasiya ovçularının istəyini buxovlaya bilməyəcək. Yenə insanlar həqiqi informasiyaları, gerçəkləri öz seçimləri olan mənbələrdən alacaqlar. Blok qoysalar belə, cəza versələr belə.

Sadəcə arada yanlış gedilən yol, dünyanın gözündə mənfi obraza oturma və itirilən illər olacaq! Yenə də düşünün, bu lazımdırmı?

Media eksperti Ələsgər Əhmədoğlu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərbaycan xalqı İlham Əliyev kimi lideri olması ilə qürur duyur" - deputat
Zamantv.az - Sosial Tədqiqatlar Mərkəzi Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı keçirdiyi ictimai rəy sorğusunun nəticələrini açıqlayıb. Sorğuda iştirak edən vətəndaşların 91,2%-i Prezidentə tam etibar etdiyini söyləyib, 6,9% isə əsasən etibar etdiyi cavabını verib.

Respondentlərin əhəmiyyətli hissəsi Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə arasındakı münasibətləri hərbi müttəfiqlik səviyyəsinə qaldıracağını (60,4%), Türkiyə ilə birbaşa hərbi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı yeni mərhələyə daşıyacağını (61,6%), Azərbaycan və Türkiyənin türk dünyasının milli maraqları və türk həmrəyliyi üçün örnək rolunu oynayacağını (50,6%) düşünür.

Zəngəzur nəqliyyat dəhlizinin fəaliyyətə başlaması ilə Naxçıvanla və qardaş ölkə Türkiyə ilə əlaqələrinin güclənəcəyinə (74%), türk dünyasında birliyin güclənməsinə xidmət edəcəyinə (54,7%), Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını (53,5%), Türkiyə və Azərbaycanın Türk dünyasına birbaşa çıxışını təmin edəcəyinə (34,8%) əminlik ifadə olunub.

Respondentlər Füzulidə ilk dəfə beynəlxalq hava limanının açılmasını, Zəngilan və Laçında hava limanlarının inşasının planlaşdırılmasını Azərbaycanın turizm sektorunun inkişafına müsbət təsir (75,9%), regionun iqtisadi inkişafına töhfə (57,3%), Qarabağa səfərlərin vaxt baxımından qısalması (52,7%), məşğulluğa əlavə dəstək kimi (25,5%) şərh edib.

Sorğu nəticələrinə görə, Prezident Qələbənin memarı kimi qlobal platformalarda intensiv çıxışları ilə Zəfər tariximizi uğurla beynəlxalq aləmə tanıdır (93,6%), Zəfərin tarixiləşdirilməsində vətəndaş iştirakçılığını və ümummilli həmrəyliyi stimullaşdırır (85,7%), Azərbaycanın informasiya siyasətində üstünlüyünü təmin edir və bu yöndə fəaliyyətə dair yeni imkanlar açır (85,7%), milli maraqlarımıza zidd cəhdlərə və xarici təsirlərə qarşı müqaviməti gücləndirir (81,9%), qalibiyyəti milli birliyin və uğurlu siyasətin təminatında əsas resursa çevirməyin vacibliyini şərtləndirir (79,8%).

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, həm Azərbaycanda yaşayan vətəndaşlarımızın, həm bütövlükdə dünya azərbaycanlılarının Prezident İlham Əliyevə etimadı sonsuzdur: “Bu gün əminliklə söyləmək olar ki, dünyada öz xalqı, öz vətəndaşları tərəfindən ən yüksək səviyyədə etimad göstərilən, sevilən dövlət başçıları sırasında İlham Əliyev ilk üçlüyə düşən liderdir. Cənab Prezident İlham Əliyevə xalqımızın inamı, etibarı, sevgisi həmişə olub, 44 günlük müharibədən əvvəl də yüksək olub. 44 günlük Vətən müharibəsinin nəticələri isə İlham Əliyevə xalqın, bütün dünya azərbaycanlılarının məhəbbətinin miqyasını o dərəcədə artırdı ki, bunu sözlərlə ifadə etmək çətindir. Müharibədən sonra keçən bir ildən artıq dövrdə də Prezidentimizin diplomatik cəbhədə apardığı mübarizə xalqımız tərəfindən izlənilir, alqışlanır. Azərbaycan xalqı İlham Əliyev kimi lideri olması ilə qürur duyur. İlham Əliyevin adı Azərbaycanın tarixinə, xalqımızın qəlbinə əbədi yazılıb. Odur ki, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticəsi sözsüz ki, reallığa güzgü salır. Sosial Tədqiqatlar Mərkəzi rəy sorğuları keçirməkdə peşəkarlaşmış və ciddi resurslara malik strukturdur. Ona görə də onun keçirdiyi rəy sorğusunda qoyulan suallar, rəy sorğusunun aparılması mexanizmi çox peşəkar olur. Bu gün əminliklə söyləmək olar ki, istənilən bir qurum ölkədə rəy sorğusu keçirsə, nəticələr yenə də İlham Əliyevə xalqın etimadının, etibarının, inamının 90 faizdən yuxarı olduğunu üzə çıxaracaq”.

Elçibəy İnstitutunun rəhbəri, siyasi analitik Oktay Qasımov isə bildirdi ki, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunda iştirak edən vətəndaşların Prezidentə etimadının yüksək olması təəccüblü deyil. Çünki vətəndaşların özləri də bu mövqelərini Prezidentin işğal edilmiş ərazilərin böyük əksəriyyətinin azad edilməsi və savaşdan sonrakı dövrdə diplomatik cəbhədəki fəaliyyəti ilə əsaslandırıblar: “Doğrudan da qeyd olunan istiqamətlərdə qazanılan nəticələr respondentlərin rəylərinə əhəmiyyətli təsir edib. Çünki 44 günlük savaşda Ermənistanın məğlub edilərək işğala son verilməsi ilə bağlı bölgədə yaranan yeni reallıqlar, Azərbaycan-Türkiyə arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi istiqamətində atılan addımların yekunu kimi imzalanan Şuşa Bəyannaməsi, Azərbaycan Ordusunun modernləşdirilməsinin davam etdirilməsi və ordudakı islahatlar, postmünaqişə dövründəki diplomatik fəaliyyətlər və son dövrlər baş tutmuş Soçi və Brüsseldəki üçtərəfli görüşlərdə qəbul edilən razılaşmaların Azərbaycanın maraqlarına uyğun olması kimi faktorlar respondentlərin rəylərinə ciddi təsir edib ki, bu da özünü sorğunun nəticələrində əks etdirib”.

Konstitusiya Araşdırmalar Fondunun sədri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə bildirdi ki, keçirilən bu rəy sorğusunun nəticələri, şübhəsiz, reallığı əks etdirir: “Azərbaycanda bu gün Prezident İlham Əliyevin reytinqi ən yüksəkdir. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti Prezident İlham Əliyevə etimad göstərir, ona inanır. 44 günlük müharibədə İlham Əliyevin Ali Baş Komandanlığı altında torpaqlarımız işğaldan azad edildi. Bu, əlbəttə, İlham Əliyevə xalqın etimadının daha da yüksəlməsinə gətirib çıxardı. Ona görə də bu gün İlham Əliyev şəksiz Azərbaycan xalqının lideridir. Ona görə də aparılan rəy sorğularında ən yüksək nəticələr görünməsi təbiidir. İstənilən adam küçəyə çıxıb soruşsa, 10 adamdan 9-u eyni cavabı verəcək. Sosial Tədqiqatlar Mərkəzi kifayət qədər peşəkar, ixtisaslaşmış mərkəzdir. Bu mərkəz mütəmadi olaraq müxtəlif istiqamətlərdə sorğular keçirir. Bu rəy sorğuları aydın metodologiyaya malikdir, elmi cəhətdən əsaslandırılmış metodologiyadır. Ona görə də onun apardığı sorğular birmənalı olaraq həqiqəti ifadə edir.

Başqa bir sıra qurumlar və qruplar da müxtəlif sorğular keçirirlər. Bu sorğularda aydın metodologiya ilə bağlı problemlər meydana çıxa, xətalar da ola bilər. Eyni zamanda sorğu həm də bahalı bir prosesdir, sorğu aparılarkən təkrar yoxlamalar həyata keçirilməlidir. Yəni bu cür rəy sorğuları çox mürəkkəb mexanizmə malikdir. Ona görə də heç də hər keçirilən rəy sorğuları mükəmməl ola bilməz və reallığı əks etdirmir. Lakin Sosial Tədqiqatlar Mərkəzinin, qeyd etdiyimiz kimi, ciddi təcrübəsi, resursları, lazımi imkanları, ciddi metodologiyası var və onun keçirdiyi sorğular mötəbər, dəqiq hesab olunur".//dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan xanının absurd KADR SİYASƏTİ - İLGİNC FAKTLAR
Naxçıvan Muxtar Respublikasında yaşayış şəraitinin dözülməz olduğu, insanların incildiyi və buna görə də əhalinin kütləvi şəkildə öz yurd-yuvasını tərk etdiyi ilə bağlı fikirlər səsləndirilir.

"Zamantv.az" ovqat-com-a istinadən xəbər verir ki, bu barədə kütləvi informasiya vasitələrində müxtəlif vaxtlarda məlumat verilib. Naxçıvanın sürətlə boşalması son vaxtlar sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdəndir. Rəsmi qurumlar Naxçıvanda 400 mindən çox əhalinin yaşadığı ilə bağlı saxta rəqəmlər açıqlayırlar. Ancaq reallıq başqadır. Bu gün Naxçıvanda vur-tut 150 min insan qalıb. Muxtar respublika əhalisinin bir hissəsi Bakıda və Azərbaycanın digər regionlarında, bir hissəsi də Türkiyənin İstanbul şəhərində məskunlaşıb.

Bəs Naxçıvanda bu qədər insan yoxdursa, o zaman rəsmi qurumların açıqladığı rəqəmlər hardan götürülüb?

Naxçıvan əhalisi kağız üzərində "yaşayır"

Əslində bölgəni tərk edən insanlar kağız üzərində orada “yaşayır”. Naxçıvanda heç kimin qeydiyyatdan çıxmağına imkan verilmədiyindən rəsmi rəqəmlərdə əhalinin sayı 400 mindən çox göstərilir. Amma bugünkü mövzumuz bu deyil. Növbəti yazımızda naxçıvanlıların qeydiyyat problemini də işıqlandıracağıq. Bu gün isə Naxçıvandan əhalinin kütləvi şəkildə köç etdiyini sübut edən bəzi faktları açılayacağıq.

Muxtar Respublika əhalisinin kəskin şəkildə azaldığını sübuta yetirən faktlardan biri də Naxçıvandakı kadr böhranıdır. Muxtar respublikada 15-20 ildir, vakant saxlanılan vəzifələr, iş yerləri vardır. Məsələn, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları və daimi komissiyalarla iş şöbəsinin müdiri vəzifəsi 13 ildir ki, vakantdır. Həmin şöbənin sonuncu müdiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin hazırki başçısı Mirsənani Seyidov olub. M. Seyidov həmin vəzifədən çıxarıldıqdan sonra 11 il Nəqliyyat naziri vəzifəsində çalışıb, 3 ildir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısıdır.

Ali Məclis Aparatının Xarici əlaqələr şöbəsinin müdiri Emin Zeynalov 2005-ci ildə tutduğu vəzifədən azad edildikdən sonra 12 il boş qalan bu vəzifəyə 2017-ci ildə Röya Səfərova təyin edildi. Ancaq təyin olunan kadr cəmi 6 ay işləyə bildi. Həmin vəzifə 4 ildir ki, yenə də vakantdır. Bu şöbədə bir müdir, bir baş məsləhətçi və bir məsləhətçi vəzifəsi var. Acınacaqlı vəziyyət odur ki, şöbədəki baş məsləhətçi və məsləhətçi vəzifələrinə də 10 ildən çoxdur kadr təyin edilmir. Bu gün həmin şöbədə heç kim fəaliyyət göstərmir. Yəni şöbənin adı var, ancaq özü yoxdur.

Ali Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi isə 2 ildən çoxdur ki, vakant saxlanılır. Hələ biz Ali Məclisin müxtəlif şöbələrinin illərdir vakant saxlanılan baş məsləhətçi və məsləhətçilərini demirik.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsi 18 il vakant saxlanıldıqdan sonra ötən il həmin vəzifəyə kadr təyinatı həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin 2007-ci ilə 20 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Televiziya və Radio Şurasının Əsasnaməsi elə həmin fərmanla da təsdiq edilib. Əsasnamənin 11-ci bəndində yazılıb: “Şura Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 3 üzvdən ibarət tərkibdə yaradılır”. 13-cü bənddə göstərilib ki, üzvlərdən biri iki il, biri dörd il, bir nəfəri isə altı il müddətinə təyin olunur. Üzvlərin təkrar təyin olunmaq hüququ vardır.

Şura 3 üzvdən ibarət olsa da 2007-ci ildən bu günədək Şurada bəzən bir, bəzən iki üzv olub. Yəni Şuranın 3-cü üzvü vəzifəsi həmişə vakant saxlanılıb. Yuxarıda sadaladığımız vəzifələrin vakant olması da ciddi nöqsandır, amma hansısa qanun pozuntusu deyil. Televiziya və Radio Şurasının isə bütün üzvlərinin təyin edilməməsi qanun pozuntusudur. Ona görə ki, Şurada qərarları üzvlər birlikdə qəbul edirlər. Əsasnamənin 17-ci bəndində bildirilir ki, Şuranın üzvləri öz aralarından sədr seçirlər. Bu zaman sual olunur. İki üzv və ya bir üzv öz aralarından sədrlərini necə seçirlər? Bu problemi “həll etmək” üçün Vasif Talıbov öz təsdiqlədiyi Əsasnaməni atıb bir kənara Şura sədrini özü təyin edir. Vasif Talıbovun 26 noyabr 2019-cu il tarixli Fərmanı ilə Rauf Feyzulla oğlu Əliyev Televiziya və Radio Şurasının sədri təyin edilib. Şuranın əsasnaməsinin heç bir yerində yazılmayıb ki, Şuranın sədrini Ali Məclisin sədri təyin etməlidir. Xatırladaq ki, həmin Şuradan Bakıda da var. Paytaxdakı Teleradio Şurasının üzvlərini Prezident təyin edir, sədri isə Şura üzvləri özləri seçirlər. Hər halda formal olsa da qanun-qaydaya əməl olunur. 2020-ci il aprel ayının 6-da Azərbaycan Respublikası Televiziya və Radio Şurasının iclası keçirilib, İsmət Səttarov şura sədri seçilib. Bəli, məhz seçilib, təyin olunmayıb. Həmin iclasdan bir qədər əvvəl isə İsmət Səttarov Prezident İlham Əliyevin sərəncamı ilə 6 il müddətinə Şuranın üzvü təyin edilib.

Bu fakt onu göstərir ki, Talıbov təkcə Azərbaycan qanunlarına deyil, özü qəbul etdiyi qərarlara və imzaladığı fərmanlara da məhəl qoymur. Bu faktlar bizim səsləndirdiyimiz fikirləri tamamilə təsdiqləyir – Vasif Talıbov Naxçıvanı “xan” kimi idarə edir.

Mövzudan çox yayınmayaraq araşdırmamızı davam etdirək. Naxçıvanda uzun müddət boş qalan vəzifələrdən biri də Daxili İşlər nazirinin əməliyyat işləri üzrə müavini vəzifəsidir. Qaçay Quliyev 2016-cı ildə təqaüdə göndərildikdən sonra bu vəzifə vakant saxlanılmışdı. Ta ki bu il Rəşad İsmayılovun bu vəzifəyə təyin edilməsinədək.

Naxçıvan Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktorunun yerli-dibli müavini olmayıb. 2017-ci ildə Agentliyə çevrilən, bundan əvvəl isə İdarə kimi fəaliyyət göstərən qurumun rəhbərinin 10 ildən çoxdur ki, müavini vəzifəsi vakant saxlanılır.

Biz bu siyahını daha da uzada bilərik. Ancaq oxucuları çox yormadan bu yazını yekunlaşdırmaq, digər faktları növbəti yazımızda təqdim etmək istəyirik. Yuxarıda sadaladığımız, uzun illərdir ki, boş saxlanılan vəzifələr çox ciddi mətləblərdən xəbər verir. Bütün bunlar onu göstərir ki, Naxçıvan əhalisinin əksəriyyəti bölgəni tərk edib və Muxtar Respublikada ciddi kadr böhranı yaranıb. Vasif Talıbov istedadlı kadrları ləkələyərək işdən çıxarıb və Naxçıvandan perik salıb.

Əgər Naxçıvanda kadr varsa, bu vəzifələr 15-20 ildir ki, niyə boş saxlanılıb? 15-20 il bir vəzifənin vakant saxlanılması nə deməkdir? Bu vəzifələrdə bir naxçıvanlı balası işləyə bilməzmi? Bəlkə Vasif Talıbovun standartlarına uyğun kadr tapılmayıb? Yox əgər bu vəzifələrə ehtiyac yoxdursa, o zaman niyə həmin ştatlar saxlanılıb və illərlə dövlət büdcəsindən onlara əməkhaqqı fondu ayrılıb? O ştatlara ayrılan əməkhaqqı vəzifələr vakant qaldığı üçün büdcəyə geri qaytarılıbmı? Biz bu sualların cavabını Naxçıvandan yox, Bakıdan gözləyirik. Ümidvarıq ki, nəhayət Bakı Naxçıvandakı bu bərbad vəziyyətə son qoyacaq və bölgəni xanlıq rejimindən xilas edəcəkdir. O zaman Naxçıvanı tərk edən istedadlı adamlar öz yurdlarına geri qayıdacaqlar və muxtar respublikada kadr böhranı aradan qaldırılacaqdır. Bu baş verməsə, biz Naxçıvanı elə itirə bilərik ki, onu bərpa etməyimiz dövlətimizin uzun illərini ala bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kirayə qaldığı deyilən deputatın Ukraynada yaşayış kompleksi varmış - ARAŞDIRMA
Zamantv.az : - "Ukraynanın Dnepr şəhərinin mərkəzində, Şmidt küçəsi 15-də "Bakı" adında möhtəşəm görünüşlü bina tikilib. Yaşayış kompleksi 21 mərtəbədən, 301 mənzildən ibarətdir.
Kompleksin tikintisi K.A.S. LTD tərəfindən həyata keçirilib. K.A.S. LTD Azərbaycan, Ukrayna, Türkiyə, Gürcüstan və Monakoda inşaat sektorunda fəaliyyət göstərir.
Ukraynanın şirkət və müəssisələrin vahid reyestr xidmətinin məlumatına görə şirkətin nizamnaməyə kapitalının 30 faizi Milli Məclisin gənc deputatlarından olan MƏMMƏDOV ANAR İLYAZ oğluna məxsusdur.
Yəqin ki, xatırlayırsınız, ötən ay adı kirayədə qalan deputatlar siyahısında çıxmışdı. Xalqımız ürəyiyuxa xalqdır, yəqin ki, onun "kvartirant" qalmasına biganə olmayacaqdı, amma yaxşı ki, özü bu xəbəri təkzib etdi.
2005-ci ildə qeydiyyatdan keçmiş şirkətdə Anar Məmmədovun benefisiar olaraq yatırım payı 6 milyon qrivnadır, qalan 70 faiz deputatın qayınatası Qulam Ələkbərovun yaxın adamına məxsusdur. Ukraynada Anar Məmmədovun ailə üzvlərinin adına daha bir neçə şirkət fəaliyyət göstərir.
Anar Məmmədov ötən il YAP-ın namizədi olaraq 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat mandatı əldə edib."


Qeyd edək ki, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli öz şəxsi facebook hesabında məlumat paylaşıb.
Kirayə qaldığı deyilən deputatın Ukraynada yaşayış kompleksi varmış - ARAŞDIRMAKirayə qaldığı deyilən deputatın Ukraynada yaşayış kompleksi varmış - ARAŞDIRMAKirayə qaldığı deyilən deputatın Ukraynada yaşayış kompleksi varmış - ARAŞDIRMAKirayə qaldığı deyilən deputatın Ukraynada yaşayış kompleksi varmış - ARAŞDIRMA
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Su filtri satanlar yalançı fizika təcrübələri ilə insanları aldatmağa çalışırlar" - Diqqət!
Yer kürəsi və onun üzərində yaşayan canlı aləm həyat mənbəsi və ilahi nemət olan su ilə imtahana çəkilir. Getdikcə artan qlobal istiləşmə təbii, içməli su qaynaqlarının azalmasına və çox yaxın gələcəkdə su müharibələrinin başlamasına təkan verəcək. Bununla bağlı kifayət qədər elmi araşdırmalar var və bir çox dünya dövlətləri artıq neft, qızıl yataqları və digər təbii enerji mənbələri uğrunda deyil, məhz içməli su uğrunda döyüşəcək ordular, strategiyalar, planlar üzərində işləyirlər.
Dünya Meteorologiya Təşkilatının yaydığı məlumata görə, 2015-2021-ci illər yeddi illik rekord istilərin keçdiyi illər kimi qeyd olunub. İqlim dəyişikliyi səbəbi ilə qlobal dəniz səviyyəsi 1993-2002-ci il aralığındakı vaxtda 2,1 millimetr artmışkən, 2013-2021-ci il aralığında bu səviyyə 4,4 millimetr səviyyəyə yüksəlib. Dəniz sularındakı bu çoxalma isə şimalda yerləşən buz kütlələrindəki təbəqələrin sürətli əriməsi ilə əlaqələndirilir.

Getdikcə qlobal problemə çevrilən şirin su mənbələrinin laqeyd şəkildə, insafsızca israf edilməsi gələcək nəsil üçün ciddi təhlükə mənbəyi halını alır. Mövzu şirin su mənbələrindən və suların keyfiyyətindən düşmüşkən, Azərbaycanda bu vəziyyətin hansı yerdə olduğunu, insanların istifadə etdikləri su mənbələrinə qarşı həssaslığını və onlara verilən suların, eyni zamanda, aldıqları qablaşdırılmış suların hansı keyfiyyətdə olduğunu öyrənmək üçün sorğu keçirdim.

Məlum oldu ki, dənizə çıxışı olan kiçik Cənubi Qafqaz ölkəsi, gözəl Azərbaycanımızda vətəndaşlarımız nəinki içməli su uğrunda, hətta duzlu dəniz suyu uğrunda da qətiyyətli mübarizə aparır:

“Bu içdiyimiz su Allahın yer üzünə bir lütfüdür, nemətidir, hədiyyəsidir. Normal, qanunun hökm sürdüyü, şüurun ən üst səviyyədə inkişaf etdiyi ölkələrdə insanlar içməli suyun qədrini bilir, onu bir qram da olsun israf etmirlər. Ancaq bizim ölkədə dərd təkcə içməli su deyil axı, hələ duzlu dəniz suyuna da həsrətik. Bu yaxınlarda “Azərsu”nun keçmiş rəhbəri Qorxmaz Hüseynovun dəniz kənarındakı villasının şəkilləri yayıldı. Adamın villasının hasarları az qalır ki, bütün Xəzəri “qucaqlasın”. Guya Azərbaycanın dənizlə bağlantısı nə qədərdir ki? Qorxmaz Hüseynov kimi çox demirəm, 10-ca məmur dəniz kənarında elə hasar çəkib, villa tiksə, necə ki, edirlər yavaş-yavaş, gələcək nəsil heç bilməyəcək hasarın o üzündə dəniz adlı məfhum var, ya yox? Hər il qanunsuz, özbaşınalıqla hasarlanan dəniz sahillərinə görə, insanlar çimərliklərə gedə bilmirlər. Hələ Allaha şükürlər olsun ki, içməyə su tapırıq. Sabah bunlar eşitsələr ki, bir həftə sonra Azərbaycanda içməli su qaynaqları da qurtarır, başlayacaqlar içdiyimiz suyu da kəsməyə ki, “qənaət edin”. Adamın gözü doymur, dənizi hasara alır, hətta bəs eləmir, dənizin sahilində yerləşən villasının bir də içində özünə balaca hovuz düzəldir. Təsəvvür edin, hələ bu boyda dəniz var, içməyə suyumuz var, bu adamlar bunu edirlər. Görün, olmasa, ya da azalsa nə olar? Odur ki, dünya içməli su mənbələrinin mühafizəsi barədə addımlar atanda, biz hələ dənizə girmək üçün, dənizi görmək üçün az qalırıq, müharibə elan edək.” – deyə, paytaxt sakini fikrini bildirib.

Başqa bir vətəndaş isə deyib ki, qablaşdırılmış suların üzərində yazılan məlumatlar çox zaman həqiqəti əks etdirmir: “Hamı ödənişli, qablaşdırılmış su ala bilmir. Şəhərdə yaşayanlar ən çox krant sularından istifadə edirlər. Məsələn; biz evdə “Ceyranbatan” suyundan istifadə edirik. Keyfiyyətli su baxımından, rayon, kənd yerində yaşayan insanların bəxti gətirib. Mən əslən İsmayıllıdanam. Bizim kəndlərdə suyu dağlardan, saf bulaqlardan çəkib gətirirlər. Onu içəndə, bilirsən ki, içdiyin su nədir, mənbəsi haradır, keyfiyyəti necədir. Suyun dadı-duzu olmur, doğrudur, amma insan var ki, onu içən kimi dadını-tamını hiss edir. Mən özüm də rayon adamıyam, qabağıma bir krant suyu qoy, bir də bulaq suyu. Mən onları içim, sənə deyim, hansı bulaq suyudur, hansı krant suyu. Məsələn, burda ən çox satılan, təriflənən sulardan “Kəhriz” və “Badamlı” var. Bu suları içəndə, hiss edirəm ki, həqiqətən dağ sularıdır. Amma digərləri yox. Üzərinə yalandan “təbii bulaq suyu” yazmaqla olmur. Suyun da dadını duyan insanlar var”.

"Zamantv.az" DİA.AZ-a istinadən xəbər verir ki, mövzu ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info saytına danışıb. Ekspert bildirib ki, suların keyfiyyətinin yoxlanılması ilə bağlı heç bir fəaliyyət yoxdur: “Əhali bilməlidir ki, əmtəə bazarında bir litri 10 manat olan qablaşdırılmış sular da var, bir litri 40, 30 qəpik olan sular da var. Qiymət məsələsinə heç bir dövlət orqanı müdaxilə etmir. Yəni qiymət sərbəsdir, başqa sözlə, “H2-O2” -hydrogen-oksigen, kim-kimi necə aldadır, özü bilər.

Məsələn, Eyyub Hüseynovun üç manatlıq saatı ilə qoluna 30 min manatlıq saat bağlayan adamın saatı eyni vaxtı göstərir. O, elə aldanır, mən isə aldanmıram, çünki hər iki saat da vaxtı eyni göstərir. Bu, sadəcə bir misal idi çəkdim. Üstəlik, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsasnaməsində, hansı ki, bu sahədə fəaliyyət göstərməli olan qurumdur, bir kəlmə də olsun, keyfiyyət barədə söhbət etmir, ancaq təhlükəsizlik. AQTA suların və digər qidaların yalnız təhlükəsizliyini təmin edir. Keyfiyyət isə, qalıb ortalıqda. İllərdir keyfiyyətə nəzarət edən heç bir dövlət orqanı yoxdur. Ona görə də su sahəsində böyük aldatma var.

Su Allahın, təbiətin bir möcüzəsidir. Mən Dünya Su Konqresinin iştirakçısı olmuşam, mən orda suyun ilahiliyini bir daha dərk etdim. Su yeganə maddədir ki, üç halda olur: qaz, kristal və maye halında. Su yeganə maddədir ki, nə qoxusu var, nə rəngi var, nə dadı var. Suyun ilahiliyindən, bu cür məziyyətlərindən sui-istifadə edənlər var və istisna olunmur ki, qablaşdırılmış şəkildə satılan suların bir çoxları da krantdan doldurulmuş sulardır. Elm hələ sübut etməyib ki, hansı orqanizmə hansı səviyyədə genetik su lazımdır. Olar bilər, cod su beş nəfərlik ailənin üç üzvü üçün yaxşı olsun, ikisi üçün pis olsun. Bu məsələni heç kəs hələ öyrənməyib. Bunlar elm sahəsində açıqlanmamış şəkildə qalıb. Suyun ilahiliyi də məhz burdadır. Elə bu problemlərdən də istifadə halları artır. Su filtirinin satışı ilə məşğul olanlar yalançı, fizikadan hamıya məlum olan təcrübələrlə insanları aldatmağa çalışırlar. Guya ki, içdiyimiz su zəhərlidir və sair. Çox təəssüf ki, əhalimizin bir çox hissəsi də bu fırıldaqçıların yalanlarına inanırlar. Ona görə məsləhət görürəm ki, istehlakçılar suyu daim dəyişərək içsinlər. Daimi eyni suyu içməsinlər. Qeyd etdiyim kimi, hələ bilinmir ki, hansı çeşid su hansı orqanizmə faydalıdır, yaxud əksinə. Bu sahədə hərc-mərclik var, keyfiyyətə nəzarət edən heç bir qurum yoxdur.

Mən səkkiz il öncə əlimdə olan sadə bir cihazla on iki suyun ekspertizasını keçirdim və cədvəli mətbuata təqdim etdikdən sonra məni bir həftə içərisində üç yerdən məhkəməyə verdilər. Bir nəfər də dedi: “Sənin xəbərin var ki, benzindən neçə dəfə bahalı bir şeyə toxunmusan?”

İndi istehlakçılara səslənmək istəyirəm ki, bəzən krantdan içsinlər, bəzən alınmış su için, bəzən dağlardan, bulaqlardan götürülmüş sulardan için. Hər halda, duru olmasına da fikir verin. Məsələn; mən özüm də suyu dəyişərək içirəm. Ay yarımdır ki, üç bulaqdan yığılma suları gətirmişəm. Şamaxının Dəmirçi kəndindən gətirdiyim su təəccüblüdür ki, hamısından daha yaxşı çıxıb. Daha sonra Qusar rayonunda bir bulaq var, onu yoxlamışam, üstün keyfiyyətləri çoxdur. Bir də bir neçə cod suyu olan bulaqların sularından da gətirmişəm. Əlbəttə, bu sular bitəndə mən də krant sularından istifadə edirəm. Gedib, dükanda satılan qablaşdırılmış sulardan alıb içirəm.

Mənə “Sirab”ın saxtası barədə keçən il bir çox zəng gəlirdi. Sonra təəssüf ki, “Sirab” firması öz brendini qorumaq üçün bir iş aparmadı. Ancaq “Badamlı” və “Erikli”dən mənə heç bir şikayət gəlməyib. Ümumiyyətlə, sudan şikayət etmək, elə də asan məsələ deyil. Bunlar hamısı ağız dadı ilə müəyyən olunan şeylərdir.

Su, olduqca müəmmalı nemətdir. Əgər bacarığım çatsaydı, hətta su barədə kitab da yazardım. Su ilahi bir nemətdir və onu vəsf edərək bitirmək mümkün deyil.

Yeri gəlmişkən, bunu da unutmadan demək istəyirəm. Mən “Azərsu”ya dəfələrlə bildirmişəm ki, avtomobilyuma məntəqələrində yoxlamalar aparılsın. O avtomobilyuma məntəqəsi ki, sudan təkrarən istifadə edir, yəni həmin suyu təmizləyib, yenidən istifadə edir, onlara icazə verilsin. Qalan məntəqələr mütləq bağlansın. Mən Su Konqresindən sonra öz avtomobilimi neçə ildir ki, yudurmuram. İçməli su ilə avtomobil yumaq, yuduzdurmaq nadanlıqdır. Ölkədə yağış suları idarə olunmur. Bunun özü də böyük problemdir. Bax, həmin o avtomobilyuma məntəqələri yağış sularını toplayıb ondan istifadə etsinlər” .
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xalq artistinin oğlu polisə verildi - TƏFƏRRÜAT
"Zamantv.az" xəbər verir ki, Tanınmış azərbaycanlı yazıçı Orxan Bahadırsoy mərhum Xalq artisti Qəndab Quliyevanın oğlu Hafiz Həmidovu Daxili İşlər Nazirliyinə şikayə edib.

Bu barədə OLAY-a O.Bahadırsoyun özü məlumat verib. Gənc yazıçı bildirib ki, buna səbəb Hafizin onu təhqir etməsidir:

"Qəndab Quliyeva haqqında "YouTube" kanalımda video hazırlamışdım və orada xanəndənin görüntülərinə yer vermişdim. Həmin görüntülərin yer aldığı kanalı da Qəndab Quliyevanın oğlu Hafiz Həmidov işlədirmiş. Videonun yayımlanmasından bir müddət sonra Hafiz Həmidov mənə zəng etdi. Məhəlli danışıq səviyyəsi ilə dedi ki, onun kanalındakı video görüntülərdən niyə istifadə etmişəm? Ardınca, bildirdi ki, bu bir yana, mən niyə Eldar Rəfiyevin adını çəkmişəm videoda? Eldar Rəfiyev də Qəndab Quliyevanın həyat yoldaşı olub. Bir sənətkarın həyatı haqqında video material hazırlayıb, onun həyat yoldaşından danışmamaq düzgün deyil axı.

Görünür, mərhum Qəndab xanımın oğlu Hafiz Həmidov ilə əri Eldar Rəfiyev arasında ciddi problem var. Amma Hafiz Həmidov öz şəxsi problemlərinə media nümayəndələrini də bulaşdırır. Üstəlik, bu adamın dilindən təhqir, hədə-qorxu əskik olmur. Sual verirəm ki, niyə belə mafiya dilində danışır? "Mən mafiozları həbs edənəm" deyib hər vəchlə bildirmək istəyir ki, o vəzifəli şəxsdir və onun arxasında duranlar var. Nəticədə, artıq on gündən çoxdur ki, Hafiz Həmidovun qeyri-etik davranışları, təhqirləri və təhdidlərindən usanıb Daxili İşlər Nazirliyinin qaynar xəttinə şikayət ünvanladım. Şikayətimi qeydə aldılar. Araşdırılmasını gözləyirəm".

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO