[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Leyla Şıxlınskaya”-da peyvənd QALMAQALI - GİLEY
Zamantv.az : - Azərbaycanda bu ilin fevralından başlayaraq koronavirus əleyhinə vaksinasiya prosesinə start verilib. Hazırda Azərbaycanda “CoronaVac”, “Vaxzevria”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə edilir. Peyvəndlənmə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın tələblərinə uyğun olaraq tam ödənişsiz və tibb müəssisələrinə ayrı seçkilik qoyulmadan həyata keçirilir.

Son vaxtlar bəzi tibb müəssisələri vaksinasiya prosesinə süni və tələbdənkənar əngəllər yaradırlar.

Peyvənd olunmaq üçün müraciət edən şəxsə bəzi xəstəxana həkimləri tərəfindən qəribə qayda və tələb qoyulur.

Bu durumla üzləşən və Bizim.Media-ya müraciət edən şikayətçi bildirib ki, “Leyla Şixlinskaya” klinikasına ikinci doz üçün müraciət etsə də, birinci dozu dövlət xəstəxanasında vurdurduğuna görə klinikaya qəbul edilməyib.

Xəstəxanadan şəxsə birinci dozun orada həyata keçirilmədiyi əsas gətirilib və ikinci dozun tətbiqi üçün də məhz əvvəlki xəstəxanaya müraciət edilməsi bildirilib.

Vaksinasiya Strategiyasının təlimatlarını xəstəxana həkiminin nəzərinə çatdıran şəxs ikinci doz peyvəndin istənilən yerdə tətbiqinin mümkün olduğunu əsas gətirib. Beləliklə Səhiyyə Nazirliyinin müdaxiləsi ilə özbaşınalığa son qoyulub və şəxsin özəl xəstəxanada peyvəndi reallaşıb.

Ümumiyyətlə analoji hal bir çox tibb müəssisələrində də yaşanır. Haqsız durumla qarşılaşan vətəndaşlarımız isə bu cür xoşagəlməz situasiyalarda get-gələ salınır.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat katibi Elvin Hacıyev bildirib ki, peyvəndin birinci, ikinci və ya üçüncü dozunun tətbiqi ilə bağlı tibb müəssisələri seçimində hər hansı məhdudiyyət yoxdur.

Vətəndaş istər dövlət, istərsə də özəl xəstəxanalara peyvənd üçün müraciət edə bilər.

Məsələ ilə bağlı “Leyla Şixlinskaya” klinikası ilə dəfələrlə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz boşa çıxıb. Sözügedən klinikanın mövqeyini də dərc etməyə hazırıq.

Qeyd edək ki, fevralın 18-dən bu günə qədər artıq 11 milyon 152 min 952 nəfər vaksinasiya prosesind iştirak edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəblərdə qanunsuz yığım, könüllü yardım və məmurların “yəqin”i - NƏ BAŞ VERİR?
Zamantv.az : - Ötən əsrin 70-ci illərində çəkilmiş sovet filmi “Koroli i kapusta” Latın Amerikasında, demək olar ki, hər il hərbi çevrilişlərin baş verdiyi bir ölkədən bəhs edir. Yeni hökumət yaradılır və demək olar ki, hər yeni nazir rüşvətxorluğa qarşı amansız mübarizə elan edir, amma sonda özü də korrupsiyaya bulaşır.

21 dekabr 2021-ci il tarixində keçirilən brifinqdə Azərbaycanın təhsil naziri Emin Əmrullayev məktəblərdə pul yığılmasının qanunsuz olmasından danışıb: “Azərbaycanda pulsuz icbari təhsil var. Mən məktəbdə oxuyanda da oxşar hallarla rastlaşırdıq. Bu, cəmiyyətimizdə xroniki bir problemdir. Mən rüşvətin əleyhinəyəm, şəffaf sistem ortaya qoymalıyıq ki, valideyn təhsilin inkişafı üçün əlavə bir manat da verməsin. Əgər haradasa pul yığımı həyata keçirilirsə, bu, məcburi deyil, könüllü olmalıdır”.

Xatırlatmaq istərdik ki, bu vəzifəyə təyin olunan hər bir təhsil naziri məktəb haqlarının qanunsuz olduğunu bəyan edib. Lakin bu səs-küylü bəyanatlara baxmayaraq, uşaqların valideynlərindən daim "məktəb fondu" adlandırılan vəsaitə pul ödəmələri tələb olunurdu.

Təhsil eksperti Kamran Əsədov şərhində deyib ki, “Təhsil haqqında” qanunun 34-cü maddəsinə əsasən, şagirdlərin valideynləri övladlarının oxuduğu məktəbə könüllü maddi yardım göstərə bilərlər: “Ancaq bu pulları əldən-ələ vermək olmaz. “Təhsil haqqında” qanunun 38-ci maddəsinə uyğun olaraq, vəsait məktəbin bank hesabına köçürülə bilər”.

Həmsöhbətimizin sözlərinə görə, o, məktəblərdə qanunsuz pul tələb etmək faktları ilə şəxsən də üzləşməli olub: “Uşaqlarım 255 saylı məktəbə gedirdi. Üç il əvvəl oradan da hansısa məktəb fondu üçün pul yığırdılar. Mən ödəməyə hazır olduğumu bildirdim, ancaq bir şərtlə ki, pulun köçürülməsi üçün bank hesabından qəbzlər təqdim olunsun. Bundan sonra bu məktəbdə fond üçün pul yığılması dayandırıldı”.

Amma məlum olduğu kimi, bəzi məktəblərdə hələ də valideynlər qanunsuz ödənişlər etmək məcburiyyətində qalırlar.

Bakıda yaşayan, qızı 67 saylı məktəbdə oxuyan Həbibə Qafarovanın dediyinə görə, 2019-cu ildə bu təhsil ocağında qanunsuz pul yığımı faktı ilə üzləşib: “O zaman qızım ilk dəfə məktəbə gedirdi. Məktəbdə fəaliyyət göstərən Müəllimlər və Valideynlər Assosiasiyası valideynlərdən “məktəb fondu”na hər ay bir manat ödəməyi tələb edib. Eyni zamanda, kimsə bizə bunun üçün hansısa qəbz vermək fikrində deyildi. Digər valideynlər və mən onların tələblərinə əməl etdik. Sonra pandemiya başladı və dərslər müvəqqəti olaraq dayandırıldı”.

“Məktəblərdə təhsilin bərpasından sonra rüsumlar da yenilənib. Bu dəfə də Assosiasiya hər ay üçün bir manat tələb edirdi, amma indi bizdən bir il öncədən ödəniş tələb olunurdu. Bütün valideynlərdən 12 ay öncədən bir manat götürsəniz, böyük məbləğ əldə edirsiniz. Mən ödəməkdən imtina etdim və hadisəni Təhsil Nazirliyinə bildirdim. Şikayətimdən sonra Bakı Şəhər üzrə Təhsil İdarəsinin daxili nəzarət şöbəsindən məktəbə iki nəfərdən ibarət komissiya gəldi. Onlar bizimlə və digər valideynlərlə görüşdülər. Çoxları qanunsuz pul yığılması faktını təsdiqlədilər. Amma təəssüflər olsun ki, bu cür qanunsuz pul tələb edən şəxslərə qarşı heç bir tədbir görülmədi”, - deyə müsahibimiz bildirib.

Vəkil Əsabəli Mustafayev açıqlamasında söyləyib ki, məktəblərdə şagirdlərin valideynlərindən pul yığması rüşvətə bərabərdir: “Söhbət xüsusilə külli miqdarda rüşvətdən gedirsə, o zaman Cinayət Məcəlləsinə görə, cəza 14 il müddətinə azadlıqdan məhrum edilmə ola bilər”.

Başqa bir vəkil Kamandar Nəsibovun sözlərinə görə, valideynlər rüşvət faktı ilə bağlı Təhsil Nazirliyinə məlumat veriblərsə, Nazirliyin əməkdaşları bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyə borcludurlar.

Maraqlıdır, 67 saylı məktəbdə qanunsuz pul tələb olunması faktı ilə bağlı valideynlərin şikayəti üzrə Təhsil Nazirliyi hüquq-mühafizə orqanlarına məlumat veribmi? Qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov müvafiq sualımıza belə cavab verib: “Mən bilmirəm. Amma yəqin ki, bu məsələ ilə Təhsil Nazirliyinin müvafiq strukturları məşğul olacaq”.

İnanmaq istərdik ki, bu “yəqin” altında təhsil məmurlarının konkret addımları dayanacaq, çünki radikal tədbirlər olmadan hətta nazirin özünün də üzləşdiyi qanunsuz pul yığımı ilə bağlı vəziyyəti düzəltmək mümkün deyil...//Ayna//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sahil Babayevin YANLIŞ TƏSƏVVÜRLƏRİ... - Bu təfəkkür sahibinin NAZİR POSTUNDA NƏ İŞİ VAR?
Zamantv .az : - Bizim ellərdə ta qədimdən sözə həmişə böyük əhəmiyyət verilib. Başqa coğrafiyalarda and içmək, iltizam vermək, şahidlər tutmaq adəti olubsa, bizdə sadəcə söz vermək kifayət edib. Sözübütöv adamlara da həmişə hörmət olub. Ələlxüsus da, bu şakər kişilər üçün əhəmiyyətli olub - vəzifəsindən, rütbəsindən, yaşından asılı olmayaraq. Bığ yeri tərlədisə, artıq o şəxsin dediyi sözə münasibət də başqalaşıb.

Kişini kişi edən xüsusiyyətlərdən biri də məhz sözünün ağası olması olub. Elə bu səbəbdən də Azərbaycan folklorunda söz barədə çox sayda deyimlər mövcuddur. Onların hamısını bu yazıda qeyd etmək mümkünsüzdür, zatən elə amalımız da yoxdur. Amma yeri gəldikcə onlardan bəzilərini diqqətə çatdırcağıq...

Bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüş keçirib. Ölkədə uşaqpulunun verilməməsinin səbəblərini açıqlayarkən, əsasən maliyyə problemlərini göstərib. Onun sözlərinə inansaq (nazirin sözünün sanballılığı barədə qarşıda fikir formalaşdırma imkanı qazanacağıq), məqsədə nail olmaq üçün büdcədən ildə təqribən 30 milyard manat ayrılmalıdır.

Babayev bildirib ki, hazırda bu qədər vəsaitin sırf uşaqpulu üçün ödənilməsi məqbul sayılmır. Və daha sonra əlavə edib: “Çünki ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük”.

Bu yerdə söz barədə əcdadlarımızın bizə miras buraxdıqları bir deyimi xatırladaraq öz sözümüzə davam edək: “Sözü ağzında bişir, sonra çıxart”.

Məhz bu açıqlamadan sonra bütün vətəndaşlar tam çılpaqlığı ilə anladılar ki, cənab nazir uşaqpulunun hansı məqsədlər üçün əhaliyə verilməsi barədə yanlış məlumata malikdir. Sən demə, cənab nazir bu günə qədər elə bilirmiş ki (bəlkə elə indi də o fikirdədir), sözügedən müavinət gənc ailələri dünyaya uşaq gətirməyə stimullaşdırmağa xidmət edir. Yəni bir qədər sadələşdirsək, maddi vəziyyəti aşağı olan vətəndaşlar böhrandan çıxmaq üçün Azərbaycanın demoqrafik durumuna öz töhfələrini məhz bu yolla verməliylərmiş.

Nə qədər acınacaqlı olsa da, etiraf etməliyik: cənab nazir səbəb-nəticə prosesini tam tərsinə qavrayıb. Söhbət vətəndaşlara uşaqpulunun birdəfəlik müavinət şəklində, doğum faktına görə ödənilməsindən getsəydi, o zaman yenə cənab nazirin sözlərinə bəraət qazandırmaq olardı. Amma axı, onun özünün də yuxarıda qeyd edilən görüş zamanı dediyi kimi, məqsəd uşaqlara 18 yaşa çatana qədər, yəni onun böyüdülüb boya-başa çatdırılmasına yardım üçün ödənilən vəsaitdən gedir. Dövlət valideynlərə ona görə müavinət vermir ki, onlar durmadan dünyaya uşaq gətirsinlər və ölkənin demoqrafik vəziyyətini yaxşılaşdırsınlar. Xeyr!

Dövlət uşağın anadan olmasını fakt olaraq qəbul etdiyi və ailələrin maddi çətinliyini aradan qaldırmaq üçün bu addımı atır (daha doğrusu hələlik atmır). Sitat gətirdiyimiz ifadələri sıravi vətəndaş desəydi, bunu naşılığa, məlumatsızlığa yozmaq olardı. Amma bunu nazir deyir. Yuxarı başda əyləşən şəxs.

Bu yerdə növbəti atalar sözünə yer veririk: “Sözünü bilməyənə aşağı başda da yer yoxdur”. Hər halda ulu babalarımız belə deyib. Riayət edib-etməmək artıq gələcək nəsillərin, bizim işimizdir...

Bir daha S.Babayevin açıqlamasına - “...Ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq” - qayıdaq. Daha doğrusu isə, bu açıqlamanı tam təkzib və alt-üst edən digər bir açıqlamaya. Belə ki, “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” sosioloji sorğu-tədqiqatının nəticələrində belə bir qeyd var: “Azərbaycanda son illərdə ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur...”.

Bildirilib ki, çoxuşaqlı ailələrin sayının azalması və təkuşaqlıların sayının artması narahatlıq doğuran tendensiyalardandır. Necə deyərlər, sözün bitdiyi an: əcəba cənab nazir bəs hansı ölkədən danışırmış?...

Və bu yerdə daha bir atalar sözü: “Söz bir olsa, dağ oynayar yerindən”. Gördüyümüz kimi, söz nəinki bir deyil, hələ bir-birini inkar edəndir. Bir mətləb barədə iki fərqli söz deyilirsə, deməli mütləq biri yalandır. Atalar isə deyib ki, “Yalan ayaq tutar, yeriməz”. Necə ki, bu dəfə də yerimədi. Ümid edək ki, sözümüz hədəfə yetişəcək. Əbəs yerə deməyiblər ki, “Sözü at, yiyəsi götürər”...//ayna//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SABİQ MTN ƏMƏKDAŞI NİYƏ ÖLDÜRÜLDÜ? -Havaya açılan atəş, narkotik, məhv olan həyatlar
Zamantv.az : - Bakıda kürəkənini güllələyən şəxsin cinayət işi üzrə təfərrüatlar məlum olub. Qətlə yetirilən şəxs sabiq MTN əməkdaşı imiş. Onun atası isə iş adamıdır. Mərhum narkotik vasitə istifadəçisi və spirtli içki aludəçisi olub.

59 yaşlı Azər Cəfərov ötən il dekabrın 13-də Xəzər rayonu ərazisində yerləşən bağ evində 35 yaşlı kürəkəni Rəşad Məmmədovu güllələyərək qətlə yetirib.

Hadisəyə səbəb Rəşad Məmmədovun həyat yoldaşı Nigarla tez-tez mübahisə etməsi, narkotik istifadəçisi olduğu üçün ailəsində problemlər yaranması olub. Buna görə ailə üzvləri arasında dəfələrlə mübahisələr baş verib. Rəşadla Nigar daha əvvəl də boşanmaq mərəhələsinə çatsalar da, ağsaqqallar onları barışdırıb. Amma ikinci cəhddə onlar boşanıb.

Hadisə günü Rəşad qayınatasının yanına gələrək övladları ilə görüşə bilmədiyini söyləyib və onunla münahisə edib. Mübahisə zamanı Rəşad söyüş söyüb və buna görə də qayınatası onu güllələyib.

Qətli törədən Azər Cəfərov ifadəsində deyib ki, qızı Nigar Rəşadla ailə həyatı qurduqdan iki ay sonra onların problemləri yaranmağa başlayıb: “Nigar Rəşadın narkotikdən istifadə etdiyini, içki içdiyini, onu incitdiyini deyirdi. Amma ailəsi dağılmasın deyə dözürdü. Dəfələrlə dava-dalaş olub. Nigar bizim evimizə gələndə Rəşad onların arxasınca gəlib səs-küy salırdı. Bir dəfə boşanmaq istəyəndə mən və qudam onları barışdırdıq. Rəşadın müalicə alması üçün hər şey etdik. Ailəsi də buna görə çox çalışdı. Amma olmadı.

Vəziyyətin düzəlmədiyini görəndə qızım yenidən boşanmaq qərarı verdi. Qızım boşandıqdan sonra mənim yanımda yaşamağa başladı. Nə biz, nə də qızım Rəşadın övladları ilə görüşməsinə problem yaratmırdıq. İstədiyi vaxt uşaqları görə bilərdi. Bir gün qızlardan biri xəstələnmişdi. Ona görə də atası ilə görüşə bilmədi. Rəşad da buna görə mənə zəng edib aqressiv şəkildə danışdı. Harada olduğumu soruşdu. Mərdəkanda bağda olduğumu dedim”.

Azər Cəfərovun sözlərinə görə, Rəşad onun evinə gələndə evdə tək olub. Bu zaman Rəşad onunla kobud danışıb, söyüş söyüb: “Evdə tək olduğum üçün söyüşləri heç kim eşitmirdi. Lənət şeytana deyib səbrimi sıxdım. Hətta ona dedim ki, məsələni böyütməsin. Vaxt gələr, yenidən barışarlar. Mən nə qədər onu sakitləşdirməyə çalışsam da, Rəşad daha aqressivləşirdi. Mənə qızımı və ailə üzvlərimi öldürəcəyini dedi. Bütün ailə üzvlərimi, dədəmin qəbrini də söydü. Bundan sonra özümü saxlaya bilmədim. Evdən ov tüfəngimi götürüb həyətə çıxdım. Ona atəş açdım”.

Sualları cavablandıran Azər Cəfərov deyib ki, ovçular cəmiyyətinin üzvüdür və 4 ov tüfəngi var. Silahlardan üçü şəhərdəki evində, biri isə bağ evində olub.

Azər Cəfərov silahla çölə çıxandan sonra baş verənləri xatırlamadığını deyib. O bildirib ki, bir neçə dəqiqə sonra bağbanının onu çağırdığını eşidib. Bundan sonra bağban təcili yardıma, Azər Cəfərov isə polisə məlumat verib.

Təqsirləndirilən Azər Cəfərovun qızı məhkəmədə şahid qismində dindirilib. O, keçmiş əri Rəşadın narkotik istifadəçisi olduğunu və ailələrinin də məhz buna görə dağıldığını təsdiqləyib: “Toydan iki ay sonra onun nəşə çəkdiyini bildim. Evdə narkotik vasitələr görürdüm. Bir neçə dəfə Rəşad hamamda narkotik vasitə istifadə edəndə halı pisləşmişdi.

Narkotikdən istifadə edəndən sonra evdə dava-dalaş salırdı. Onun müalicə alması üçün çox çalışdıq. Biz də ailə üzvləri də onu Türkiyəyə, başqa ölkələrə müalicəyə göndərdik. Amma alınmadı”.

Nigar ifadəsində Rəşadın tapançası olduğunu da deyib. O bildirib ki, bir gün atası ölkə xaricində olanda Rəşad bağ evlərinə gəlib. Aralarında mübahisə olan zamanı Rəşad belindən silahı çıxararaq havaya atəş açıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Rəşad hadisə baş verən yerə “Lexus” markalı maşını ilə gəlib. Onun maşınına baxış keçirilən zaman silah aşkar edilib. Amma güllələsi olmayıb.

Nigar qeyd edib ki, Rəşad atasının fabrikində müavin işləyirmiş. Amma içki aludəçisi və narkotik istifadəçisi olduğu üçün işə getmirmiş.

Mərhumun atası və qardaşı da məhkəmədə ifadə verib. Onlar Rəşadın narkotik istifadə etdiyini biliblər. Rəşadın müalicəsi üçün, ailəsinin dağılmaması üçün əllərindən gələni edən ailə təəssüf ki, buna nail ola bilməyib.

Rəşadın ailə üzvləri onu da deyiblər ki, mərhumla Nigar arasında baş verən mübahisələrin başqa səbəbi də var. Onlar səbəbkarın Nigarın anası olduğunu deyiblər. Bildiriblər ki, Nigarın anası tələb edirmiş ki, Rəşad şəhərdə ayrı ev alaraq ailəsini oraya köçürsün.

Mərhumun qardaşı qeyd edib ki, Rəşadla Nigarın münasibətləri elə də pis olmayıb. Onlar birlikdə dəfələrlə xarici ölkələrə səhayətə gediblər. Nigarla münasibətləri pisləşəndə Rəşad ona bahalı hədiyyətlər alırmış.

Məhkəmədə məlum olub ki, mərhum Rəşad Məmmədov ləğv edilmiş Mill Təhlükəsizlik Nazirliyində əməliyyat müvəkkili vəzifəsində xidmət keçib. 2007-ci ildə xəstəliyə görə leytenant hərbi rütbəsi ilə ehtiyata buraxılıb.

Məhkəmənin yekununda qətli törədən şəxs əməlindən peşman olduğunu deyib.

Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Azər Cəfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.//yenixeber.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çağırışçıların nəzərinə: Xidmət edəcəyiniz yeri belə öyrənin
Zamantv.az : - Azərbaycanda 2022-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar.

Bu barədə SHXÇDX-dan məlumat verilib.

Vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Bununla yanaşı müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə edə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur. Qeyd edək ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan öncə - dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında noyabrın 23-də Sərəncam imzalayıb. 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrimizdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşlarımız 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.//axar.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna Türkiyə dronlarının istehsalına BAŞLADI
Ukrayna prezidentinin Ofisinin rəhbəri Andrey Yermak ölkədə “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin istehsalının başladığını elan edib. O əlavə edib ki, daha əvvəl bu dronlar üçün mühərriklər Ukraynada istehsal edilirdi.

Zamantv.az virtualaz.org-a istinadən xəbər verir ki, Ukraynada “Bayraktar” istehsalı üçün zavodun tikintisinin başladığını bir ay əvvəl prezident Vladimir Zelenski elan etmişdi.

“Biz Türkiyə ilə əməkdaşlığı genişləndiririk. Hər şey “Bayraktar”ların təchizatı ilə başlayıb, indi isə artıq onların Ukraynada istehsalı işə salınıb. Deyəndə ki, bunlar türk “Bayraktar”larıdır, bəli, - biz onları Türkiyədən almışıq. Amma qeyd etmək lazımdır ki, bu pilotsuz təyyarələr üçün mühərriklər bizim ölkəmizdə istehsal olunur”, - Yermal jurnalistlərə bildirib.

Prezident Ofisinin rəhbəri habelə Qərb ölkələrinin Ukraynaya hərbi dəstəyi haqda danışıb. Bildirib ki, Böyük Britaniya Ukrayna hərbi dəniz donanmasının yenidən qurulmasında iştirak edir. Bu, 1.7 milyard funt sterlinq dəyərində birgə layihədir. Fransa ilə birgə layihənin dəyəri isə 1.3 milyard avrodur. “Ukrayna ilə bu gün həqiqətən strateji tərəfdaş kimi əməkdaşlıq edirlər”, - Yermal deyib.

Xatırladaq ki, Ukraynanın Türkiyədən 48 “Bayraktar” aldığı məlum olmuşdu. İndi isə Kiyev onların istehsalını həyata keçirir. Bütün bunlar Rusiyanın Ukrayna sərhədləri boyu qoşun cəmləşdirməsi və hücuma hazırlaşdığı bir vaxtda baş verir.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ciddi maneə yaradılmasa, Türkiyə-Ermənistan münasibətləri bərpa olunacaq” - GƏLİŞMƏ
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması, diplomatik münasibətlərin bərpası istiqamətində real addımlara keçilib. Artıq qarşılıqlı olaraq, bununla bağlı xüsusi nümayəndələr təyin olunub. Türkiyə tərəfindən diplomat Sərdar Qılıc Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması çərçivəsində aparılan danışıqlarda xüsusi təmsilçi təyin edilib.

Xatırladaq ki, Türkiyə ilə Ermənistanın diplomatik əlaqələri yoxdur və onlar arasında quru sərhədi 1993-cü ildən bağlıdır. Türkiyə sərhədlərini bağlamasını, diplomatik əlaqələrini kəsməsini Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əsaslandırıb. 2008-2009-cu illərdə Ermənistan Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılmasına, sərhədlərin açılmasına cəhd göstərsə də, iki həll edilməmiş problem - Qarabağ münaqişəsi və qondarma “erməni soyqırımı” səbəbindən bu cəhd baş tutmadı.

DİA,AZ-ın məlumatına görə, iki ölkə arasında gedən normallaşma addımlarını AYNA-ya şərh edən "Şərq-Qərb" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, ciddi maneələr yaradılmasa, Ermənistan-Türkiyə münasibətləri normallaşacaq: “Hazırda münasibətlərin normallaşması üçün həm zəmin var, həm siyasi iradə, həm də siyasi və iqtisadi səbəblər. Bu gün Ermənistan hökuməti ölkəni Rusiya təsirindən çıxarmağa çalışır. Amma bu məsələdə İrəvanın seçim imkanları olduqca məhduddur. Bunu həyata keçirmək üçün Ermənistanla həmsərhəd olan 4 ölkə arasında öz iqtisadi, hərbi-siyasi və digər imkanlarına görə ən uğurlusu Türkiyə ola bilər”.

“Qeyd etmək lazımdır ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində cəhdlər təkcə Nikol Paşinyan hökuməti tərəfindən edilmir. Müstəqillikdən sonra Ermənistanın bütün hökumətləri buna çalışıb. Türkiyə-Ermənistan münasibətlərinin bərpa olunmasına mane olan əsas amil Azərbaycan torpaqlarının işğal altında qalması idi. Amma bu gün vəziyyət dəyişib və İrəvanda düşünürlər ki, indi buna nail olmaq üçün münbit siyasi-diplomatik şərait yaranıb”, - deyə analitik bildirib.

Onun fikrincə, Ermənistana Türkiyə ilə münasibətlər həm də Azərbaycan-Türkiyə münasibətlərinə təsir etmək üçün vacibdir: “Amma bunun mümkün olacağı indiki halda real deyil. Bütün hallarda ikitərəfli münasibətlərin inkişafında Ankara da maraqlıdır. Çünki bu, Türkiyənin Cənubi Qafqaz siyasəti üçün yeni imkanlar aça bilər”.

“Belə görünür ki, ciddi problemlər olmasa və ya yaradılmasa, Ermənistan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edəcək və biz də bunu mütləq nəzərə almalıyıq. Ermənistanın Azərbaycana qarşı iddiaları heç vaxt bitməyəcək. Şəxsən mən belə düşünürəm. Ona görə də bütün və ilk baxışdan hətta ən ağlasığmaz variantlar da ciddi-ciddi nəzərdən keçirilməlidir”, - deyə Oruclu vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əslində kimlər həbs olunmalı idi, əvəzində kimlər cəzalandırılır? - HƏR MƏMURUN ÖZ QURBANI...
Bugünlərdə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyev məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edildi. Bu məhkəmə qərarı Azərbaycandakı hakimiyyət strukturlarında son illər ərzində müşahidə olunan bir maraqlı tendensiyanın özünə birdəfəlik yer etməsindən xəbər verir.

Artıq uzun illərin təcrübəsi göstərir ki, Azərbaycanda iri ranqlı məmurlar öz ətraflarında müavin, aparat rəhbəri, baş memar, baş mühasib və s. adlar altında müxtəlif çəkili “qurbanlıqlar” saxlayırlar. Vaxtı gələndə, özləri də az-çox çirkaba bulaşmış və “yağlanmış” həmin bu “qurbanlıq”lar asanlıqla güdaza verilir, nazir, komitə sədri və s. isə “süddən çıxan ağ qaşıq” kimi, çəkilb durur bir kənarda. DİA.AZ “AzPolitika.info”ya istinadən xəbər verir ki, bunu təsdiq edən saysız-hesabsız nümunələr göstərmək olar.

Məsələn, Prezidentin sabiq köməkçisi Əli Həsənov. Digər korrupsiya əməllərini kənara qoysaq, təkcə onun kurasiyasında olan jurnalistlər binasının tikintisində yol verilən 18 milyonluq yeyinti faktı, bu işdə onun iştirakına dair məhkəmədə və istintaqda danılmaz sübutların və dəlillərin ortaya qoyulması bəs edirdi ki, bu şəxs cinayət məsuliyyətinə cəlb edilsin. Lakin bu, baş vermədi. Əvəzində, onun yaxın “dostu və qardaşı”, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qurban verildi – 10 il 6 ay! Baxmayaraq ki, hamı çox yaxşı bilir, jurnalist binalarındakı yeyintidə Səfərlinin rolu yox kimidir, ona bəlkə heç qəpik-quruş da çatmayıb.

Eləcə də Həsənovun yaxın qohumu və tanışları da daxil olmaqla, bu işdə formal iştirakçı olan və mənimsənilən milyonlardan yalnız aylıq maaş alan bir neçə kiçik “qurbancıq” da məhkəmə tərəfindən cəzalandırıldı...

Bakının sabiq meri Hacıbala Abutalıbov. Adamın dövründə Bakı qarış-qarış satıldı. Tikintiyə icazədən tutmuş iri təmir və tikinti layihələrinin icrasına qədər elə bir sahə olmadı ki, orada korrupsiya, yeyinti, rüşvət faktları olmasın. Hamı da yaxşı bilirdi ki, bütün bu əməllər şəxsən Abutalıbovun iştirakı və payı olmadan reallaşa bilməzdi. Sonda nə oldu? Hansısa anlaşılmaz, müəmmalı və Azərbaycan reallıqları baxımından gülünc bir cinayət işi ilə Abutalıbovun Aparat rəhbəri Rasim Quliyev “qurbanlıq” verildi. V.Səfərli ilə müqayisədə R.Quliyevə qarşı daha insaflı davranıldı - cəmi 3 il!

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev. Onun rəhbərlik etdiyi qurumda ötən il keçirilən əməliyyatda tenderlərdə baş verən aşıq-aşkar, 10 milyonlarla manatla hesablanan mənimsəmələrdən tutmuş musiqi məktəblərində yığılan nisbətən xırda rüşvətə qədər saysız-hesabsız cinayət faktları üzə çıxarıldı və sübuta yetirildi. Nəticədə, kim həbs olundu? Əbülfəs Qarayevin müavini Rafiq Bayramov. 8 il müddətinə azadlıqdan məhrum edilən Bayramov məhkəmədəki ifadəsində deyib: “Mən saxlanılanda vəzifə səlahiyyətlərimi aşma, mənimsəmədə ittiham olunmuşam. Qeyd etməliyəm ki, mən nazir müavini olsam da, imza səlahiyyətim olmayıb, maddi-məsuliyyətli şəxs olmamışam.” Bunun açması o deməkdir ki, hər şey nazirin səlahiyyətində, nəzarətində və onun imzası ilə olub. Ancaq məlum olduğu kimi, Ə.Qarayevə “gözün üstə qaşın var” deyən yoxdur. R.Bayramov da daxil omaqla onun bir neçə “qurbanlıq”ları isə məhbus həyatı yaşayır...

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov. Hüquq-mühafizə orqanlarının XİN-də keçirilən əməliyyatı ortaya çoxsaylı korrupsiya və vəzifə cinayətlərinə dair faktlar çıxardı. Bununla yanaşı, mətbuatda nazirin ABŞ-da 4.2 milyon dollara mənzil aldığı faktlarla ortaya qoyuldu və sonradan Məmmədyarovun özü də bunu inkar etmədi. XİN-də aparılan araşdırmalar isə hər şeyin nazirin bilgisi, razılığı və iştirakı ilə baş verdiyini təsdiqlədi. Lakin Məmmədyarov da hazırda digər həmkarları kimi, öz kefindədir. Əvəzində, nazirliyin bir neçə yüksək rütbəli təmsilçisinə cinayət işi açıldı. Ancaq maraqlıdır ki, məhkəmə bu şəxslərə yalnız şərti iş kəsməklə və vurulmuş bir neçə milyonluq ziyanı ödətməklə kifayətləndi...

Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov. Azərbaycanın ən yeni tarixində bəlkə də “MTN işi” qədər səs-küylü, böyük rezonans doğuran, saysız-hesabsız ağır cinayətlərin, qətl və işgəncələrin, üst-üstə yüz milyonlarla ölçülən rüşvət, reketlik və s. kimi əməllərin yer aldığı və dövlətin adına, nüfuzuna xələl gətirən ikinci iş olmayıb. Ancaq buna baxmayaraq, bu rüsvayçılığın qarşısında böyük cinayətkar dəstənin başında duran nazir Eldar Mahmudov azadlıqdadır və özünün Bakıdakı saysız-hesabsız malikanələrinin birində kef-damaq içərisində yaşayır. Ancaq bu işin gətirdiyimiz digər nümunələrdən fərqi ondadır ki, burada məsuliyyətə cəlb olunanlardan kimisə “qurbanlıq” adlandırmağa insanın dili dönmür. Çünki bu işdəki adi əməliyyatçıdan generala qədər hər kəs qurbandan daha çox yırtıcı canavar obrazına uyğun gəlir. Məsələn, Akif Çovdarova necə “qurbanlıq” demək olar? Adam “qurbanlıq” dərisinə sığmadığını sübuta yetirdi - qısa müddətdə həbsdən çıxdı və bu gün də iddialı şəkildə bəraət, hətta üzərinə həbs qoyulan milyonluq əmlaklarının geri qaytarılmasını tələb edir. Və məhkəmənin onunla bağlı son qərarı da göstərir ki, bu tələbləri yerinə yetirilmək üzrədir...

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev. DTX-nın keçirdiyi məlum əməliyyatlar zamanı ard-arda həbs olunan icra başçılarının hamısı Ramiz Mehdiyevin “komandası”nın nümayəndələri hesab olunurdu. Mehdiyevin dövründə başçıların hansı prinsiplər əsasında işlədikləri, onların kimin əmrlərinə tabe olduqları, rayonlardan yığdıqları milyonların hara çatdığı, necə bölüşdürüldüyü barədə istər mətbuatda, istərsə də cəmiyyətdə dolğun və real təsəvvür mövcuddur. Buna baxmayaraq, başçılardan kiminsə Mehdiyevin adını çəkdiyinə dair rəsmi məlumat yoxdur...

Nəticədə, Mehdiyev azadlıqda və AMEA rəhbərliyindədir. Onun “qurbanlıq”larına gəlincə, onların arasında hazırda həbsdə olanlarla yanaşı, hətta həbsxanada həyatını itirənlər də var. Mehdiyev isə sağ-salamat, vəzifə başında, parıltılı, hökumət nömrəli maşınında gəzir və əvvəlki lüks həyatını davam etdirir...

İş o yerə çatıb ki, bəzi hallarda özləri “qurbanlıq” statusunda olanlar belə öz ətrafında “qurbanlıq” saxlayır. Məsələn, Abşeronun hazırkı icra başçısı İradə Gülməmmədova. Bu xanım başçının da “kontorunda” keçirilən əməliyyat zamanı danılmaz korrupsiya və rüşvət cinayətlərinə aid sübutlar üzə çıxarıldı. Lakin Gülməmmədova hansı yollasa bu “yaş” işdən “quru” çıxdı. Əvəzində rayonun baş memarı Akif Əliyev “qurbanlıq” verildi. İndi A.Əliyev 10 il 6 aylıq cəzasını çəkməkdə, İ.Gülməmmədova isə əvvəlki postunda və əvvəlki əməllərini davam etdirməkdədir...

Əlbəttə ki, bu siyahını uzatdıqca uzatmaq olar. Ancaq burada maraqlı olan həm də “qurbanlıq”ların fərqli taleyi, fərqli cəzalar almasıdır. Belə görünür ki, “qurbanlıq”ların yaşadığı aqibətin ağırlıq dərəcəsi onların hər birinin azadlıqda qalan sabiq şefinin çəkisindən, hələ də hakimiyyət daxilində mövcud olan əlaqələrindən və bir də həmin şefin şəxsi mənəvi keyfiyyətlərindən, öz “qurbanlıq”larına mərhəmətindən, sədaqətindən, daha dərinə getsək, kişiliyindən asılıdır. Bu sarıdan məsələn, Vüqar Səfərlinin bəxti qətiyyən digərləri qədər gətirməyib...

Maraqlıdır, bəs, bu “qurbanlıq” oyunu nə vaxta qədər davam edəcək və bundan sonra da oxşar işlərin şahidi olacağıqmı?

İlk baxışdan hakimiyyətdə aparıldığı elan olunan yeni kadr siyasəti, gəncləşdirmə, şəffaflıq və s. yuxarıda gətirilən nümunələrin təkrarlanmasını istisna etməlidir. Lakin təəssüf ki, hələlik bunu istisna etmək mümkün deyil, hətta bəlkə də sadəlövhlükdür. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyi də daxil olmaqla əksər nazirliklər, komitələr, eləcə də rayon icra hakimiyyətləri və digər icra orqanları tender korrupsiyasını özündə əks etdirən və buna dair ciddi şübhələrə yol açan fəaliyyətləri davam etdirirlər.

Bu qurumlarda baş verənlər göstərir ki, bəzi yeni “gənc və Avropa təhsilli” kadrlar da bir çox cəhətlərinə görə öz sələflərindən ciddi şəkildə fərqlənmirlər və onların özləri də bir növ “qarmaqdan asılı” vəziyyətdədirlər. Bu isə o deməkdir ki, belə davam etsə, növbəti korrupsiya ilə mübarizə dalğalarının birində onların da üzərini “qara buludlar” ala bilər və deməli, əgər sələfləri kimi “kəfəni yırta” bilsələr, onların da özlərinə aid “qurbanlıq”ları, yaxud “palanlar”ı olacaq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Laçın dəhlizində postların qurulması zaman məsələsidir” - GƏLİŞMƏ
“Öncəliklə onu deyim ki, Valeri Perkesin Azərbaycan ərazisinə keçməsi sərhəd və miqrasiya qanunlarının pozulması halıdır. Məlum şəxs vizasız, icazəsiz, qaçaq, quldur kimi Azərbaycan ərazisinə keçib. Perkes Ermənistana, təbii ki, gələ bilər. Bu gəlişin səbəbi də onun seçkiöncəsi kampaniyasıdır. Lakin nəzərə alınmalıdır ki, Perkesin özü hələ rəsmi namizəd kimi qeydə alınmayıb. O, sadəcə olaraq, rəsmi namizəd olmağa namizəddir”. DİA.AZ xəbər verir ki, bu fikirləri Bizim.Media-ya verdiyi açıqlamada politoloq Yeganə Hacıyeva qeyd edib.

Belə ki, Perkesin Xankəndinə qanunsuz səfəri ilə bağlı fikirlərini bölüşən politoloq ilk öncə fransalı siyasətçinin bu addımı atma səbəblərinə toxunub:

“Bütün bunlara rəğmən Perkes daha da irəli gedərək, ordan Xankəndinə də səfər etdi. Bu isə onun təcrübəsizliyindən və ya beynəlxalq hüquqi normaları dərk etməməsindən irəli gəlir deyə bilərdik, yənu Perkesin səfərini ən yaxşı halda bu formada şərh edə bilərdik. Lakin Perkes, ən kəskin şərhlə Azərbaycanın ərazi bütövlüyünə nümayişkəranə şəkildə hörmətsizlik göstərib”.

Yeganə Hacıyevanın fikrincə, Azərbaycanın Perkesi “qara siyahı”ya salması görüləcək tədbirlərdən ilkidir:

“Perkesin bu addımına cavab olaraq, Azərbaycan tərəfi onu “qara siyahı”ya saldı. Bu, görülən ilk tədbir idi. Təbii ki, bu tədbirlərin davamı da gələcək. Çünki Perkes Azərbaycan ərazisinə daxil olarkən, ölkəmizin sərhəd qanunvericiliyi ilə bağlı normaların tələblərini də pozub.

Doğrudur, o, sülhməramlıların nəzarət etdiyi Laçın dəhlizindən keçərək Xankəndinə gəlib. Və rus sülhməramlılar da qəribə tərzdə selektiv olaraq, kiminsə keçib-keçməməyinə qərar verir. Xatırlayıram ki, bir ay öncə də iki avropalı jurnalist Qarabağaın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsinə gəlmək istəsələr də, onlara keçid izni verilməmişdi”.

Politoloq bu cür qanunsuz səfərlərin qarşısını almaq üçün Azərbaycanın Laçın dəhlizində sərhəd yoxlama məntəqələri qurmaq ehtimallarını da dəyərləndirib:

“Bu cür “ziyarət”lərin neçənci dəfədir ki baş verməsi səbəbindən, artıq Azərbaycan Laçın dəhlizində yoxlama postları qurmağı düşünməlidir. Azərbaycan sərhəd postları qurmalıdır və proseslər buna doğru gedir. Məsələ burasındadır ki, bu aktiv hərəkətlər istər Ermənistanda, istərsə də separatçı rejimin tör-töküntüləri arasında revanşizm duyğularının oyanmasına səbəb olur. Məsələn, Ermənistan hökuməti Perkesin bu hərəkətini ciddi şəkildə daxili təbliğatda istifadə edir. Bu da erməni ictimaiyyətinin Qarabağla bağlı növbəti xülyalarına düşməsinə gətirib çıxarır”.

Laçın dəhlizində sərhəd buraxılış məntəqələrinin qurulması zəruridir...

“Bu səbəblərdən dolayı, Azərbaycanın Laçın dəhlizində postlar qurmaq təşəbbüsünü icra etməsi sadəcə zaman məsələsidir. Artıq bu məsələ dəfələrlə qaldırılıb və qaldırılmağa da davam edəcək.

Əks halda sərhədlərimiz yenidən xarici vətəndaşlar tərəfindən pozula bilər. Perkes üzdə olan və nəzərəçarpan bir simadır. Lakin Laçın dəhlizindən keçən digər şəxslər heç bir yoxlanış olmadan asanlıqla Qarabağa gələ bilirlər. Bu cür səfərlərin qarşısını almaq üçün isə, Laçın dəhlizində Azərbaycanın sərhəd buraxılış məntəqələri qurması zəruridir”, Yeganə Hacıyeva fikirlərini yekunlaşdırıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO