[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Heydər Əliyev yolu...

Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində özünəməxsus yer tutan nadir tarixi şəxsiyyətlərdəndir. Onun zəngin irsi hələ uzun müddət siyasətşünasların, filosofların, tarixçi və araşdırmaçıların tədqiqat mənbəyi olacaq.

Ümummilli lider 15 ildir aramızda olmasa da, onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik məktəbi, bizə ərməğan etdiyi müstəqil və demokratik Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti, gerçəkləşdirdiyi dəyərli islahatları ilə dinamik inkişaf edir, yeni-yeni uğurlar qazanır.
Ötən əsrin 70-80-ci illərində Azərbaycanı keçmiş İttifaq məkanında bütün sahələrdə inkişafına görə qabaqcıl respublikalar sırasına çıxaran görkəmli dövlət xadimi Heydər Əliyev həmin vaxtlarda bu diyarın müstəqil gələcəyi üçün hərtərəfli potensialın yaradılmasını təmin etmişdir. 1993-cü ildə xalqın iradəsi ilə respublika rəhbərliyinə qayıtdıqdan sonra da ulu öndər müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf etidirilməsi kimi mühüm və şərəfli tarixi vəzifəni yüksək səviyyədə həyata keçirmişdir.
Dahi şəxsiyyət Azərbaycana rəhbərliyi illərində respublikamızın inkişaf tempinin, genişmiqyaslı quruculuq işlərinin ardıcıl xarakter alması üçün genişmiqyaslı islahatları reallaşdırmışdır. Onun həyata keçirdiyi iri layihələrin icrası sayəsində iqtisadiyyatın bütün sahələri əhəmiyyətli dərəcədə inkişaf etməyə başlamışdır.
Respublikamızda dəmir yolunun inkişaf tarixinin böyük bir hissəsi də dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Məhz ümummilli liderin diqqət və qayğısı sayəsində ötən əsrin sonlarında dəmir yolu infrastrukturu öz tərəqqisinin zirvəsinə çatmışdır. Ulu öndər istər Azərbaycan Respublikasında, istərsə də keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən dəmir yolu infrastrukturunu daim diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi önəm vermişdir.
Azərbaycanın nəhəng təsərrüfat kompleksinin - dəmir yolu sisteminin inkişafındakı mühüm xidmətləri barədə danışmazdan əvvəl ulu öndərin keçdiyi ömür yoluna qısaca nəzər salaq. Bununla bağlı əvvəlcə bir həqiqəti xatırlatmaq yerinə düşərdi. Belə ki, böyük şəxsiyyətləri fərqləndirən ali xüsusiyyətlərdən biri onların yalnız bu günlə bərabər, gələcək barədə də düşünmələri, götür-qoy etmələri, insanların həyatında mühüm rol oynayan strateji qərarlar qəbul etmələridir.
Başlanğıcda bəlkə də təbii qanunauyğunluq kimi nəzərdən keçirilən bu qərarların sonradan ümumilikdə xalqın, dövlətin tərəqqisi, inkişafı baxımından necə əlahiddə önəm daşıdığı daha aydın görünür. Bu mənada ümummilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyevin dövlət və xalq naminə qəbul etdiyi qərarların strateji əhəmiyyətini bugünün özündə də duyur, gündəlik həyatımızda, taleyimizdə hiss edirik.
Bu dahi şəxsiyyətin 1969-cu ildən etibarən gördüyü işlərin miqyasını xəyalən təsəvvür edəndə ilk qənaətim belə olur: ulu öndər müdrik rəhbərlik istedadı sayəsində Azərbaycanda milli ruhun və azərbaycançılığın kommunizm ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını alaraq onun dirçəldilməsi istiqamətində mövcud imkanlardan maksimum dərəcədə yararlanıb. Gənc nəslin ideoloji sistemin zəncirlərindən xilas olması, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi ideoloji təməl prinsipləri əsasında milli ruhun yüksəlişini təmin edib, millətin qəlbində illərdən bəri sıxışdırılıb qalan milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin formalaşdırıb.
Heydər Əliyev ötən əsrin 70-80-ci illərində və daha sonrakı dönəmdə Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müdrikliklə müəyyənləşdirib. Bununla da ölkəmizin iqtisadi müstəqilliyinin, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsinin və dünya iqtisadiyyatına daha dərin şəkildə inteqrasiya prosesinin əsasını qoyub.
Bunu Azərbaycanda dəmir yolu infrastrukturunun inkişaf yoluna nəzər salmaqla da aydın təsəvvür edə bilərik. Xatırladaq ki, ölkəmizdə dəmir yolu nəqliyyatının yaranması tarixi XIX əsrin sonlarına təsadüf edir. Həmin dövrdə Bakıda neft sənayesinin inkişafı istehsal olunan məhsulun daşınma zərurətini meydana çıxarmışdı. Odur ki, Azərbaycanda polad magistral yolların çəkilişi də o vaxta - 1878-ci ilə təsadüf edir. Buna görə də Azərbaycanda dəmir yolunun tikintisinin başlanması və onun sonrakı inkişafı neftin çıxarılması və emalı ilə sıx bağlı olmuşdur. Neftin daşınması uzun illər primitiv şəkildə dəvə karvanı və arabalarda yerləşdirilmiş taxta çəlləklərlə yerinə yetirilirdi. Bu üsulla neftin nəqli həm əziyyətli idi, həm də baha başa gəlirdi. Bunun üçün də neft istehsalçıları yüksək gəlir əldə etmək məqsədilə dəmir yolu xətlərinin çəkilişinə böyük maraq göstərməyə başladılar.
Beləliklə, istehsal olunan neftin nəqli məsələsinin aktuallaşması, əvvəl Bakıda, sonra isə bütün Azərbaycanda dəmir yolunun yaranmasına təsir göstərmişdir. Azərbaycanda 1878-ci ildə salınan 20 kilometr uzunluğunda ilk dəmir yolu Bakı-Suraxanı-Sabunçu yaşayış məntəqələrini əhatə etmişdir. Bununla da dünyada ilk dəfə neftin sisternlərlə daşınmasına başlanmış, eyni zamanda, Azərbaycanda dəmir yolunun əsası qoyulmuşdur.
Sonrakı 20 il dəmir yolu tikintisinin yüksək inkişafı ilə müşahidə edilmişdir. 1883-cü ildə neftin Qara dəniz limanlarına çatdırılması üçün Bakı-Tbilisi-Batumi, 1890-cı ildə Biləcəri-Dərbənd magistral xətləri çəkilmişdir. 1900-cü ildə Dərbənd-Tixoretskaya xəttinin tikintisi başa çatdırılandan sonra isə Bakı şimal istiqamətində ümumrusiya dəmir yolları şəbəkəsi ilə birləşdirilmişdir. Bu da Bakı neftinin dəmir yolu ilə Rusiyanın mərkəzi və qərb rayonlarına çatdırılmasına imkan yaratmışdır.
İkinci Dünya müharibəsindən sonrakı illərdə, xüsusən də ötən əsrin 60-70-ci illərində SSRİ-nin digər təsərrüfat sahələrində inkişafın sürətləndirilməsi ilə əlaqədar başqa növ yüklərin daşınmasının həcmi də artmışdır. Dəmir yolu ilə yük daşınmasının maksimum həcmi 1987-ci ilə təsadüf edir. Həmin vaxt 44,5 milyon ton yük, o cümlədən 12,9 milyon ton neft və neft məhsulları daşınmışdır. Neft və neft məhsullarının ən yüksək daşınma həcmi isə 1970-ci ildə yerinə yetirilmişdir. Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan dəmir yolunda yük dövriyyəsi 43 milyard ton-kilometrə çatmışdır.
Qeyd etmək lazımdır ki, keçmiş SSRİ-də dəmir yollarının elektrikləşdirilməsi 1926-cı ildə ilk dəfə olaraq Azərbaycanda başlanmış və Bakı-Sabunçu xəttində həyata keçirilmişdir.
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyə başladığı vaxtdan dəmir yoluna diqqət daha da artırılmış, bu sahədə mühüm işlər görülmüşdür. Ümumiyyətlə, respublikamızda dəmir yolunun inkişaf tarixinin böyük bir hissəsi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderin qayğısı sayəsində ötən əsrin sonlarında dəmir yolu infrastrukturu öz tərəqqi zirvəsinə çatmışdır. Ulu öndər istər Azərbaycan Respublikasında, istərsə də keçmiş Sovet İttifaqında rəhbər vəzifədə çalışarkən dəmir yolunun fəaliyyətini daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi önəm vermişdir. Bununla bağlı bəzi faktlara nəzər salaq: Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə keçmiş SSRİ-nin ən böyük çeşidləyici stansiyalarından olan Şirvan stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri, Azərbaycan Dövlət Dəmir Yolunun öz fəaliyyətini həyata keçirməsində çox mühüm əhəmiyyət daşıyan digər dəmir yolu stansiyaları inşa edilərək istismara verilmişdir. Görülən işlərin nəticəsində dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrdə 80-90 milyon tona çatdırılmışdır.
Bir faktı da xatırlatmaq istərdik. Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu Zaqafqaziyada bu sahədə ixtisaslaşdırılmış yeganə müəssisədir. 1975-ci ildə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə yaradılmış bu depo hazırda dəmir yolunun fəaliyyətində aparıcı rol oynayaraq bütün konteyner parkının əsaslı və planlı cari təmirini həyata keçirir.
Yuxarıda sadalananlarla yanaşı, 1975-79-cu illərdə Bakı elektrik dairəsində yoldəyişdirici və siqnalların mərkəzləşdirilməsi sahəsində böyük işlər görülmüş, Gəncə şəhərində texnikanın son nailiyyətlərinə uyğun müasir texnologiyalı yük vaqonlarının təmiri və istismarı, habelə sutka ərzində 60 ədəd elektrovoza texniki baxış keçirmək gücündə olan Şirvan dövriyyə depoları tikilib istifadəyə verilmişdir.
Heydər Əliyev keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində olarkən, Uzaq Sibir torpaqlarında inşa edilən Baykal-Amur Magistralı (BAM), eləcə də Azərbaycan BAM-ı adlandırılan 160 kilometr uzunluğunda və ən çətin sahədən keçən Yevlax-Balakən dəmir yolu ulu öndərin birbaşa diqqət və qayğısı ilə çəkilmişdir. Həmin xəttin tikintisi zamanı burada yeni stansiyalar, yaşayış evləri, uşaq bağçaları, məktəblər inşa edilmiş və 1985-ci ildə istifadəyə verilmişdir.
Ulu öndər ikinci dəfə respublika rəhbərliyinə gələndə Azərbaycanda təhlükəli şərait hökm sürürdü. AXC-Müsavat cütlüyünün naşı və yarıtmaz fəaliyyəti nəticəsində ölkədə vəziyyət mürəkkəbləşmişdi. Erməni faşizmi tərəfindən torpaqlarımızın işğalı şiddətlənmişdi. Hüquq-mühafizə orqanlarının üzərlərinə düşən vəzifələri həyata keçirə bilməmələri ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətin yaranmasına səbəb olmuşdu.
Belə bir böhranlı və ağır vəziyyətdə xalqın çıxış yolunu yenə də ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi bu obyektiv reallıqlarla şərtlənirdi. Xalq başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə, alternativsiz lider məhz Heydər Əliyevdir!
Beləliklə, ümummilli liderin 1993-cü il iyunun 9-da xalqın təkidli tələbinə səs verərək Bakıya qayıtması onun nə qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Respublikada hərc-mərcliyin, xaos və anarxiyanın hökm sürdüyü, qanunsuz silahlı dəstələrin geniş fəaliyyəti, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ərazilərimizin işğalının gündən-günə genişləndiyi, bir çox xarici dövlətlərin Azərbaycanın süqutunu arzuladığı, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi, Azərbaycanın dövlət müstəqilliyinin real təhlükə qarşısında olduğu bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zamanda dəyişərək normal məcraya salmaq böyük siyasi bacarıq və müdriklik tələb edirdi. Ulu öndər müstəqilliyi kövrək, mövcudluğu real təhlükə qarşısında olan Azərbaycan dövlətini bir çox daxili və xarici qəsdlərdən qorudu. Bir sıra xarici dövlətlərin maliyyə dəstəyi, diktəsi, habelə planlaşdırması ilə hazırlanıb həyata keçirilən qəsdlərin qarşısı qətiyyətlə alındı.
XX əsrin 90-cı illərinin əvvəllərində dəmir yolu sahəsi də tənəzzülə uğramışdı. Lakin ümummilli lider Heydər Əliyev iqtisadiyyatın bütün sahələrinin, eləcə də respublikanın polad şəbəkəsinin dirçəlməsini diqqət mərkəzində saxladı. Belə ki, qısa zaman ərzində dəmir yolunun idarəetmə strukturları dəyişdirildi, xidmət və şöbələrin bazasında müstəqil fəaliyyət göstərən istehsalat birlikləri, müəssisə və təşkilatlar yaradıldı. Respublikadaxili, qonşu ölkələrə sərnişin daşınmasının yüksək səviyyədə təşkili üçün yeni vaqonlar alındı, qonşu dövlətlərin dəmir yolları ilə iqtisadi əlaqələr bərpa edildi. Dəmir yolu vasitəsi ilə tranzit yüklərin daşınmasına böyük əhəmiyyət verildi.
1998-ci il yanvar ayının 4-də Dübəndi terminalının və stansiyasının açılış mərasimində ümummilli lider Heydər Əliyev iştirak etmiş, burada görülən işləri, dəmir yolunun fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Mən bu gün burada verilən məlumatları çox məmnuniyyət hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləri artıq aradan qaldırır və öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Bu, çox vacib məsələdir. Çünki dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan dəmir yolunu on illərlə yaratmışıq, onun maddi texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki,1990-cı ildən başlayaraq Azərbaycan Dövlət Dəmir Yolunda da çox şeylər dağılıbdır, itirilibdir. Yaxşı ki, indi bunların qarşısı alınır. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm”.
Burada bir həqiqəti də xatırlatmaq yerinə düşər. Hər bir ölkənin geosiyasi və geoiqtisadi mövqelərinin gücü həm də onun nəqliyyat sisteminin inkişafından asılıdır. Bu mənada dəmir yolu nəqliyyatının rolu mühüm önəm daşıyır. Başqa sözlə, milli iqtisadiyyatların qarşılıqlı asılılığının getdikcə artdığı, regionlararası və qitələrarası mal dövriyyəsi səviyyəsinin tədricən yüksəldiyi bir dövrdə dəmir yolu nəqliyyatı dövlətlərin inkişafının təkanverici elementinə çevrilməklə xüsusi əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycanda dəmir yolu sisteminin tərəqqisinin daim diqqət mərkəzində saxlanılması təsadüfi deyil, bu, prioritet istiqamətlərdən biridir.
Ulu öndərin siyasi xəttinin layiqli davamçısı, dövlət başçısı möhtərəm İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra dəmir yolu sistemində də tədbirlərin həyata keçirilməsi davam etdirildi. “Azərbaycan Dəmir Yolları”nın beynəlxalq standartlara uyğun qurulması istiqamətində reallaşdırılan bir sıra mühüm islahatlar dəmir yolu infrastrukturunun inkişafını sürətləndirdi. Azərbaycanın dəmir yolu işçilərinin ölkə iqtisadiyyatının inkişafında və sosial həyatında mühüm rolu nəzərə alınaraq dövlət başçısının 2005-ci il 7 oktyabr tarixli sərəncamı ilə hər il oktyabrın 13-ü dəmir yolu işçilərinin peşə bayramı günü kimi təsis edildi. Respublikada dəmir yolunun hərtərəfli inkişafını, iqtisadiyyatın və əhalinin daşımalara olan tələbatının daha dolğun ödənilməsini, idarəetmənin təkmilləşdirilməsini və görülən işlərin səmərəliliyinin daha da artırılmasını təmin etmək məqsədilə cənab İlham Əliyevin 2009-cu il 20 iyul tarixli sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.
Bu gün inamla deyə bilərik ki, cənab İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqət və qayğı dəmir yolu sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaradıb. Dövlət başçısının respublikamıza rəhbərlik etdiyi ötən 15 il ərzində bu sahədə müsbət dəyişikliklər, mühüm uğurlar əldə olunub. Lokomotiv parkının yenilənməsi istiqamətində önəmli addımlar atılıb. Beynəlxalq maliyyə qurumları ilə “Azərbaycan Dəmir Yolları” arasında əlaqələr intensivləşib. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Bütün bunlar əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi ilə nəticələnib.
Azərbaycan dəmir yolunun infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər edilib. Bakı Dəmir Yolu Vağzalında əsaslı yenidənqurma tədbirləri görülüb. Bakı-Sumqayıt sərnişin dəmir yolu yenidən istifadəyə verilib. İran ilə Azərbaycanın gələcək iqtisadi inkişafına böyük təkan verəcək Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin inşası müştərək şəkildə uğurla davam etdirilib. Bölgədə Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində ən önəmli layihənin- Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisə kimi yaddaşlara yazılıb.
Azərbaycanın mühüm geosiyasi və geoiqtisadi üstünlüklərindən biri də onun Avropa ilə Asiyanı birləşdirən unikal nəqliyyat-kommunikasiya imkanlarına malik olmasındadır. Son dövrlərdə respublikamızın mühüm tranzit və loqistika mərkəzinə çevrilməsini təmin edəcək nəhəng layihələr həyata keçirilir. Bu, Azərbaycanın beynəlxalq ticarətdə rolunun əhəmiyyətli dərəcədə artmasını və beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsini şərtləndirir. Bununla bağlı mühüm bir məqamı da xüsusi vurğulamaq istərdik. Dövlət başçısı cənab İlham Əliyevin ölkədə bütün sahələrdə ən yüksək inkişafın təmin olunmasına xüsusi diqqət yetirməsi dəmir yolu sistemində də uğurlu perspektivlərdən xəbər verir. QSC-nin rəhbərliyində həyata keçirilən dəyişiklik bir daha göstərdi ki, cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən biri dəmir yolu sistemini ölkə iqtisadiyyatının inkişafının lokomotivinə çevirməkdir.
Bir sözlə, respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Ümumiyyətlə, regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir.

Cavid Qurbanov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO