[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dnepr raket atəşinə tutuldu
Ukraynanın Dnepr şəhəri raket hücumuna məruz qalıb.

Zamantv.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Dnepr şəhər meri Boris Filatov məlumat verib.

Raket zərbəsi nəticəsində dəmir yolu infrastrukturu zədələnib. Mer əhaliyə sığınacaqlarda qalmağı tövsiyə edib. Hücumun nəticələri barədə əlavə məlumat veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bizə təzminat ödəyəcəklər" - İlham Əliyev
“Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Zəngilanda Vejnəli qızıl yatağını vəhşicəsinə istismar etmişdir”.

Zamantv.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman bildirib. Dövlət başçısı deyib ki, oranı da ekoloji fəlakət zonasına çevirmişdir və qanunsuz olaraq orada çıxarılan qızıl xaricə aparılıb satılmışdır:

“Biz indi bütün hüquqi prosedurlara start vermişik. Mən bu haqda Azərbaycan ictimaiyyətini məlumatlandırmışdım. Bir cinayət də cavabsız qalmayacaq. Birincisi, biz dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və biz beynəlxalq məhkəmələrə də müraciət etmək əzmindəyik, hazırlıq işləri gedir. Həmçinin Vejnəli qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xəzərin Azərbaycan sektorunda gəmi minaları tapıldı - RƏSMİ + FOTO
“UMID BABEK OPERATING COMPANY” əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində naməlum obyektlər aşkar edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Dənizin keçmiş SSRİ dövründə tral gəmilər birləşmələrinin poliqonu kimi istifadə edilən akvatoriyasına cəlb olunan Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən keçirilən baxış zamanı aşkarlanmış obyektlərin keçmiş SSRİ dövründə minalanma standartlarına tam əməl edilmədən suya atılmış 6 ədəd böyük gəmi minası (КБ-1) olması müəyyən edilib.

Aşkarlanmış minaların cari il mayın 9-dan etibarən hava şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilməsi və axtarış tədbirlərinin davam etdirilməsi planlaşdırılıb.

Minaların aşkarlandığı ərazi təhlükəsizlik məqsədilə gəmi sürücülüyü üçün müvəqqəti bağlanılıb. Xəzər dənizinin Azərbaycan sektorunda mülki təyinatlı işlər adi qaydada davam etdirilir.
Xəzərin Azərbaycan sektorunda gəmi minaları tapıldı - RƏSMİ + FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərbaycan və Türkiyədən təcrid Rusiyanın maraqlarına cavab vermir” - “3+3”lə bağlı PROQNOZ
“3+3” formatına üzv ölkələrin ilk toplantısının üzərindən 5 aya yaxın vaxt keçib. İlk iclasdan sonra bu platforma ilə bağlı üzv ölkələrin rəsmilərindən müsbət bəyanatlar səsləndirilir və yaxın perspektivdə növbəti görüşün keçiriləcəyi bildirilirdi. Lakin fevralın 24-də Rusiyanın Ukrayna ərazisində start verdiyi hərbi əməliyyatlar bütün dünyanın, eyni zamanda regionun diqqətini bu məsələyə yönəltdi.

Bir müddət əvvəl, aprelin 25-də Rusiya XİN-dən verilən açıqlamada altılıq formatından ikinci iclasın keçirilməsinə hazırlığın getdiyi elan edildi və regional platforma yenidən gündəmə gəldi.

Lakin indiki ağır geosiyasi situasiyada “3+3”ün işini effektiv formada davam etdirməsi nə dərəcədə realdır.Zamantv.az xəbər verir ki, sualı Bizim.Media-ya cavablandıran Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı Azərbaycan və Türkiyənin təqdim etdiyi “3+3”ün üzv dövlətlər üçün əhəmiyyətinin böyük olduğunu qeyd edib.

Politoloq, ilk növbədə, Gürcüstanın ilk iclasa qatılmamasının səbəblərini izah edib:

“Gürcüstan bu platformaya qoşulmadığını bəyan etdi. Bildiyimiz kimi, Azərbaycan və digər ölkələr Gürcüstan üzərindən beynəlxalq yükdaşımalarını həyata keçirir. Əslində Tiflis bilir ki, altılıq formatı onların logistika sahəsində əldə etdikləri gəlirlərini müəyyən qədər azalda bilər. Lakin sonradan Gürcüstan rəsmiləri “3+3”də iştirakı ehtiva edən açıqlamalar verdilər”.

Niyaməddin Orduxanlının sözlərinə görə, indiki vəziyyətdə, bu platforma ən çox Rusiya üçün vacibdir:

“Çünki Rusiyanın həm Ermənistana, həm də İrana birbaşa əlaqələri yarana bilər. Ermənistan da təbii ki, bu proseslərdə Rusiyanın açıq forpostu olduğuna görə, İrəvan Moskvanın iradəsindən kənar addım ata bilməz. Lakin Rusiya-Ukrayna müharibəsi başlanandan platformanın işi görünür, gündəmə daşınmır. Ukraynada davam edən müharibə dünyanın bir sıra aparıcı ölkələrini Rusiya ilə üz-üzə qoyub və Moskvanın Ukraynadakı maraqları platformanın müəyyən qədər ikinci plana düşməsi görüntüsünü yaradıb”.

Müsahibimiz Rusiya üçün Türkiyənin xüsusi önəmə malik olduğunu da vurğulayıb:

“Qərbin Rusiyaya qarşı qoşulduğu sanksiyalara Türkiyə qoşulmayıb. Azərbaycan isə neytral mövqedə dayanıb. İndiki situasiyada bu iki ölkədən təcrid olunmaq Rusiyanın maraqlarına cavab vermir. Ukraynadakı müharibə tezliklə başa çatarsa, Rusiya platformanın işə düşməsi üçün əlindən gələni edəcək. Düşünürəm ki, bu Azərbaycanın və Türkiyənin də maraqlarına cavab verir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Jurnalistlə söyüşcül deputatın məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün tanınmış jurnalist, Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu ilə deputat Cavanşir Feyziyevin məhkəmə prosesi başlayır.
Zamantv.az Bakupost.az-a istinadla xəbər verir ki, işə bu gün saat 15:00-da Nəsimi Rayon Məhkəməsində baxılacaq.
Z. Qəriboğlu hesab edir ki, C. Feyziyev ona böhtan atıb, təhqir edib. Məhkəmə iddiasında millət vəkilinin cəzalandırılması tələb olunur.
Qeyd edək ki, C. Feyziyev bu ilin fevral ayında ölkənin tanınmış jurnalistlərini, ictimai fəallarını, siyasət adamlarını təhqir edən tərbiyəsiz bir yazı yazıb. Jurnalistlərin aidiyyəti qurumlara, Mili Məclisə müraciətlərinə baxmayaraq, ona heç bir cəza verilməyib.
Təhqir olunanlar içərisindən Bəxtiyar Hacıyev məhkəməyə müraciət etsə də, gülməli bir arqumentlə onun iddiası icraata alınmayıb.
Bu gün isə Z. Qəriboğlunun iddiasına baxılacaq.
Ümid edək ki, hakim Azər Tağıyev digər həmkarının yolunu getməyəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İş adamı ilə bağlı polisə şikayət - 200 minlik iddia
Tanınmış iş adamı Bəxtiyar Əzizli ilə bağlı polisə müraciət daxil olub. Zamantv.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən 1983-cü il təvəllüdlü İqrar İsgəndərov ərizəsində Bəxtiyar Əzizlinin ona məxsus 200 min manat pulu ələ keçirdiyini bildirib.

Şikayətçi qeyd edib ki, 1984-cü il təvəllüdlü Bəxtiyar Kamal oğlu Əzizli 2021-ci ilin dekabr ayında onu aldadaraq pulu alıb və daha sonra geri qaytarmayıb.

Toplanmış materiallar Bakı Şəhər Baş Polis İdarəsindən ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, B.Əzizli 2016-cı ildə neft sektorunda ixtisaslaşan “TOBOİL” və “Neftgen” şirkətlərini təsis edib. O, 2020-ci ildə “Baxmedia” şirkətini yaradıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İranın bəzi şəhərlərində toz fırtınaları kəskinləşib
İranın Xuzistan vilayətində toz fırtınası səbəbindən bölgədəki bütün məktəblər, universitetlər, idarələr və banklar mayın 2-dən bağlanıb.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, Xuzistanın Ətraf Mühitin Mühafizəsi Baş İdarəsi tozun miqdarının Əhvaz şəhərində hər kubmetrdə 4,918 mikroqram (icazə verilən həddən 33 dəfə çox) olduğunu bildirib.

Dünən səhər Əhvaz Beynəlxalq Hava Limanına daxil olan və yola düşən dörd təyyarə uçuşu da toz fırtınasının artması səbəbindən ləğv edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Külli miqdarda kolbasa və sosis məmulatları məhv edildi - FOTO
Azərbaycanda külli miqdarda istehlaka yararsız kolbasa və sosis məmulatları məhv edilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, fiziki şəxs Cəfərov Səxavət Ərəstun oğlunun agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 3 750 kiloqram kolbasa və sosis məmulatları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Külli miqdarda kolbasa və sosis məmulatları məhv edildi - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Erməniləri dəhşətə gətirən iddia: Azərbaycanlı rejissor Ermənistanda film çəkir?
Ermənistanda “National Geographic” üçün aparılan sənədli film çəkilişləri böyük etiraz yaradıb.

Belə ki, buna səbəb erməni prodüser Anna Zakaryanın sosial şəbəkədəki qalmaqal yaradan paylaşımı olub.

A.Zakaryanın iddialarına görə, çəkilişlər azərbaycanlı rejissor və aparıcı tərəfindən icra olunur. Bunun üçün Ermənistan Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidməti tərəfindən müvafiq icazələr də verilib.

A.Zakaryanın riyakar iddialarından bəlli olur ki, sənədli filmdə erməniləri qane etməyən tarixi həqiqətlərə də toxunulacaq.

Mənbə: Sputnik Ermənistan
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Əgər o, həqiqətən nəyisə bilirsə, qoy açıq-aydın adını çəksin" - İrəvanda QALMAQAL
Zamantv.az - Ermənistanda azərbaycanlı rejissor və aparıcının iştirakı ilə “National Geographic” sənədli film çəkilir. Erməni prodüserlərin, operatorların və rejissorların əksəriyyəti layihədə iştirakdan imtina edib. Buna baxmayaraq, bu işi görmək arzusunu bildirənlər də olub.

Bizimyol.info Ermənistan mətbuatına istinadə xəbər verir ki, ötən gün kinoprodüser Anna Zakaryan sosial şəbəkədə Ermənistanda “NatGeo” telekanalı üçün sənədli filmin çəkilişi barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan əsilli rejissor və aparıcını Ermənistan hökumətinin nümayəndəsi müşayiət edib.

“Azərbaycanlı Ermənistan ərazisində atəş açmaq üçün Milli Təhlükəsizlik Xidmətindən və Xarici İşlər Nazirliyindən icazə alıb. Orada öz torpaqlarına həsrət qaldığını bildirib, babasının bu torpaqda necə yaşayıb-yaratdığını danışıb. Bütün həmkarlar bu komanda ilə əməkdaşlıqdan imtina etdilər, amma “pul divarları aşaraq milləti məhv edir, bacarsan döz”, - deyə erməni kinoprodüser sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, özü bu layihədə iştirak etməyib. Lakin Zakarian müsahibəsində iddia edir ki, həmkarları bütün sənədləri öz gözləri ilə görüblər, sözügedən şəxslərlə tanışdırlar, XİN və Milli Təhlükəsizlik Xidmətinin icazəsini barədə sənədləri oxuyublar.

Zakaryan qeyd edib ki, onun bir çox həmkarları çəkilişlərə hazırlıq zamanı rejissorun kimliyindən xəbər tutaraq bu layihədə iştirakdan imtina etdilər və digərlərini də imtina etməyə çağırıblar. "Təşkilatçılar hamını çağırdılar, iştirak etməyə razı salmağa çalışıb. Sonda razılıq verənləri tapıblar", deyə o qeyd edir.

Eyni zamanda, o, çəkilişlərin necə və kimlər vasitəsilə həyata keçirildiyini dəqiq söyləməkdə çətinlik çəkdi. Film prodüserinin sözlərinə görə, sonda tanışlar vasitəsilə hökumət nümayəndələri Ermənistanın Milli Kino Mərkəzinə (MKM) yaxınlaşa biliblər. “Təşkilatçılarının ehtiyac duyduqları insanları tapa bildilər. Təbii ki, pul müqabilində istənilən işə razılaşanlar həmişə olacaq”, - deyə Zəkəryan fikrini yekunlaşdırıb. O deyir ki, problem ondadır ki, konkret ad çəkə bilən kino xadimləri Kino Mərkəzi ilə münasibətlərini korlamaq istəmədikləri üçün susurlar .

"Mənim yazımın məqsədi konkret bir personajın adını öyrənmək deyildi. Mən sadəcə Ermənistanda baş verən hadisələri qeyd etmək istədim. Ermənistanda müəyyən bir şəxs var və bu adam tərəfindən təbliğat aparılır. Təəssüf ki, biz kifayət qədər ayıq deyilik, məsələnin mahiyyətinə fikir vermirik, amma “kimdir”, “adını göstərmək lazımdır, yoxsa yox” kimi xırda sualların arxasınca qaçırıq.

Filmin prodüseri qeyd etdi ki, bütün insanlar bir növ qazanc dalınca qacırlar: "Bununla belə, pul puldur, lakin hər bir insanın qürur, ləyaqət və ideoloji prinsiplər haqqında təsəvvürü olmalıdır. Ermənistana bir çox ölkələrdən jurnalistlər gəlir və filmlər çəkirlər. Mən özüm həm müharibə zamanı, həm də sülh dövründə New York Times ilə əməkdaşlıq etmişəm. Amma Ermənistanda çəkiliş qrupunu və media nümayəndələrini müşayiət edəndə həmişə ayıq-sayıq olmağa çalışmışam ki, “yalan” məzmun dərc olunmasın”, - deyə Zakaryan qeyd edir.

O, özünün və bütün həmkarlarının Əl-Cəzirə ilə işləməkdən imtina etməsini misal çəkdi.

Həmişə olduğu kimi, sonda əməkdaşlığa razılıq verən biri oldu. O, həm ərəb, həm də erməni dillərini bilən Suriya ermənisi idi. O, 2020-ci ilin payızında Qarabağ müharibəsi günlərində Qətərdən bir televiziya şirkəti ilə işləyib.

“Fakt budur ki, biz özümüzə qarşı daha tələbkar olmalıyıq və prinsipial olmalıyıq. Əgər bunun dövlət maraqlarına, milli ideyalara xələl gətirə biləcəyinə, gələcəkdə problemlər yarada biləcəyinə inansaq, o zaman biz heç bir pul müqabilində belə işə getməməliyik, çünki bütün həyatın mənası işdə və pulda deyil”.

Zakarian, çəkilən sənədli filmin tezliklə nümayişə hazır olacağına inanmır, çünki post-prodakşn adətən kifayət qədər uzun vaxt aparır və hələ çəkilişlərdən bir ay belə keçməyini bildirib.

Zəkəryan şübhə edir ki, Ermənistan hökuməti filmin yayılmasının qarşısını almaq istəyəcək, xüsusən də çəkiliş üçün icazə onlar özləri veriblərsə.

Bu arada o qeyd edir ki, filmin nümayişi qadağan olunarsa, sual yaranacaq ki, niyə azərbaycanlılara bütün Ermənistan ərazisində çəkiliş aparmağa icazə verilib?

"Filmin nümayişinə qadağa qoyulubsa, lakin müəyyən personaj artıq Ermənistanda olubsa, buna tamam başqa prizmadan baxmaq olar. O, sənədli film çəkmək adı altında bütün Ermənistanı gəzib, bir çox detalları - həyatın xüsusiyyətlərini qeydə alıb. Bu, daha çox məlumat toplamağa bənzəyir”, - Zəkəryan deyir.

Kino Mərkəzinin əcnəbilərin ölkəyə girişindən imtina və ya qadağa qoya bilməyəcəyini qeyd edən Zakarian, eyni zamanda, MKM-nın mülki mövqe nümayiş etdirə, təfərrüatlara varmadan çəkiliş üçün təşkilatçılar ad və telefon məlumat bazası təqdim edə bilməyəcəyinə diqqət çəkib.

Mətbuat məsələyə aydınlıq gətirmək üçn Ermənistan Milli Kino Mərkəzinin direktoru Şuşanik Mirzəxanyanla əlaqə saxlayıb. Onun sözlərinə görə, Kino Mərkəzinin bu filmin çəkilişinə heç bir aidiyyatı yoxdur.

"Rəsmi olaraq bildirirəm ki, MKM-nın çəkilişlə heç bir əlaqəsi yoxdur. Əvvəla, MKM film çəkilişləri və ümumiyyətlə film istehsalı ilə məşğul deyil. Bizdə mütəxəssislərdən ibarət yaradıcı heyətə daxil ola biləcək elə işçilər də yoxdur. O ki qaldı konkret halda, bu mənim üçün tamamilə yeni məlumatdır, mən özüm də bu gün sosial şəbəkələrdən öyrənmişəm”, - Mirzəxanyan vurğulayıb.

O, Anna Zakaryandan konkret adların dərcini tələb edib, əks halda onun sosial şəbəkədəki paylaşımı Kino Mərkəzinin bütün kollektivinə qarşı böhtan sayılacaq.

"Əgər o, həqiqətən nəyisə bilirsə, qoy açıq-aydın adını çəksin. Əgər belə bir məlumatı yoxdursa, o, sözlərini rəsmən təkzib etsin", - direktor deyib.

O, həmçinin bildirib ki, məlumat təsdiqini tapmasa və təkzib dərc olunmasa, Kino Mərkəzi Zəkəryanı hüquqi məsuliyyətə cəlb etmək üçün böhtanla bağlı məhkəməyə başlayacaq.
Bizimyol.info

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO