Ukraynadakı səfirliyimizdəki yoxlamaların detalları açıqlandı – “Araşdırılacaq”

13:36 12.12.2018 570
Ukraynadakı səfirliyimizdəki yoxlamaların detalları açıqlandı – “Araşdırılacaq”

“Azərbaycan Baş Prokurorluq tərəfindən həyata keçirilən istintaq araşdırması çərçivəsində Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı bütün məsələlər araşdırılacaq”.

Bunu BakuPost-a açıqlamasında Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, millət vəkili Rüfət Quliyev bildirib.

R. Quliyev deyib ki, ilk gündən Ukraynadakı səfirlik binasında əsaslı təmir məsələsinin Azərbaycan hüquq-mühafizə orqanları, Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin iştirakı ilə araşdırılmasının tərəfdarı olub: “Ötən dövr ərzində bu məsələ ilə bağlı Ukrayna mediasında xeyli neqativ məlumatlar yer aldı. Həm indiki səfir Azər Xudiyev, həm keçmiş səfir Tələt Əliyev Azərbaycanın diplomatlarıdır, onları bu vəzifələrə dövlət başçıları təyin edib. Biz gərək, soyuqqanlı olaq. Artıq bu işlə ciddi məşğuldurlar. Qarşıda Yeni il bayramı var, yəqin ki, səfirliklə bağlı məsələnin araşdırılması ay yarım- iki aya yaxın çəkəcək. Aldığım məlumata görə, Hesablama Palatasının auditorları da araşdırmada iştirak edir. Məsələ tam araşdırılacaq, nəticə ortaya çıxarılacaq. Ukrayna səfirliyi ilə əlaqədar bütün məsələlər araşdırılacaq. Çünki hər iki tərəf bir-birinə qarşı çoxlu suallar ünvanlayır. Bir tərəf deyir ki, yaxınlıqda çoxmərtəbəli bina tikildiyi üçün səfirliyin binasında çatlar yaranıb, digər tərəf başqa fikir səsləndirir. Əsas Azərbaycanın müvafiq orqanlarının bu yoxlamanı başlaması idi. Yoxsa səfirlik binası ətrafında məsələ bu qədər şişdi, partladı, nə qədər söz-söhbət oldu, mətbuat konfransları keçirildi, vaxt keçdi… Mən bunu ürək ağrısı ilə deyirəm. Yenə də taleyüklü qərarı Azərbaycan verdi. Səfirlik Azərbaycanın ərazisidir, xərclənən Azərbaycanın vəsaitidir. İndi podratçı şirkət kim olub, o başqa məsələdir. Hüquq-mühafizə orqanları istintaqı aparsınlar, kimin nə qədər günahı var, təbii ki, üzə çıxacaq. Səbir və soyuqqanlılıqla gözləyək. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müdrik siyasət aparır, müstəqil və aparıcı dövlətik. Əsas odur ki, emosiyalara uymayaq, səbirlə bütün problemləri həll edək ”.

İşçi qrupunun rəhbəri hesab edir ki, Ukraynadakı səfirlik ətrafında baş verənlər fonunda uduzan ümumilikdə azərbaycanlılar olub: “Bizim bu gün əsas məqsədimiz Ukrayna Ali Radasına seçkilərdə ən azı bir azərbaycanlının parlamentə düşməsinə nail olmaqdır. Ukraynada 300-350 min azərbaycanlının səsvermə hüququ var. Nəzərə alınsa ki, bu ölkədə 10-dan artıq partiya var, bu, kifayət qədər böyük elektorat sayılır. Biz birləşərək bu məqsəd uğrunda mübarizə aparmalıyıq”.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı Xarici İşlər Nazirliyi (XİN) tərəfindən müvafiq araşdırma aparılıb. Araşdırmanın nəticələri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müvafiq müraciət göndərilib. Nazirlik bildirib ki, hazırda ölkəmizin Ukrayna səfirliyində aparılan audit yoxlaması, məhz Baş Prokurorluq tərəfindən həyata keçirilən istintaq araşdırması çərçivəsində reallaşdırılır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO