Meyvə-tərəvəz sürətlə bahalaşır: pomidorun fantastik qiymətinin sirri

09:25 9.04.2018 606
Meyvə-tərəvəz sürətlə bahalaşır: pomidorun fantastik qiymətinin sirri
Ekspert səbəb qismində iki neqativ tendensiyadan danışdı: “Bu şərtlər ödənməsə, qiymətlər hətta mövsümdən sonra da düşməyə bilər”

Son günlər ölkədə meyvə-tərəvəz məhsullarının qiymətində kəskin artım müşahidə edilir. Yaz ayları olduğu üçün insan orqanizminin vitaminə olan tələbatı adətən daha da artır. Lakin bununla bərabər bazarlarda qiymətlərin də yüksəlməsi əhalini çətin vəziyyət salıb.

Mağazalarda olduğumuz zaman müşahidə etdik ki, piştaxtaya yaxınlaşıb meyvə almaq istəyən əksər alıcı qiymətlərdən şikayətlənib, geri çəkilir. Vəziyyət həm açıq bazarlarda, həm də iri ticarət mərkəzlərində eynidir. Hər yerdə qiymətlər yüksəkdir. Xüsusilə də insanları narahat edən xiyar-pomidorun qiymətinin xeyli qalxmasıdır.

Öyrəndik ki, hazırda bazarda pomidorun qiyməti 4.86 manatla 5.50 manat arasında dəyişir. Xiyarın qiyməti 4 manat və daha yüksəkdir. Meyvələrə gəlincə isə almanın qızıləhmədi növünün qiyməti 5 manat, digərləri isə ən ucuz 1 manat 50 qəpiyə satılır. Təbii ki, ucuz qiymətə olan meyvə heç də yaxşı vəziyyətdə deyil. Armudun kiloqramı 4 manat 85 qəpik, mandarin 4 manat 95 qəpik, portağal 2 manat və daha yüksək qiymətə satılır. Kartof-soğanın da qiyməti mağazalarda 80 qəpikdən bahadır.

Bəs qiymətlərin bu qədər baha olmasının səbəbləri nədir? “Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bir neçə səbəb sadaladı: “Təbii ki, burada mövsümü səbəb əsas səbəblərdən biridir və hər zaman da belə olub. Köhnə məhsullar bitib, yeniləri çıxmadığı üçün qiymətlər qalxıb. Bu, daim təkrarlanan hallardan biridir. Son zamanlar əsas səbəblərdən biri də ixracatla bağlıdır. Təbii ki, ixracatın olması yaxşı haldır. Azərbaycan kənd təsərrüfatı məhsullarını daha çox ixrac etdikcə, valyutanı da çox götürür. Ancaq məsələ burasındadır ki, Azərbaycanda ixracatın həcmi istehsalla paralel olaraq artmır. İstehsal artmadığı halda, əsas diqqət də ixracata yönəldiyi üçün yerli bazarlara çıxan məhsulların həcmi azalır. Təbii ki, həcm azaldıqca da məhsulun qiyməti qalxır. Xüsusilə də son iki ildə bu tendensiya özünü açıq şəkildə büruzə verməkdədir. Burada artıq düşünmək lazımdır ki, ixracatın artımı ilə paralel, istehsalın da artırılmasını düşünmək lazımdır. Bu baş verməsə, yerli məhsulların ölkə bazarına çıxışı həcm olaraq azalsa, qiymət hətta mövsümdən sonra da düşməyə bilər. Yəni əvvəlki illərlə müqayisədə ucuzlaşmanın baş verdiyini görməyə də bilərik. Ona görə də burada balanslı yanaşmanın olması mütləqdir. İstehsal artmalıdır ki, həm yerli, həm də xarici bazarlara məhsulu çıxarmaq mümkün olsun, qiymət də fantastik dərəcədə qalxmasın”.

Ekspert bildirib ki, soğan, kartof məhsulunu idxal etməsək, qiymət daha yüksək olar: “Soğanı hətta idxal da edirik. Eləcə də kartofla bağlı bu, belədir. Onlar olmasa, qiymət daha yüksək olar. Hətta Türkiyə fermerləri bu yaxınlarda həm soğan, həm kartofla bağlı Azərbaycana ixracat üçün müraciət etmişdilər. Pomidora gəlincə isə ixracat məhsulları içərisində bu, liderdir. Yəni xaricə ən çox pomidor ixrac olunur. 2 ildir ki, pomidor öz liderliyini bu sahədə qoruyur. Təbii ki, xarici bazarlara pomidor ixrac olunursa, yerli bazarlara bunun təqdimatı azalır. Bu isə qiymətlərin artımına ciddi təsir göstərir. Qiymətləri aşağı salmaq üçün iki variant ola bilər. Ya yerli istehsalı stimullaşdırmaq lazımdır, ya da ən azı qış mövsümündə həmin məhsullar üzrə gömrük rüsumları tamamilə sıfırlanmalıdır ki, məhsul daha çox gətirilsin və qiyməti də aşağı düşsün. Hökumətin əlində bu cür geniş təsir riçaqları var”.

Əli RAİS,
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO