Ombudsman Səbinə Əliyeva autizmli şəxslərə dövlət qayğısı haqqında danışıb

19:17 18.04.2021 309
Ombudsman Səbinə Əliyeva autizmli şəxslərə dövlət qayğısı haqqında danışıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilən 3-cü “Fərqli Fərdlər” Konqresində açılış nitqi ilə çıxış edib.

Ombudsman Aparatından daxil olan məlumata görə, 17-18 aprel tarixlərində onlayn formatda keçirilmiş tədbirin məqsədi ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində dinamik və inklüziv cəmiyyətin inkişaf təmayülünü dəstəkləməkdən ibarət olub.

Ombudsman Səbinə Əliyeva Azərbaycanda əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasının daim dövlətin diqqət mərkəzində olduğunu, zəruri tədbirlərin həyata keçirildiyini bildirib. Diqqətə çatdırılıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərən reabilitasiya mərkəzləri yaradılır. Ombudsman gələcəkdə autizmli uşaqların kompleks şəkildə reabilitasiya proseslərinə cəlb olunması məqsədilə Bakıda bu mərkəzlərin sayının artırılması və ən qısa zamanda regionlarda da yaradılmasının əhəmiyyətinə toxunub.
Ombudsman autizm spektr pozuntusu olan uşaqların vaxtında aşkar edilərək kompleks şəkildə reabilitasiya və təhsil prosesinə cəlb edilməsini təmin etmək üçün müasir diaqnostika və reabilitasiya inkişaf mərkəzlərinin, ixtisaslaşdırılmış təhsil müəssisələrinin olmamasının, peşəkar kadrların azlığının çətinliklər yaratdığını bildirib. Ombudsman həmçinin autizmli şəxslərə dövlət qayğısı haqqında xüsusi bir qanunun, müvafiq dövlət proqramının və digər vacib sənədlərin hazırlanaraq qəbul edilməsinin məqsədəmüvafiq olduğunu qeyd edib. Səbinə Əliyeva autizmli şəxslərə dövlət qayğısının artırılması ilə bağlı hüquqi baza formalaşdırmaq üçün təşviqat və maarifləndirmə işinin genişləndirilməsinin əsas vəzifələrdən olduğunu vurğulayıb.

COVID-19 pandemiyası dövründə əhalinin həssas qrupları üçün yaranan çətinliklərə toxunan Ombudsman bu dövrdə təsisata müraciət etmək üçün əlçatanlığın təmin edilməsi ilə bağlı ətraflı məlumat verib.

Çıxışda Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində dövlət sosial xidmət müəssisələrindəki vəziyyətin nəzarətdə saxlanıldığını diqqətə çatdırılıb. Ombudsman qeyd edib ki, uşaqların, əlilliyi olan şəxslərin və ahılların hüquqlarının təmini, onlarla rəftar, saxlanma şəraiti, gender məsələləri nəzərə alınmaqla effektiv tibbi xidmətlərin təşkili və əlçatanlığı araşdırılır, məsul qurumlarla müzakirələr aparılır.

Səbinə Əliyeva 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin üzvlərinə, həmçinin qazilərimizə Ombudsmanın təşəbbüsü əsasında “Briut” Tibb Mərkəzinin psixoloq və psixiatrlarının iştirakı ilə psixoloji yardım göstərildiyini də iştirakçıların nəzərinə çatdırıb.

Konqresdə müxtəlif qurumlarının rəhbər və nümayəndələri, yerli və xarici ekspertlər çıxış ediblər. Çıxış və müzakirələr diaqnostika, müşayiət və korreksiya üçün mütəxəssisin düzgün seçilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaq və böyüklərin karantin dövründə vəziyyəti, həmin uşaqların orta məktəbdən sonrakı gələcək həyatı, post-travmatik sindromla bağlı həlak olmuş əsgərlərin ailələrinə və cəbhədən qayıdan əsgərlərə psixoloji dəstək mövzularını əhatə edib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO