Azərbaycanda yeni antikovid tədbirləri: iaşə obyektləri bağlanır, küçədə maska məcburi olur

12:05 20.11.2020 363
Azərbaycanda yeni antikovid tədbirləri: iaşə obyektləri bağlanır, küçədə maska məcburi olur
Noyabrın 21-dən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır
Noyabrın 21-dən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

Bundan əlavə, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır. Son günlərdə COVİD-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, aşağıdakı qadağaların tətbiq edilməsinə qərar verilib: Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılır; Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.

2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır; 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır.

Xatırladırıq ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uygun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur. Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir. “Koronavirusun Azərbaycanın Silahlı Qüvvələrində yayılmasının qarşısı alınıb. Silahlı Qüvvələrimizin tərkibində yoluxma halları kütləvi şəkildə özünü büruzə verməyib”. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 19-da keçirilən brifinqində deyib. Onun sözlərinə görə, çağırışçılar da ordumuzun tərkibinə qoşulan zaman onlardan test götürülür: “Bizim yaralı əsgərlərimiz var. Onların da yoluxmaması bizim qarşımızda duran əsas vəzifədir. Biz Vətən müharibəsində qalib olduq, bunda da qalib olmalıyıq”.

Hikmət Hacıyev deyib ki, yaşı 65-dən yuxarı olan vətəndaşlardan xahiş olunur ki, vacib olmayan təmaslardan çəkinsinlər. O vurğulayıb ki, vətəndaşlar açıq və qapalı yerlərdə maska taxmalıdır: “Vətəndaşlara eyni zamanda ailə şənliklərindən və digər tədbirlərdən uzaq durmaq da tövsiyə olunur. Vətən müharibəsinə töhfə vermək istəyiriksə, qoyulan qaydalara əməl etməliyik”. H.Hacıyev “koronavirusa qarşı vaksinlər hazır olduğu və onların yoxlamadan keçirildiyi təqdirdə Azərbaycana gətirilməsi istiqamətində aidiyyəti strukturlar tərəfindən işlər həyata keçirilməkdədir” - deyə, bildirib.

Bir neçə gündür ki, ölkədə koronavirusa yoluxanların sayı 2 mindən yuxarı olur. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 2 597 yeni yoluxma faktı qeydə alınıb, 1 354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 83 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59 465 nəfər müalicə olunaraq sağalıb, 1 053 nəfər vəfat edib, aktiv xəstə sayı 23 476 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 874, ötən müddət ərzində isə ümumilikdə 1 562 442 test aparılıb.

Koronavirus.info saytının yaydığı məlumata görə, ölkədə ən çox yoluxma Bakıda (53,5 faiz), ən az yoluxma isə Naxçıvandadır (0, 06 faiz). Bakıda isə ən yüksək göstərici Binəqədi rayonunda qeydə alınıb. Məlum olub ki, bu rayonda yoluxma Bakı şəhəri üzrə ümumi yoluxmanın 14,7 faizini təşkil edir. Xatırladaq ki, hələ virusun başladığı ilk dövrdə də Binəqədi rayonu yoluxma sayına görə “lider” idi. Bəs niyə koronavirusun ilk dalğasında olduğu kimi indi də məhz Binəqədi bu məsələdə “lider”dir?

Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb: “Doğrudan da say olduqca çoxalıb. Lakin yoluxma sayının kəskin çoxalması təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Üstəlik, son rəqəmlər olduqca ciddi rəqəmlərdir. Əlbəttə ki, ölkəmizdə yoluxma sayının hansı bölgədə, rayonda çox olması həmin bölgədə əhalinin sıxlığı, iaşə obyektləri də daxil olmaqla, iş yerlərinin nə qədər çox olması, müəyyən fəaliyyət sahələrində nə qədər insanın çalışmasından çox asılıdır. Hər zaman qeyd etdiyimiz kimi, bütün bunlarla yanaşı ortada həm də insanların davranış məsələsi də var. Bəzən olur ki, hətta bölgədə, rayonda yoluxma sayının çox olması oradakı hansısa obyektin qaydaları pozması ola bilir. Həmçinin dəfələlər gizlin şəkildə yas mərasimlərinin keçirilməsinə cəhdlər olur. Həmin insanları da anlamaq olur, bir ilə yaxındır ki, öz sevinclərini, kədərlərini bölüşməkdə çətinlik çəkirlər. Beləliklə də, qanundankənar da olsa, buna cəhd etməyə çalışırlar. Bu səbəbdən bu məsələnin daha ciddi tənzimlənməsinə çox ehtiyac var. Hər halda, ortada olan rəqəmlər bizə onu deyir ki, istənilən bölgədə hər bir insan məsuliyyətli yanaşmalıdır. Son gedişat onu göstərir ki, virus bir şəkildə sürətlə artır. Əgər bunun qarşısı alınmazsa, bir sıra, o cümlədən sosial fəsadlar ortaya çıxa bilər. Bu baxımdan hər bir vətəndaşdan, müəssisə sahibindən qaydalara əməl etmək, tələb olunan tədbirləri yerinə yetirmək tələb olunur”.

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Professor, tibb elmləri doktoru Adil Qeybulla isə qeyd etdi ki, yoluxma sayı rəsmi rəqəmlərdən xeyli çoxdur: “Nəzərə almaq lazımdır ki, kənd yerlərində də yoluxma həddindən artıq çoxdur. Hətta ailəlikcə yoluxmalar var. Onlar qeydiyyatdan keçmir, xəstəlikləri ilə bağlı bildirmirlər. Məlum olduğu kimi, statistik rəqəmlər əsasən qeydiyyata düşən, profilaktik müalicə alan insanların sayına uyğun müəyyən edilir. Lakin çoxlu sayda xəstələr var ki, onlar qeydiyyata düşmədən həkim tapır, müalicə alırlar. Ona görə də qeyd edə bilərəm ki, yoluxanların sayı daha çox, reallıq daha dramatikdir. Əslində biz kollektiv immunitetə gedirik. Yəni çoxlu sayda yoluxma buna gətirib çıxaracaq.

Dünyada da koronavirusa yoluxanların sayı rekord həddə çatıb. Virus artıq xeyli mutasiyaya uğrayıb, lakin yoluxduruculuq qabiliyyətli yüksək olaraq qalıb. Biz bu dövrü yaşamalıyıq. Sadəcə, ölkəmizdə virusa yoluxmaların sayını artıran əsas faktor Vətən savaşı və ondan əvvəl baş verən mitinqlərdə insanların sosial məsafə və karantin qaydalarını gözləməməsi oldu".

Professor yoluxma sayına görə Binəqədi rayonunun “liderlik” etməsinə isə bu cür aydınlıq gətirdi: “Səbəb burada həyət evlərinin çox olması ilə bağlıdır. Yəni insanlar daha çox təmasda olur. Bir qədər bina evlərində yaşayanlar bu qədər sıx təmasda olmurlar. Bu səbəbdən hələ koronavirus yeni başlayan zaman da Binəqədidə yoluxma sayı çox idi. Orada yaşayan insanlar sərt karantin günlərində belə birlikdə həyətdə oturub domino oynayır, çay içirdilər. Bu da yoluxma potensialını yaradırdı”.

Koronavirusa təkrar yoluxma ehtimalı var

Qeyd edək ki, hazırda insanları ən çox narahat edən məsələlərdən biri də koronavirusa təkrar yoluxma ehtimalı ilə bağlıdır. Artıq bir sıra mütəxəssislər təkrar yoluxma faktları olduğunu qeyd edirlər. Bu da onunla izah edilir ki, koronavirus orqanizmdəki bütün multisistemə təsir edir, xüsusən də ağciyərlərdə öz fəsadını göstərir. Bu səbəbdən də immun sistemi zəif olanlar 2-3 aydan sonra təkrar yoluxa bilər.

Bu məsələ ilə də bağlı mütəxəssislərin rəyini öyrənməyə çalışdıq. Professor Adil Qeybulla qeyd etdi ki, yoluxan adam yenidən bu viursa yoluxa bilər: “Bu baxımdan da vaksinasiyanın perspektivliyini xüsusi dəyərləndirmirəm. Vaksin istehsal olunub, bütün dünyanı əhatə edəcək dərəcəyə çatana qədər koronavirus yoxa çıxacaq”.

Medicina.az - Xərçəng xəstələrində ağrıları azaldan yeni metodlar BAKIDA– Alqoloq Zülfüqar Yusifov

Zülfüqar Yusifov isə qeyd etdi ki, yoluxan insanların yenidən virusa yoluxma ehtimalı daha azdır: “Çünki yoluxan insanlarda virusa qarşı müəyyən immunitet yaranır. Lakin araşdırmaq lazımdır ki, virusa qalib gələn insanlarda immunitet hansı səviyyədə yaranıb. Çünki məlum məsələdir ki, bu virus bir ildir ki, yaranıb və insanda ona qarşı immunitetin nə qədər yarana bildiyini demək hələ çox tezdir. Vaksinlərin tətbiq edilməsinin gecikdirilməsi də elə məhz bu məsələ ilə bağlıdır. Ola bilər ki, hansısa insanlarda virusa qarşı yaranmış immunitet dayanaqlı və yaxud dayanaqsız olsun. Bu fərdlərin fərdi xüsusiyyətlərindən asılıdır. Onu deyə bilərəm ki, virusa yoluxarkən insanda ağırlaşmalar olduqda, ağciyər və digər orqan sistemlərində narahatlıqlar qaldıqda təkcə yenidən koronavirusa deyil, adi qripə yoluxduqda belə həyatlarını itirə və yaxud xəstəliyi daha ağır şəkildə keçirə bilərlər. Bəzən adi qripi də koronavirus kimi qəbul etməyə başlamışıq. Deyim ki, bu da anlaşılandır. Çünki simptomları çox zaman eyni olur”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO