Erməni hakerlər siyahını necə əldə etdi? - Ekspertdən MÜHÜM AÇIQLAMA

11:10 12.11.2020 346
Erməni hakerlər siyahını necə əldə etdi? - Ekspertdən MÜHÜM AÇIQLAMA
Sentyabrın 27-dən noyabrın 10-dək ordumuz uğurlu hərbi əməliyyatlarla düşmənə saesıdıcı zərbələr vurdu. Nəticədə Həmin əsnada digər bir müharibə informasiya təhlükəsizliyi sahəsində davam edirdi. Belə ki, düşmən daim saxta xəbərlər yayaraq, insanlar arasında çaşqınlıq, sabitliyin pozulması və s. təxribatlar törətməyə cəhdlər etdi.

Mövzumuzun digər tərəfi isə dövlət və özəl sektorun informasiya təhlükəsizliyinin, məlumat bazalarının qorunması ilə bağlıdır. Görəsən, ermənilər kiberhücumlar nəticəsində hansısa uğurlar qazana bildi? Müharibə dönəmində ölkənin məlumat bazalarının qorunması yetərincə oldumu?

Lent.az -ın suallarına Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz aydınlıq gətirib. Onun sözlərinə görə, ermənilərin dezinformasiya yaymaq üçün etdiyi cəhdlər uğursuz olub:
Erməni hakerlər siyahını necə əldə etdi? - Ekspertdən MÜHÜM AÇIQLAMA
“Ermənistan xüsusi xidmət orqanları nə qədər cəhd etsələr də ciddi bir nəticə əldə bilmədilər. Yəni, həm dövlət, həm də özəl sektorun informasiya təhlükəsizliyi yetərincə həll olunmuşdu. İlk olaraq, düşmən tərəf çalışdı ki, saxta zənglər vasitəsilə dezinformasiya yaysınlar, qarışıqlıq yaratsınlar və s . Sonra sosial mediada müəyyən dezinformasiyalar yaymağa cəhd etdilər. Sonuncu dəfə şəhidlərin siyahısı ilə bağlı saxta “hamımız.com” saytı düzəltmişdilər. Orada Mərkəzi Seçki Komissiyasının açıq məlumat bazasından istifadə etmişdilər. Onlar deyirdi ki guya bu açıq bazaları Daxili İşlər və Müdafiə nazirliklərinin sistemlərindən oğurlayıblar. Ancaq elə deyil, həmin açıq məlumatları oğurlamaq üçün hansısa kiberhücum, əməliyyat və s. keçirməyiblər”.

Osman Gündüzün fikrincə, bu sahədə daim diqqətli olmalı, əldə olunan uğurlar və çatışmazlıqlara nəzər yetirmək lazımdır:

“Bütün bunlar göstərdi ki, daha da diqqətli olmaq lazımdır. Düşünürəm ki, açıq məlumat bazalarını bağlamaq lazımdır ki, heç onu da ələ keçirə bilməsinlər. Əvvəlki dövrlərə nisbətən internetin məhdudlaşdırılması ilə həm dövlət, həm də özəl sektorun informasiya təhlükəsizliyi qorundu. Maarifçilik işləri aparıldı, müəyyən tədbirlər görüldü. NRYTN-in Elektron Təhlükəsizlik Xidmətinin, DTX-nın və XDMX-nın “SERT” qurumunun apardığı maarifləndirmə işlərini yetərincə qiymətləndirmək lazımdır. Fikrimcə, gələcəkdə informasiya təhlükəsizliyi barədə həm uğurlarımız, həm də səhvlərimizə yenidən nəzər yetirmək lazımdır ki, gələcək üçün konseptual sənəd hazırlansın. Çünki real müharibə bitər, amma informasiya savaşı heç vaxt bitməz. Ermənilər daim çalışacaq ki, ruh düşkünlüyü yaratsın, məlumat bazalarını oğurlasın, dezinformasiya yaysın və s. Artıq biz informasiya sahəsində müdafiə yox, hücum mövqeyində olmalıyıq. Prezidentimiz də dilə gətirdi ki, yeni reallıqlar yaranıb. Buna görə də, bizim informasiya təhlükəsizliyi istiqamətində hazırlanan konseptual sənəd və mübarizə tədbirləri həmin yeni reallıqlara uyğun olmalıdır”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO