Alpinistlərin itkin düşməsinin 100 günü...

11:34 30.03.2018 629
Alpinistlərin itkin düşməsinin 100 günü...
Havalar isindikcə, üç nəfərin tapılacağı ehtimalı artır

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş gənc alpinistlər - Namin Bunyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin axtarışları 3 aydan çoxdur ki, nəticə vermir. Alpinistlər ötən il dekabrın 23-də Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Ötən günlərdə alpinistlərin axtarışına Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin “Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə, eləcə də xaricdən dəvət olunan alpinistlər cəlb olunublar. Lakin bütün bu cəhdlərə baxmayaraq, onların axtarışları nəticə verməyib. Ekspertlər bildirirlər ki, alpinistlərin soyuq qış aylarında tapılması mümkün deyil. Çünki ərazidə hava şəraiti və relyef olduqca mürəkkəbdir. Eyni zamanda qar uçqunları nəticəsində onların olduqları güman edilən yerdə hündür qar təpələri yaranıb. Buna görə də alpinistlər hesab edirdilər ki, yalnız havalar isindikdən sonra itkin düşən alpinistlərlə bağlı izə rast gəlinəcək.

Martın 28-də məlumat yayıldı ki, alpinistlərin axtarışları ilə əlaqədar FHN-də əməliyyat müşavirəsi keçirilib. Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahından bildiriblər ki, müşavirədə axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak ediblər. Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bu günədək görülən işlər təhlil olunub, hava şəraitinin istiləşməsi ilə əlaqədar axtarışlar üçün yaranan əlverişli şərait nəzərdən keçirilib və müvafiq göstərişlər verilib. Müşavirədə qarşıda duran digər məsələlər də müzakirə edilib.

FHN tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərinə nazirliyin peşəkar xilasedicilərindən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunublar.

“Yeni Müsavat”a danışan dağçı-fotoqraf Elçin Quliyev bildirib ki, havalar isindiyi üçün alpinistlərin tapılması mümkündür: “Hazırda ərazidə yalnız Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarış aparırlar. Onlar ərazidən hələ də geri çəkilməyiblər. Hər gün axtarış tədbirləri davam etdirilir. Bunun özü çox böyük işdir. Dünyanın heç bir yerində itkin düşən alpinistlər bu qədər axtarılmayıb. Hazırda ərazidə könüllü alpinistlərdən heç kim yoxdur. Lakin növbəti günlərdə biz də əraziyə gedib, axtarışlara dəstək verməyi düşünürük. İndiki vaxt orada artıq qarlar əriməyə başlayır. Buna görə də şuplamanı aparmaq daha rahat olacaq. Təxminən 15 gün sonra ərimə hiss olunacaq. May ayında isə qarlar daha sürətlə əriməyə başlayacaq. Bu proses yay ayılarına qədər davam edəcək. Orada Fövqəladə Hallar Nazirliyinin postu qurulub və bütün bunlara nəzarət edilir. Həm də diqqət edirlər ki, ərimə vaxtında alpinistlərin cəsədləri ortaya çıxarsa, su ilə axıb yerini dəyişməsin, heyvanlar onları yeməsin. Onların tapılmama ehtimalını düşünmürük. Çünki hamının gözü həmin o ərazidədir. Bundan əlavə də bütün faktlar da göstərir ki, alpinistlər qar uçqunu baş verən həmin ərazidədirlər. Əgər orada olmasalar, onda gərək biz müxtəlif saytlarda yazılan ”qar adamı" və digər bu kimi mücərrəd şeylərə inanaq. Yəni reallıq budur ki, alpinistlər uçqunun altındadır. Bu adamların üstlərində heç bir şey yoxdur. Sadəcə olaraq, bir fərziyə var ki, bu adamlar çadır qurub içərisində yatdıqları vaxt, qar gəlib, altında qalıblar".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO