Rəsmi Vaşinqton həftənin sonuna qədər bir sıra rusiyalı biznesmenə qarşı sanksiya tətbiq edəcək.Oxu.Az-ın xəbərinə görə, bu barədə “Reuters” etibarlı mənbələrə istinadən yazır.
Bildirilir ki, “Vladimir Putin və Rusiya hökumətinə yaxın iş adamlarına” qarşı sanksiyalar barədə cümə axşamı, aprelin 5-də elan ediləcək.
Ağ ev və ABŞ Maliyyə Nazirliyi məsələyə şərh verməkdən imtina edib.
Zamantv.az