Qarabağ üçün təhlükəli “presedent” və Putinlə Blinkenin fərqi - NƏ BAŞ VERİR?

16:46 28.04.2022 162
Qarabağ üçün təhlükəli “presedent” və Putinlə Blinkenin fərqi - NƏ BAŞ VERİR?
Bizim beyni donuz salası qatı ilə örtülmüş “rusbaşlar” nə qədər inkar etsələr də, Putin hər növbəti addımı, bəyanatı, açıqlaması ilə sübut edir ki, şəxsən o və onun hələ ki, rəhbərlik etdiyi ölkə dünyada separatizmin bir nömrəli dayağıdır və Ukraynada hər hansı uğur qazanacağı təqdirdə onun növbəti hədəfi postsovet ölkələrindəki digər “qaynar nöqtələr” olacaq. Həmin nöqtələrin sırasında isə təəssüf ki, Qarabağ hələ də var...

Putin BMT-nin Baş katibi Antonio Quterreşlə son görüşündə deyib ki, Luqansk və Donetskdəki separatçıların öz müqəddəratını təyin etmək hüququ var. Çünki Kosovo 2008-ci ildə öz müstəqilliyini elan edəndə bu məsələ Beynəlxalq Ədalət Məhkəməsində müzakirə olunub və həmin məhkəmə xalqların suverenliklərini elan edərkən mərkəzdən icazə almağa məcbur olmadıqları barədə qərar çıxarıb. Putin hesab edir ki, eyni hüquqdan Donbas əhalisi də istifadə edə bilər. Hansı ki, BMT Kosovonun müstəqilliyini tanımayıb və Quterreş də bunu Putinə xatırladıb. Lakin bu cavab Putinin “beyninə batmayıb”, çünki ona sərf etmir. Ən pisi isə odur ki, Putinin bu arqumenti, daha doğrusu, işğal bəhanəsi ərazisində separatçı qüvvələr olan digər ölkələr, o cümlədən Azərbaycan üçün də olduqca təhlükəlidir. Kim təminat verə bilər ki, Putin günlərin birində eyni arqumenti Qarabağdakı erməni separatçıları barədə də səsləndirməyəcək?

Ruslar Ukraynaya qarşı işğalı davam etdirməklə yanaşı, bir neçə gün əvvəl gözlənilmədən Moldovadakı separatçı Dnestryanıya qədər irəliləməyin əsas hədəf olduğunu elan etdilər. Deməli, belə çıxır ki, Donbasdakı Luqansk və Donetsk qondarma respublikalarının tanınmasından və “azad olunmasından” sonrakı hədəf Dnestryanıdır. Bunu Rusiya ordusunun rəsmi nümayəndəsi, Mərkəz Hərbi Dairəsinin komandanı, general Rustam Minekayev rəsmən bəyan edib. Məqsəd işğal altındakı Xerson istiqamətindən Odessaya doğru hücum edərək, separatçıların hakim olduğu əraziyə quru yol açmaq və “Dnestryanının hüququ tapdanan rusdilli əhaisini millətçi mərkəzi hakimiyyətdən azad etmək”dir. Bu isə Kişinyovun və bütünlükdə Moldovanın işğalı deməkdir. Axı, orada da Ukraynadakı kimi “millətçi Prezident” hakimiyyət başındadır. Hansı ki, işğalın ilkin mərhələsində Dnestryanı məsələsi ümumiyyətlə gündəmdə deyildi və bu barədə hər hansı niyyət, fikir səsləndirilmirdi.

Yada salaq ki, Rusiya öz silahlı qüvvələrini hələ 2012-ci ildə Dnestryanıdan çıxarmağı vəd etmişdi. Ancaq vədinə xələf çıxdı. Moldova Konstitusiya Məhkəməsi 2014-cü ildə rus qoşununun ölkə ərazisində yerləşməsinin qeyri-qanuni olduğuna dair qərar çıxarıb. Hətta 2018-ci ildə BMT Baş Assambleyası rus qoşunlarının Moldovadan çıxarılmasını tələb edən qətnamə qəbul edib. Son olaraq isə Moldova Prezidenti Maya Sandu rəsmən rus qoşunlarının ölkədən çıxmasını tələb edib. Ancaq Rusiya bunların heç birinə məhəl qoymur. Əksinə, Moldova Prezidentinin ünvanına Rusiya XİN rəhbəri də daxil olmaqla, müxtəlif səviyyələrdə təhdid və təhqirlər səsləndirilir. Belə nümunələri saydıqca saymaq olar. Açıq işğalçılıqla məşğul olan belə bir dövlətin başçısının beynəlxalq hüquqla, ədalətlə bağlı nəsə danışması, kimlərisə bunları pozmaqda günahlandırması bir nonsensdir...

Putin Quterreşlə görüşündə Kosovo məsələsini misal çəkməklə, əlbəttə ki, heç də beynəlxalq hüquqa, BMT nizamnamə və prinsiplərinə guya “canı yandığını” göstərmir. Kosovodan əvvəl həmin nizamnamə və prinsipləri keçmiş SSRİ və sonrakı Rusiyanın timsalında Moskvanın özü dəfələrlə kobudcasına pozub. Kosovo xatırlatması isə sadəcə, hazırkı Ukraynaya qarşı işğalda istifadə olunan miskin bəhanələrdən biridir...

İndi bütün bunlardan sonra kim təminat verə bilər ki, “şeytanın barmağı” növbəti mərhələdə Qarabağı qurdalamağa başlamayacaq? “Barmaq” zatən Qarabağdadır və Kremlə lazım olanda hərəkətə gətirilə bilər. Bu gün Ermənistanda ruspərəst müxalifətin fəallaşması, nə qədər gizlətməyə çalışsa da, bir gözü Qərbdə olan və Azərbaycanla, Türkiyə ilə razılığa meyl göstərən Paşinyan hakimiyyətini devirmək cəhdi, bundan əvvəl isə Qarabağdakı ermənilərin Rusiyaya birləşmək barədə çağırışlarının artması, görəsən, nədən xəbər verir və kimin əməllərinin nəticəsidir?...
Ətraflı

Ancaq bir şey də həqiqətdir ki, ABŞ və kollektiv Qərbin özü zaman-zaman dünya təhlükəsizlik arxitekturasını pozan addımlara əl atıb və indi də bunun “bəhrələri”ni bütün sivil dünya Ukraynada və digər bölgələrdə görməkdədir. Lakin bu acı təcrübəyə rəğmən, ABŞ başda olmaqla, Qərb dövlətləri yenə də ikili standartlardan əl çəkmir. İki gün öncə ABŞ-ın dövlət katibi Entoni Blinkenin Qarabağdakı vəziyyətlə bağlı dedikləri bunun bariz nümunəsidir: “Biz vəziyyəti gərginləşdirə biləcək istənilən birtərəfli addımlara, xüsusən Azərbaycan tərəfindən atılan addımlara mane olmağa çalışırıq".

Soruşan lazımdır ki, harda, kimə və niyə mane olmağa çalışırsınız? Qarabağ, sizin də rəsmən tanıdığınız Azərbaycanın suveren ərazisidir. Ermənilər 1990-cı illərin əvvəllərində bütün Qarabağı və az qala Azərbaycanın yarısını işğal etmək üzrə olanda, onu “birtərəfli addımlar”dan çəkindirən və “mane olan” yox idi. Sadəcə, tərəflər sülhə çağırılırdı, vəssalam. İndi isə Azərbaycan öz suveren ərazisində bölmələrini bir təpədən digər təpəyə keçirəndə bu, “vəziyyəti gərginləşdirə biləcək birtərəfli addım” sayılır və Rusiya ilə bərabər ABŞ, Fransa və digər erməni təəssübkeşləri eyni simdən vurmağa başlayır. Niyə? Bəs, hanı sizin beynəlxalq hüququnuz, ədalət prinsipləriniz, separatçılığa, işğala qarşı mövqeyiniz?

Əslində, Ukraynada da Qərbin hazırkı dəstəyinin səmimiyyətinə inanan azdır. Ukraynanı xilas edən onun döyüşkən, əzmkar xalqı və qorxmayan, qaçmayan rəhbərliyidir. Hazırda da bu ölkə Qərbdən nə alırsa, dişi-dırnağı ilə qopararaq, az qala zorla alır. Əgər vaxtında Rusiyanın qarşısında əzilib-büzülən Qərb dövlətləri tərəfindən lazımi dəstək verilsəydi, bu başıbəlalı ölkə indiki qədər itkilər verməz, şəhərləri dağıdılmaz, insanları tələf omazdı...

Rusiya Donbasda, Dnestryanıda necə işğalçıdırsa, Qarabağda da Ermənistan o cür işğalçıdır və onun əsas himayədarı bu gün dünyanın başına bəlalar gətirməkdə olan Rusiyadır. Necə olur ki, Rusiya Ukraynada işğalçıdır, Ermənistan isə Qarabağda işğalçı deyil? Niyə hər şeyi adı ilə çağımaq əvəzinə əksinə, hələ “Azərbaycan tərəfindən atılan addımlara mane olmağa çalışırıq” deyilir. Azərbaycanın ölkə başçısının “”Bayraktar”a Qarabağda “ölüm silahı” deyirdilər, Ukraynada isə “mələk” adlandırırlar”deməsi də təsadüfi deyil. Elə bu ikili standartlar deyilmi dünyanın bugünkü halının əsas səbəbi? Məhz elə bu ikili, ikiüzlü, saxta yanaşma təkcə Rusiya deyil, istənilən təcavüzkarın, işğalçının əlinə bəhanə vermirmi?

Onu da unutmayaq ki, 44 günlük müharibədəki məğlubiyyət təkcə Ermənistanın məğlubiyyəti deyildi. Bizim ruspərəst politoloqlarımız etiraf etməsələr də, bu, həm də Rusiyanın imperiya siyasətinin, Rusiya xofunun, Rusiya silahının, separatizmə Rusiya dəstəyinin məğlubiyyətinin başlanğıc nöqtəsi idi ki, bunun da davamı hazırda Ukraynada yaşanır. Əslində, buna görə də Qərb ilk növbədə Azərbaycana minnətdar olmalıdır...

İndiki reallıq ondan ibarətdir ki, Rusiya sülhməramlı adıyla soxulduğu Qarabağın kiçik hissəsindən çıxmağa məhkumdur və dünyada baş verənlər bunun biz gözlədiyimizdən və istədiyimizdən də tez baş verəcəyini istisna etmir. Bunun üçün dövlət, xalq, cəmiyyət, iqtisadiyyat, ordu və s. olaraq, güclü, iradəli olmalıyıq. Həlledici olan da budur, Blinkenin, Lavrovun, Makronun və digərlərinin dedikləri yox!
“AzPolitika.info”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO