Polad Həşimovun rütbəsinin mayora endirilməsinin PƏRDƏARXASI...

21:38 8.02.2021 336
Polad Həşimovun rütbəsinin mayora endirilməsinin PƏRDƏARXASI...
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər. Bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Əmrə əsasən, hər iki general ehtiyata buraxılıb.

Bununla da Vətən müharibəsindən sonra ordu sıralarından kənarlaşdırılan generalların sayı 3-ə çatdı. Bunlar Rövşən Əkbərov, Xəqani Cəbrayılov və Müdafiə nazirinin sabiq birinci müavini - Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovdur. Hər üç generalın Vətən müharibəsində uğursuzluqla yadda qaldığı bildirilir. Hər halda Vətən müharibəsinə görə təltif edilən minlərlə hərbçinin arasında bu üç şəxsin adının olmaması yayılan iddiaları daha da qüvvətləndirir.

Nəcməddin Sadıkovdan sonra Rövşən Əkbərovun ən tanınan generallardan olduğunu desək, yəqin ki, yanılmarıq. O, bundan öncə 8 il əvvəl cəzalandırılmışdı. Bu, Rövşən Əkbərovun Şəmkir hərbi birləşməsinin komandiri olarkən baş vermişdi.

Zamantv.az xəbər verir ki, sözügedən cəza ilə bağlı, 2013-cü ildə baş vermiş hadisə ətrafında araşdırma aparılıb.

Qısa arayış olaraq bildirək ki, 2013-cü ilin yanvarın 7-də Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadov qəflətən vəfat edib.

Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunsa da, əsgər anası Samirə Qubadova bununla barışmayıb və oğlunun döyülərək öldürüldüyünü iddia edib. Həmin il sosial şəbəkələrdə və mətbuatda yayılan fotolar da bu iddianı daha da gücləndirib.

Bu hadisəyə görə həmin vaxt Müdafiə naziri olan Səfər Əbiyev Rövşən Əkbərova şiddətli töhmət verib. Hadisənin baş verdiyi hərbi hissənin komandiri Polad Həşimovun rütbəsi isə polkovnik-leytenantdan mayora endirilib.

"Qafqazinfo"ya danışan, 2013-cü ildə həmin hərbi hissədə əsgər kimi xidmət etmiş Fariz Qəhrəmanov bildirib ki, əsgərin ölümündə nə hərbi hissə komandiri Polad Həşimovun, nə də tabor komandirinin günahı olub:

"Həmin vaxt posta qalxırdıq. 93 nömrəli posta da əmr gəldi ki, siz qalın, bu gün hava soyuqdur, qardır, sabah qalxarsız. Biz qalxandan sonra MAXE tabor kombatının əmrinə tabe olmayaraq, özbaşına gənc əsgərləri posta tərəf qaldırıb. Rəhmətə gedən əsgər Ceyhun Qubadov da yuxarı qalxmaqda çətinlik çəkib. MAXE də onun üstünə qışqırıb ki, sürətli qalx, yoxsa ikimiz də soyuqdan donub öləcəyik. Əsgər də deyib ki, ayağımda taqətim qalmayıb, qalxa bilmirəm. Əsgər sonra buzun üstündə sürüşərək aşağı gəlib. Donvurmadan vəziyyəti yaxşı deyildi. MAXE də arxasınca gəlib bunu döymüşdü, başından təpiklə vurmuşdu. Çox güclü döymüşdü. Sonra postdan əlavə kömək gəldi, əsgəri yuxarı qaldırdılar. Elə o vaxt ağzından köpük gəlib rəhmətə getmişdi. Həmin vaxt Polad Həşimovun, tabor kombatının heç bir günahı olmayıb. Orada günah bir post rəhbərində idi, bir də MAXE-də. Onlar özbaşına qərar verib posta qalxmışdılar. Bundan nə Polad Həşimovun, nə də tabor kombatının xəbəri var idi".

Hadisə şahidinin də açıqlamasından başa düşülür ki, Polad Həşimova verilən cəza əslində haqsız imiş. Görünür, bu məsələ Müdafiə Nazirliyi tərəfindən həmin vaxt dəqiq araşdırılmayıb və nazir Səfər Əbiyev ona yönəlmiş tənqidlərdən qaçmaq üçün zabitlərə tələsik cəza verməklə məsuliyyətdən boyun qaçırıb. Hər halda rütbəsi polkovnik-leytenant ikən mayora endirilən Polad Həşimovun sonradan general-mayor rütbəsinə qədər yüksəlməsi, ən əsası xalqın qəhrəmanına çevrilməsi, Tovuz döyüşlərində şəhid olması ilə mübarizəmizi daha da gücləndiriməsi, onun sağlığında haqsızlıqla barışmamasının, iradəsinin göstəricisidir.

Onu da qeyd edək ki, ölkə gündəmini zəbt edən hadisə ilə bağlı həmin vaxt Müdafiə naziri olan Səfər Əbiyevin də cəzalandırılması, məsuliyyətə cəlb edilməsi ilə bağlı fikirlər yayımlanırdı. Maraqlıdır ki, general-polkovnikin vəzifədən azad edilməsi də məhz 2013-cü ilə, hadisədən 9 ay sonraya təsadüf edir.

Məsələ burasındadır ki, hadisə ilə bağlı Səfər Əbiyevin şiddətli töhmət verdiyi general-leytenant Rövşən Əkbərovla sabiq nazirin ulduzu barışmayıb. Əbiyev və Əkbərov arasında daha bir qalmaqal isə 2013-cü ilin iyununda olmuşdu. Mətbuatın yazdığına görə, Müdafiə Nazirliyi digər ordu birləşmələrinin komandanlarını Azərbaycan ordusunun yaranmasının 95 illiyinə həsr olunan parada dəvət etsə də, Rövşən Əkbərov təntənəli mərasimə çağırılmayıb. Lakin general bununla barışmayıb və paradda iştirak edə bilib. O, buna məlumatı ölkə rəhbərliyinə çatdırmaqla nail olub. Daha sonra Əbiyevə Əkbərovun parada çağrılması tapşırığı gəlib və bu, icra olunub. Həmin vaxt yayılan iddialara görə, Rövşən Əkbərov özünü postƏbiyev dövrünə layiqli namizədlərindən biri kimi tanıtdırması Əbiyevin xoşuna gəlməmişdi.

Qeyd edək ki, əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılmışdı. Prosesin davamında əsgər ölümünə görə hərbi hissəsinin zabiti, baş leytenant Veysəl Ağayev və gizir Müqəddəs Qurbanov həbs edilmişdilər. Veysəl Ağayev 3 il, MAXE Qurbanov isə 5 il azadlıqdan məhrum edilmişdi. Bundan başqa, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini və bölük komandiri vəzifələrindən azad olunmuşdu. (Qafqazinfo)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO