Azərbaycan Kəlbəcərdə dağlarla “mübarizə aparır”…

10:50 30.12.2020 254
Azərbaycan Kəlbəcərdə dağlarla “mübarizə aparır”…
Le Monde, Fransa

Müəllif: Pol Tavinyo

Qələbədən sonra Azərbaycan Ermənistana bitişik bölgəyə tam sahib çıxmaq üçün mübarizə aparır.

Buldozerdən havaya qara tüstü yayılır. Maşın bir müddət “qışqırır”, sonra dayanır və 3300 metr hündürlükdə yerləşən Ömər yüksəkliyindən enən yolu bağlayır. Bu dəfə nəhəng texnikadan üstdə işləyən 10-a yaxın əsgər də əl saxlayır. Mayor Eynullayev manelər arasında ilişib qalmış yük maşınının dönməsini əmr edir.

Bu, 44 günlük döyüşlərdən sonra Ermənistanın işğalından azad edilmiş Qarabağın 7 rayonundan biri olan Kəlbəcərlə Azərbaycanı bağlayan yeganə yoldur. Bu günlərdə, bəlkə də elə növbəti günlərdə də bu yoldan heç nə keçməyəcək. Kəlbəcər noyabrın 25-də erməni silahlı qüvvələrindən tam təmizlənib. Oradan erməni sakinlər də çıxarılıb və rayon tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu rayona gediş-gəliş çox çətindir. Kəlbəcərə hər gün ərzaq, inşaat materialları və hərbi yüklər 6 təkərli “Kamaz”larla daşınır. Onlar rayona Murovdağ yolu ilə (bu yol adını hündürlüyü 3724 metr olan, Kür vadisini Qarabağdan ayıran silsilədən götürüb) gəlib-gedir. Bu 50 kilometrlik daşlı və dik dağ yolu 27 il idi Dağlıq Qarabağdakı erməni müdafiə xəttinə görə bağlanmışdı. Güclü küləyin tutduğu ərazidə yolun kənarları minalanıb. Ətrafa səpələnmiş məhv edilmiş zirehli texnikanın üzərini qar örtüb. Qış “4×4” sistemli avtomobillərin belə, buzlu yamaclarda təhlükəsiz hərəkətini çətinləşdirir. Onların xüsusilə aşağı enməsi mümkün deyil. Təkərləri zəncirlənmiş “6×6” sistemli yük maşınları belə, sürüşür. Qar və torpaq uçqunlarına həssas olan bu yolda hər tərpəniş avtomobilin yoldan çıxmasına və ölümlərə səbəb ola bilər.

Beləliklə, Azərbaycanın yüksək dağlarla əhatə olunmuş, siyasi vəziyyətə görə bir qədər də təcrid duruma düşmüş Kəlbəcəri təmin etmək üçün başqa yolu yoxdur. Yeganə marşrut “Vardenis-Ağdərə yolu” kimi tanınan şərq-qərb marşrutudur. Ancaq bu yol qərbdən Ermənistanla sərhəddirsə, şərqdən də Dağlıq Qarabağdakı erməniləri qoruyan Rusiya sülhməramlıları tərəfindən bloklanır. Bu, rayona aparan yeganə asfalt yoldur.

“Onlar heç nə tikməyiblər, heç nə”

46 yaşlı Vüqar Məmmədov 27 il əvvəl erməni işğalı nəticəsində Kəlbəcəri ailəsilə birlikdə tərk edib. Gəncədə məmur kimi çalışan Vüqar Kəlbəcərə yeni qayıdıb. O, yollardakı vəziyyətin yazda qaydasına düşəcəyinə inandığını deyir: “Ruslar Ağdərədən Bakı istiqamətinə yolu açacaqlar. Çünki bu, atəşkəs razılaşmasında əksini tapıb”.

V.Məmmədov uşaqlığının keçdiyi evi görəcəyi anı səbirsizliklə gözləyir. Evinin pis vəziyyətdə olduğuny düşünür və artıq onu yenidən tikməyi planlaşdırır: “Böyük ehtimalla, Ağdərə yolunun açılmasını gözləyəcəyəm. Çünki tikinti materiallarını Murovdağ vasitəsilə daşımaq mümkün deyil”.

Məmmədov ziddiyyətli fikirlər içərisindədir. Bir tərəfdən, azad edilmiş doğma yurduna qayıdışın verdiyi sevinc, digər yandan ermənilərin özlərindən sonra qoyduqları dağıntılardan doğan qəzəb. “Onlar bizim torpaqlarımızı 30 il işğal altında saxlayıblar, amma burada heç nə tikməyiblər, heç nə”, - deyə V.Məmmədov qəzəblə bildirir.

Yol boyu uca dağların başında azərbaycanlı, nadir hallarda isə kürd kəndlərinin dağıntıları görünür. Bəzən rastımıza ermənilərin ötən ay tərk etdikləri yeni görünüşlü evlər də çıxır. Lakin onların çoxu yandırılıb, bəzilərinin dam örtüyü yoxdur – sanki gedənlər dəmir dam örtüklərini də özlərilə aparıb.

Ermənilərin burada infrastruktur yaratdıqları görünür. Yol yolu yeni qurulmuş elektrik şəbəkəsi görünür. Amma bəzi yerlərdə elektrik dirəklər aşıb və ya sınıb. Yarımstansiyalardan biri insanların gözü qarşısında partladılıb. Ona yaxınlaşmaq məsləhət görülmür, çünki ətrafı minalanmış ola bilər. Bəzi körpülər də ciddi zədə görüb. Salamat qalmış körpülər də var.

“Biz ermənilərə Kəlbəcəri sakitcə tərk etmələri üçün 10 noyabr razılaşmasında nəzərdə tutulmuş müddətdən 10 də artıq gün vaxt verdik. Lakin onlar bu müddətdə evləri yandırdılar, əraziləri minaladılar”, - deyə Kəlbəcərin təminatına məsul olan mayor Eynullayev narazı şəkildə bildirir.

Söhbətə Vüqar Məmmədov müdaxilə edir: “1993-cü ildə ermənilər bizə buradan çıxmamız üçün 4 gün vaxt vermişdilər. Biz gedərkən heç nəyi dağıtmadıq. 60 min azərbaycanlı martın əvvəlində buranı bombardman altında Murovdağ vasitəsilə tərk etmək məcburiyyətində qaldı. Çox sayda qadın və qoca dağlarda yorğunluqdan, soyuqdan öldü…”.

Son müharibənin ilk günlərində azərbaycanlılar Ömər yüksəkliyində yerləşən erməni mövqelərinə nəticəsiz hücum etmişdi. Kəlbəcərdə başqa döyüş olmayıb.

Heç bir inkişaf əlaməti yoxdur

Rayonun eyniadlı şəhər mərkəzinə çatmaq üçün 3 saat yol getmək lazımdır. Bu, dağıdılmış evlərdən ibarət qəribə şəhərdir. Ətrafda yalnız uçmuş divarlar görünür. Divarlar pis hava şəraitindən o qədər aşılanıb ki, sanki antik bir sivilizasiyaya aiddir.

Kəlbəcər göz qamaşdıran qarlı zirvələrin əmələ gətirdiyi qövsvari təpədə salınıb. SSRİ dağılan zaman bu gözəl məkanda təxminən 6 min azərbaycanlı yaşayırmış. Birinci Qarabağ müharibəsindən sonra onları sayca 10 dəfə az erməni əhali əvəzləyib. Bu gün isə Kəlbəcər minlərlə Azərbaycan əsgərinin qışı qarşılamağa hazırlaşdığı, Ermənistanla sərhəd yaxınlığında tələm-tələsik kazarma və müşahidə məntəqələri tikdiyi boz, palçıqlı şəhərdir.

Şəhərin kənarında hər ehtimala qarşı, üzərinə xüsusi örtük çəkilmiş 30-dək tank gözləmə mövqeyindədir.

Və V.Məmmədov uşaqlığının keçdiyi evi heç bir çətinlik çəkmədən tapır. “Mənim təsəvvürümdə o, daha böyük idi”, - deyə Məmmədov həyəcandan kəkələyərək bildirir. Onun əlində bir dəst açar var (Qarabağdan qovulmuş azərbaycanlıların çoxunun qoruyub saxladığı rəmzi əşya). Amma indi evin nə qapısı, nə pəncərəsi, nə də dam örtüyü var. Halbuki, divarların rəngi yaxınlaradək burada kiminsə yaşadığını deməyə əsas verir.

Qarışıq hisslərə qapılmış məmur deyir: “Qalanını da mən sökəcəyəm. Yerində böyük, gözəl ev tikəcəyəm. İnşallah orada 16 nəfər yaşayacaq”.

Amma deyəsən Kəlbəcərin yenidən qurulması Moskvanın və ermənilərin xoş niyyətindən asılıdır. Çünki əsas yollar onların nəzarətindədir. Doğrudur, atəşkəs razılaşmasının 8-ci bəndində bölgədə bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpa olunacağı deyilir. Lakin bununla bağlı hər hansı vaxt cədvəli və ya mexanizm göstərilmir.

Yolların açılması, əslində, azərbaycanlılarla erməniləri 30 ildən bəri üz-üzə qoymuş münaqişənin siyasi həllindən asılıdır. Moskva, Yerevan və Bakı arasında imzalanmış üçtərəfli razılaşmadan 6 həftə keçsə də, hələlik buralarda hər hansı inkişaf əlaməti görünmür.

“Le Monde”nin əməkdaşı Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya sülhməramlı qüvvələrinin iki avtomobilinin Azərbaycanın hərbi polisi tərəfindən saxlanıldığını müşahidə edib. Kəlbəcərdən tranzit olaraq keçən bu konvoy hələ də meşələrdə və dağlarda qalmış erməni əsgərlərinin meyitlərinin yığılmasına məsul imiş.

Doğrudur, buna əsaslanaraq tərəflər arasında artan gərginlikdən, yaxud kommunikasiyaların kəsilməsindən danışmaq tezdir. Amma qarşılıqlı asılılıq artıq çətinlik yaradır.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)
Teref.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO