Son bir neçə gündür Azərbaycanda koronavirusa yoluxmada kəskin azlama müşahidə olunur. Bəzi ekspertlər bu azalmanın səbəbini test sayının azaldılmasında görürlər.
Belə ki, dekabr ayının əvvəlində təxminən 20-25 min test aparılırdısa, son bir neçə gündür 9-10 min arasında aparılır.
Bəs, test sayı niyə azaldılır? Ölkədə test çatışmazlığı yaşanırmı?
Məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış ölkəmizdə kifayət qədər test ehtiyatının olduğunu bildirib:
“Lakin hazırda laborotoriyaların günlük imkanlarına uyğun test götürülür. Bu da test verən vətəndaşların nəticələrinin tez açıqlanmasına imkan verir. Hər hansı ölkədə epidemioloji vəziyyət rəqəmlə deyil, nisbətlərlə, faizlərlə qiymətləndirilir. Vəziyyət təhlil olunarkən ümumi aparılan test saylarının nəticələrinə baxılır. Hazırkı situasiya onu deməyə əsas verir ki, nisbət olaraq yoluxanların sayında azalma var. Testin sayının artması və azalması əhalinin muraciəti ilə bağlıdır”.
Zamantv.az