Şuşadan ev almaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər neçədən başlayacaq?

16:20 23.12.2020 369
Şuşadan ev almaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər neçədən başlayacaq?"Vətəndaşlarımızın Şuşaya köçürülməsi ilə bağlı tənzimlənmələr dövlət tərəfindən Azərbaycan qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək".

Bunu Milli.Az-a açıqlamasında əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib.

Ekspert bildirib ki, Şuşanın, Kəlbəcərin, Laçının turizm potensialı yüksək olduğu üçün digər rayon və şəhərlərimizlə müqayisədə bu ərazilərdə daşınmaz əmlakın qiyməti yüksək olacaq:

"İlk növbədə orada vaxtilə yaşamış insanlar, onların övladları orada mülkiyyət hüquqlarına sahib olmalıdır və onların mülkiyyət hüquqları tanınmalıdır. Bu, ilk növbədə olan məsələdir.

Bundan başqa dövlət özü Vətən müharibəsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin o döyüşlərdə şəhid olmuş şəhidlərimizin övladlarına, ailə üzvlərinə güzəştli şərtlərlə mənzil, fərdi yaşayış evləri və yaxud torpaq sahələri ayıra bilər. Hazırda orada qiymətləndirmə işləri aparılır, mövcud infrastruktur yaradılır. Bu proses yəqin ki, bir neçə müddət çəkəcək. Doğrudur, sakinlərin köçürülməsinin gələn ilin yayından başlaması nəzərdə tutulsa da, mən hesab edirəm ki, orada tam məskunlaşma təxminən 4-5 il ərzində tam formalaşacaq.

Təbii ki, digər Azərbaycan vətəndaşları da oradan mənzil, fərdi yaşayış evi, yaxud torpaq sahələri almaq hüququna malikdirlər. Necə ki, hər bir Azərbaycan vətəndaşı Respublikanın digər bütün bölgələrində həm torpaq sahələri, həm fərdi yaşayış evləri almaq hüququna malikdirlər. Mənzil və fərdi yaşayış evlərinin digər xarici vətəndaşlara da satılması mümkündür, amma yalnız torpaq sahəsini çıxmaq şərti ilə. Bildiyiniz kimi, Azərbaycan qanunvericiliyinə uyğun olaraq torpaq sahəsi xarici ölkə vətəndaşlarına satılmır, onlar yalnız mənzil və yaxud fərdi yaşayış evləri almaq hüququna malikdirlər.

Respublikanın digər rayon və şəhərlərində olduğu kimi yəqin ki, bir müddət sonra Şuşada da bir bazar dəyəri formalaşacaq. Necə ki, digər şəhər və rayonlarda həm mənzillərin, həm fərdi yaşayış evlərinin, həm torpaq sahələrinin bazar dəyəri formalaşıb. Yəni, bu, sıx tələb və təklifdən asılı olaraq yaranacaq. Orada qiymətlərin necə olacağını proqnozlaşdırmaq bu il hələ ki tezdir. Tələb və təklif prinsiplərinə əsasən digər şəhər və rayonlarımızda olduğu kimi, orada da tələb və təklifdən asılı olaraq qiymətlər formalaşacaq.

Elə kəndlərimiz, şəhərlərimiz var ki, qiymət baxımından turizm bölgələrində qiymətlər nisbətən daha yüksəkdir. Hesab edirəm ki, bəli, xüsusən Şuşada, Kəlbəcərdə, Laçında bizim digər aran zonası ilə müqayisədə qiymətlər yüksək olacaq. Çünki oraların turizm potensialı yüksək olduğu üçün bu bölgələrə investisiyalar yatırılacaq. Azərbaycan höküməti, Turizm Agentliyi də artıq xarici ölkə investorlarına müraciət edərək orada otellərin tikintisinə çağırıb. Yəqin ki, yaxın 5 il ərzində o ərazilərdə də Azərbaycanda daşınmaz əmlak bazarının qiymətləri ilə bağlı artıq bir bazar təşəkkül tapacaq. Amma hazırda orada qiymətlərin necə olacağını demək hələ ki tezdir. Bu yaxın müddətdə, məskunlaşma başlayandan sonra orada da daşınmaz əmlak bazarının qiymətlərindən danışa biləcəyik".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO