Türkiyə Quru Qoşunları Komandanlığının ehtiyaclarına uyğun olaraq hazırlanan “Fırtına-II” özüyeriyən haubitsalarının ilk partiyasının təhvil verilməsi tarixi açıqlanıb.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyə parlamentində çıxışı zamanı məlumat verib.
O qeyd edib ki, 3 haubitsadan ibarət ilk partiya gələn ilin yanvarında Türkiyə ordusuna təhvil veriləcək.
Türkiyə Quru Qoşunları Komandanlığı üçün ümumilikdə 140 “Fırtına-II” haubitsalarının istehsal edilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Zamantv.az