Gərgin dövr başladı: İrəvan nəyə hazırlaşır? – Sensasion detallar

11:09 19.11.2020 345
Gərgin dövr başladı: İrəvan nəyə hazırlaşır? – Sensasion detallar
İqtisadçı ekspert Natiq Cəfərlinin Axar.az-a müsahibəsi:

- ATƏT-in Minsk Qrupunun həmsədrləri – ABŞ və Fransa Moskvaya gəlib. Səfərin məqsədi nədən ibarətdir?

- Qarabağ ətrafında baş verən hadisələrin hərbi fazası Azərbaycanın hərbi uğurları ilə bitdi. İmzalanmış üçtərəfli sazişə əsasən, dekabrın 1-ə qədər Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması həyata keçirilməlidir. Ondan sonra uzun və ağrılı danışıqlar prosesi başlanacaq, çünki Azərbaycan-Ermənistan sərhədi müəyyənləşdirilməlidir, təhlükəsizlik zolağı yaradılmalıdır. Çox vacibdir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə məcburi köçkünlərin yerləşdirilməsi təhlükəsizlik qaydalarına uyğun aparılsın. Keçmiş Dağlıq Qarabağın ərazisində yaşayacaq erməni əsilli Azərbaycan vətəndaşlarının gələcəyi, fəaliyyəti, idarəetmədə iştirakı ilə bağlı müəyyən danışıqlar olacaq. Bizi uzun danışıqlar prosesi gözləyir. Minsk Qrupunun həmsədrləri – ABŞ və Fransa bu prosesdən kənarda qalmaq istəmir, son hadisələr onu göstərdi ki, Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış məlum sənəd Minsk Qrupunun kənarda qalması ilə nəticələndi. Ona görə də dekabrdan başlanacaq detallı danışıqların Minsk Qrupu çərçivəsində yenidən bərpa olunması ehtimalı kifayət qədər yüksəkdir.

- Fransa Prezidenti Emmanuel Makron bildirib ki, keçmiş Dağlıq Qarabağla bağlı məsələnin Minsk Qrupu formatında müzakirəsi üçün əlindən gələni edəcək. Sizcə, Makron bununla hansı mesajı vermək istəyib?

- Fransanın bitərəf mövqeyi sərgiləmədiyi aydındır. Makron status məsələsini nəzərdə tutursa, Azərbaycan Prezidenti keçmiş Dağlıq Qarabağ ərazisinin statusunun olmayacağı ilə bağlı bəyanat verib və bu, qəti və doğru yanaşmadır. Azərbaycan maksimal dərəcədə bu mövqeyi masada canlı tutacaq. Söhbət ondan gedir ki, Vətən müharibəsindən əvvəl Azərbaycan həmin əraziyə dəfələrlə ən yüksək status təklif etmişdi. Yəni keçmiş Dağlıq Qarabağ ərazisinin ətrafındakı rayonların işğaldan azad olunması müqabilində növbəti mərhələdə Dağlıq Qarabağa ən yüksək özünüidarəetmə sistemi və statusu təklif olunmuşdu. Artıq o təklif gündəmdən düşüb və Azərbaycan tərəfindən edilməyəcək, bu, dəqiqdir. Amma danışıqlar formatında status məsələsi gündəmə gələcək. O zaman bizi daha ağır diplomatik proses gözləyir, çünki hər cümlənin, hər vergülün öz önəmi olacaq.

- Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün reform planını təqdim edərək, keçmiş Dağlıq Qarabağ ərazisinə xüsusi statusun müzakirə ediləcəyini vurğulayıb. Makronla eyni mövqedir...

- Ondan başlayaq ki, Dağlıq Qarabağ coğrafi bölgədir, siyasi ərazi vahidi kimi Dağlıq Qarabağ mövcud deyil. Burada status məsələsi müzakirə oluna bilməz. Buna baxmayaraq, qarşı tərəf bunu daim gündəmə gətirəcək və istənilən danışıqlarda bu məsələni “nömrə bir” etməyə çalışacaq. Paşinyan buna güvənir, amma həmin məsələnin neytrallaşdırma yolları da var. Çox güman ki, hazırda Azərbaycan diplomatiyası buna ciddi hazırlaşır. Hazırlığın birinci pilləsi işğalın davam etdiyi zaman Azərbaycan ərazilərinə dəyən ziyanla bağlı ciddi hüquqi sənədlərin hazırlanması və bu məsələnin beynəlxalq məhkəmələrdə qaldırılmasıdır. İkinci pilləsi isə münaqişənin bütün tərəflərini əhatə edəcək, o da 80-ci illərin sonunda indiki Ermənistan ərasizindən qovulan qərbi azərbaycanlılara görə həmin ərazilərə xüsusi statusun verilməsidir. Münaqişənin tamamilə ədalətli həlli məsələsi gündəmə gələcəksə, hərbi uğurlarımızı da nəzərə alaraq, bu məsələni mütləq qaldırmalıyıq. Münaqişə başlanmazdan əvvəl keçmiş “dqr”in əhalisi 120 min nəfər təşkil edirdi, amma faktlar var ki, Ermənistandan qovulan azərbaycanlıların sayı bundan iki dəfə çox idi. Həm də onlar böyük əksəriyyəti Göyçədə və Dağ Borçalıda kompakt yaşayırdılar. Onların taleyi necə olacaq, dədə-baba yurdlarına necə qayıdacaqlar? Burada paralellər yaradılmalıdır. Həm təzminatla, həm də Ermənistandan köçürülmüş Azərbaycan vətəndaşları ilə bağlı məsələlər masaya qoyulmalıdır. Bu da danışıqlarda mövqeyimizi gücləndirəcək.

- Paşinyan da, Makron da keçmiş Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunmasını istəyir. Bəs Azərbaycanın bunda hansı maraqları var və MQ-dən niyə imtina etmirik?

- ATƏT-in Minsk Qrupundan imtina etmək asan məsələ deyil. Bu günə qədər beynəlxalq hüquqa əsaslanıb addımlar atmışıq, doğru olan da budur. Beynəlxalq hüququn tərkib hissəsi kimi də imzaladığımız müqavilələr var, sadəcə Ordumuz Minsk Qrupunun danışıq formatının və məsələnin ardıcıllığının dəyişməsinə nail oldu. Minsk Qrupunun əvvəlki formulu dağılıb. O bizə yeni təkliflər verməlidir. Təkliflərin məzmunu yenilənəcək. Minsk Qrupundan tamamilə imtina etmək mümkün deyil, açıq danışaq. Amma formatın, danışıqlar masasında məsələlərin ardıcıllığının dəyişdirilməsi mümkündür. Hərbi uğurlarımızdan sonra həmin format Azərbaycanın tələblərinə uyğun diktə olunmalıdır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO