Şuşanın alınması xəbərini Prezidentə məruzə edən zabit kimdir? - DOSYE

21:51 18.11.2020 414
Şuşanın alınması xəbərini Prezidentə məruzə edən zabit kimdir? - DOSYE
Şuşanın alınması xəbərini Cənab Ali Baş Komandana məruzə edən zabit. Bütün Azərbaycan o Qəhrəmandan danışır. Əslində bu qəhrəman kimdir? Gəlin, tanıyaq onu.

Rəhimov Zaur Şirinbəy oğlu. Lerik rayonu, Veri-Əliabad kəndində anadan olub. XTQ zabitidir. Azərbaycan əks-hücuma başlayan ilk gündən ön sırada dayanan zabitlərimizdəndi. Düşmənin müdafiə xəttini yaran qəhrəmanımız kilometrlərlə irəliləyib-Şuşanın alınmasına qədər. Bir neçə rayonun işğaldan azad olunmasında xüsusi xidmətləri olub. Hətta bir dəfə yaralanıb, müalicəsini yarımçıq qoyaraq yarasını sadəcə sarğıyla sarıtdırıb yenidən cəbhəyə qayıdıb. Şuşanın alınmasını Cənab Ali Baş Komandana məruzə edəndən sonra ikinci dəfə yaralanıb. Hal-hazırda müalicəsini davam etdirir. Əzmlidir, inşallah tez bir zamanda sağalıb xidmətini yenə də davam etdirmək arzusundadır. Qəhrəmanımız Xüsusi Təyinatlı Qüvvələrin zabiti olduğundan məxfiçiliyi qorumaq üçün uğurlu əməliyyatları barədə söhbət açmırıq hələ ki.

Zamantv.az xəbər verir ki, dünən qəhrəman zabitimizin ailəsi ilə əlaqə saxladıq. Qardaşı Rafiq Rəhimov Miq.Az-a açıqlama verərəkən maraqlı faktları qeyd etdi.

Rafiq deyir ki, hələ 1-ci Qarabağ savaşında o ailənin 3 qardaşı müharibədə iştirak edib. Qardaşlardan ikisi hətta ağır yaralanıb

"Mən 1994-cü aprel ayında Ağdam istiqamətində gedən döyüşlərdə qolumdan ağır yaralandım. Sol qolumun dirsəyindən güllə yarası aldım. Qardaşım Rəhimov Ağəddin də Ağdamda gedən döyüşlər zamanı ağır yaralandı. Güllə hələ də qardaşımın ciyərində qalıb. Digər qardaşım - İlqar Rəhimov da Qarabağda döyüşüb"-deyir Rafiq Rəhimov.

Miq.Az əməkdaşının ailə vəziyyəti ilə bağlı sulaını cavablandıran Rafiq çoxuşaqlı olduqlarını bildirir və gülərək, nəinki qardaşlarının, hətta anasının da Qəhrəman olduğunu bildirir:

"Ailədə 10 uşaq olmuşuq. 7 qardaş, 3 bacı. Anam Gülarə Cananova da Qəhrəman anadır. Evimizdə gözümüzü açandan, həyata baxışlarımız formalaşan ilk gündən ata-anamızdan Vətənə, dövlətə, Can Azərbaycana məhəbbət, onu sevmək tərbiyəsi almışıq. 1-ci Qarabağ savaşında tək bizim ailədən 3 qardaş müharibədə idik. Əmim uşaqlarından da 3 qardaş müharibədə döyüşürdü. Onlardan ikisi - Akif Rəhimov (diz qapağı yoxdur) və Xudaverən Rəhimov ağır yaralandı, Valeh Rəhimov isə şəhid oldu. Digər əmimin oğlu Vidadi Rəhimov da 1-ci Qarabağ savaşında yaralandı."

Cənab Ali Baş Komandana Şuşanın alınmasını məruzə edən Zaur Rəhimovun bacısının iki oğlu da 2-ci Qarabağ savaşında vuruşub. Qardaşlardan biri - Rəhimov Sadiq Nadir oğlu şəhid olub. Digər qardaş da hal-hazırda savaşın düz mərkəzindədir. Lakin bacısı oğlunun şəhid olma xəbərini ona deməyiblər. Qardaş və bacılar məsləhət bilməyiblər bu xəbərin ona çatdırılmasını.

"Müharibənin nə olduğunu bizim ailə bilir. Bayaq da qeyd elədim, bizim ailədə 4 qardaş Qarabağda döyüşüb. Orda hər şey baş verə bilər. Zaura bu xəbərin çatdırılmasını ailəlikcə özümüz istəmədik. O, Vətən üçün Zəfər yolunda idi. Özümüz mane olmadıq ona. Çünki o, Prezident İlham Əliyevin etimadını doğrultmaq, xalqın həsrətlə gözlədiyi Şuşa Qələbəsinə doğru gedirdi deyə mane olmadıq ona"- Rafiq Rəhimov bildirir.

"Dövlət rəsmilərindən sizlə maraqlanan varmı" sualımızı cavablandıran Rafiq deyir ki, icra hakimiyyətindən maraqlanıblar, zəng ediblər:

"Millət vəkili İqbal Məmmədov da bir neçə dəfə zəng edib maraqlanıb. Problemlərimizi soruşub. Sağ olsun, millət vəkilimiz əksər şəhid dəfnlərində Lerik camaatı ilə birlikdə idi. Hətta cəbhədə döyüşən hərbçi ailələrinə ərzaq və maddi yardımlar da göstərib. Düzdür, əvvəllər çox az görünərdi İqbal müəllim, bir az məsafəli idi seçicilərlə. Amma sonuncu parlament seçkilərindən sonra onu Lerikin ən ucqar kəndlərində əhalinin problemləri ilə maraqlanan görürük."- deyir Rafiq Rəhimov.

Haqqında əfsanələr dolaşan Zaurun ailə vəziyyətinin necə olduğunu, evi var, yoxsa yox sualımıza isə qardaşının cavabı maraqlı oldu:

"Ailəlidir. Övladları var. Evə gəlincə...evi yoxdur, kirayədə yaşayır. Amma biz qardaşlar Vətən üçün savaşdıq, bütün Azərbaycan bizim evimizdir. Bu dövlətin havası bizə yetər. Vətənimizi bütövləşdirən Cənab Ali Baş Komandanımız sağ olsun. Azərbaycan var olsun! Xahiş edirəm, bu sözümü xüsusi qeyd edin. Biz Lerikdə anadan olmuşuq, dağlar oğluyuq. Qarabağda döyüşən yaxın qohum-əqrəbamızın adını sadalasam, bir batalyondu. Bizim ailənin adı bütün azərbaycanlıların ürəyindədir, hər ürək bizim evimizdir. Biz ev-eşiyimizi atıb Qarabağa döyüşməyə gedirik, ev, şan-şöhrət uğrunda yox. Biz bu dağların adına xələl gətirmərik. Vətənə, torpağa, Ali Baş Komandanımıza sevgimiz də bu dağlardan başlayır, biz dağlar oğluyuq!"-deyir Rafiq Rəhimov.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO