“Ramiz Mehdiyev öz elmi qüsurunu gizlətmək üçün bioqrafiyasını saxtalaşdırıb” - İTTİHAM

16:04 23.09.2020 382
“Ramiz Mehdiyev öz elmi qüsurunu gizlətmək üçün bioqrafiyasını saxtalaşdırıb” - İTTİHAM
“Ramiz Mehdiyev öz şəxsi bioqrafiyasını belə, saxtalaşdırıb. Mənim dəqiq yadımdadır ki, o, 1993-cü ildə Prezident Aparatına Ümumi şöbəyə müdir vəzifəsinə təyin olundu. Amma bu fakt onun bioqrafiyasında saxtalaşdırılaraq 1994-cü il kimi göstərilib”.

AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasov Ovqat.com-a açıqlamasında belə deyib.

Professorun sözlərinə görə, akademikin bu saxtakarlığı səbəbsiz deyil: “Ramiz Mehdiyev o zamana qədər elmi işini müdafiə edə bilmirdi. Hazırladığı dissertasiya işini yararsız olduğundan dəfələrlə Elmi Şura tərəfindən geri qaytarılmışdı. PA-ya işə girdikdən sonra 1993-cü ildə öz elmi işini Elmi Şuraya qəbul etdirən Ramiz Mehdiyev fəlsəfə elmləri üzrə doktorluq adını aldı. Təzyiqlə elmi ada yiyənlənməyini ört-basdır etmək üçün isə PA-ya işə qəbul olunması tarixini saxtalaşdırıb”.

Bütün bunlara baxmayaraq, adının qarşısına Nyu-York Elmlər Akademiyasının üzvü və s. kimi titullar yapışdıran Ramiz Mehdiyevin bu saxtakarlığını Akademiyanın rəsmi saytında dərc olunan bir yazının ortaya çıxardığını bildirən dəyərli ziyalı deyib: “Bu yaxınlarda AMEA-nın rəsmi saytında AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidinin bir yazısı dərc olunmuşdu. “Azərbaycan Milli Elmlər Akademiyası, rəhbəri və əməkdaşları haqqında” sərlövhəli yazıda Solmaz xanım çox açıq şəkildə bildirir ki, Heydər Əliyev hakimiyyətə gələn kimi Ramiz Mehdiyev də onun yanına – PA-na getdi. Sirr deyil ki, Heydər Əliyev 1994-cü ildə yox, 1993-cü ildə hakimiyyətə gəlib. Solmaz xanım da etiraf edir ki, Ramiz Mehdiyev məhz həmin dövrlərdə PA-da işə başlayıb”.

Qeyd edək ki, hörmətli filosofun bəhs etdiyi həmin yazıda deyilir:

“Ramiz müəllim 5 il bu şöbənin müdiri işlədi. İnstitutun rəhbərliyi həmin dövrün tez-tez dəyişən siyasi konyukturasına uyğun olaraq ilk vaxtlar onun özünə və bu səbəbdən şöbəmizin işinə qərəzli “tənqidi”, bəzən olduqca ədalətsiz münasibət bəsləsə də, Ramiz müəllim əməkdaşlarımızın da müdaxiləsi ilə, özünə və şöbəmizə olan bu münasibəti dəyişə bildi. Artıq Heydər Əliyev ölkə rəhbərliyinə gələndə, Ramiz müəllim də Prezident Aparatına işə qayıdanda bu adamların onun qarşısında özlərini necə fərqli apardığını, doktorluq dissertasiyasının müdafiəsi zamanı isə şəninə nələr söylədiyini görmək lazım idi. Odur ki, Ramiz müəllim üçün bu münasibət “dəyişiklikləri” yeni olmasın gərək”.

Sonda professor Əbülhəsən Abbasovla razılığa gəldik ki, sabah “Hürriyyət” qəzetinin efirində islahat fəlsəfəsi və metodologiyası ətrafında danışaq. Sözsüz ki, Azərbaycanda islahatların qabağında uzun illər kötük kimi dayanan və bu gün də AMEA-nı özünün qalasına çevirən Ramiz Mehdiyevi bu söhbətlərdə yad etməsək, əziz oxucuları bizi bağışlamaz.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO