Ramiz Mehdiyevi söymək sosial sifarişdir, yoxsa... - Asif Mərzili yazır...

12:10 3.09.2020 403
Ramiz Mehdiyevi söymək sosial sifarişdir, yoxsa... - Asif Mərzili yazır...
...Ramiz Mehdiyevi söymək üçün növbəyə düzülmələri görüb düşünürəm ki, bu məsələdə tələsib bir çox sərhədləri keçənlər var. Cəmiyyətdə isə sual var: bu sosial sifarişdir, yoxsa yuxarılara yarınmaq istəyənlərin arzu və istəkləridir?! Mən inanmıram ki, bu cür kortəbii anti-təbliğatlardan Prezident İlham Əliyevin xoşu gəlsin. Çünki onun Qarabağ boyda qayğısı var və dünyəvi siyasətçi belə siyasətsizlərə vaxt ayırıb vaxtını itirməz... Bəs nə baş verir?
... Yadımdadır: təxminən 1997-98-də Ramiz Mehdiyev "Yeni müsavat"ı məhkəməyə vermişdi və 500 milyon manat tələb edirdi. Məhkəmə qərarı ilə qəzetin əmlakları siyahıya alındı, icraçılar işə başladı... Redaktorlar Birliyi "Yeni Nəsil"in ofisində kritik vəziyyəti müzakirə etdi, çıxış yolu piket, yürüş etməyə qaldı... Sonda mən təklif verdim ki, Ramiz Mehdiyevlə danışıq aparılsın, görək nə istəyir, tələbi nədir? Hamı dedi ki, mümkün deyil, kim onunla danışacaq? Dedim, mən Bəxtiyar Vahabzadə ilə görüşüb deyərəm. Qərar qəbul olundu. Dərhal zəng vurub Bəxtiyar müəllimgilə getdim. Allah rəhmət eləsin, indi elə ağsaqqal qalmayıb... Məsələni danışdım. Dedi, oğul, Ramiz Mehdiyev kimdir, ona göstəriş verilib... Dedim, göstəriş verənlə danışın... O vaxtlar deyəsən Ziya Bünyadovun Bəxtiyar müəllimin əleyhinə nəsə fikirləri "YM"də getmişdi, kişi bir az tərəddüd etdi, həm də dedi ki, sözümü eşidərlərmi? Mən də Bəxtiyar müəllimi yaxşı mənada "bişirmək" üçün müxtəlif yollara baş vurdum: "Bəxtiyar müəllim, indi sizdən başqa kimimiz qalıb?! Bu məsələni həll edin, tarix sizi unutmaz!" (Amma bizlər unutduq və unuduruq!). Kişi dərhal telefonu götürüb Ramiz Mehdiyevə zəng vurdu... Mən sağ, Ramiz Mehdiyev sağ! Onun Bəxtiyar müəllimə nə dediyini burada yazmaq olmaz!!! Amma dedi ki, mən Prezidentlə məsləhətləşməliyəm... Allah Heydər Əliyevə də, Bəzxtiyar müəllimə də rəhmət eləsin, bu yerdə ağsaqqal sözü işləməli idi. Və işlədi də... Ramiz Mehdiyev zəng vurdu ki, razılaşdıq, qəzetin günahlarından keçirəm, amma... Bunları ona görə yazdım ki, hamı bilsin: vəzifədə olanda ünvanına və əməlinə susanların vəzifədən gedəndə ona qatı düşmənə çevrilməyi də balanslı, tənqidi, ədalətli... olmalıdır. Ramiz Mehdiyev mənə nə ev verib, nə fəxri ad, nə də... Amma... Amma belə vəziyyət o deməkdir ki, biz vəzifədə olanda əl çaldığımıza işdən çıxanda təpik atacayıqsa, düşmən kəsiləcəyiksə, deməli, bu gedənin deyil, bizim problemimizdir... Və bu, problem də yox, xroniki xəstəlikdir! Deməli, biz sabah o birilərini lap pis dildə söyüb yamanlayanlardanıq... Məgər Ramiz Mehdiyevin indi deyilən günahlarını 3-5, 10-15 il əvvəl bilmirdik??? Bəs niyə o vaxt demirdik və susurduq??? Belə çıxır ki, o vaxt susmaq, indi isə danışmaq qızıldır?!
Asif MƏRZİLİ //tezadlar.az//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO