Elnur Allahverdiyev: “Erməni xalqı müqəddəratını reallıqdan bixəbər liderə tapşırıb”

15:13 1.09.2020 395
Elnur Allahverdiyev: “Erməni xalqı müqəddəratını reallıqdan bixəbər liderə tapşırıb”
“İyulun ortalarında Tovuz döyüşləri, indi isə Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə avantürist səfəri Ermənistanın diplomatik müstəvidə manevr imkanlarının tükəndiyinin göstəricisidir. Dağlıq Qarabağ problemi elə bir həddə çatıb ki, dünyada heç kim ermənilərin saxta arqumentlərinə inanmır. Heç kim inana bilmir. İstəsələr belə... Çünki bu dövlətin siyasəti ziddiyyətlərlə, bir-birini inkar edən addımlarla doludur”.

Bunu Trend-ə Ermənistanın baş nazirinin Dağlıq Qarabağa səfərini şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, Ermənistan rəhbərliyinə heç jurnalist də inanmaq istəmir, biz bunu BBC-nin reportyorunun Paşinyanı bütün dünyanın gözü qarşısında biabir etməsində də gördük:

“Bu gün dünən dediklərini inkar edirlər, sabah isə bu gün dediklərindən qaçacaqlar. Ona görə də bütün imkanlarının tükəndiyini görən Paşinyan demək istəyir ki, baxın, müharibə yenə alovlana bilər”.

Deputatın fikrincə, Paşinyanın hazırda “siyasi başağrıları” var. Bir tərəfdən daxili siyasi gərginlik, digər tərəfdən isə Azərbaycanın diplomatik platformada təzyiqləri:

“Bu baxımdan, onun tez-tez Qarabağa gəlib özünü “vətənpərvər” göstərmək cəhdlərini anlamaq çətin deyil. Paşinyanı hakimiyyətə gətirən Ermənistanın iqtisadi sıxıntıları olub. Erməni xalqı ondan hansısa möcüzələr gözləyirdi. Möcüzələr isə nağıllarda olur, əsasən də erməni nağıllarında... Eyforiya bitdi, sıravi erməninin mədəsi yadına düşdü. Bir tərəfdən də pandemiya ilə əlaqədar yeni problemlər ortaya çıxdı. İndiki çətin dövrdə pandemiyanın təsirləri altında yüzillərdir mövcud olan dövlətlərin iqtisadiyyatı güclə tab gətirir. Yoxsul Ermənistan necə həll etməlidir bu çətinlikləri?”

E.Allahverdiyev hesab edir ki, həm dünya iqtisadiyyatındakı böhran və dövlətlərarası iqtisadi əlaqələrin minimum həddə düşməsi, həm xaricdəki, əsasən də Rusiyada yaşayan ermənilərin vətənə maliyyə köçürmələrinin həcminin azalması Paşinyanın iqtisadi problemlərini daha da dərinləşdirib:

“Onun Qarabağa gəlib hərbçilərlə toplantı keçirməsi, çıxıb mövqelərə tamaşa etməsi təbliğatdan başqa bir şey deyil. Məgər Paşinyan bilmir ki, müasir dövrdə müharibənin bir günü neçəyə başa gəlir? Bəlkə onun ağlı 30 il bundan əvvələ gedib, düşünür ki, bir neçə gün ərzində yeni torpaqlar işğal edə biləcək? Unudub ki, torpaqlarımızı sovet dövründən qalma silah-sursat və sovet ordusunun Qarabağdakı kontingenti hesabına işğal ediblər? Xocalını tank və artilleriya atəşinə başsız sovet ordusunun hərbçilərinin tutduğunu yaddan çıxarıb? Əgər həqiqətən də belə düşünürsə, deməli, erməni xalqı müqəddəratını reallıqdan bixəbər liderə tapşırıb”.

Millət vəkilinin qənaətinə görə, Ermənistandakı, xüsusilə Dağlıq Qarabağdakı hərbi rəhbərliyin komandanı ondan deyil, Sarkisyan və Koçaryandan aldığını unutmamalıyıq. Hərbi kontingentin yüksək “eşalon”ları bu iki eks-prezident dövründə formalaşıb və onlara ən müxtəlif bağlarla əlaqədədirlər:

“Bu da ona dəlalət edir ki, hərbi əməliyyatların başlanması nəticəsində Paşinyanın ordu üzərindəki nəzarəti itirəcəyi ehtimalı böyükdür. Nəzarətsiz ordu isə Ermənistan kimi dövlətlərdə ciddi təhlükədir. Dağlıq Qarabağdakı oyuncaq hökumətin başında duran Araik Arutyunyan da Qarabağ klanının yetirməsidir. Onu hələ Bako Saakyan irəliyə çəkib “baş nazir” təyin etmişdi. Arutyunyan bizim işğal olunmuş ərazilərimizdə mövcud olan təsərrüfata qeyri-formal rəhbərlik edirdi. Hektarlarla əkin sahələri var. Kimdir ona bu azadlığı verən? Odur ki, Paşinyanın Dağlıq Qarabağın separatçı elitasına da dərin etibarı yoxdur”, – deyə E.Allahverdiyev vurğulayıb.

Deputatın sözlərinə görə, “biz geosiyasi kuluarlarda nələrin baş verdiyindən tam məlumatlı deyilik. Paşinyanın gəlişindən sonra Yerevan-Moskva münasibətlərində böhran yaşanır. Ancaq bu incikliyin qırmızı xətti haradan keçir? Bunu bilmirik. Rusiya rəhbəri açıq şəkildə Ermənistanda həbs olunan, siyasi tullantıya çevrilən Robert Koçaryanın ad gününü təbrik edir, ikitərəfli əlaqələrin inkişafında onun xidmətlərini vəsf edir. Bilə-bilə ki, Paşinyan Koçaryana nifrət edir. Rusiyanın eyni zamanda, Ermənistanda hərbi bazası var. Ermənistan, ümumiyyətlə, bir dövlət olaraq mövcudluğuna görə Rusiyaya borcludur. Tovuz döyüşlərində biz gördük ki, Yerevan Moskvanı hərbi avantüraya çəkmək istədi. İstisna deyildi ki, bu həm də bir barışıq cəhdi idi. Yəni baxın, Azərbaycan bizi sıxışdırıb, həmişəki kimi kömək edin. Bu döyüşlərdən dərhal sonra erməni generalı bildirdi ki, 2016-cı ildə ordumuzun zəifliyini gördüksə, indi də dünyada müttəfiqsiz qaldığımızın şahidi olduq”.

E.Allahverdiyevin sözlərinə görə, Prezident İlham Əliyevin diplomatik səyləri öz bəhrələrini verir, Ermənistanın Qarabağa iddialarını əsaslandıran nə hüquqi, nə tarixi, nə də siyasi arqumenti var:

“Artıq aydındır ki, bu problem müharibə yolu ilə həll olunmalıdır. Azərbaycan 30 ildir sülhə, beynəlxalq danışıqlara sadiqliyini nümayiş etdirir. Ermənistan isə dünyanı aldadır. Məncə, artıq bütün tərəflər dərk edir ki, gedişat bizi müharibəyə aparır. Hər bir müharibə insan itkisi deməkdir. Qoy bunu Minsk qrupu başda olmaqla beynəlxalq birlik dərk etsin. Biz torpaqlarımızın daima erməni tapdağında qalması ilə heç vaxt barışmayacağıq. 30 ildir topladığımız hərbi qüdrət, iqtisadi güc məhz bu gün üçündür. Ermənistan Münhen təhlükəsizlik platformasında aldığı diplomatik zərbəni döyüş meydanlarında da görmək istəyirsə, buyursun. Azərbaycan ordusu bunu onlara nümayiş etdirəcək”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO