"Xəbərlər yayılıb ki, sən demə koronavirus keçən ilin sentyabrından yayılmağa başlayıbmış...o zaman bizim Cavid dekabrın sonunda Koreyadan qayıtmışdı və biz getdik Tiflisə, gəzdik gəldik...Qayıdandan sonra bir-bir qripfason ciddi xəstələndik...”
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli deyib.
"Məndə qızdırma, təngnəfəslik və s. (eyni simptomlar) olmuşdu, əvvəlki illərdəkinə bənzəmirdi...İndi fikirləşirəm, bəlkə elə çoxumuz Azərbaycanda bu virusla qarşılaşıb, qalib gəlmişik...” – N.Bəydəmirli qeyd edib.
Zamantv.az