Fazil Mustafa: “Tıxac” sözünün arxasından “tıxmaq” ifadəsi boylanır

17:09 19.04.2018 623
Fazil Mustafa: “Tıxac” sözünün arxasından “tıxmaq” ifadəsi boylanır
Bakı şəhərində avtobusdan başqa bütün yerüstü ictimai nəqliyyat alternativlərinin düşüncəsiz formada sıradan çıxarılması və şəxsi maşınların kontrolsuz şəkildə artışı ona gətirib çıxarıb ki, yol infrastrukturuna nə qədər vəsait xərclənsə də, tıxac problemini həll etmək mümkün olmur.

Faktik olaraq ölkədə metro tikintisi də çox zəif səviyyədədir, son illərdə yeni metro stansiyalarının açılmaması da bunun göstəricisidir. Şəhər əhalisi regionlardakı işsizliyin hesabına sürətlə artmaqdadır.

zamantv.az xəbər verir ki, bunu BQP başqanı, millət vəkili Fazil Mustafa qeyd edib.

Onun sözlərinə görə, bu gün ayrı-ayrı yerlərdə ən aşağı profilli işlərin çoxunu rayondan gəlmiş ali təhsilli insanlar yerinə yetirirlər: yükdaşıyanlar, ustalar, taksi sürücülərinin əksəriyyəti bu kateqoriyadan olan insanlardır.

“İşsizliyin səviyyəsi yüksəkdir. Yol hərəkətini tənzimləyin polis qardaşlarımızın da işinin ağırlığı göz qabağındadır.

İnfrastruktur doğru qurulmayanda polis nə qədər fədakarlıq edirsə-etsin, tıxacları önləməkdə xeyli əziyyət çəkir”, – deyən millət vəkili bildirib ki, bu mövzu mütləq geniş səviyyədə müzakirə olunub, optimal yollar tapılmalıdır:

“Bu yollardan birini təklif kimi gündəmə gətirməyi düşünürəm.

Bu təklifi Monteneqroda müşahidə etdiyim bir tərtibatla bağlı ideya olaraq mənimsədim. Bu ölkədə dövlət qulluğuna aid bütün işlər saat 07:00-da başlayır və günorta saat 15:00-da tamamlanır.

Saat 12.00-dan 12.30-dək fasilə nəzərdə tutulur. Yeddi saat yarımlıq bir iş saatından söhbət gedir. Bu tərtibatın üstünlüyü aşağdakılardır:

– Gün doğar-doğmaz iş saatı başlayır.

– Böyük bir məmur ordusu erkən işə getməklə tıxacın səviyyəsini aşağı salır. Məktəblərdə dərslərin 08:00-da, özəl sektorun əksəriyyəti üçün də işin 09.00-10.00 arası başladığını nəzərə alarsaq, yol hərəkəri üçün təbii bir yük bölüşdürmə baş verəcək.

– Metro və avtobusların iş saatı 06:00-dan başlayırsa, onların erkəndən sərnişin daşıma potensialı artır, adamlar bir-birinə ölümünə sıxışaraq nəqliyyat zülmü çəkmirlər.

– İnsanlar erkən yuxudan oyanacaqlarına görə axşam mənasız seriallardan və bozbaş şoulardan xilas olacaqlar, erkən yatıb, erkən oyanmağa vərdiş edəcəklər.

– Saat 15.00-da işdən çıxandan sonra məmurlar şəxsi və ailə problemlərinə daha çox diqqət ayıra biləcəklər, rahat idmanla məşğul olacaqlar, yayda çimərliklərə və bağ yerlərinə baş çəkmək imkanları artacaq, sağlıq problemləri ilə məşğul olmağa vaxtları çox olacaq, ticarət və iaşə yerlərinə rahat baş çəkə biləcəklər, vaxtın verdiyi imkan sayəsində alış-veriş imkanları güclənəcək, bu isə iqtisadiyyata ciddi töhfə ola bilər.

– Üstəlik, toy məclislərinə, yas yerlərinə və ya kino, teatra getməyə bir neçə saat vaxtları olacaq.

– Pik saatları deyilən 18:00-19:30 arası müddətdə artıq yollarda işdən çıxan məmurlar olmadığına görə tıxac ehtimalı da xeyli azalacaq.

Əlbəttə, söylənilənlər ancaq dövlət qulluğu ilə əlaqəli sahələrə aiddir, bu, ölkədə tıxac yükünün azaldılması üçün alternativ təkliflərdən biridir.

ABŞ-da olarkən bir müşahidəmi indi də unutmuram.

Fikrimcə, ABŞ-ın böyük imperiya qüdrəti əldə etməsinin əsas səbəbi günəşin doğması ilə iş mühitinin başlaması ciddi əlaqəlidir.

ABŞ-da iş prosesi erkən başlayır, iş saatları erkən tamamlanır və enerjinin bərpası üçün insanların kifayət qədər vaxtı qalır.

Günəşin oyanışı həm də insanın oyanışıdır. İslam dünyasında bu, hətta dini fərzlər sırasında yer alır, çünki sübh namazının ilahi təyinatı məhz günəşin doğmasına qədər insanın oyanışı, ibadəti və günəşin doğuşu ilə günlük yaşama başlaması ideyasına bağlıdır.

Təəssüf ki, İslam dünyasının böyük əksəriyyəti günəşin doğmasına qədər oyanmış, ibadətini etmiş və günəş doğar-doğmaz yatmağa üstünlük vermiş. Geriliyin bir səbəbini, bəlkə də, bu amildə axtarmaq lazım”.

O qeyd edib ki, söylədikləri Milli Məclisin (MM) də iş rejiminə aid olmalıdır:

“Sübh tezdən qəbul olunacaq qanunların ekoloji təmizliyi hər halda fərqli ola bilər. Hökumətin qərarlarından isə büsbütün günəş enerjisi aşıb-daşar.

Fikrimcə, optimal yollar barədə düşünməklə yanaşı, Bakıda bütün gücü metro tikintisinə yönəltmək lazımdır.

Hökmən deyil ki, bütün stansiyalar yer altında olsun, bəzi az məskunlaşmış ərazilərdə bunu yer üstünə də çıxarmaq mümkündür. Təsəvvür edin ki, Bakıda hava limanına metro nəqliyyatı olarsa, insanların işi nə dərəcədə asanlaşmış olardı.

Bir çox hallarda “tıxac” sözünün mənasının arxasından həm də “tıxmaq” ifadəsi boylanır. Tıxmaq xirtdəyəcən əlinə düşəni basıb yeməkdir.

Hər birimiz Allahın gözümüzün önünə qoyduğu nemətləri normasında yesək, yəni xirtdəyəcən tıxmasaq, nə yollarda, nə də düşüncələrimizdə tıxac yaranar”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO