Ülvira iddialı danışdı: “Rəqibimiz deyillər, xəbərçilərini qatlayıb cibimizə qoyarıq”

13:34 4.04.2018 624
Ülvira iddialı danışdı: “Rəqibimiz deyillər, xəbərçilərini qatlayıb cibimizə qoyarıq”
Aprelin 2-si “Cavan” adlanan internet televiziya yayıma başlayıb. Yeni telekanala isə tanınmış aparıcı Ülvira Qarayevanın rəhbərlik etdiyi haqqında məlumatlar yayılıb. Musavat.com əməkdaşı həmkarlarımızın fəaliyyəti haqqında ətraflı öyrənmək üçün Ülvira Qarayeva ilə bir araya gəlib:


- Bütün xəbər portallarında, sosial şəbəkədə “Ülvira yeni telekanal açdı”, “Ülvira telekanal rəhbəri oldu” başlıqları ilə xəbərlər paylaşıldı. Əslində isə siz rəhbər deyil, prodüsersiniz. Amma bu haqda açıqlama vermədiniz?

- Rəhbər mən deyiləm. Kim olduğunu deməyəcəyəm, çünki kölgədə qalmaq istəyir. Mən kənardan işə dəvət olunmuş insanam, işçiyəm. Xəbər portallarının əməkdaşları məni tanıdıqları üçün telekanal mənim adımla təqdim olundu. Digər əməkdaşlarımız kölgədə qalmağı üstünlük verdi.

- İşsiz olan televiziya siması çoxdur. Niyə məhz Ülvira seçildi?

- Bilmirəm (Gülür). Mənim müxtəlif layihələrim olub. Televiziyada filmlər çəkmişəm, “Beşbarmaq” layihəsini həyata keçirmişəm. Gözəl işlərim çox olub. Yəqin, ona görə mən seçilmişəm.

- Tamaşaçıları nələr gözləyir?

- Kollektivimiz cavanlardan ibarətdir. İki aydır ki, təlim keçirik, insanları öyrədirik. Bir aydır ki, kəsintisiz daxili yayımımız gedir. Səhvlərimizi, düzlərimizi görürük. Çəkinmədən deyə bilərəm ki, buradakı gənclər istənilən televiziyanın xəbərçilərini qatlayıb ciblərinə qoyarlar. “Facebook”u açıb nə görürsünüz? Qarşınıza müxtəlif xəbərlər, məlumatlar çıxır. Bizdə bu saatda filan, o biri saatda filan veriliş gedəcək deyə qayda yoxdur. Aparıcılar tez-tez dəyişə bilir. Mövzunu dəyişirəm. Tamamilə interaktiv olacaq. Tamaşaçılar nə istəsə, onu göstərəcəyik. Ənənəvi televiziya məşhur birini efirə dəvət edib, onun reytinqi ilə izlənir. Ailə problemləri olan müğənni çıxıb ailə dəyərlərindən dərs keçir. Bizdə belə olmayacaq. Özünüz zamanla hər şeyi görəcəksiniz.

- Hazırda televiziyalara maraq azdır. Bu sizi qorxutmur?

- Ona görə internet televiziya açdıq. Biz internet üzərindən “tutuzduracağıq”. Çünki bizim uşaqların hər şeyə təzə baxışı var, trendləri izləyirlər. Boynumuza alaq ki, hər yerdə ənənəvi televiziyaya maraq azdır. Xaricdə də internet üzərindən yayım verirlər. Biz də onların ənənsinə qoşulmuşuq.

- Həm də hər verilişə bir az şou, əyləncə qatırlar. Adi hava proqnozunu aparan aparıcıları sinəsi açıq geyindirirlər ki, diqqət çəksin.

- Bizdə heç kim sinəsi açıq geyinməyəcək. Amma ciddi xəbərləri cavansayağı efirə verəcəyik, bir az şou qatacağıq.

- Bir nəfər sosial şəbəkədə yazmışdı ki, Ülviranın “Cavan TV”də nə işi var? Oradakıların yaşı qədər təcrübəsi var. Televiziya ilə bağlı gələn şərhlər, fikirlər necədir?

- Mən də təcrübələrimi bölüşürəm. Onlardan nələrisə öyrənirəm. Televiziyada mənim başım tavana dəydi, bütün formatlarda veriliş aparmışam. “Yeni nə edə bilərəm” sualını verəndə cavab tapmırdım. Çünki sosial, ictimai, siyasi-iqtisadi, əyləncə verilişləri təqdim etmişəm. Eynilikdən nəfəsim kəsilirdi. “Cavan TV” öyrənmək və öyrətmək üçün ideal yerdir. Elə trendlər var ki, gənc kadrlar bilir, amma mən bilmirəm. Onlardan öyrənirəm, yeni fikirlər yaranır.

- Yenilik bəzən tənqid gətirir. Tənqidlərə açıqsınız?

- Sağlam, qərəzsiz tənqidə açığıq. Sağlam tənqid bizə səhvlərimizi göstərəcək, düzəldəcəyik. Biz sosial şəbəkə və saytımızdan tamaşaçıların fikirlərini biləcəyik.

- Sizcə, sizə və televiziyaya qarşı qərəz olacaq?

- Bizə qarşı qərəz olacağını düşünmürəm.

- Televiziya adamları tez-tez deyir ki, efirə baxmıram. Digər televiziyalar artıq rəqibinizdir. Telekanallarımızı izləyirsiniz və ya bundan sonra izləyəcəksiniz?

- Televiziyanı izləməmək çoxdankı qüsurumdur. Biz izləməliyik ki, hansı telekanalda hansı veriliş olduğunu bilək, rəqabəti düzgün aparaq. Mən bu məsələdə qeyri-peşəkar davranıram, efiri izləmirəm. Ənənəvi telekanallar bizə rəqib deyil, biz internetdəyik.

- Nə zamansa peyk yayıma çıxmaq fikriniz var?

- Sürpriz olacaq. Bu haqda heç nə deyə bilmərəm.

- Böyük studiyanız var. Yəqin ki, boşuna deyil?

- Bizim televiziya böyük məbləğə başa gəlməyib. Minimum xərclərlə hər şeyi qurmuşuq. Özümüz istədik ki, Aprel şəhidlərinin anım günündə efirə çıxaq. Bu bizim üçün qürurvericidir. Aparıcılarımız da günün önəminə uyğun materiallar təqdim etdi. Bəzən duyğulandılar, hisslərini saxlaya bilmədilər.

- İstər Türkiyədə, istərsə də Azərbaycanda aparıcıların şəhid xəbərini çatdırarkən ağladığının şahidi olmuşuq. Tamaşaçılarımız Türkiyə efirində yaşananları səmimi, bizimkiləri isə qeyri səmimi qəbul edir. Sizcə, səbəb nədir?

- Niyə artistlik kimi qəbul edirlər? Özləri himnimizi eşidəndə doluxmurlar? Mənim gözüm dolur. Biz azərbaycanlıyıq, başqa ölkədən gəlməmişik. Himnimizi eşidib, kövrəlirik, bayrağımızı qürurla daşıyırıq. Hadisələrdən 2 il keçsə də, aparıcılarımız həyəcanlanır, duyğularını gizlətməyə çalışır. Bizim Xəyal var, kişidir, ağlamağı özünə yaraşdırmır. Amma əsgərə yazılan məktubu oxuyanda dayandı. Dedim, nə oldu? Cavab verdi ki, oxuya bilmir. Ağlamadı, amma ağlaya bilərdi. Tamaşaçı səmimiliyi duymalıdır.

-Bəlkə, efirdə süniliyi çox görüblər. Ona görə inanmırlar?

- Efirdə hər mövzuda sünilik ola bilər. Amma vətənlə, şəhidlə bağlı məsələlərdə sünilik görməmişəm. Aprelin 2-si biz gecə-gündüz yatmadıq. Biz bu məsələlərdə həssas yanaşacağıq. Müdafiə Nazirliyinin açıqlamadığı xəbərləri yaymayacağıq.

- Bu cür hadisələr zamanı və ya ildönümündə televiziyaların çal-çağır verməsi də tənqid olunur.

- Onların efir setkası olur. Xəbəri alıb, dəyişiklik etmək zaman alır. Amma ildönümü günü çal-çağır vermək doğru deyil.

- Son olaraq yeni yayıma başlayan “Real TV” haqqında soruşmaq istəyirəm. Çoxları sizi orada görəcəyini düşünürdü. Sizə iş təklifi gəldimi?

- “Real” televiziyasından öncə mən burada işə başlamışdım. Mirşahin Ağayev mənim müəllimim olub. Onlara uğurlar arzulayıram. Zəng edib təbrik də etmişəm.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO