Azərbaycanın ən məşhur “oğrusu”: İllik qazancım…

10:51 7.05.2018 640
Azərbaycanın ən məşhur “oğrusu”: İllik qazancım…
Oğlan evi” filmindən “İsi” obrazı ilə tanınan aktyor Elşən Hacıbabayevlə müsahibəni təqdim edirik:

– Neçə ildir aktyor kimi fəaliyyət göstərirsiniz?

– Artıq 20 ildir ki, teatrdayam. İşləməyə tələbəlik illərimdən, daha doğrusu, ondan da əvvəl başlamışam. Bakı Mədəni Maarif Texnikumunu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini bitirmişəm. Həm teatr, həm də film ixtisasım olduğu üçün birini digərindən ayıra bilmərəm.

– İllərdir ki, bu sənətdəsiniz. Bir aktyor kimi zəhmətinizin qarşılığını aldığınızı düşünürsünüzmü?

– Fikrimcə, Azərbaycan tamaşaçısı zəhmətimi kifayət qədər yaxşı qiymətləndirir. Peşəkar olduğumu düşünürəm, amma bunu tamaşaçılar daha dəqiq deyə bilər.

– Azərbaycan tamaşaçısı teatrı sevir yoxsa, filmi?

– Son vaxtlar teatra gələnlərin sayı artıb, amma bildiyimiz kimi, filmə gedənlər daha çox olur. İstəyirəm ki, filmə baxmağa gedən gənclər teatra da eyni qayğı ilə yanaşsınlar. İnsanların filmə daha çox maraq göstərməsi məncə, texnologiyanın inkişafından qaynaqlanır. İnternetdə, eləcə də sosial şəbəkələrdə filmləri tapmaq daha asandır. Arzu edirəm ki, gənclərimiz internetdən ayrılıb ədəbiyyat oxusunlar və tamaşalara baxmağa gəlsinlər.

– “Oğlan evi” filmində oğru obrazını canlandırmısınız. Real həyatda da sizə həqiqətən də oğru kimi yanaşıb, mənfi reaksiya verənlər olurmu?

– Mənfi deməzdim, amma doğrudan da mənə oğurluqla məşğul olan insan kimi münasibət göstəriblər. Bəziləri elə bilir ki, realda da oğurluqla məşğul oluram. Bu il 8 martda aldığım hədiyyəni avtomobilimin şüşəsini sındırıb oğurlamışdılar. Sosial şəbəkələrdə yazırdılar ki, oğrudan-oğruya halaldır(gülür). Amma bütün bunlarla yanaşı tərif yazanlar da çox olur.

– Müsahibələrinizdən birində demisiniz ki, özümü romantik obrazda təsəvvür edə bilmirəm.

– Bilirsiniz, əslində mənim yaşım da çoxdur. Sevgi, romantika və s. özümə o qədər də yaraşdırmıram. Həddindən artıq ciddi və ya istənilən başqa obrazlarda görürəm. Əslinə qalsa, aktyor bütün obrazları oynamalıdır. Amma hərdən elə olur ki, hansısa obraz ürəyə yatmır və aktyor imtina edir.

– Sırf maddi ehtiyac üzündən istəməyərək hansısa obrazı canlandırmısınızmı?

– Düzünü desəm, belə bir şey olub. Amma hansı film olduğunu açıqlamaq istəmirəm. Pula görə məcburiyyət qarşısında qalıb rol alsam da, sonradan peşman olmuşam. Onu da deyim ki, çox yaddaqalan obraz deyildi.

– Son dövrlər daha çox komediya filmləri çəkilir. Bu filmlər arasında hansıları uğurlu hesab edirsiniz?

– Ən uğurlu deyə biləcəyim filmlərdən biri “Oğlan evi”dir. Düzü, son vaxtlarda çəkilən yerli komediya filmlərimizin çoxunu bəyənirəm, lakin uğursuz olanları da var. İnanıram ki, yaxın gələcəkdə bizdə bu sahə daha da inkişaf edəcək.

– Bəziləri deyir ki, “Oğlan evi 2” filmi birinci qədər uğurlu alınmayıb.

– Fikrimcə, “Oğlan evi” filminin hər iki seriyası uğurlu alınıb. Özüm də rol aldığım üçün hər ikisi maraqlıdır. Ola bilər ki, ikincidə bir balaca axsama olsun.

– Özünüz də serialda çəkilmisiniz. Deyə bilərsinizmi bəzi seriallarımız nəyə görə tamaşaçıda qıcıq yaradır?

– Hamısına şamil edə bilmərəm, amma seriallarda əsas axsama ssenaridədir. Aktyor seçimi düzgün olmayanda, eyni zamanda maddi çatışmazlığa görə də seriallar uğursuz alınır. Həm də bizim seriallar gündəlik olduğu üçün müəyyən qədər çətinliklər yaranır.

– Aktyor qazancı normal yaşamağa kifayət edirmi?

– Bu sahədən qazandığım gəliri normal hesab edirəm. O qədər də yüksək olduğunu deməzdim. Bütün hallarda aktyorun aldığı məvacib onun oynadığı rollara mənfi mənada təsir etməməlidir. Amma hər halda daha çox pul qazansa, yaxşı olardı.

Məvacib məsələsi həm də ona görə önəmlidir ki, sabah xaricdə müəyyən kurslara gedib ixtisasını artıra bilsin.

– Bəzi rejissorlar filmi az büdcə ilə ərsəyə gətirmək üçün aktyorluqla əlaqəsi olmayan tanışlarını filmə çəkirlər.

– Bunun qəti şəkildə əleyhinəyəm. Məhz buna görə də bəzi filmlərimiz, seriallarımız uğursuz alınır. Operatordan, işıqçıdan tutmuş, lazımı avadanlıqları işlədən hər kəs öz işinin peşəkarı olmalıdır. Teatr da, kino da kollektiv işi olduğuna görə hamı professional olsa, nəticə daha yaxşı alınar.

Kult.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO