“Qızqaçırtma” və “Bayram axşamı” – anekdota bənzəyən filmlərimiz

17:51 27.03.2018 701
“Qızqaçırtma” və “Bayram axşamı” – anekdota bənzəyən filmlərimizBayram günlərində, ötən il böyük ekranlara çıxan iki komediya telekanallarda nümayiş olundu

“Qızqaçırtma” (rejissor Rüfət Şahbazov) və “Bayram axşamı” (rejissor Toğrul Məmmədov).
Kommersiya məqsədilə çəkilən filmlərin əksəriyyəti şablonlaşmış kino-resept üzərində qurulub. Şablonların nədən ibarət olduğunu aşağıda izah edəcəm.



Bu filmlərin rejissorlarının adlarına baxmasaydım, onların hər ikisini eyni adamın çəkdiyini düşünərdim.



Üslub (daha doğrusu üslubsuzluq), dramaturji struktur, operator gözü, montaj, ritm, inandırıcılığı olmayan saxta peripetiyalar (hadisəni mürəkkəbləşdirən gözlənilməz dönüşlər), aktyor oyunundakı tərzə qədər hər şey bir-birini təkrarlayır.



Məsələn, “Qızaçırtma”da baş rolu oynayan aktyorlardan biri Fərda Xudaverdiyevin vahid, bəsit personaj “konsepsiyası” var: onun bütün personajlarını basmaqəlib jest, bədən dili, üz-göz ifadələri, ifadə vasitələri birləşdirir. Və o, bu konsepsiyasını oynadığı bütün filmlərdə keçərli etməyə çalışır. Dəyişən təkcə personajların adıdır.



Bu, “Bayram axşamı” filmində əsas rolu oynayan İslam Mehrəliyevə də aiddir.







Maraqlıdır, bu aktyorlar rol üzərində necə işləyirlər, hansı texnikadan yararlanırlar? Yoxsa elə ssenarini oxuyub, üzdən, kor-koranə imitasiya edirlər? Hər halda ortada olan nəticə sonuncu sualın təsdiqləyici cavabıdır.



Kommersiya filmlərinin digər “özəlliyi” şou-biznes nümayəndələrinin prosesə cəlb olunmasıdır. “Qızqaçırtma”da müğənni bacılar - Sevinc və Sevil, Damla, “Bayram axşamı”nda rəqqasə Oksana Rəsulova çəkilib. Üstəlik, “Bayram axşamı”nda filmin prodüseri, şoumen Murad Dadaşov da bir neçə səhnədə oynayıb.



Təbii ki, kütləvi mədəniyyətinin simaları aktyorluq istedadına görə yox, tamaşaçı toplamaq üçün cəlb olunub. Ancaq müğənnilərin, O.Rəsulovanın və M.Dadaşovun ortaya qoyduğu zəif, effektsiz ifası göstərdi ki, onlar oyun məkanında özündən qopub özgələşə, oyunun içinə girə bilməyiblər, sadəcə, məşhur sima kimi qalıblar.



“Bayram axşamında” Miri Yusifin pərəstişkarı nənə (Asya Abdullayeva) obraz kimi yaxşı düşünülsə də, fakturaca, təbiətcə komediya formatına uyğun gəlsə də, rejissor onu obrazında əritmək, maksimum nəticə almaq üçün əlini ağdan-qaraya vurmayıb.



Ümumiyyətlə, rejissorlar aktyorlarla işləməyib.



Digər şablon-tendensiya, komediyaların filmdən çox anekdot yığımına bənzəməsidir. Yəni formal olaraq fabula-süjet var. Amma qaydalarına texniki əməl olunduğundan ümumilikdə filmlər ucuz anekdot toplusudur.



Örnəyi, “Bayram axşamı”nda əsas qəhrəmanların olduğu avtomobili başqa maşın təqib edir. Təqibdən yaxa qurtarmağa çalışan qəhrəmanların avtomobili yol hərəkət qaydalarını pozur, xırda meyvə-tərəvəz, geyim dükanlarını dağıdır və s.



Epizodun son kadrlarından birində maşının ön hissəsindən qadın alt paltarı- “mersedes” - sallanır. Tində duran gənclər istifadə müddəti bitmiş yumoru işə salırlar:



- Təzə çıxan mersedes budur?



- Nə bilim ala, gündə bir model buraxırlar.



Yaxud “epoxaya düşmüşük” kimi boyat yumorlar filmboyu səpələnir.









Və ya “Qızqaçırtma”da Fərda gizlicə girdiyi evdən tələsik qaçmalıdır, amma tutuquşu ilə rahatca, heç bir podteksti olmayan söz yarışına girir. Süni yaradılmış vəziyyət qəhrəmanın və tutuquşunun hazırcavablığının doğurduğu gülüşə hesablanıb. Sual isə budur: bu gülüş nəyi ehtiva edir, süjetdə funksiyası nədir? Bədii əsərdə (o, kommersiya məqsədi daşısa belə) bir detal belə boşuna deyilməməli, göstərilməməlidir.



“Bayram axşamı”ndakı qonşu kişinin (Niftulla Əsgərov) televizorda Van Dammın oynadığı filmi izləməsi, kişinin kadrda görünməyən arvadının deyinməsi süjetin vahid xəttində həllini tapmır.



Bayağı cinaslar, söz oyunları, söz duelləri, uğursuz montaj, sadəcə kəs-yapışdır metodu əlaqəsiz səhnələr yaradır. Ona görə də aktyorların - vahid, canlı orqanizm kimi təqdim olunmalı filmdə yox, bir-birilə daxili bağlantısı qurulmayan səhnəciklərdə çıxış etməsi təəssüratı yaranır.



Sanki ssenaristlər ssenarinin yazılma prosesi zamanı, ağıllarına gələn komik məqamları, necə olursa-olsun əhvalatda yerləşdirmək istəyiblər.



Digər qüsur-müəlliflərin yumor anlayışlarının həddən artıq qapalılığı, universallıqdan məhrum olmasıdır.



Hər iki filmdə yumor fizioloji, yataq prosesindən (qaz buraxmaq, sidiyə getmək, nəcis ifraz etmək, açıq cinsəl deyimlər) ibarətdir. Üstəlik, fizioloji yumorun alt yapısı, informasiyası yoxdur, o bədii məkanda sadəcə çəkisizlikdə yellənir. Halbuki yumor anlamlı olmağa borcludur.



Digər sorun, komediyalarda döyüş filmlərinə eyni xarakterli, monoton parodiyadır. Məsələn, cüssəli, qoluzorlu, güclü personajlara ondan zəif qəhrəmanın şişirdilmiş şəkildə qalib gəlməsi kimi. Döyüş filmlərinə parodiyalara yeni yanaşmalar tapılmır. Ayrıca, şablon parodiyanın məqsədi, konteksti nədir? Bəlkə müəlliflər satirik-tənqidi parodiyaya vurğu etmək istəyir, amma bu alınmır? Yoxsa sadəcə laqqırtı üçünmü bu təsviri işlək edirlər? Yenə də təkrarlayım ki, boşuna gülüş-heç bir bədii əsərin məqsədi deyil.



Başqa bir problem filmlərin reallığımızdan uzaqlığıdır. Sanki hadisələr bizə yad, xəyali dünyada baş verir. Bədii əsər hansı janrda çəkilməyindən asılı olmayaraq, günümüzün insanına, reallığa toxunmalıdır. Əgər müəlliflərin təklif elədiyi bədii oyunda, məkanda irreal aləmin reallıqla, gerçəkliklə əlaqəsi yoxdursa, sosiuma nüfuz edə bilmirsə, onda bədii əsər fiksiyadır, birdəfəlik istifadə olunan plastik qab kimidir.



Sərt, sürətli keçidlərlə dinamika yaratmaq cəhdi də başqa dərddir. Dinamika təkcə iti keçidlərlə, kadrarxası musiqi ilə şərtlənmir, onun bəraəti olmalıdır. İşıq, rəng həlli, aktyor oyunu, seçilən rakurslar, doğru, emosional vurğular, detallar, kadrdaxili montaj və s. yerində deyilsə, dinamikanı iti keçidlərlə yaratmaq mümkün deyil.



Bu filmlərdən mənim üçün yadda qalan yeganə səhnə “Qızqaçırtma”da türk kürəkəni canlandıran Əlibəy Məmmədlinin oynadığı səhnə oldu.



...Kommersiya filmləri əlbəttə ki, kütləvi zövqə hesablanır, kassa yığmaq üçündür. Burası aydındır. Amma bu, müəlliflərə kinodili olmayan məzmunsuz film çəkmək haqqını vermir.
zamantv.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO